Tom dayının daxması. Harriyet Biçer-Stou. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Harriyet Biçer-Stou
Издательство: Hadaf Neshrleri
Серия:
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
yeməyi üstün tutan Mozun və Pitin ağzına qoymağa başladı.2

      – Lap ağ elədi bunlar! Ana dəcəllərin üstünə qışqırdı və uşaqların şuluqluğu həddini aşanda ağına-bozuna baxmadan stolun altında onları təpiklədi. – Ağ adam qonaq gəlib, bunlarınsa, heç vecinə də deyil! Qurtarın, elə bu dəqiqə sakit oturun, yoxsa sizə elə bir qulaqburması verərəm ki, yadınızdan çıxmaz, qoy bir mister Corc getsin!

      Bu qorxulu hədənin nə demək olduğunu söyləmək çətindir, lakin hər halda bu nəsə qeyri-müəyyənlik balaca günahkarlara heç bir təsir göstərmədi.

      – Of, aman Allah! – Tom dayı qışqırdı. – Bütün günü oynaşırlar, heç dinc durmurlar.

      Bu yerdə üst-başları patkaya3 bulaşmış oğlanlar stolun altından çıxıb bacılarını öpməyə başladılar.

      – Hələ bir bunlara bax! Anaları əliylə onların qıvrım başlarını kənara itələyib qışqırdı. – Yapışacaqsınız bir-birinizə, sonra ayırmaq olmayacaq. İtilin quyu başına, yuyunun necə lazımdır!

      Və o, öz sözlərini kifayət qədər bərk şapalaqla sona yetirmək istədi, lakin bu da, fırfıra kimi qapıya diyirlənən körpələrin gurultulu qəhqəhələrinin yeni partlayışına səbəb oldu.

      – Belə nadürüstləri görmüsünüzmü? – Xloya xala mərhəmətlə soruşdu və köhnə məhrəbanı götürüb, sınıq çaydandan su töküb islatdı, çağanın üzündəki və əllərindəki şirəni silməyə başladı.

      Qızı tərtəmiz silib, Tomun dizi üstdə oturtdu, özü isə qab-qacağı yığışdırmaqla məşğul oldu, qızcığaz o saat atasının burnunu dartışdırmağa, üzünü cırmaqlamağa başladı. Öz toppuş əllərini atasının gur, qıvrım saçlarına ilişdirməyə can atmaq ona xüsusi ləzzət verirdi.

      – Bir bu şeytana bax! – Tom qızını yuxarı qaldırdı. Sonra durub onu çiyninə aldı və otaq boyu atılıb-düşməyə, oynamağa başladı.

      Mister Corc yaylığını yellədir, artıq özlərini yetirmiş Moz və Pit lap ayı kimi nərildəyərək onların arxasınca qaçırdılar. Nəhayət Xloya xala bildirdi ki, onlar öz hay-küyləriylə onu “başdan-beyindən elədilər”.

      Bu “cərrahiyyə əməliyyatı” hər gün təkrar olunduğundan Xloya xalanın bəyanatı ümumi şənliyi heç cür azalda bilmirdi və hamı qaçıb, oynayıb, tamam yorulub əldən düşəndən sonra daxmada sakitlik və asudəlik başlayırdı.

      – Hə, deyəsən, rahatlandınız, – Xloya xala alçaq, təkərli çarpayını otağın ortasına itələdi, – Moz, sən də Pit, yıxılın yatın, bir azdan ibadət başlayacaq.

      – Ana! Yuxumuz gəlmir bizim! Biz ibadətə baxmaq istəyirik! Elə yaxşı olur ki!.. İbadətə tamaşa eləməkdən xoşumuz gəlir.

      – Xloya xala, yığışdır çarpayını!. İşin olmasın, dəymə uşaqlara, – mister Corc ərklə dilləndi və yöndəmsiz çarpayını ayağıyla geri itələdi.

      Tərbiyə qaydalarına riayət olunmasından razı qalan Xloya xala burnunun altında deyinə-deyinə böyük həvəslə çarpayını küncə itələdi:

      – Neyləyək, bəlkə də bu onların xeyrinədir.

      Sonra isə hamısı yığışıb ibadət mərasiminə necə hazırlaşmaq barədə müzakirəyə başladılar.

      – Heç bilmirəm kətilləri haradan tapacağıq, – Xloya xala dedi. Nəzərə alınsaydı ki, elə əvvəllər də onların daxmasındakı kətillərin sayı həftədə bir dəfə keçirilən bu mərasimlərin müvəffəqiyyətinə öz təsirini göstərməmişdi, onda bu dəfə də hər şeyin son dərəcə yüksək səviyyədə keçəcəyinə inam bəsləmək olardı.

      – Keçən həftə qoca Piter dayı oxuyub-oxuyub birdən coşdu və kətilin iki ayağı yerli-dibli yoxa çıxdı, – Moz xəbər verdi.

      Yaxşı, di çərənləmə! Yəqin sən özün sındırmısan onları. Sənin bütün əməllərin mənə məlumdur! – anası onun üstünə çəm–kirdi.

      – Eybi yoxdur! Bu ayaqsız kətili divara söykəyib oturanda aşmır. – Moz ona təskinlik verdi.

      – Bircə Piter dayını oturtmayın onda. O oxuyanda bütün otağı dörd fırlanır. Keçən dəfə kətildə otura-otura küncdən-küncə dolanırdı, – bunu da Pit dedi.

      – Onda lap yaxşı! Qoy elə həmin kətildə də otursun, –Moz sevincək dilləndi, –“Mömin bəndə, sən də, ey günahkar, sən də sözlərimə diqqət kəsil!”, – deyib başlayan kimi kəlləmayallaq olub, təpəsi üstə gələcək yerə. – Moz tın-tın səsiylə mədhiyyəni uzada-uzada oxudu və baş verəcək qəzanın tamaşasını çıxararaq döşəməyə sərələndi.

      – Adam kimi apar özünü! – Xloya xala ona acıqlandı. –Heç utanıb-qızarırsan?

      Ancaq mister Corc uşağın bu oyunbazlığına uğunub getdi, hələ onu bir “əhsən” nidasıyla mükafatlandırdı da. Bundan sonra ananın öyüd-nəsihətləri, danlaqları lazımi nəticəni verə bilmədi.

      – Di yaxşı, qoca, vaxtdır daha, – Xloya xala dilləndi, – çəlləkləri diyirlət bura.

      Anamızın bu çəlləkləri mister Corcun kitabdan oxuduğu o dul arvad kimi yaman üzübərkdirlər. –Moz qardaşının qulağına pıçıldadı.

      – Hələ bir baxaq görək, bərk dura biləcəklərmi! – Pit ona etiraz elədi. – Yadımdadır, keçən həftə dua oxunan vaxt çəlləklərdən birinin dibi düşdü və hamı döşəməyə yıxıldı.

      Mozla Pit öz aralarında pıçıldaşdıqları vaxt otağa iki boş çəllək diyirləyib gətirdilər, hər iki tərəfdən yanlarını daşla bərkidib üstündən bir taxta uzatdılar. Bu qurğuya bir neçə şil – axsaq kətil, ağzı üstə çevrilmiş ləyən və vedrə də əlavə elədilər ki, bununla da ibadət mərasiminə hazırlıq başa çatdı.

      – Güman edirəm, mister Corc bu gün bizim üçün kitabdan oxuyacağına etiraz eləməyəcək, – Xloya xala dedi. – Mister Corc elə gözəl, elə rəvan oxuyur ki. Kitabın üzündən oxuyanda isə, bilirsiniz də, lap maraqlı olur.

      Corc bu xahişə həvəslə razı oldu, çünki öz şəxsiyyətinin gərəkliyini, nəyəsə qadir olduğunu duymaq bütün oğlan uşaqları kimi, ona da ləzzət verirdi.

      Çox çəkmədi ki, səksən yaşlarında saç-saqqalı ağarmış ixtiyar qocadan tutmuş on beş yaşlı oğlan-qızacan müxtəlif yaşlı zəncilər otağa yığışdılar. Qeybətə, lakin heç kəsin xətrinə dəyməyən, mənafeyinə toxunmayan söz-söhbətə meydan verildi. Misal üçün, gop elədilər ki, Salli xala hardansa qırmızı bir yaylıq ələ keçirib örtür başına, xanım özünə təzəsini tikdirən kimi ağ xallı batist paltarını Lizziyə vermək istəyir, mister Şelbi bir kəhər ayğır almaq fikrindədir və bu ayğır guya malikanənin şöhrətini daha da artıracaq. İbadətə toplaşanların bəziləri öz sahibkarlarının icazəsi ilə qonşu malikanədən gəlmişdilər. Onlar da öz eşitdiklərindən, ağalarının evində və fermasında görülən işlərdən maraqlı söhbətlər edirdilər. Bütün bunlar cəmiyyətin yuxarı dairələrində gedən söz-söhbətdən, dedi-qodulardan heç də az maraqlı deyildi.

      Bir azdan, toplaşanların hamısına əvəzsiz