Bu kitablarda türklərin Anadoludakı mövcudluq tarixinin Malazgirt savaşından çox öncələrə dayandığı sübut olunmuşdur. Sumer və Assur mədəniyyətlərinə aid olan mixi yazı lövhələrində Anadolunun ermənilərdən və yunanlılardan daha öncə türklər tərəfindən məskunlaşdrıldığı, öntürklərə məxsus Turukku və Turki uyqarlıqlarının varlığı, bəşər mədəniyyətinin ilkin yaradıcıları olan sumerlərin dilinin türk dili olduğu bu kitablarda elmi dəlillər əsaslaraq isbat olunmuşdur.
XVIII–XIX əsr və daha sonrakı dövrdə bir çox assuroloq, antropoloq, linqvist və tarixçilərin turanlı ön türk xalqını samilər və arilər tarix səhnəsinə qədəm qoymadan öncə dünyanın ən qədim sakinləri və bəşər mədəniyyətinin ilkin yaradıcıları olduqları haqqındakı fikirləri imperialist dairələri ciddi narahat edirdi. Türklərin qədim və orta əsrlər dünya tarixindəki üstün rolunu və malik olduqları aparıcı mövqeyi inkar etmək üçün imperialist güclərin göstərişi ilə İkinci Dünya müharibəsindən sonra “avropasentrist” adlanan mürtəce bir plan hazırlandı. Bu plana əsasən Sumerlərin və Ön Asiyanın digər qədim xalqlarının Türk mənşəli olmalarını inkar edən, Sak/iskitlərin və Mərkəzi Asiyanın Turan mədəniyyətinin ari mənşəli olduğu, Çingiz xanın Türk deyil monqol olduğu haqqında konsepsiyalar hazırlanmalı və çoxsaylı əsərlər dərc edilməlidir. Bu məqsədlə 1944-cü il avqustun 9-da Moskvada Kommunist partiyasının Mərkəzi komitəsinin guya türk respublikalarında siyasi və ideoloji işi yaxşılaşdırmaq və milliyətçilik təzahürlərinin qarşısını almaq məqsədilə xüsusi bir qətnamə qəbul etdi. Bu qətnaməyə əsasən Rəşidəddinin “Oğuznamə” əsərinin və çoxsaylı digər orta əsr müəlliflərinin əsərlərinin tərcüməsində türklərlə əlaqədar məlumatlar saxtalaşdırıldı. Türk xalqlarının “Ural batur”, “Manas”, “İdeqey”, “Dədə Qorqud” və s. kimi tarixi qəhrəmanlıq eposlarının dərc edilməsi və öyrənilməsi qadağan edildi. Türk xalqlarının qədim tarixinin öyrənilməsi məsələsindəki tabular Türkiyədən də yan keçmədi.
Sumer və Ön Asiyanın İmperialist ariçilik nəzəriyyəsini rəhbər tutan avropasentrizm konsepsiyası tarix elmində Atatürkün uyquladığı türk milliyətçiliyi ideyasını ortadan qaldırmağı özünün əsas məqsədlərindən birinə çevirmişdi. Təslimçilik mövqeyi sərgiləyən Türkiyə siyasi dairələri Atatürkün vəfatından sonra qərbin elmi və siyasi dairələrinin təzyiqinə tabe olaraq 1949-cu il 27 apreldə tarix kitablarından Atatürkün Türk milliyətçiliyi düşüncə sistemini qaldırmaq məqsədi ilə amerika elmi və siyasi dairələrini təmsil edən yəhudi əsilli amerika assuroloqu Vilyam Fulbraytın rəhbərliyi altında ABŞ-la sazişi imzaladılar. Bu sazişə görə Türkiyənin Avropaya inteqrasiyasının həyata keçməsinin başlıca şərtlərindən biri Türklərin öz tarixlərini Anadoludakı və Mesopotamiyadakı qədim mədəniyyətlərə bağlamaqdan imtina etmələri idi. Bu gün də Türkiyənin və bütövlükdə türk dünyasının tarixçi bilim adamlarının bir çoxu hələ də bu sazişə uyaraq Türk tarixinin şərhində avropamərkəzçilik konsepsiyanı rəhbər tutur, sumerləri qeyri türk, iskit-sakları və turanlıları irandilli kimi qələmə verən, Qafqazın və Anadolunun türkləşdrilməsini səlçuklularla əlaqələndirən konsepsiyanı müdafiə edirlər.
II fəsil
Turanlıların və Türklərin irqi mənsubiyyəti haqqında antropoloji nəzəriyyələr
Türklərin irqi mənsubiyyəti məsələsi yüz illər ərzində elmi müzakirələrin əsas mövzusuna çevrilmişdir.
Bəşəriyyəti antropoloji cəhətdən müxtəlif irqlərə bölən bilim adamları bu haqda çoxsaylı nəzəriyyələr irəli sürmüşlər. Bu antropoloji nəzəriyyələrdə türklərin bu və ya digər irqə mənsubluğu da geniş müzakirələrə səbəb olmuşdur. Bu baxımdan Türklərin Turan və Alp irqinə mənsubluğu haqqındakı nəzəriyyələr ən geniş şöhrət tapmış nəzəriyyələrdir. Bu nəzəriyyələr bilim adamlarının xəyal məhsulu olmayıb sami və ari irqlərinin tarix səhnəsinə qədəm qoymalarından öncə dünyanı məskunlaşdırmış ilk super etnos olan turanlı öntürklərin tarixi keçmişinə aid rəvayət və əfsanələrdə əks olunmuş mifoloji hekayətlərə və qəhrəmanlıq eposlarında təsvir olunan gerçək tarixi hadisələrə əsaslanır.
Türkləri inadla monqoloid irqə aid etməyə cəhd göstərən bir çox avropalı bilim adamlarının iddiaları antropoloji dəlillərlə təkzib olunmaqda və türk xalqlarının bir çoxunda rast gəlinən monqoloidliyin bu irqə mənsub olan insanların tarixin çox gec dövrlərində türklərlə təmasları nəticəsində meydana çıxdığı elmi dəlillərlə sübut olunmuşdur.
Tur və Alp bir çox müəlliflərin qədim tarixi mənbələrə əsaslanaraq qeyd etdikləri kimi qədim turanlıların və öntürklərin iki önəmli eponimləri olmuşlar. Tur öntürk turların, Alp isə öntürk alpların ulu əcdadları kimi göstərdikləri qəhrəmanlıqlar bir çox xalqların əfsanə və rəvayətlərində öz əksini tapmışdır.
Antropoloq və etnoloqların bir çoxu kökünü öntürk turların təşkil etdiyi Turan irqini dünyanı ilk məskunlaşdıran və ilkin bəşər mədəniyyətinin əsasını qoyan irq kimi dəyərləndirir və dünyanın bir çox xalqlarını öz tərkibində birləşdirən müstəqil irq hesab edirlər.
İrqi mənsubiyyət baxımından Turan və ya Turanid terminini bəşəriyyətin müstəqil irqi kimi ilk dəfə elmi ədəbiyyata XX əsrin əvvəllərində fransız antropoloqu Josef Denker gətirmişdir. Jozef Denker “İnsan irqləri” adlı əsərində Turan (Turanid) irqini xüsusi bir irq kimi tanımlayaraq saçlarının düz olmasını onların xüsusi əlamətlərindən biri hesab edir. Türklərin Turan irqinə mənsub olduqlarını qeyd edən J.Denkerə görə Türk dilində danışan və turanlı adlandırılan xalqlar Asiyanın yarısını, Şərqi Avropanın böyük hissəsini, Şimal Buzlu okeanının sahillərini, İran yaylasını, Mərkəzi Rusiya və Qafqazın böyük hissəsini əhatə edən ərazilərdə yaşayırlar. (Denker J. 1913, Səh. 293, 375)
Alman antropoloqu Eqon Aykştedt bəşər irqlərinin tarixinə həsr olunmuş əsərində antropoloji baxımdan Avropalıları Turan və Alp irqi olmaqla iki qola bölür. Bəşəriyyəti Avropoid, Monqoloid və Neqroid olmaqla üç böyük irqə ayıran Aykştedt Turan (Turanid) irqini, Alp irqini, Aral irqini, Pamir irqini qohum irqlər hesab edir və bu irqlərin ümumi Avropa irqi altında birləşdirir. (Egon von Eikstedt. 1934, Səh. 134)
Aykştedt də Denker və Haddon kimi Turan irqini türk və tatarlardan ibarət hesab edir. O, Turan irqini qısabaşlı antropoloji tipə aid olduğunu və Asiyanın böyük ərazisinə yayılmış olduğunu yazır.
Turanlıların qafatasları orta dərəcədə geniş, yüksək və qısadır. Alınları