Aykştatdın fikrinə görə turanlı öntürklər bu günki Turana yəni Türkistana yəqin ki, ən qədim zamanlarda şimal ərazilərindən gəlmişlər. Turan nordik irqinin ilkin vətənidir.
Sibir turanlıların da mənsub olduğu Avropa irqinin ilkin vətənidir və sonrakı mədəniyyət mərkəzidir.
Eykştadt Turanı, yəni cənubu Sibiri bəşəriyyətin dinamik inkişafının əsas hərəkətverici qüvvəsi hesab edir. “Turan irqi Sibirin qərbindən durmadan çöllər boyunca hərəkət edirdilər. Öz özlüyündə barışcıl və mədəniyyətsever olan Turanlılar və türklər bozkırın heyvandar köçəri turanlılarının təzyiqi ilə qərbə doğru köçlərə məruz qalarkən, Avropadakı nordik irqə mənsub avropalıları da yerlərindən edib batıya doğru köçlərinə səbəb olurdular”. (Egon von Eikstadt, 1934, Səh. 267)
Tarım hövzəsi və Asiyanın yüksək ovalıqları qədimlərdə olduğu kimi bu gün də turanlıların yurdudur. Turan indiki Türkmənistan və Qazaxıstanın yerləşdiyi ərazidir. Turanlılar güneyə doğru hərəkət edərək İran və Anadolu üzərindən geniş ərazilərə çıxdılar burda tundrada olduğu kimi rütubətli şərait mövcud idi. Lakin sonradan Turanlılar burda protoaralıqdənizi insanları timsalında bir rəqiblə qarşılaşdılar. Turanlıların İran üzərindən qərbə doğru yürüşləri sonrakı tarixi dövrlərdə dəfələrlə təkraralandı. (Egon von Eikstadt, 1934, Səh. 280)
“Dünya tarixi” əsərinin müəllifi ingilis assuroloqu və tarixçisi F.Smit bəşəriyyətin böyük bir hissəsini öz tərkibində birləşdirən Turan irqinin qədim dövrdə Qafqazın tarixi ilə sıx bağlı olduğunu və bu irqin Mərkəzi və doğu Asiya, Şimal Buzlu okeanına qədərki düzənliklərdə, Avropada və hətta Amerikada geniş yayıldığını yazmışdır. Turan irqi, tatar/türkləri, hunları, monqolları, uqrları, kalmıkları, Amerikanın eskimoslarını əhatə edir. Turan irqinə mənsub olan xaldeylər (sumerlər) mədəniyyətin ilkin yaradıcılarıdırlar. Smitin gəldiyi qənaətə görə Ari dilləri ümumi Turan dili ailəsi içərisində baş verən proseslər nəticəsində ayrılaraq formalaşmışdır. (Smith Philp, Vol. I, 1865, Səh. 65)
İtalyanın görkəmli tarixçi və antropoloqu Françesko Molon liqurlara həsr olunmuş əsərində Turan irqinin tarixi coğrafiyasına da geniş yer vermişdir. Onun yazdığına görə Asiyanın böyük ərazisi bəşəriyyətin ikinci böyük hissəsini təşkil edən Turan irqinə məxsus idi. Buzluq erası sona çatdıqdan sonra Turan irqi ilk olaraq Ural dağları üzərindən batıya və güney-batıya doğru hərəkət edərək Avropaya gəlmişlər. Turanlılar ilk öncə Avropanın güney bölgələrinə doğru hərəkət etdikləri zamanı müxtəlif ərazilərdə dayanaraq məskən salmış və bir müddətdən sonra irəliləməyə davam etmişlər. Onlar ilk növbədə Aralıq dənizi hövzəsinə doğru yenmiş, Avropanın güney ərazilərində yerləşən İtaliyanı, İsveçrəni, Fransanın cənubunu və İspaniyanı məskunlaşdırmışlar. (Francesco Molon, 1880, Səh. 19)
Molon turanlıların miqrasiyası haqqında yazır ki, Ural-altaylı Turanlıların Mərkəzi Asiyadan ikinci axını Kiçik Asiya üzərindən Babilə və sonra Dunayın aşağısından Alp regionuna oldu. Babilin xarabalıqlarında Assuriyalılardan öncə burda Ural-altay xalqlarının yerləşmiş olduqları haqqında çoxlu dəlillər mövcuddur. Babildə 3000 min il öncə aqlütinativ ural-altay dilində danışan xalqlardan qalma çoxlu abidələr mövcuddur. (Francesco Molon, 1880, Səh. 32)
İngilis antropoloqu Oksford universitetinin professoru Con Beyker də özünün irqlərə həsr olunmuş “Rasa” adlı kitabında Turan irqini Avropa irqinə aid edir. (Joon R. Baker. 1974. Səh. 625)
Rus antropoloqları Turan adına ehtiyatla yanaşaraq Turan irqi terminindən qərəzli şəkildə imtina edir və onu “Cənubi sibir” irqi termini ilə əvəz edərək sibirin monqoloid xalqları ilə yanaşı Qazax və Mərkəzi Asiya türk xalqlarını bu irqə aid edirlər.
Macar antropoloqu A.Bartucz Turan irqinin ən başlıca tətqiqatçılarındandır. O bütün Türk xalqları ilə birlikdə macarları da bu irqə aid edir. Bartucz Turan irqini avropoid tipinə malik olduğunu və monqoloidliyin antropoloji əlamət şəklində türklərin bir qismində az da olsa sonradan meydana çıxdığını qeyd edir. O monqolları antropoloji tip olaraq Turan irqinə deyil, Sinid irqinə mənsub hesab edir. (Laslo Rasonyi. cilt 1, 2002, Səh. 494–498)
Turanlı öntürklərə aid edilən ən önəmli nəzəriyyələrdən biri də Alp irqi nəzəriyyəsidir. Amerikanın görkəmli antropoloqu Nordik-ari irqi nəzəriyyəsinin banisi Madison Qrant Alp irqinin Asiya mənşəli olduğunu, kökünün Güney Sibirə bağlı olduğunu yazır.
Sonrakı yayılma prosesində Mərkəzi Tibet, Himalay və Hindikuş ətəklərində məskunlaşan bu irq Pamir, İran, Kiçik Asiyaya doğru hərəkət edərək Balkanlar üzərindən Avropaya yayılmış, güney-doğu Avropanı, Balkanları, Şimali İtaliyanı, Mərkəzi Avropanı əhatə etmişlər. M.Qrant türklər başda olmaqla qədim və müasir dövrün bir çox turanlı xalqlarını o cümlədən sumerləri, akkad, hititləri, midiyalıları, sarmatları, keltləri, bretanları, uelsləri, isveçrəliləri, şimali italyanları, aid edir. (Madison Grant. 1916, Səh. 124)
Qrant yumru qafaya malik olan Alp irqini digər yumruqafalı monqoloidlərlə qarışdırmamağı məsləhət görür. O, Avropada almanların əksəriyyətinin Alp irqinə mənsub olduqlarını, Alp irqinin Avropaya Balkanlar üzərindən neolit dövründə Kiçik Asiyadan daxil olduqlarını yazır. (Madison Grant, 1916, Səh. 122)
Madison Qrant İngiltərənin ilkin əhalisinin Alp irqinə mənsub olduqlarını, Stounhenc kimi dairəvi meqalit kurqanların sahiblərinin də Alp irqinə mənsub insanlar olduqlarını, lakin sonradan tam assimilyasiyaya uğradıqları fikrini irəli sürür. Onun yazdığına görə İsveçrənin göllər ətrafı ərazilərinin və İtaliyanın şimal ərazilərinin əhalisi m. ö. 5000-ci ildə çiçəklənmə dövrünü yaşayan Alp irqinə mənsub olmuşlar. Bu yumru qafalı Alp irqinin monqollarla heçbir əlaqəsi yoxdur. Avropada rastlanan yumru qafalı monqoloid izləri daha gec dövrdə yüz illərlə Şərqi Avropanı viran qoyan Hunların və tatarların dövründən qalmadır. (Madison Grant, 1916, Səh. 125)
M.Qrantın fikrinə görə Mərkəzi Fransanın əhalisinin əksəriyyəti Sezarın dövründə olduğu kimi indi də Alp irqinə mənsubdurlar. Belçikanın yüksəkliklərində, Elzas Lotarinqiyada, Tirolda, İsveçrədə, İtaliyanın şimalındakı Bavariyada, Baden Vürtemberqdə dağlıq əhalinin əksəriyyətini Alp irqi insanları təşkil edirlər. Lakin Bavariyada və Tirolda onlar xeyli dərəcədə nordik tevtonlularla qarışmışlar. Slavyan xalqlarının böyük əksəriyyəti də Alp irqinə mənsubdurlar. (Madison Grant, 1916, Səh. 126)
İtalyan antropoloqu Q.Serqi Aralıq dənizi irqinin tədqiqinə həsr etdiyi əsərdə Avropanın ən qədim əhalisi olan iberləri və liqurları Turan irqinə aid edir. Serqi iberlərin kəllə sümüklərini tədqiq edərək onları pelasqlarla eyniləşdirir. O hesab edir ki, yumrubaşlı braxikefal iberlər asiya tipinə aiddirlər və onlar neolit dövrünün sonu və metal dövrünün başlanğıcında Asiyadan hərəkət edərək Rusiyanın cənubundan keçməklə Avropanın mərkəzinə, Aralıq dənizi regionuna və İberiya yarımadasına yayılmışlar. (G. Sergi. 1901, Səh. 160)
Fransız antropoloqu Marsellin Ball bəşəriyəti Nordik, Aralıq dənizi və Alp irqi olmaqla üç irqə bölür. Alp irqi Rusiyanın böyük hissəsini, Kiçik Asiyanı, Balkanları və Çexiyanı, İsveçrəni, Alp dağlarının batısını, Fransanın mərkəzini və Bretan əyalətini,