Dünya tarixinin Turan Dövrü. Ələsgər Siyablı. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Ələsgər Siyablı
Издательство: Köhlən Nəşriyyatı
Серия:
Жанр произведения:
Год издания: 0
isbn: 9789952837124
Скачать книгу
və Turan nəzəriyyəsi əleyhinə 1874-cü ildə “Journal Asiaticue” jurnalında dərc etdiyi “Babilin yalançı turanlıları haqqında tənqidi müşahidələr” adlı digər bir məqaləsində Sumer dilinin Turan dili olmadığını, turanlıların heç vaxt Mesopotamiyada yaşamadıqlarını, sumer dilinin bir danışıq dili olmayıb yalnız sami və assur dilini ifadə etmək üçün bir ideoqrafik işarələr sistemi olduğunu, mixi yazının sami xalqlar tərəfindən kəşfi olduğunu iddia edirdi. Halevi samilərin dünya mədəniyyət tarixində önəmli bir rola malik olmadıqları haqqında ariyanizm ideoloqlarının fikirlərinə qarşı da etiraz edirdi.

      Turan nəzəriyyəsinin böyük müdafiəçisi Y.Oppert özü alman əsilli aşkenaz yəhudisi idi və sefard əsilli bir yəhudi olan Halevinin türk əleyhdarı və sionist görüşlərini sərt tənqid edirdi. O, Halevinin bu məqaləsinə həmin jurnalın 1875-ci il nömrəsində elmi dəlillərə əsaslanan tutarlı bir məqalə ilə cavab verdi. O yazırdı ki, Halevi Susiana monarxlarının mətnlərindən xəbəri olmadığı üçün aşkar edilən 15 şəxs adına görə elamlıları samilər hesab edir. Lakin bu adların çoxunun qeyri sami mənası onun samilik maniyasının əleyhinədir. (J. Oppert, 1875, Səh. 442, 471)

      J.Kuper Halevi haqqında yazırdı: “Görkəmli assuroloq olan Halevi sumerlərin mixi yazının yaradıcıları olduqları tezisini qəbul etmirdi və sumer dilini danışıq dili deyil, dini mətnlərin yazıldığı ölü dil hesab edirdi. Özü sami irqinə mənsub bir yəhudi olan Halevi mixi yazı kimi dahiyanə bir kəşfin samilər tərəfindən deyil, hansısa başqa bir irqə mənsub xalq tərəfindən kəşf edildiyi ideyasını heç cür qəbul edə bilmirdi. O özünün qırx illik elmi fəaliyyətini sumerizmlə mübarizəyə həsr etdi”. (Cooper Jerold, Sumerian and Arian, 1993, Səh. 172)

      Halevinin Turan dili nəzəriyyəsinə və bu dilin daşıyıcıları olan turanlılara və sumerizmə qarşı hücumları bu nəzəriyyənin tərəfdarlarının sami dilinə və irqinə qarşılıqlı sayqısız ittihamlarına səbəb olurdu.

      Alman Assuriyaşünaslıq məktəbinin banisi E.Şrader yazırdı ki, samilər epik əsərlər yaratmaq qabiliyyətini Babilin turanlı xalqı ilə kontaktları nəticəsində əldə edə biliblər və öz yazı sistemlərini və miflərini onlardan öyrəniblər. Bibliya əfsanələrini dərindən araşdıran Şrader samilərin öz şəxsi imkanlarından istifadə edərək öz epik ənənələrini inkişaf etdirmək məsələsində aciz olduqlarını çox əminliklə iddia edirdi. Şraderin bu iddiasını Halevi çox acıqla qarşıladı. (Cooper Jrold, 1993, Səh. 180–181)

      Şrader samilərin İştar haqqındakı əfsanələrinin tamamilə sumerlərə məxsus olduğunu sübut edirdi.

      O, samilərin malik olduqları yazı sisteminin, mifalogiyanın, tanrılar panteonunun və digər mədəniyyət ünsürlərini Babilin sami olmayan xalqına məxsus olduğunu sübut etmişdir. O, Babilin şimalındakı babillilərin, finikiyalıların və ibranilərin və bütövlükdə samilərin yerli xalq olmayıb Ərəbistandan gələrək ölkənin şərqində və cənubunda yayıldıqlarını sübut edirdi. (Cooper Jerold, 1993, Səh. 182)

      Şrader deyirdi ki, ibrani yəhudilər ancaq Babilin sami olmayan xalqı ilə təmasdan sonra kəhanət qabiliyyətini mənimsəmişlər. Samilər mənimsədikləri təkallahlıq ideyasını Mesopotamiyanın cənubundakı turanlı xalqdan öyrənmişlər. Mixi yazı sistemini də Babilə Asiya yaylalarından gəlmiş qədim sakinlər kəşf etmişlər. Halevini xüsusən də özündən çıxaran məsələ Turanlılara samilərdən və digər insanlardan fərqli olan üstün keyfiyyətlərin şamil edilməsi idi. Lenormanın və Oppertin əsərlərində sumer dilinin və mifologiyasının və maqiya sisteminin turanlı xalqlarınkinə çox bənzədikləri sübut olunurdu. Halevi turanlı türkləri və macarları meşələrdən və çöllərdən gəlmə vəhşilər hesab edirdi. (Cooper Jerold, 1993, Səh. 182)

      Lenorman Halevinin sumer və akkadların turanlı mənşəyə malik olmasını inkar edən fikirlərinə münasibət bildirərək yazırdı ki, bəşər irqinin böyük bir qolunu təşkil edən Turan xalqının erkən Kaldidə (Xaldeydə) məskunlaşması faktı artıq sübut olunmuşdur. O sumer-akkad dilinin turani mənşəyə malik olmasını şərtləndirən beş əsas amil müəyyən etmişdi. (Lenormant F., 1877, Səh. 267)

      Müasir dövrdə bütün Assuroloqlar tərəfindən dəqiqliklə sübut olunmuş və qəti şəkildə ümumən qəbul edilmiş aşağıdakı dörd fundamental təkzibedilməz prinsip mövcuddur:

      1. Sumer və ya akkad dili mövcuddur və heç kəs bunu şübhə altına ala bilməz.

      2. Anarian adlanan qeyri ari dilli mixi yazı samilər gəlmədən öncə Dəclə və Fərat çayının aşağı axarlarında yaşayan bu xalq tərəfindən yaradılmışdır.

      3. Bu dil aqqlyutativ dildir və onun dühası və qrammatikası sami dilindən tamamilə fərqlidir.

      4. Bu dilin Midiyanın və Susiananın qeyri ari aqqlyutativ dilləri ilə qohumluğu mixi yazı mətnlərinin tədqiqi nəticəsində aydın olmuşdur. Bu dilin Turan və ya altay dil ailəsinə mənsubluğuna aid alimlərin verdikləri qərarı əks etdirən beşinci maddə də mövcuddur ki, bunun əleyhinə olanların dəlilləri bir o qədər də mükəmməl deyil. Mixi yazı sistemi Akkadın turan əhalisi tərəfindən kəşf edilmişdir və Xaldeyin akkad əhalisi assur dilindən öncə bu dildə danışırdılar. (Lenormant F., 1877, Səh. 267–268)

      Lenorman Turan dilinin mövcudluğuna şübhə ilə yanaşanlara cavab olaraq yazırdı: “Mənim məqsədim orijinal mətnləri və xüsusən də akkad kitablarının parçalarını öyrənməklə qədim Xaldeyin və Babilin əhalisinin əsl mənşəyini müəyyən etmək sahəsindəki çətin problemin həllinə çalışmaqdı. Bu araşdırmalarımda bəzi bilim adamlarının fikirlərində müəyyən şübhələr mövcud olsa da Akkad xalqının turanlılardan ibarət olduğu haqda doğru bir qənaətə gəldim”. (Lenormant F., 1877, Səh. 371)

      Lenorman özünün Turan dili nəzəriyyəsinin digərlərindən tamamilə fərqli mahiyyət daşıdığını vurğulayaraq yazırdı: “Mən Maks Müllerdən fərqli olaraq Turan adına daha konkret və yığcam məna verirəm, Turanlılar Arilərin təbii rəqibləridirlər, Kastrenin təklif etdiyi Altaylı adının əvəzinə elm qəti şəkildə Turanlı adını qəbul etmişdir. Mənim fikrimə görə Kastrenin təklif etdiyi Altaylı adı bu günki turan irqinin olduqca lokal bir qrupunu əhatə edir. Bizim bu adı erkən tarixi dövrlərdə qədim Asiyanın çox geniş ərazilərində məskunlaşmış olan qohum əhali qruplarına şamil etməyimiz yanlış olardı, çünki onlar Altay dağlarından yenməmişdilər. Onların çıxış məntəqəsi sivil bəşəriyyətin dörd böyük irqinin ümumu beşiyi olan ərazidə idi”. (Lenormant F., 1875, Səh. 381)

      Lenorman sivil bəşəriyyətin dörd böyük qolunun ümumi vətəni dedikdə Zaqross dağ yaylalarını nəzərdə tuturdu.

      Lenormanın fikrinə görə “Kastrenin nüfuzundan asılı olmayaraq o, öz vaxtsız ölümündən sonra tədqiqatlar nəticəsində aşkar edilmiş qədim tarixə dair faktlara deyil, öz vaxtındakı mövcud faktlara əsaslanırdı. Biz qafqazlı adından imtina edib ari adını qəbul etdiyimiz kimi Altaylı adı da Turanlı adı ilə əvəz olunmalıdır. Mən əminəm ki, Kastren sağ olsaydı o öz Altaylı nəzəriyyəsindən imtina edərdi”. (Lenormant F., 1875, Səh. 381)

      Lenorman Kastrenin Ural-altay dil nəzəriyyəsinə qarşı çıxmaqda haqlı idi. Çünki sami və ari dilləri termini özündə bu dillərə mənsub olan konkret bir super etnosu ifadə etdiyi halda Ural-altay dili məfhumu qeyri müəyyən xarakterə malik olub ümumi coğrafi mahiyyət daşıyır və