Dünya tarixinin Turan Dövrü. Ələsgər Siyablı. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Ələsgər Siyablı
Издательство: Köhlən Nəşriyyatı
Серия:
Жанр произведения:
Год издания: 0
isbn: 9789952837124
Скачать книгу
etnosu ilə əlaqələndirir. Onun yazdığına görə “Alb” toponimi ligurların məskunlaşdığı ərazilərdə geniş yayılaraq Alp, Alba, Albano, Alban kimi çoxsaylı toponimlər meydana gətirmişdir. Molon Albion adının Roma mifologiyasında Saturnun oğlunun adından götürüldüyü haqqında Pampolio Melanın fikrini inandrıcı hesab etmir və italiyanın Albano xalqının liqur mənşəli olduğunu və Appenin yarımadası boyunca yayılaraq Latium (Latsio) ərazisində də məskunlaşdıqlarını qeyd edir. (Francesco Molon. 1880, Səh. 36)

      Alp Türklərlə əlaqədar qədim bir eponimidir. Qədim türk sözü olan Alp adının bir çox izahları mövcuddur. Qədim türk lüğətində Alp eponimi qəhrəman, igid, cəsur, bahadır, pəhlivan, cəngavər kimi izah olunur. (Древнетюркский сдоварь, 1969, Səh. 36)

      Alp insanları əsasən dağlıq ərazilərdə məskunlaşmış dağlı insanlardır.

      Bir çox qaynaqlarda göstərildiyi kimi Alp sözü Alb və Alm şəklində də ifadə olunur.

      Almaniyada assurologiyanın atası hesab olunan Eberhrd Şrader akkad-sami dilində Alp-i/Alap sözünün öküz demək olduğunu yazır. (Eberhard Schrader. 1872, Səh. 26)

      D.Miller və M.Şippin Akkad dilinə həsr olunmuş əsərində də, Alpu sözü “öküz” kimi tərcümə edilir və onun mixi ideoqramının Qud yəni öküz olduğu yazılmışdır. (D.Miller and M.Shipp. 1996, səh. 74)

      İngilis tarixçisi Duqlas Freşfild “Qafqazın Kəşfi” adlı əsərində Alp sözünün mənasının iddia edildiyi kimi “ağ dağ” deyil “dağ çəmənliyi” anlamı daşıdığını yazır. (Douglas Freshfield. Səh. 65, 1896)

      VI əsr Roma tarixçisi keşiş Sevilyalı İsidor da Alp sözünü liqur dilində yüksək dağ və dağ çəmənliyi anlamı daşıdığını yazmışdır.

      Alup sözü sumer-akkad dilindən uqarit dilinə Alp şəklində keçmişdir və mənası öküz və ya qaramal deməkdir. (Wilfred Watson. 2007, Səh. 106)

      Alp sözü ilə Alm sözləri sinonim sözlərdir. Yuxarıdakı izahlardan da göründüyü kimi sumer-akkad dilində Alpu və Alum/Alim öküz anlamı daşıyır. Alu-m Sumerin baş tanrısı Anın öz qızı İnannaya yardım üçün gəndərdiyi səma öküzünün adı idi. (Friedrich Delitzsch. 1896, Səh. 59).

      Alim günəş tanrısı Utunun epitetlərindən biri idi və mənası vəhşi öküz deməkdir. Alp/Alb və Alm sözləri aydın şəkildə göründüyü kimi Alup və Alum sözlərinin qısaldılmış formasıdır. Qədim almanlar qaramal bəslədikləri dağ çəmənliyi və otlaqları Alp/Alb və ya Alm adlandrırdılar. (Alfred Helfenstein. 1982, Səh. 45)

      Sumer dili lüğətlərində Alpi/Alim sözlərinin loqoqramı olan Qud sözünün öküz, buğa anlamı ilə yanaşı digər mənasının da “güclü”, “cəsur”, “qəhrəman” anlamı daşıdığı qeyd olunmuşdur. (Friedrich Delitzsch. 1914, Səh. 108)

      Yuxarıdaki şərhlərdən də göründüyü kimi sumer-akkad dilində Qud/Alp sözü vəhşi öküz anlamı ilə yanaşı bir də güclü, cəsur, atılqan anlamı daşımış və bu azadlıq sevər, cəsur, güclü heyvan insanlar üçün də qəhrəmanlıq, igidlik simvoluna çevrilmiş, insanlar onu özləri ilə özdəşdirmişdilər.

      Müxtəlif dillərdə Alp, Tur, Öküz, Kutur, Bizon və Yak adlanan vəhşi öküzün ənənəvi yaşayış arealı yüksək dağ yamaclarındakı çəmənlik və otlaqlar olmuş və ona görə də yüksək dağ yamacları onların adı ilə Alp və ya Alm/Alb adlanmışdır. Qədim türklərdə Alp Turan, Alr Ər Tonqa, Alp Teqin və. s. qəhrəmanlıq epitetləri daşıyan adlar geniş yayılmışdı.

      Bir çox müəlliflərin o cümlədən F.Lenormarın, Seysin, Konderin, İsaak Teylorun ən sevdikləri nəzəriyyə turanlıların tarixə qədərki dövrdə Ön Asiyaya, Mərkəzi və Güney Avropaya yayılmaları nəzəriyyəsidir. Prof. Seys turanlıları “uqor- altay” irqi adlandıraraq buraya türkləri, tatarları və finləri aid edir. (Daniel Brinton. 1895, Səh. 74)

      Lakin Turan irqi nəzəriyyəsinin əleyhdarları tarixəqədərki dövrdə, yəni sami və ari irqlərinin tarix səhnəsinə qədəm qoymadan öncə turanlıların yer üzünün əsas mədəni əhali kütləsini təşkil etdikləri fikrini qəbul etməyərək Kiçik Asiyanın turanlı xalqlarını və o cümlədən urartuluların aid olduqları “turanlı” terminini qeyri müəyyən “aloroid” və ya “allafon” termini ilə əvəz etməyə təşəbbüs göstərmişlər.

      Daniel Brinton “Aloroid” nəzəriyyəsinə tənqidi yanaşaraq yazırdı: “Bir müddət sonra Mesopotamiya xalqlarının turani mənşəyi haqqındakı nəzəriyyənin tərəfdarlarının bir çoxu yeni bir “alarodiya” nəzəriyyəsinin tərəfdarlarına çevrildilər. Q.Bertin belə bir nəzəriyyə irəli sürdü ki, Batı Asiya tarixə qədərki dövürdə “ilkin irq” adlanan insan dölü tərəfindən məskunlaşmışdır. Qeyri müəyyən dilə və fiziki tipə malik olan bu insan növü bütün yer üzünə yayılmış və yüksək irqlərin meydana çıxması ilə ortadan qeyb olmuşlar. Lakin bu möcüzəvi məxluqların etnik mövcudluğu haqqında hər hansı bir elmi dəlil bəlli deyil”. (Daniel Brinton. 1895, Səh. 76)

      Almaniyanın XVIII–XIX əsr görkəmli antropoloqu İohan F.Blumenbax ilk dəfə bəşəriyyəti 1) Qafqaz (ağ irq), 2) Monqoloid (sarı irq), 3) Malay (qəhvəyi irq), 4) Neqroid (qara irq), 5) Amerikan (qırmızı irq) olmaqla 5 irqə bölmüşdür. O, Qafqazı bəşər irqinin beşiyi adlandırırdı. Blumenbax “ağ irqə” mənsub etdiyi avropalıları Qafqaz irqinə aid edirdi. O, Qafqaz irqi insanlarını gürcülərin timsalında ən mükəmməl insan tipi hesab edirdi. Blumenbax ural-altay xalqlarını Qafqaz irqinə deyil Monqoloid irqinə aid edirdi.

      Amerikanın görkəmli arxeoloq və etnoloqu Daniel Brinton İohan Blumenbaxın Qafqaz irqi adlandırdığı “ağ irqi” “avroafrika” irqi adlandırmışdır. O yazırdı ki, “Mən sarı monqol və qara Afrika irqindən fərqlənən irqi “avroafrika” irqi adlandırıram. Çünki bu irq Şimali-qərbi Afrikanı və batı Avropanı əhatə edirdi. Qərbi Asiyada bu irq ən qədim tarixi zamanlarda olduğu kimi bu gün də üç böyük qol olan hind-german, sami və qafqaz qollarını özündə birləşdirmişdir. Ümumiyyətlə, qafqaz tayfaları hər zaman quzeydə, arilər mərkəzdə, samilər isə güneydə məskunlaşmışlar. Onun fikrinə görə ari irqi iddia edildiyi kimi Mərkəzi Asiyada deyil, Batı Avropada təşəkkül tapmış, ordan hərəkət edərək Hellospont və Bosfor vasitəsilə Kiçik Asiyaya və İrana, sonra isə Hindikuş dağlarında onların bir hissəsi ayrılaraq cənuba, Əfqanistan və Hindistana, digər hissə isə quzeyə Baktriyaya doğru hərəkət etmişdir. (Daniel Brinton. The Protohistoric of Western AsiaSəh. 78)

      Albay A.Billerbekin irəli sürdüyü tezisə görə arilər m.ö. XIII yüzillikdə Qafqaz üzərindən keçərək Batı Asiyaya gəlmişlər və e.q. 800-cü ilə qədər Persiyanın hökmran irqinə çevrilmişlər. O zamana qədər Persiyada hakim irq monqollar, yəni türklər olmuşlar. (Daniel Brinton. 1895, Səh. 80)

      Turanlıların aid edildiyi irqi tiplərdən biri də Aral irqi nəzəriyyəsidir. Alman assuroloqu Artur Unqnad bəşəriyyətin ən böyük irq ailəsini təşkil edən Aralıq dənizi (Mediterrane) irqinin bir neçə qola ayrıldığını və sumerlərin onun dördüncü qolunu təşkil etdiyini yazır.

      Unqnad irəli sürdüyü digər bir nəzəriyyə Aral irqi nəzəriyyəsidir. O Sumer irqini Aral irqi adlandırmağın daha doğru ola biləcəyi fikrini irəli sürür.

      Unqnad Xəzər dənizinin Güney doğusunda Damqan yaxınlığında aşkar