Almaniyanın XIX əsrdəki görkəmli etnoloqu Baron Bunzen Ümumdünya tarixinin, dilinin və dininin fəlsəfəsinə həsr etdiyi fundamental əsərdə Turanlıların bəşər tarixindəki rolunu təhlil edərək yazırdı: “Turan əhalisinin bölünərək yayılması ari irqinin öz ilkin yurdlarını tərk etməsindən daha öncə başlamışdır. Buna görə də arilər şərqə və ya qərbə, hansı istiqamətə getsələr orda Turun köçəri varislərinə rast gəlirdilər. Dünayanın bütün tarixi və xronoloji zaman kəsiyində Turan öz töhvəsini vermişdir. Avropanın şərqində və qərbində, şimalında və cənubunda müasir kökünü təşkil edən qədim kelt mədəniyyətinin əsasını Turan təbəqəsi təşkil edir. Hunnlar qədim Roma imperiyasının yıxılmasına vəsilə oldular. German və germanlaşmış dövlərtlərin yaradıcıları Turanlılar oldular.
Çox mümkündür ki, Şimali Amerikanın müxtəlif tayfa və xalqlardan ibarət olan yerlilərinin dilləri şimal qütbündəki eskimoslardan başlamış Meksikanın asteklərinə qədər eyni mənşəyə malik olub Turan irqinə mənsubdurlar, onların qafataslarının quruluşu da bunu təsdiq edir. Bu xalqların dillərinin bir-biri və eyni zamanda Asiyanın turan dili ilə qrammatik quruluş baxımdan eyniliyi hamı tərəfindən qəbul olunur”. (G. J. Bunzen, c. 2, 1854, Səh. 26, 111)
Türkmənistanda 1904-cü ildə italyan arxeoloq Pumpelli tərəfindən aşkar edilən, e. q. X–IX minilliklərə aid Anau şəhər mədəniyyəti bilim adamları tərəfindən dünyanın ən qədim mədəniyyəti hesab olunmuş və bünövrəsinin turanlı öntürklər tərəfindən qoyulduğu tarixi dəlillərlə sübut edilmişdir. Pumpelli e. q. VI minillikdə Anau sakinlərinin bir qisminin özləri ilə əhliləşdirdikləri heyvan növləri, taxıl, darı və s. nümunələr götürərək doğu istiqamətinə hərəkət etdiklərini və İkiçayarasında Sumer və Afrikada Misir mədəniyyətinin təməlini qoyduqlarını elmi dəlillərlə əsaslandırmışdır.
Anau ilə yanaşı Türkmənistanda aşkar edilmış e. q. VI minilliyə aid Ceytun, VII minilliyə aid Cəbəl, Böyük Balxan, Dam-dam Çeşmə qədim arxeoloji mədəniyyətlər yüksək inkişaf etmiş əkinçilik mədəniyyətlərinə malik olub qoyun, keçi kimi ev heyvanları bəsləməklə yanaşı, arpa və buğda taxıl məhsulları yetişdirmək səriştəsinə malik idilər.
Babil və Misir sivilizasiyalarından çox öncələri Xəzər dənizinin arxasındakı vadilərdə Aşqabad yaxınlığındakı Anauda yaşayan insanlar şəhərlərdə yaşayır, buğda, darı əkir, heyvanları əhliləşdirir və bəsləyirdilər. Bölgədə quraqlıq başlamadan öncə onlar öz yurdlarını tərk etmişlər. Yəqin ki, Misirin və Babilin mədəniyyətlərinin kökünü bu Anau mədəniyyəti təşkil edirdi. (H. Cordier. 1920. Səh. 6)
Lakin samilərin və hind-avropalı arilərin sonrakı dövrlərdə tarix səhnəsinə qədəm qoymaları ilə dünyanın böyük hissəsində məskunlaşaraq ilkin bəşər mədəniyyətinin əsasını qoymuş turanlılara qarşı təcavüzkar hərəkətləri başlamış oldu. Öncə Ön Asiyada Ərəbistan yarımadasından hərəkət edərək Mesopotamiya ərazisində yayılan vəhşi sami tayfalarının davamlı basqınları və təzyiqləri nəticəsində turanlı sumerlilər öz yurdlarını tərk edərək böyük köçlərə məruz qaldılar.
Tarix səhnəsinə daha gec qədəm qoyan hind-avropalı arilər iki qola ayrılaraq yayılmaları iki istiqamətdə baş verdi, onların bir qolu ilkin vətənləri olan Şərqi Avropadan hərəkət edərək Balkan üzərindən Anadoluya keçdilər. Hind-iranlılar adlanan digər qolu isə şərqə doğru hərəkət edərək Mərkəzi Asiyada iki hissəyə bölündülər, bir hissəsi şərqə doğru Hind çayı hövzəsinə, digəri isə qərb yönündə istiqamət götürüb Zaqros dağları və Mesopotamiyaya doğru hərəkət edərək burda məskunlaşmış turanlı Ön türk xalqlarının öz yurdlarını tərk edərək müxtəlif istiqamətlərdə köçlərinə səbəb olmuşdular. Beləliklə bəşər tarixinin ilkin irqi olan və dünyanın dörd tərəfinə yayılmış Turan irqi arilərlə yüzillərlə davam edən mübarizədə malik olduqları əraziləri çox zaman güzəştə getməyə məcbur olurdular. Ari irqinə mənsub iranlılarla turanlı öntürklər arasında Mərkəzi Asiya və Ön Asiyada baş verən və yüzillərlə davam edən qarşıdurma dünya tarixində İran-Turan müharibələri adı ilə öz əksini tapmışdır. Mərkəzi Asiyada turanlı türklərlə iranlı arilər qarşı qarşıya gəldikləri halda Ön Asiyada Aralıq dənizi hövzəsi və Mesopotamiyada arilərin meydana çıxması ilə bəşəriyyətin üç böyük irqi olan turanlılar, arilər və samilər bölgədə ağalıq uğrunda yüz illərlə davam edən qanlı qarşıdurmalar prosesinə cəlb olunmuşdular.
Turan və Türk adları kök etibarı ilə Sumerə bağlıdır. Tur və Turan adlarının sami və iran dilləri əsasında izahı uğursuz cəhdlərdir.
Böyük assuroloq J. Oppert yazır ki, Sumerlərin Tur sözü Zənd Avestada “turya” şəklində ifadə olunmuşdur və bu Afrasiyabın hökmranlıq etdiyi Turan adının ekvivalentidir. O Firudinin oğlanları Səlm, Tur və İrəç üçlüyünün əfsanəsində Asiya yaylalarını təcəssüm etdirir. Turlar Turun millətinə mənsub olub Aryaya və Sayrama qarşı mübarizə aparan insanlardır. Sonradan o Sem/Selm ilə yaxınlaşmışdır. Sumer dili əsas etibarı ilə Turan dilidir. (Oppert J. 1875, V-5Səh. 464)
Müasir dövrün assuroloqlarında Jerold Kuper yazır ki, istər Bibliya və klassik müəlliflərin əsərləri, istərsə də Assur və Babilə aid yazılı mənbələr Qədim Mesopotamiyada samilərlə yanaşı Turanlı etnolinqvistik bir qrupun da mövcudluğunu təsdiq edir. (Cooper Jerold. 1993. Səh. 173)
Tur və turanlı adlarının iran dili əsasında izahı məsələyə qərəzli yanaşmadır. Avropasentrizm ideologiyasını rəhbər tutan müasir bilim dünyası turanlı öntürklərin bir etnos kimi təşəkkül tapdığı ərazilərində ciddi cəhdlə iranlı və hind-avropalı izləri axtarmaqda davam edirlər. İngilislər Hindistanı işğal etdikləri zaman öz işğalçılıq siyasətlərinə haqq qazandırmaq üçün arilərin ilkin vətənlərinin Hindistan olması haqqında uydurma ariçilik nəzəriyyəsini antropoloji nəzəriyyə kimi irəli sürdülər.
Dəşti Oğuz və sonrakı dövrlərdə Dəşti Qıpçaq adlanan Avrasiyanın geniş çöllərində min illərlə mövcud olan Türk dövlətlərinin bir-birinə qarşı ağalıq uğrunda apardıqları qanlı müharibələr onların zəifləyib süquta uğramalarına və ərazidəki slavyan ünsürünün güclənməsinə səbəb olmuşdur. Əmir Teymurun Sibir xanı Toxtamışı məğlub etməsi və bu əzəmətli Türk dövlətinin süquta uğramasına səbəb olaraq son nöqtəni qoymuş oldu və slavyan knyazlarının güclənməsinə, vahid mərkəzləşmiş dövlət təşkilatının yaranmasına və Sibir və Türkistanın işğallarına əlverişli şərait yaratdı. İran dövlətinin özəyini təşkil edən Əhəməni dövləti turanlı ön türk Midiya dövlət təşkilatı üzərində bərqərar olub onun atributlarını mənimsədiyi kimi Rus dövləti də türklərin Qızıl Orda dövlət təşkilatının özülü üzərində bərqərar oldu və onun