Şərqi suryani dili Turaya, yəni Tur dili adlanır. Bu Türkiyədəki Tur Abdində yaşayan Yakov-Yaqub xristianlarının dilidir. Suriyanilər Türkiyədə və Azərbaycanda aysorlar adlanırlar.
Tur və Turan adları
Y.Oppert Sumer adını və dilini elm aləmində gündəmə gətirmədən öncə bu dili iskit dili adlandırırdı və qədim turanlı iskit dilini mada-iskit və kasdo-iskit olmaqla iki dialektdən ibarət hesab edirdi.
Oppert “Tur” sözünün etimoloji izahını şərh edərək yazırdı: “Tur “oğul” deməkdir (böyük oğul və ya ailənin başçısı deməkdir, kasdo/iskit dilində “tur” midya/iskit dilində isə “sak” oğul deməkdir. Midiyada arilərin işğalından sonra əyan və aristokrat təbəqə perslərdən ibarət olsa da, əhalinin aşağı təbəqədən ibarət olan əksəriyyətini təşkil edən turanlı midiyalılar hakimiyyət uğrunda mübarizədən heç vaxt əl çəkmədilər”. (J.Oppert. 1865, Səh. 9, 10)
Y.Oppert Türk adının etimalogiyasına aydınlıq gətirərək yazir ki, iskit dilində mənası oğul demək olan “Tur” sözü türk, tatar adının kökünü təşkil edir. (J.Oppert. 1857, Səh. 15)
Oppertin və onunla həmfikir olan bilim adamlarının Tur və Turan haqqındakı fikirləri özlərində önəmli elmi və tarixi gerçəklikləri əks etdirir. Tarixi mənbələrdən də məlum olduğu kimi Zərdüşt peyğəmbər Ön Asiyada Manna ərazisində doğulmuşdur. O sonradan Avesta adı ilə təqdim olunan dini təlimini də manna dilində yazmışdır, lakin öz vətənində qəbul görməyən Zərdüşt öz təlimini təbliğ etmək üçün Mərkəzi Asiyaya üz tutmuşdur. Mannalılar etnik mənşə və dil mənsubiyyəti baxımından samilərin sumer/sumir adlandırdıqları Ön Asiyanın başlıca hakim etnosu olan kienqilərin və ya kəngərlərin çoxsaylı qollarından birini təşkil edirdilər. Zərdüştün təlimində Tur anlayışı öz kökünü sumer və manna ənənəsindən götürmüşdür və ilk insanın meydana gəlməsi haqqında öntürklərin yaradılış haqqında qədim əfsanəsini özündə əks etdirir. Mixi yazı uzmanlarının çoxsaylı izahlarından da göründüyü kimi Tur sözü oğul, doğulma, törəmə kimi anlamlar daşıyır. Tur öküzün yer üzərinə səplənən toxumundan yaranan, törəyən ilk insandır, böyük oğuldur ki, bütün bəşəriyyət ondan törənmişdir. Yəni Zərdüştün dini təliminə görə yer üzünün ilk insanları turlar, yəni türklər olmuşdur. Mixi yazı mətnlərindəki bilgilər də bunu təsdiq edir. Oppert, Rouilson, Lenorman, Hommel, Norris, Mordtmann və s. kimi böyük bilim adamları da mixi yazılardakı bu bilgilərə əsaslanaraq sami və ari irqınin tarix səhnəsinə qədəm qoymadan öncə bəşər mədəniyyətinin əsasını qoyanların Turanlılar və ya öntürk turlar olduqlarını yazırlar.
Tur sözü sumerlərdə oğul, doğulmaq mənasında olduğu kimi qədim və müasir türk dillərində “doğulmaq”, “nəvə” anlamında Törü/Toru/Torun şəklində mövcuddur. F.Hommel türkcə-Sumercə sözləri müqayisə edərək yazır: “Sumercə Tur/ oğul-türkcə torun, törəmə; Sumercə Dinqir/dimir-türkcə tenqri/tanrı; sumercə yeraltı dünya Aral-türkcə yeraltı dünyanın sahibi Erlik. Tur, thoq sözü sumer dilində həmçinin doğulmaq, dünyaya gətirmək, nəsil, rüşeym anlamları daşıyır. (F. Hommel. 1885, Səh. 250)
İkiçayarasının və Avestanın əfsanələrində turların ilk insan oğlu kimi öküzün toxumlarından yaranması haqqında hekayətlər mövcuddur. Akkad yaradılış əfsanəsində insan “Tanrıçanın toxumu” yəni İştar ilahəsinin (Venera ilahəsi) toxumu kimi izah edilir.
Avestanın Bundaxşindəki yaradılış əfsanəsinə görə Ahuramazda ilk insan olan Qayomartı və öküzü eyni zamanda yaratdı. Mükəmməl təmizliyə malik iki yaradılış 3 min il yer üzərində yaşadıqdan sonra şəri təmsil edən Anqramanyu meydana çıxaraq öz gücünü göstərdi. Onun ilk işi öküzü öldürmək oldu. Lakin öküzün bədənindən düşən toxumdan xeyirli heyvan və bitkilər meydana gəldi. (Lenormant F. 1882, Səh. 60)
Şərq mifoligiyasında öküz məhsuldarlıq rəmzidir və burda öküzün öldürülməsi qışın sona çatması və mövsüm dəyişikliyi nəticəsində yazın gəlişi, bitki və heyvanların doğulması və həyatın yenilənməsi hadisəsini əks etdrir.
Otuz il sonra Anqramanyu Qayomartı öldürdü və bu ilk insanın yerə düşən toxumlarından ravənd bitkisi böyüdü, bu bitkinin ortasında arxaları bir-birinə bitişik qadın və kişi vardı. Ahuramazda onları bir-birindən ayırdı, onlara ağıl və ruh verdi, bütün insanlar bu qadın və kişidən törədilər. Onlar ilk insanlar olan Maşya və Maşyana idilər. (Lenormant F. Beginnings of History, Səh. 61)
Anqramanyu/Əhrimən bu hərəkəti ilə yalnız ruhlar aləmində mövcud olan varlığı, təbiət canlıları və insanlar şəklində yerə yendirdi və fiziki aləmin yaradılmasının səbəbkarı oldu.
Fikrimizə görə ilk insan Qayumart haqqındakı iran yaradılış əfsanəsi, hind-avropalılar bunu etiraf etmək istəməsələr də, Sumer yaradılış əfsanəsinin təhrif olunmuş variantıdır. Qayumart adının əsli Qu-martu şəklindədir və Sumer-akkad dilində “öküzün/buğanın oğlu” deməkdir. (F.Delitzsch. 1896, Səh. 391)
Qayumart Sumer yaradılış əfsanəsindəki göyüzü tanrısı, tanrıların atası Anın oğlu “öküzdən törəmiş öküz” tituluna malik Enkinin İran əfsanəsinə yansımış prototipidir. Sumer yaradılış əfsanəsində də, öküz/buğanı təcəssüm etdirən Enkinin mayasından canlı aləmin əsasını təşkil edən öküz timsalında təcəssüm olunan çaylar yaranmış və özü ilə bərəkət və məhsuldarlıq gətirmişdir.
Ahuramazda Qayumartı və öküzü eyni zamanda yaratmışdır. Əhrimən öküzü öldürdükdən sonra onun toxumlarından bütün canlılar və o cümlədən insan yaranmışdır. Sumer əfsanəsində də öküz obrazında Enki insanlar olan qadın və kişinin və bütün canlıların yaradıcısıdır. Dünyaya həyat verən Dəclə və Fərat çayları Öküzün mayasından yaranmışdır.
İranlıların mifologiyasında turanlılardan əxz etdikləri öküz obrazı mühüm yer tutur. Gənc oğlan obrazında təsvir olunan tanrı Mitra söl əli ilə öküzün biynuzundan tutmuşdur sağ əlindəki bıçaqla öküzü qurban verir. Öküz günəşin rəmzidir və o adətən axşamlar qurban verilir. Avestada və sanskrit əfsanələrinə görə Günəş tanrısının əmri ilə Mitra qurban verilən öküzün qanından təbiət canlıları, toxumlarından isə insanlar yəni oğullar-turlar yaranır. Qurban verilən öküz yaranışın və doğulmanın səbəbi və simvoludur, doğulmanın və yaradılışın başlanğıcı və atasıdır. Tur adı həm öküz, həm də oğul və doğulma mənasındadır.
Sumer dilində Tur sözü insan mənasında oğul, uşaq, körpə anlamı daşıdığı kimi kiçik, bala, cavan heyvanları da, o cavan öküzü də ifadə edirdi. (J.Halloran. Sumerian Lexicion, Səh. 45)
Sumer mifologiyasında Tur tanrıdır. T.Yakobsen tanrı Mardukun adının əslində Tur-Utu olduğunu və günəş tanrısı Utunun öküzü anlamı daşıdığını yazır. C. Qadd sumercə “luqal Mar-da-dinqirra” ifadəsinin emesal dialektinə uyğun olduğunu və əslində ifadənin