Günahsız günahkar. Roman. Hissə – 4. Fatma Axmed kızı Nabieva. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Fatma Axmed kızı Nabieva
Издательство: Издательские решения
Серия:
Жанр произведения: Современные любовные романы
Год издания: 0
isbn: 9785005517357
Скачать книгу
tək olanda qapını döymədən girən tək bir Şəfa olurdu. Aylın baxmadı, Şəfa dünən imzaladığımız dokumentlərin arasına bizim kağızımız qarışmış, zəng edib bildirdilər, birazdan şirkətə göndərəçəklər. Cavab gəlmədiyində Aylın baxdı, qarşısında dayanan Ramiz idi. Aylının üzünün ifadəsi dəyişdi, Ramiz Aylına baxırdı sakit – sakit. Ramiz yaxındakı kreslonu çəkib, Aylına yaxın əyləşdi, Aylını süzdü baxışlarıyla. Aylında Ramizə baxırdı, – Aylına: sən bu gün Nazlının evini tərk edəcəksən, anladın? Aylın anladı ki, Nazlı yenə Ramizə şikayət etmişdir. Aylın – Ramizə: təcübləndirdin sən məni, Ramiz anlamadı, Aylına baxdı. Aylın əsəblə – Ramizə: belə sakit oturub əmir etmənə təcüb qaldım, şilləsiz – yumuruqsuz səhər – səhər vərdişə salacaqsan artıq məni syurprizlərinlə. Ramiz – Aylına: vurma üzümə peşmanam, – Ramizə: sən peşmanlıq nədir bilirsənmi? vallahi çox şaşırtdın məni. Bura gəlmisən qapımı döymədən girirsən, bunuda keçdik. Ancaq mənə gəlib əmir verməni keçə bilmərəm incimə, mən o evdən çıxaçam sən deməsəndə, vaxtı çatdıqda. Nazlı artıq həddini ötdü görünür, insanlar necə dəyişə bilirlərmiş, Allahım sən kömək ol. Dün dost – bacı, bu gün düşmən olursan durduq yerdə. Buda yetməz kimi, üstümə öz dayım oğlunu göndərir, bravo əla alınır. Ramiz – Aylına: bax Aylın əsəbimlə oynama, dedim ordan həmən çıxaçaqsan və bu söhbət burda bitsin. Bir daha o evin qapısı hardan açılır unudacaqsan, Nazlını gözü yaşlı görmək istəmirəm, anladınmı? dirəşmə gəl mənimlə. Mən ona söz verdim qardaşı oldum, məni arada qoyma, dediyimi et və evi tərk et, qalmaqçün sənə öz evimi verirəm. Aylın – Ramizə: evində, mərəfətinizdə sizin olsun, mən dedim vaxtı çatdıqda Afət xanımla danışıb çıxacam. Mən qadının üzülməsini istəmirəm, boş baş qızına görə. Ramiz – Aylına: sən axıllısan hə? tanımadığın birisiylə yaşayırsan gedib. Şirkət açırsan ortaq, bravo çox axıllısan Aylın xanım. Aylın dərindən nəfəs alıb ayağa qalxdı, – Ramizə: tərk et buranı xayiş edirəm, insan kimi əgər mümkünsə. Ramiz ayağa qalxıb, Aylına birazda yaxınlaşdı, etməssəm?

      Qapı döyüldü, içəri Fəda girdi. Aylınla Ramiz Fədaya baxdılar. Fəda az qala, Aylınla Ramizin yaxın dayanmalarından səhv anlayacaqdı. Aylın – Ramizə: dedim tərk et buranı həmən. Ramiz əsəbləşdi, -Aylına: etməssəm nə edəcəksən? o dovşan ortağınımı çağıracaqsan? hanı o? deyirdi həmişə yanında olacam, hardadı qəhrəmanın? Ramiz Aylını ələ saldı.

      Fəda otaqdan çıxmaq istəyirdi, Ramizin Aylına qarşı hədəsini duyub dönüb baxdı, qapını örtüb gəldi yaxına. Aylın xanım problemmi var? Ramiz – Fədaya: sənə nə? Fədanın xoşuna gəlmədi Ramizin danışığı. Sənə tərk et dedi Aylın xanım buranı, duymadınmı? Aylın bilirdi Ramizin tərbiyəsizliyini, dava edəcəkdi. Aylın Ramizin qolundan tutub, Ramiz çıx dedim, Aylından qolunu çəkib Fədaya yaxınlaşdı. Ramiz – Fədaya: səndə kimsən, mənə kimin nə deyib demədiyi səni …mi?

      Ramizin tərbiyəsiz sözündən Aylın xəcalət çəkdi, kənara baxdı. Fəda cibindən kağız çıxarıb Aylına uzatdı, gözlərini Ramizdən çəkmədən. Bunu sizə çatdırmamı istədi Bayram bəy, Aylın kağızı götürüb masaya qoydu. Fəda bir anda Ramizin burnundan alnıyla vurdu. Ramiz burnunu tutub bir – iki addım geri gedib, baxdı Fədaya. Fəda – Ramizə: sən tərbiyyə dərsindən 2 almısan görünür, ama mən sənə müəllimlik edərəm. Aylın ortaya girmək istəyirdi, Fəda çox cəld hərəkətlə Aylının özünün ardına çəkdi. Bu zaman Ramiz Fədaya vurmaqçün hücum etdi, yenə boşa çıxdı. Fəda bildiyi üsülla Ramizi masaya ağzı aşağ qapayıb, qollarını burdu arxasına tutdu, tərpənmə qıraram o qollarını. Aylın Fədaya təcüblə baxdı. Dünənki zarafatçıl – bekara insanda əsər – əlamət qlmamışdı. Fəda çox ciddi üz ifadəsiylə Ramizi tutumuşdu. Aylın xanım mən bunu indi ataram burdan, narahat olmayın. Ramizin qollarını ardına burub, otaqdan çıxardı. Ramiz onu hədələyirdi, sən bitdin – bitdin… sənin. Fəda Ramizi apardı kabinetdən.

      Aylın baxa qalmışdı, elə yorulmuşdu ki Ramizin bu hərəkətlərindən, masaya söykənib üzgün baxışlarla baxdı.

      Fəda Ramizi şirkətdən çıxardı qolunu buraxaraq, Ramizi özündən kənara itələdi. Ramizin qolları acıyırdı, Fədaya baxdı nifrətlə. Ramiz – Fədaya: səndə kimsən alçaq? sənin mən … … söydü ony. Fəda – Ramizə: sözlərinə diqqət et, səni it kimi döyərəm ha. Fədaya tərəf 3 nəfər gəldilər, problemmi var Fəda bəy? Fəda – olara: yoxdur problem. Ramiz gördü, Fədanı qoruyanlar var artıq girişmədi. Tərs – tərs Fədanı süzərək getdi. Fəda – olara: sizdə quyruq kimi bitməyin yanımda, olardan birisi – Fədaya: Bayram bəy tapşırdı sizi bizə, əmrinə tabeyik. Fədanın heç xoşuna gəlmədiyi üzündən bəlli idi, adamları atası ardınca salmışdı deyə. Getdi öz maşınına əyləşdi, maşının qazına basaraq getdi, Ardıncada qoruyanları maşına əyləşib, tez getdilər.

      Axşam olmuşdu, Aylın işdən çıxdıqda – Nicata: mən bu gün xalanla danışacam, sabah evimə dönəcəm artıq. – Aylına: evinəmi? Nicat narahat oldu. Aylın – Nicata: dedin biraz vaxlıq qalım yanında razılaşdım, artıq sakitçilikdir, kimsə toxunmaz mənə qorxma. Sonrada başımıza gələnlərdən xalanla qaldıq və gördün sonumu. Artıq şükür hər kəs yaxşıdır, mən dönəcəm evimə. Nicatın xoşuna gəlmədi Aylının evinə dönəcəm deməsi. Nicat qorxurdu! Ramiz gələr Aylına pislik edər deyə. Aylında Nicatın narahatlığını anlayırdı, üzülmə gəl gedək yorğunuq. Nicat maşınını götürmüşdü, Aylınla əyləşib getdilər.

      Olanları ətraflı Dilqəm bilmişdi. Heç xoşuna gəlməmişdi Nazlının Aylını başqa çürə anlaması – davranması. Başını tutub oturmuşdu evdə, Ramiz gəldi yanında əyləşdi. Ramiz – Dilqəmə: bu Fəda kimdir? onu tapmalıyam, Dilqəm sakit dayandı dinmədi. Ramiz hələ özünə gəlməmişdi Fədanın ona etdiyindən sonra. Mən onu tapıb… edəcəm görəcək çaqqal gününü. Birdən Dilqəm bağırdı! Ramizə yetərrr, Ramiz baxdı. Dilqəmin gözləri qızarmışdı əsəbdən, – Ramizə: siz nə edirsiniz? de mənə nə edirsiniz. Nə istəyirsiniz Aylından, onun tanışlarından, dəlimi olmusuz? yetmədimi qardaşım başımıza gələnlər. Sən azmışsan kimi, Nazlıda başlamış ona qarşı xoşa gəlməz hərəkətlər etməyə, oğlum bir gözünüzü açıb baxsanız ətrafınıza. Aylın hər kəsçün canından keçir, Nazlının müalicəsiçün azmı yardım etdi? siz Nazlıyla nə qədərdə oxşarsınızmış. İnanın bu gün əvənizə çox utandım, Aylın haqda dediklərinizdən. Mən hələ özümə gələ bilmirəm, əl çəkin yazıqdan, rahat qoyun onu günahdır. Nazlıyla danışacam, əgər birdə dilindən Aylın haqda tərs bir söz duysam, o zaman hər şey bitəcək. Dilqəm ayağa qalxıb, getdi əsəblə. Ramiz bir anlıq Dilqəmin ardınca baxdı, ancaq yenə öz fikrində olanlardan əl çəkəcəyinə oxşamırdı, kinlə baxaraq nə isə düşündü.

      Aylında Afət xanımla söhbət edirdi, anam Nazlı artıq yaxşıdır şükürlər olsun, evimə dönmək istəyirəm icazənlə. Anasıda anlamışdı, qızının Aylına qarşı olan qısqanclığını. Tamam qızım bir şərtim var, məni tez – tez ziyarət edəcəksən. Aylın mehribanlıqla arvadın boynuna sarılıb, tamam anam söz gələcəm. Afətdə qucaqlayıb – Aylına: sənin qoxun burnumda titrəyir qızım, məni həsrət qoyma bu gözəl qoxuna. Aylın