Günahsız günahkar. Roman. Hissə – 3. Fatma Axmed kızı Nabieva. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Fatma Axmed kızı Nabieva
Издательство: Издательские решения
Серия:
Жанр произведения: Современные любовные романы
Год издания: 0
isbn: 9785005517340
Скачать книгу
gəlsənə, Ramiz keçdi divanın yanında çantasını yerə qoyub baxdı.

      Ramiz – Aylına: mən çox peşmanam canım bibim sağ olduğunda bura gəlmədiyimçün, insana necə hüzur verən bir eviniz varmış. Aylın üzgün baxışlarla baxdı – Ramizə: qismət bu günə imiş birdənəm, üzülmə sonunda gəldin bax. Əlindəki çantanı yerə qoyub, gəlib Ramizin boynuna sarıldı. Ramizlə qucaqlaşıb bir – birinə təsəlli verdilər, – Ramizə: yoldan gəlmisən, mən sənə bir şeylər hazırlayım. Ramiz qoymadı – Aylına: heçnə istəmirəm canım yatmaq istəyirəm, Aylın gülümsəyib, – Ramizə: gəl birdənəm mənim. Ramizin əlindən tutub apardı öz otağına gətirdi.

      Ramiz otağa baxıb – Aylına: haqlıysanmış evinçün darıxmağında, Aylın Ramizin pencəyini əynindən çıxarıb öz yatağına yatızdırdı. Yanında əyləşib – Ramizə: bir bilsən bu şəhər mənimçün necə doğmadır, Ramizin saçlarını qarışdırıb üzünə sığal çəkdi. Ramiz bilmirdi nədən Aylın belə edirdi, ancaq həmişə ki kimi Ramizə Aylının bu etdiyi hərəkət çox xoş gəlirdi. Ramiz Aylının əlini tutub öpdü, sənin bu saçlarımı qarışdırıb, üzümü sığallamağınçün darıxmışdım canım. Aylın gülümsəyib, – Ramizə: sən mənim birdənəmsən, sən mənim dostum —sirdaşım, ən yaxınımsan, yaraşıqlı dayımın oğlu. Ramiz yorğun idi, – Aylına: səndə mənim bibimin yadigarısan, mənə qalan ən qiymətlimsən canım. Aylın mehribanlıqla Ramizin saçlarını sığalladı, – Ramizə: yum gözlərini yat birdənəm. Ramiz Aylının əlini tutub tez yuxuya düşdü.

      Ramizin üstünü örtüb, biraz ona baxıb ehtiyatla ayağa qalxdı, otaqdan çıxdı qapını örtdü. Aylın bilirdi səhər saat 6:00 – da Sərdar yuxudan oyanırdı, gəlib yavaşca Sərdar yatan otağın qapısını açdı baxdı. Sərdar oyanmamışdı hələ, Aylın Sərdarın yanına gəlib əyləşdi. Sərdarın yatışını seyr edərək saatına baxdı, Sərdarın oyanmasını gözləyirdi. Sərdar Aylın qapını açdığında oyanmışdı, yanında oturması ona xoş idi, ona görə gözlərini açmırdı. Aylın saata baxdı, 6 olub 7 – yə işləyirdi Sərdar oyanmırdı, təcüblə yavaş səslə öz – özünə: bu niyə oyanmadı? saatına baxdıb, mənim saatımmı qabağadır. Sərdar yavaş səslə, – Aylına: yox canım düzdür saatın. Aylın Sərdarın oyaq olduğunu anladı -Sərdara: sən mənimi dolamısan? Sərdarın qoluna vurdu yavaşdan. Sərdar gülümsəyib, – Aylına: oyandığımda yanımda səni görməyimə necə sevinirəm bir bilsən canım, – Sərdara: bu səhər mənimdə üzümə sevinc dolu açıldı bir bilsən. Sərdar – Aylına: belə səhərlərimiz çox olaçaq canım, səndə mənim yanımda olduğuna sevinclisən bax. Aylın gülümsəyərək, – Sərdara: bağışla canım bu gün başqadır, tək sənə görə sevincli deyiləm. Sərdar anlamadı nə olduğunu, – Sərdara: birdənəm gəldi biraz qabağa bura. Sərdar anlamadı, biraz fikirləşib – Aylına: Ramizmi? Aylın gülümsəyərək, hə canım Ramiz gəldi.

      Sərdar yerində oturdu, – Aylına: bəs hardadı o? Aylın barmağını Sərdarın dodaqlarına tutub, suss səs etmə, yatdı mənim yerimdə yorğun idi. Sərdar pıçıltılı səslə az vaxlığa gəlib yəqin, dodağına tutmuş Aylının barmağından öpdü. Aylın – Sərdara: yox dedi həmişəlik gəlib mənə, bu söz biraz Sərdarı açmadı. Sərdar – Aylına: o burda qalıb nə edəcək həmişəlik? Aylın ayağa qalxıb – Sərdara: orda kimsəsi qalmadı. Nə fərqi var artıq harda olsada? sən qalx əl – üzünü yu danışarıq, qalxarkən səs etmə otaqdan, çıxdı. Sərdar əllərini üzünə çəkərək öz – özünə: səs etməyəcəyikmiş. Ramizə qısqanırdı Aylını hər zaman, yerindən qalxıb öz – özünə: uşaqdır elə bil tək qalmamağa, əyninə köynəyini geyinib otaqdan çıxdı.

      Günorta olmuşdu Ramiz hələdə yatırdı, Sərdarın kefi yox idi Ramizin ora həmişəlik gəlməsindən. Aylın yeməklər hazırlayırdı mətbəxtdə, Sərdar divanda oturub Tahirlə mesajlaşırdı. Tahirdən cavab gəldi -Sərdara: (niyə qısqanırsan? Ramiz onun dayısı oğludur) Sərdar cavab yazdı -Tahirə: (deyil dayısı oğlu bilirsən, oların heç doğmalıqları yoxdur bir – birlərinə, bunu Ramizdə bilir Aylında). Tahirdən cavab gəldi-Sərdara: (bax qardaşım Aylın səni sevir dostumu tanıyıram mən, həm işində – həm verdiyi sözündə möhkəm biridir. Bunu sənə deməyə gərək yoxdur özündə bilirsən, sakit ol Aylına güvən yetər, qalanını düşünmə). Sərdar cavab yazdı – Tahirə: (tamam calışaram, ama nədən isə ürəyim rahat deyil) Tahirdən cavab gəldi – Sərdara: (Ramizin orda olması yaxşı oldu, düşünsənə o tipdən qoruyar Aylını. tək olmadığını görəndə rədd olar alcaq). Sərdar cavab yazdı – Tahirə: (səninlə razıyam, mənim dönməyim lazımdır işimə, düz deyirsən mən qayıdınca göz qulaq, olar tapşıraram Ramizə). Tahir cavab yazdı – Sərdara: (sən dönüncəmi?) – Tahirə: (mən Aylını burda tək qoya bilmərəm, o tip Aylından rahatlıqla əl çəkməyəcək). Tahirdən artıq cavab gəlmədi, Sərdar dərindən nəfəs alıb baxdı. Tahirdə Sərdarsız işləyə bilməzdi tək orda qalıb, biri – birinə kiçiklikdən öyrəşmişdilər. Sərdar anladı, Tahir Nərgizidə tək qoya bilməzdi orda, fikirləşirdi ona görə cavab yazmadı özünə.

      Aylın gəldi qəhvə fincanı Sərdarın önünə qoyub, – Sərdara: Ramizi oyadım canım, səndə qəhvəni iç. Aylın getmək istəyirdi, Sərdarın kefsiz – üzgün olduğunu görüb – Sərdara: niyə kefsizsən sən? Sərdar birldirmək istəmədi. Tahirlə iş haqda yazışırdıq canım, bilirsən bizim işlərimizi bəzən kefsiz olmağımıza səbəb olur. Aylın – Sərdara: o zaman heç soruşmayım, getdi Ramizi oyatmağa. Sərdardar dərindən nəfəs alıb baxdı Aylının ardınca.

      Aylın otağın qapısını açıb ehtiyatla baxdı, Ramiz yatırdı hələ oyanmamışdı, otağa girdi yatağına yaxınlaşıb əyləşdi yanında. Ramizin saçlarını sığalladı mehribanlıqla ki, oyansın. Ramiz gözlərini açıb baxdı, Aylına gülümsəyərək, – Ramizə: günorta yeməyinin vaxdıdır birdənəm hadi qalx. Ramiz gülümsəyib, – Aylına: bura nə rahat yer imiş canım, çoxdandı belə yuxu yatmırdım mən. Aylın mehribanlıqala – Ramizə: qalx Sərdar səni gözləyir yeməyə. Sərdar deyəndə Ramiz pərt oldu, yerində oturdu, – Aylına: Sərdarmı? onun burda nə işi var? Aylın gülümsəyərək, sən qalx gəl danışarıq. Ayağa qalxıb çıxdı otaqdan, Ramiz Sərdarın burda olmasına əsəbləşdi öz – özünə: bunun əlindən rahatlıq yoxduda, əsəblə yataqdan qalxıb çıxdı otaqdan.

      Anası – oğluna: Dilqəm oğlum get Aylına de Sərdarı gətirsin bizə günorta yeməyinə, Dilqəm anasına bir söz demədən çıxdı evdən.

      Aylın masaya yemək qoyub əyləşdi, Ramiz qolların bir – birinə dolaylb oturmuşdu kefsiz. Ramiz – Sərdara: deməli sən indi mələk oldun? Sərdar gözünü çəkmədən Ramizə baxırdı. Aylın – Ramizə: birdənəm bu haqda danışdıq biz artıq Sərdarla. Ramiz imkan vermədi Aylın sözünü bitirsin, – Aylına: hə bildim sevgilisiniz artıq. Aylın Ramizin bu davranışına sadə baxırdı, – Ramizə: birdənəm sən Sərdarı istəməyə bilərsən, ancaq mənim xətrimə nə olar bir – birinizi didməyin. Qapının zəngi basıldı, Aylın qalxıb qapıya getdi.

      Sərdar – Ramizə: mənə bax Aylının kefini pozma biraz anlayışlı olmağa çalış, – Sərdara: sənmi danışırsan anlayışdan? sən onun başına açmayan oyunlar