Günahsız günahkar. Roman. Hissə – 3. Fatma Axmed kızı Nabieva. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Fatma Axmed kızı Nabieva
Издательство: Издательские решения
Серия:
Жанр произведения: Современные любовные романы
Год издания: 0
isbn: 9785005517340
Скачать книгу
razıyıq. Sərdar şüphəli baxaraq – Aylına: razıyıq deyərkən, anlamadım canım, – Sərdara: Ramizlə ikimiz razıyıq. Sərdarın elə bil başından aşağı qaynar su tökdülər, nəə? Ramizləmi? özünü zor tutdu. Aylın – Sərdara: hə Ramizlə, nə var ki? atası Sərdara işarə etdi ki, sussun səhv danışmasın. Sərdar zorla özünü ələ aldı, bildirməməyə çalışsada Aylın hiss etdi. Aylın – Sərdara: sənin Ramizlə probleminmi var mən bilməyən başqa? rəyis tez söhbəti dəyişdi. Rəyis – Aylına: çox gözəl qızım Ramizdə özümüzküdür yad deyil, elədir demi oğlum? Sərdara baxaraq işarə etdi ki, işə başdan davayla başlamasınlar. Sərdar anladı, çarəsiz – atasına: elədir ata elədir. Aylın – rəyisə: Ramiz məndən gizlin öz evini satıb, Rəyislə Sərdar təcüblə baxdılar.

      Sərdar – Aylına: evinimi satıb? o ev ona xatirədir deyirdiniz necə sata bildi? Aylın dərindən nəfəs alaraq – Sərdara: artıq qalmamış xatirə filan. Aylın – olara: sizə demək istədiyim budur, Ramizlə mən bir şirkətə pul qoyacağıq, başqa çürə düşünməyin, Ramiz pulsuz girmir şirkətə. Aylının biraz acığına gəlmişdi Sərdarın Ramizi istəməməsi. Sərdar anladı bunu – Aylına: canım sadəcə olaraq təcübləndim onunda işə qatılmasına, bu qədər. Aylın – Sərdara: şirkətə böyüklüyü atan edəcək və o qərar verəcək hər işin gedişatına. Rəyisin hər zaman Aylının özünə qarşı olan hörmətindən çox xoşu gəlirdi, dərindən nəfəs alıb baxdı oğluna gülümsəyərək, Aylın ayağa qalxdı. Sərdar – Aylına: nə oldu canım? – Sərdara: o qədər görüləcək işlərimiz var ki, əlimizi – qolumuzu sallayıb boş oturmayacağıq hər halda. Sərdar əlini dizinə çırpqaraq öz – özünə: ay daaa işə düşdükdə, desənə günümüz qara olar indən belə. Atası güldü oğlunun mızıldanmağına, Sərdar – Aylına: otursaydın axşam yeməyinə bizimlə. Aylın – Sərdara: başqa vaxta qalsın, mənim çataçaq yerim var, icazənizlə yoldaş rəyis. Rəyis gülümsəyərək, – Aylına: icazə sənindir qızım, Aylın getdi. Sərdarda qalxıb getdi ardınca, atası başını narazılıqla sirkələyərək, güldü oğlunun hərəkətinə.

      Sərdar Aylının dalınca yetişib qolundan tutub saxladı, – Aylına: hara belə tələsirsən sən? – Sərdara: dedim axı çataçaq yerim var. Sərdar – Aylına: bilmirəm haradır çatacaq yerin, bunu bil mənimlə gedəcəksən, danışdıqmı? Aylın dayanıb baxdı Sərdara. Sərdar maşınına tərəf gedirdi, Aylının özünə baxdığını görüb dayandı. Sərda – Aylına: nə oldu? Aylın yaxınlaşdı, – Sərdara: bax canım indi gedəcəyim yer sənin xoşuna gəlməyə bilər. Sərdar – Aylına: mən artıq alışdım canım, tufanda islanmışın yağışdan nə qorxusu? bu söz Aylına ayit idi. Gəl gedək mənimlə, məni qırma xayiş edirəm. Aylın razılaşdı, gəlib əyləşdi maşına. Sərdarda keçdi sükan arxasına, maşını işə salıb – Aylına: ünvanı desən doğru istiqamətə gedərdik canım. Aylın – Sərdara: Vəfaya gedirik, Sərdar Vəfa dediyində xoşlamadı, sevmirdi o qadını. Çarəsiz dərindən nəfəs alıb – Aylına: baş üstə canım, ünvanımız Vəfa xanımadır, maşının qazına basdı getdilər.

      Gəlib catdılar, Vəfa yaşayan evin qarşısında maşını saxladı. Aylın – Sərdara: mən onunla danışıb gəlirəm, istəsən səndə gəl mənimlə. Sərdar etibar etmirdi Vəfaya, Aylını tək qoymaq istəmədi, gəlirəm canım. Maşından düşdülər, Aylınla gəlib qapının zəngini basıb gözlədilər. Sərdar öz – özünə: Allah bilir hansı küncdədir, Vəfa xanım evdəmi dayanar? Sərdar Vəfanı sonuncu dəfə içəridən çıxanda görmüşdü. Qaqapı açıldı, Sərdar kənara baxırdı, birdən qapıda dayanıb gülümsəyərək, baxan Vəfanı gördükdə gözlərinə inanmadı. Aylına qollarını açıb, canım mənim gəll, Aylınla qucaqlaşıb görüşdülər.

      Vəfa – Sərdara: xoş gəldin Sərdar bəy, necəsiz? Sərdar hələdə yerində donub qalmışdı. Sərda – Vəfaya: sağolun Vəfa xanım, yaxşıyam siz necəsiz? Vəfa gülümsəyərək, – Sərdara: Aylının sayəsində gördüyün kimiyəm, buyurun içəri. Sərdar yavaş səslə öz – özünə: heç pis görünmürsünüz. Aylında eşitdi Sərdarın dediyini, gülümsəyərək, geçdilər içəri.

      Gəlib əyləşdilər, Sərdar evə nəzər saldı, ev səliqəli idi. Vəfa – Sərdara: mənə təkrar insan olmağa sevgilin öyrətdi. Aylının sayəsində bu evdə yaşayıram, bir illik əvəzimə kirayə haqqımı ödəmiş, Sərdar nə deyəcəyini bilmədi. Vəfanı çirkin geyimdə başqa çürə görmüşdü, Vəfa doğürdanda gözəl qadın idı. Sərdar Aylının əlindən tutub – Aylına: sən möcüzələr edə bilirsən canım, təbrik edirəm bunuda başardın. Vəfanın gözləri yaşardı, – olara: mən sizə qəhvə hazırlayım, mətbəxtdə getdi.

      Aylın – Sərdara: canım insanlığı olmasaydı bunu etmək mümkün olmazdı. Vəfa xanımın xarici görkəmi başqa çürə olsada, onun necə gözəl ürəyə sahib olduğunu anlamışdım gördüyümdə. Ona bu şansı verməkdə məni peşman etmədi, sağolsun. Sərdar gülümsəyib, baxdı Aylınla fəxr edirdi.

      Vəfa səliqəli balaca sinidə qəhvələr gətirdi, birinci Sərdara verdi qəhvə fincanını, Sərdar götürüb təşəkkür etdi. Aylınında qəhvəsini verib keçib əyləşdi özüdə. Vəfa – Sərdara: Sərdar bəy sizə təşəkkür etməyə imkan tapmadım. Sərdar anlamadı, – Vəfaya: nə təşəkkürü? Vəfa dərindən nəfəs alıb – Sərdara: xatırlamaq istəmirəm, ancaq o günləri xatırladıqca bu günümə dəyər verməyə çalışıram. Siz məni qurtardınız o şərəfsizin şərindən, Sərdar anladı Vəfa özünü içəridən çıxarmağa yardımçı olduğunu deyirdi. Sərda – Vəfaya: maşallah siz güclü qadınsınızmış, nə gözəl sevindim, artıq həyatınıza belə gözəlliklə davam edin, sizə yaraşanıda budur. Vəfa – Sərdara: söz verdim, o günü Aylının mənə deyib getdiyi bir kəlmə sözünü çox düşündüm.

      Aylın qəhvəsini içərək – Vəfaya: sən demişdin unversetini bitirə bilməmişdin, imtahandan kəsilmişdin. Vəfa – Aylına: hə imtahandan kəsildim, avara oldum ondan sonra. Aylın – Vəfaya: sabahdan imtahana hazırlaşacaqsan, Vəfa anlamadı Sərdara baxdı, Sərdarda Aylını anlamadı. Aylın qəhvə fincanını masaya qoyub – Vəfaya: Ramiz kömək edəcək sənə hazırlaşmağa. Məndə yardım edəcəm və sən o imtahandan keçib diplomunu alacaqsan, necə demişlər? oxumaq və evlənmək heç vaxtı gec deyil. Vəfa pərt qalmışdı – Aylına: mən bu başla – yaşla necə oxuyaram? indi hər şey kampyuterlə həll olunur, bacarmaram mən buna hə deyə bilmərəm. Aylın – Vəfaya: bacaracaqsan və insanları təcübləndirəçəksən yenidən. Sən gücünlə – məharətinlə inanıram bacaracaqsan və yeni işimdə mənimlə çalışcaqsan. Sərdar anladı, Aylının Vəfanı şirkətə işə götürmək fikrində olduğunu, qəhvəsini içərək baxdı Vəfaya. Vəfa – Aylına: nə işidir? mən sənə hər çürə yardım edərəm bacım, ancaq diplom işi imtahan işi alınmaz. Aylın – Vəfaya: alınacaq, mənə sənin yanımda çalışman lazımdır və sən imtahandan keçərək, diplomunuda alacaqsan mənim xətrimə. Vəfa Sərdara baxdı çarəsiz baxışlarla. Sərdar – Vəfaya: Aylın xanım hər adamla xətir söhbəti etmir, məncədə bütün gücünlə çalışıb alacaqsan diplomunu. Aylın – Vəfaya: biz şirkət açırıq Sərdarla birlikdə, istəyirəm səndə yanıımızda çalışasan və başqa heçnə duymaq