Sərdarın əlindən qan axırdı damcı – damcı axı, Aylını sakitləşdirməyə çalışırdı. Aylın Sərdarın üzünə baxdı yaşlı gözləriylə – Sərdara: sən həyatda ən gözəlinə layiqsən, mənə deyil. Sərdar Aylının saçlarını, üzünü, sığallayıb – Aylına: mənim gözəlim və masumum sənsən. Təmiz saf ürəkli canım sevdiyim tək qadınım oldun, sonuna qədərdə olacaqsan. Mən səni sevirəm canım, sevirəm səni, sevirəm duydunmu? sevirəm. Aylın göz yaşlarını silib əlinə baxdı, – Sərdara: qanın axır, – Aylına: axsın canım, sənə qurban olsun qanım – canım hər şeyim.
Aylın gedib ilac qutusunu gətirdi, Sərdarı otuzdurdu əlini sarımaqçün bint götürdü, kəsiyinə ilac tökdü qanını silib, sarıdı əlini. Sərdar heç hiss etmirdi əlinin ağrısını, Aylına baxırdı. Aylın Sərdarın əlini sarıyıb binti kəsib, düyünləyib bağladı, – Sərdara: Sərdar bir daha qanını tökməyə cürət etmə, Sərdar Aylına baxdı. Aylın – Sərdara: əğər gərçəkdəndə mənə ayitsənsə, hünər etmə duydunmu? İlac qutusunu götürüb çıxdı mətbəxtdən. Sərdara elə bil dünyanı verdilər, Aylının özünə ayitsən sözünə çox sevindi, öz – özünə: səninəm canım, hər şeyim sənindir. Aratıq Sərdar bəydə demədin, adımı çəkdi canım mənim. Sərdar gözlərini yumub dərindən nəfəs aldı, elə rahat oldu ki Aylının o sözündən sonra, öz – özünə: Allahım bu günüdə görərəmmiş. Aylın Sərdarı səslədi, orda öz – özünə danışma gəl, Sərdar Aylının bir dəqiqədə olsa zarafatsız qala bilmədiyinə gülümsədi. Ayağa qalxıb getdi yanına.
Beləcə Aylınla Sərdar bir – birinə olan sevgilərini artıq gizlətmədən gözəl günlər keçirirdilər birlikdə. Aylın Sərdarla şəhərə çıxıb gözəl yerlərdə gəzirdilər, özünün kiçikliyindən danışırdı Sərdara. Sərdar çox xöşbəxt idi, sonunda özündə Aylına sevgisini etiraf etdiyiçün sanki üstündən dağları qaldırmışdılar. Aylınında üzündə sevinc – təbəssüm yaranmışdı. Gərcəkdən sevdiyini etiraf etdiyindən sonra Sərdar dəyişmişdi. Sərdar Aylınla gözəl vaxt keçirirdi, zarafatları ilə Sərdarı ürəkdən gülüdürürdü. Kafelərin birinə gəlib əyləşdilər, afisant yaxınlaşdı, qəhvə sifariş etdilər, afisant getdi. Sərdar əlini tutub, – Aylına: səninlə ömrümün ən gözəl günlərini yaşayıram canım, inşallah son nəfəsimizə qəzdər birlikdə olaçağıq. Nə olur olsun söz verək bir – birimizdən küsməyək inciməyək, – Sərdara: insan sevdiyindən küsərmi heç? Sərdar gülümsəyib, – Aylına: qurban olaram mən sənə, afisant qəhvələini gətirib qoyub getdi. Sərdara zəng gəldi, telefonu çıxarıb baxdı Tahir idi zəng edən, – Aylına: Tahirdi. Telefonu qulağına tutub alo Tahir, alo duymuram səni, alo eşidirsənmi məni? telefonunun set yerinə baxıb öz – özünə: setmi yoxdur nədir? – Sərdara: dışarı çıx bəlkə burda yaxşı tutumur. Sərdar ayağa qalxıb – Aylına: indi gəlirəm canım, getdi dışarı.
Aylın öz qəhvəsindən götürüb içdi bir qurtum, kənar masada oturmuş oğlanı gördü tanıdı, rəyisin oğlu idi barmağını qırdığı. Aylın ona tərs – tərs baxıb öz – özünə düşündü, bu mənimi izləyir? yoxsa təsdüfdürmü? oğlan kinli baxışlarla baxırdı. Aylın fikir verməməyə çalışdı, afisant gəldi əlində kağızla – Aylına: bu sizədir xanım, masaya qoyub getdi. Aylın baxdı iki qat bükülmüş kağızı götürüb açıb oxudu (sən məndən qorxub rəyisin oğlunu özünə sevgili etməklə deyil, mən sənin kölgən olacam harada getsəndə, bu artıq səninlə mənim aramda olan prinsipli davadır, hazır ol hər şeyə, sənə bu şəhəri dar edəçəm).
Aylın kağızı qatlayıb qoydu kənara, Sərdar gəldi əyləşdi. Aylının bir təhər olduğunu görüb – Aylına: nə oldu canım? – Sərdara: nə deyirdi Tahir? hər şey yaxşıdırmı? – Aylına: iş haqda danışdıq canım. Yaxşıdır hər şey narahat olma, qəhəvəsini götürüb içdi. Tahir sənə ürəyimi açdığıma hələdə inanmır, Aylın oğlanın yazdığına əsəbi idi, gülümsəməyə çalışdı. Oğlanın oturduğu masaya baxdı yox idi, Aylının kimisə axtardığı Sərdarın gözündən qaçmadı. Sərdar – Aylına: canım birinimi axtarırsan, tanış filan? Aylın dərindən nəfəs alıb – Sərdara: mənə silah lazımdır. Sərdar qəhvə içdiyi yerdə az qaldı boğulsun – Aylına: nə lazımdır? zarafatmı edirsən canım. Silah nəyinə lazımdır sənin? Aylın kağızı Sərdara tərəf itələdi əli ilə. Sərdar şüphəylə baxaraq, kağızı açıb oxudu öz – özünə: çaqqal mən sənin bunu yazan barmaqlarını qırmarammı. Sərdar əsəbləşdi – Aylına: o tip burdaydı eləmi? necə görmədik o şərəfsizi? Sərdar ətrafa nəzər salıb baxdı, görmədi. Aylın – Sərdara: mənə mütləq lazımdır silah. Sərdarın kefi qaçdı tamam, – Aylına: canım sən narahat olma, mən həll edəcəm onun işini qısa zamanda. Bu təhtid kağızınıda onun, pis söz demək istəyirdi demədi. Aylın – Sərdara: görünür mənim əlim artıq qana bulaşmağa davam edəcək. Sərdar Aylına nə isə demək istəyirdi, imkan vermədi. Aylın – Sərdara: Sərdar bax iki dəqiqə yanımdan çıxdın dışarı, heç xəbərin olmadı peyda oldu tip burnumun uçunda, mənim özümü qorumağımçün silaha ehtiyacım var. Hər halda buralarda vardır silah satılan mağazalar.
Sərdar alnını əli ilə sürtərək – Aylına: silah elə bir şeydir canım gərək ona səbirlə davaranasan, yoxsa əlindən bir xəta çıxar mütləq. Aylın kefinidə pozmadı, – Sərdara: o zaman silahım olmasa şərəfsiz mənə nələr etməz ki? barmağını qırsamda, bilirsən mənim onunla qol gücüm bərabər deyil ki? bu şərəfsizlə yaxında üzləşəcəyim ürəyimə damıb. Sərdar əsəbləşdi, bu nədir belə? bizim rahat problemsiz günümüz olmayacaqmı? elə bil qara pişik keçib yolumuzdan. Aylın – Sərdara: mənim yolumdan çoxdan keçib canım qara pişik, səndə artıq sevgilim olduğuna görə, pişiyimə öyrənsən yaxşı olar. Sərdar çox əsəbi id, i o tipin kağız yazaraq Aylını təhtit etməsini qəbul edə bilmrdi. Aylın qəhvəsini götürüb içdi, Sərdarın əsəbləşməsinə gülümsədi.
Sərdar əvvəl razı olmasada, sonradan Aylının təhlükəsizliyiçün silah almağa qərara gəlmişdi. Aylın evdə divanda eyləşmişdi, Sərdar gəldi əyləşdi yanında, üzündən öpdü. Aylın – Sərdara: hardaydın? Aylına baxdı, belinə taxmış tapancanı çıxarıb göstərdi, al canım bu artıq sənindir. Aylın silaha Sərdara baxdı təcüblə – Sərdara: bu hardan oldu sənə? – Aylına: hardan olduğunu soruşma canım, silahla o qədərdə düzgün atəş aça bilmirsən yadımdadı. Aylına baxdı Sərdar gülümsəyib, canım dəymirdi atdığın mərmilər, baxma mənə elə. Aylın silahı götürüb baxdı, birdən Sərdarın alnına dayadı, – Sərdara: səncə indi atəş açsam düz dəyərmi?
Sərdar tapancanı ürəyinə tutub – Aylına: canım qurbandı sənə vur ürəyimdən. Aylın tapancanın mərmi olan yerinə baxdığnda, içinin dolu olduğunu görüb həyəcanlandı. Aylın – Sərdara: mərmi var içində? – Aylına: canım silahda mərmi olarda. Aylın acıladı – Sərdara: dəlisənmi? niyə demirsən, məndə boş olan bilib zarafat edirdim, Aylın həqiqətən