Aylına verilən ardıcıl narkozların təsirindən son zamanlar çox əsəbi olmuşdu. Kişi – Aylına: mən ona görə işləyədə bilməyəcəm bir il, – kişiyə: mən ödəyəcəm sizin bir ildə qazandığınız o pulu.
Qapı açıldı içəri Sərdar girdi, Aylın Sərdarı görüb baxdı təcüblə. Sərdar yaxınlaşıb – kişiyə: sənin Vəfa xanıma qarşı ədəbsiz hərəkətlər etdiyin anlar kameraya qeyd olunmuş. Kişi – Sərdara: səndə kimsən? Sərdar cibindən kimliyini çıxarıb göstərdi. Deməli belə, sizin haqqınızdada iş açılacaq afisanta qarşı etdiyiniz ədəbsiz hərəkətlərə görə. Kişi biraz tutuldu baxdı, – Aylına: sən nəqədər ödəyəcəkdin mənə? Aylın ayağa qalxdı – kişiyə: alçaq sənin qalan quş başınıda mən sındırmayım, sus şərəfsiz. Utanmaz əxlaqsız heyvan. Sərdar – kişiyə: sındırar, inan tək başını deyil, barmaqlarının onundanda olarsan uzun zamanlıq. Aylın əsəbləşdi – kişiyə: sənə pul yox … … … lazımdır. Sərdar – Aylına: o artıq anladı, şikayətini geri almasa özüdə cəza çəkəcək, həmdə burdan aparılacaq cəza çəkmə yerinə.
Həkim gəldi, Sərdar – həkimə: doktor xəstəmiz haqda məlumat ver mənə. Həkim kişiyə baxıb – Sərdara: xəstəmiz yaxşıdır, artıq qorxulu bir şeyi qalmamışdır. Biz evə icazə vermişik dünəndən, özü birazda qalıb müalicəsini burda davam etməyə istədi. Sərdar kişinin fikrini anladı, Sərdar – həkimə: çox sağol doktor, xəstəniz birazdan aparılacaq lazım olan yerinə. Kişi qorxdu! Sərdar elə dedikdə tez – olara: mən şikayətçi deyiləm artıq. Bu xanım demişkən, insanlıq var elə deyilmi? Aylın kişiyə pis söz dedi, sənin insalığına. … …olsun. Sərdar – kişiyə: o zaman ərizənizi götürməyə qalxın gedirik, sonrada Vəfa xanımın haqsız şərlədiyinizçün ona siz pul ödəyəcəksiniz. Kişi bəhanələr edərək özünü yazıq göstərməkçün zarıdı qalxarkən. Aylın dözmədi – kişiyə: kəs səsini moşennik tülkü cəld ol, kişi tez qalxdı ayağa qapıya tərəf getdi normal yeriyərək. Sərdar başını narazılıqla sirkələdi gülümsədi, kişinin yalancı və həyasız olmağına baxdı ardınca, çıxdılar ardınça otaqdan.
Axşam olurdu Sərdar Aylınla gəldi evə, – Sərdara: çox sağol yardım etdin. Sərdar – Aylıan: bir şey deyil Aylın xanım, bacardığımı etdim. Sərdara zəng gəldi tanımadığı nömrədən, telefonu açmaq istəmədi. Aylın – Sərdara: açsana zır – zır zırıldadırsan telefonu, Sərdar telefona cavab verdi alo, biraz qulaq asıb tanıdım salam yaxşıyam, yox hələ burdayam getməmişəm. Aylına baxdı altdan – altda danışarkən, nədən olmasın sizinlə axşam yeməyinə çıxmaq mənə çox xoş olar. Mən gələrəm zəhmət çəkməyin, saatına baxdı, 9: 00 tamamda danışdıq orda olacam, görüşərik sağolun. Telefonu söndürüb dərindən nəfəs aldı. Aylın – Sərdara: rəyisin qızıydımı? Sərdar Aylına diqqətlə baxdı, özünü qısaqnmasını çox istəyirdi. Sərdar – Aylına: hə o idi, axşam restoranda görüşəcəyik, Aylının heç vecinədə deyildi, – Sərdara: çox gözəl sevindim. Uşaq deyilsiniz artıq böyük insanlarsınız, çıxın gəzin əylənin, həmişə iş olmaz ki? ayağa qalxıb Sərdara evin açarını verdi. Al mən olmasam aÇarsan qapını, dediyim kimi öz evin bil. Sərdar – Aylına: bəlkə otelə getdik qızla, – Sərdara: hara istəsəniz gedin Sərdar bəy. Mən açarı verdim ki öz evin bil çəkinmə, – Aylına: o zaman qızı evədə gətirə bilərəmmi? Aylın ayağa qalxdı – Sərdara: əlbətdə bilərsən, dedim axı öz evin bil. Aylın mətbəxtdə gedib iki qəhvə hazırlayıb gətirdi, Sərdar əsəbləşirdi Aylının özünə qarşı soyuq olmasına. Aylın Sərdarın qəhvəsini verdi, Sərdar istəmirdi qızla çıxsın. Aylını qısqandırmaq məqsədi ilə razılaşmışdı, Sərdar Aylından gözünü çəkmirdi. Sərdarın özünə baxdığını görüb – Sərdara: bir şeymi oldu? Sərdar qəhvəsini götürüb – Aylına: yox olmadı heçnə, icdi əsəblə qəhvəsini.
Sərdar dedikləri vaxtda qızla restoranda görüşdülər, qız gülər üzlə qarşıladı. Sərdarla əl verib görüşdülər, geçib əyləşdilər, qız hər şey qoydurmuşdu masaya. Sərdar – qıza: masanı hazırlatmısan, qız gülümsəyərək, – Sərdara: siz bizim qonağımız sayılırsınız Sərdar, borcumuzdur qonağa hörmət etmək. Sərdar gülümsəyib, baxdı qıza. Afisant gəlib şərabı açıb bakallara süzdü, Sərdar qızın sadə və birazda dünya görmüş olduğunu anladı. Qız bakalı götürüb – Sərdara: xoş gəldin Sərdar, sənin şərəfinə. Sərdar bakalı götürüb qızın bakalına yavaşdan toqquşdurub, – qıza: hər şey üçün təşəkkür edirəm. Bağışlayın adınız nə idi? qız güldü, – Sərdara: unutdunmu? demişdim. Sərdar – qıza: bağışlayın yaddaşım zəyifdir biraz, incimədiniz ki? qız gülərək, yox incimədim adım Aylındır. Sərdar pərt oldu, qızın zarafat etdiyini düşündü, təkrar sorudu – qıza: bağışlayın Aylındırmı? qız hə Aylındır. Sərdar bakaldakı şərabın hammısını içdi bir dəfəyə, qız Sərdara baxıb gülümsədi. Qız – Sərdara: məndə sənin kimi bir dəfəyə içmək istəyərdim, deyillər içki bəzi dərtləri unutdurur müvəqqətidə olsa.
Bu Ramizin sözü idi, Sərdar xatırladı, bu nə idi qarşılaşırdı? öz – özünə şüphəli qaldı. Qızın Ramizin dediyi sözü təkrarlaması və adının Aylın olmasıda təsadüf idimi? Sərdarda qəribə hiss yaratdı duyduqları. Boğazı qovuşdu, meyvə şirəsindən içib baxdı, – Sərdara: biraz özün haqda danışarsanmı? mənım anladığım, özünə qapalı birinə bənzəyirsən. Çox danışmayan, çoxluğu sevməyən və işində atam kimi ciddi olduğun üzündən bəllidir. Sərdar gülümsəyərək, – qıza: mənim danışmağıma gərək qalmadı, artıq siz bildiniz necə olduğumu. Sərdar – qıza: bəs siz? – Sərdara: mən sevirəm insanlarla deyib gülməyi. Atam özümü bildiyimdən şövbədə işliyib, evimizdə məndən başqa hər kəs qaş qabaqdır. Həmişə anamadan soruşardım atam niyə belə ciddi və gülər üz deyil? anam atamın işinin ciddi olmasındandır qızım deyərdi. Atamı heç gülən görmədim ürəkdən, anam qardaşımla hər zaman vaxt keçirir, onu uşaq kimi bəsləyir hələdə. Mən evə döndüyümdə çox darıxıram, hər kəs soyuq və dinməz danışmazdırlar. Mən öz otağıma keçib biraz musiqi dinləyb yatıram, hər gün eyni şeylər təkrarlanır, mənasız həyatdır başqa heçnə. Sərdar anlayırdı qızı danışığından, – qıza: ama siz başqasınız Aylın xanım. Aylın deməyidə qıza biraz çətin oldu, qız gülümsəyərək, – Sərdara: mən öz psixaloqiyamı normal saxlamağa çalışıram. Əkis halda dəli