Aylın Vəfanı başqa evə gətirdi, Vəfa baxdıb evə – Aylına: sən burdamı yaşayırsan? gözəlmiş. Aylın – Vəfaya: yox burda sən yaşayacaqsan, ançaq axıllı başla yaşayacaqsan sənə kirayə tutdum buranı, bir illik ev haqqı ödənilib. Bax deyirəm özünü yaxşı aparmasan vallahi, Vəfa sözünü kəsdi, Aylının təcüblə – Aylına: mənəmi dedin? – Vəfaya: hə sənə kirayələdim Vəfa xanım. Vəfa ətrafa baxıb sevindi, gözləri doldu yaşla – Aylına: nədən sən mənə kömək edirsən? Aylına baxdı yaşarmış üzgün gözləriylə. Vəfa Aylını yormuşdu boş – boş danışıb, – Vəfaya: insanlıq deyilən bir şey var. Bayaq kafedə dedin yoxdur insanlıq deyilən bir şey və artıq heç kimə inanmırsan. O yoxdur dediyin insanlıq hissindən qalmış məndə, yəqin ki mən bu dünyada sonuncu insanlıq hissiylə yaşayan biriyəm. Aylın dərindən nəfəs alıb baxdı, Vəfa Aylının boynunu qucaqlayıb ağladı. Vəfa – Aylına: mən sənin borcunu ödəyə bilmərəm, sən mələksən mələk. Aylında qucaqlayıb – Vəfaya: inanıram səndə məni üzü qara etməyəcəksən, sözümü dinləyəcəksən və dəyişəcəksən hər şeyini. Bu həyata qarşı olan səhv baxışını, sözlərini və hər şeyini bu dəqiqədən dəyişəcəksən Vəfa xanım. Göz yaşlarını silib baxdı Aylının üzünə, danışa bilmədi elə kövrəlmişdi ki, sadəçə başıyla tamam deyə işarə etdi.
Aylın – Vəfaya: çox gözəl sevindim, mətbəxtdə hər şey var səninçün, cibindən cıxarıb pulda verdi – Vəfaya: buda sənə xərclik sabah get özünə paltar al. Güzgüyə bax içindəki qadın gözəlliyini oyat və güclü ol mənim xətrimə, o zaman hər şey dəyişəcək sənin xeyrinə. Vəfa gərçəkdəndə gözəl qadın idı, sadəcə özünə baxmırdı. Vəfa diqqətlə baxdı, – Aylına: mən sənə söz vermirəm təkcə, sənin o gözəl ürəyinin xətrinə çalışacam inan. Aylın – Vəfaya: mən səni gördüyüm andan sənin güclü qadın olduğuna inandım. Deyillər həyatda insana güc- qüvvət verən inamdır, mən sənin ürəyinin dərinliklərində gördüm gücü və inamı, sənə güvənirəm. Mən gedim evə səndə dincəl, yaxında işdə taparıq çalışarsan. Az qala unudurdum, cibindən telefonda çıxarıb verdi, burda mənim nömrəm yazılıb lazım olsa zəng et. Vəfa telefonu götürüb Aylına baxdı, yenidən boynuna sarıldı – Aylına: səni tanıdığımçün çox xöşbəxtəm inan. Aylın – Vəfaya: mənədə yaşat eyni xöşbəxtliyi, qırma mənim dediklərimi et. Vəfa boynunu buraxıb – Aylına: sənin o gözəl ürəyinin qarşılığını Allah verəcək hər zaman. Aylın – Vəfaya: birinci sən ver qarşılığını, Allahdan başqa istədiyim yoxdur. Gecən xeyirə getdi, Vəfa telefonu əlləri ilə sinəsinə sıxıb tutudu, ağladı hönkürüb Aylının ardınca baxaraq. Aylın duydu Vəfanın ağladığını geri dönmədi, onun indi təkliyə ehtiyacı olduğunu yaxşı anlayırdı.
Aylın evə gəldi, qapıdan girib işığı yandırmağa istəyirdi, kim isə əlindən tutub qoymadı. Sərdar – Aylına: suss mənəm qorxma, Aylın səsindən tanıdı – Sərdara: niyə susum ki? əlini atdı işığı yandırsın Sərdar qoymadI. Aylını özünə çəkib elə sıxıb qucaqladı ki, canını – canına qatmaq itəyirdi, çox darıxmışdı. Sərdar – Aylına: darıxmışam sənin üçün, Aylın içki iyini hiss etdi – Sərdara: sən sərxoşsanmı? əlbətdə sərxoşsan. Sərdar üzünü Aylını üzünə sürtüb saçlarını qoxladı, off bu qoxuya heçnəyi dəyişmərəm. Aylın Sərdarı özündən qırağa itələməyə çalışdı, bacarmadı. Sərdar Aylını elə qucaqlayıb tutumuşdu ki, qollarından çıxması mümkün deyildi. Sərdar Aylını sevirdi, ancaq nədən isə özüdə bilmədən bəzən səhvlər edib incidirdi onu.
Aylın – Sərdara: ürəyim darıxdı yandır işiğı, – Aylına: danışma biraz suss səni hiss edim, qoxunu alım ciyərlərimə. Aylın dərindən nəfəs alıb az vaxlıq dayandı, – Sərdara: bəs oldumu? hiss etdinmi? etdiysən yandır işığı. Sərdar bərk – bərk Aylını qucaqlayıb, boynundan öpdü – Aylına: sən başqasan canım, səni kimsə əvəz edə bilməz mənimçün. Aylın – Sərdara: əlbətddə başqayam Sərdar bəy, bu dəqiqə əvəzimdə başqası olsaydı, çoxdan başını yarmışdı vurub. Sərdar – Aylına: sən vur canım, sənin ixtiyarın var mənə hər şey etməyə, toxunmağa belə ixtiyarın var. Sənin vurduğun yerdə güllər açar, Aylının dodaqlarından öpdü.
Aylın bir təhər Sərdarı özündən qıraq edib işığı yandırdı, – Sərdara: sən sərxoşsan elə deyilmi? Sərdarın gözləri süzülürdü. Sərdar – Aylına: yox canım deyiləm, nə sərxoşu? Aylın əsəbi baxışlarla baxıb – Sərdara: get sevgilini öp. Məni öpməyə bir daha hünər etmə, bax deyirəm sonra bütün bədənində güllər açar bil. Sərdar Aylının sözünə gülümsədi, Aylın əynindəki pençəyi çıxarıb atdı divanın üstünə.
Mətbəxtdə gəldi qəhvə süzməkçün fincanları götürdü, Sərdar gəlib arxadan tutub qucaqladı özünə sıxdı. Aylın əsəblə baxdı, gözlərini yumub sakitləşməyə çalışdı ki, Sərdarı vurmasın. Sərdar arxadan boynundan öpdü, – Aylına: sən niyə məni sevmirsən? yoxsa sevirsən gizlədirsən mənim kimi? deməyə cürəət etmirsən. Aylın gözlərini açıb baxdı, öz – özünə: Allahım sən mənə səbir ver.
Sərdar Aylını özünə tərəf çevirdi, – Aylına: söz soruşdum cavab ver, sən məni sevirsənmi? – Sərdara: yox sevmirəm. Sərdar gözlərinə baxıb – Aylına: bu sözü gözlərimin içinə baxaraq de. Aylın Sərdarı özündən kənara çəkmək istədi bacarmadı, – Aylına: dinc dur sualıma cavab ver. Aylın baxmadı gözlərinə – Sərdara: sənin nəyini sevəcəm? kobut hərəkətlərinimi? Sərdar Aylının üzündən tutub əlləri ilə, gözlərimə bax de sevmədiyini. Aylın əsəbləşdi, gözlərinə baxaraq – Sərdara: sevmirəm, sevmirəm, oldumu? Sərdarın üzünün ifadəsi dəyişdi. Dərindən nəfəs alıb əsəbi baxaraq – Aylına: necə bacardın? necə dedin bu sözü gözlərimə baxaraq insafsız. Səndə insaf yoxmu heç? niyə qırırsan məni bu qədər? niyə bu qədər zalımsan, niyə – niyə – niyə bağırdı!.
Əsəbindən əlini masaya