Günahsız günahkar. Roman. Hissə – 2. Fatma Axmed kızı Nabieva. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Fatma Axmed kızı Nabieva
Издательство: Издательские решения
Серия:
Жанр произведения: Современные любовные романы
Год издания: 0
isbn: 9785005517326
Скачать книгу
Kamil – Tahirə: danışdıqların bir filim kimi idi, çox gözəl senaryo yazmısınız birlikdə bravo. Aylınada hər kəsi aldadaraq, gözümüzün içinə baxa – baxa bizədə oyun oynadı. Tahirə birdə yumuruq ilişdirdi, Ramiz gəlib ortalarına girdi – Kamilə: bəsdi dostum, bunların murdar qanına əlini bulama. Kamil – Ramizə: inana bilmirəm bu alçaqlara görə Aylın necə belə işə razı ola bildi? bizi heçmi düşünmədi? baxsana o qadının halına? nələr yaşadı öldüyünü duyduqda. Biz nələr yaşadıq? qardaşım bu bir borc üzündənmi oldu? inana bilmirəm bu qədər vaxtdı şəhərdə olmuş, biz isə bilməmişik. Doğurdan bravo Aylın sənə, lənət olsun hər şeyə lənət. Ramiz Kamli sakitləşdirməyə çalışsada alınmadı. Kamil əsəbləşib qolunu Ramizdən çəkib getdi. Ramiz -Tahirə: demək Aylın burda olub bu qədər vaxtdı, eləmi? Tahirə pis dəymişdi sonuncu yumuruq. Burnunun qanını silib -Ramizə: inanmırsınızsa dediyim kimi özündən soruşarsınız qalnını. Ramiz əlləri ilə boynunu ardından tutub öz – öünə: axx Aylın axx, nə etdin sən. Atam bildiyində nə deyəcəyik? Tahirə baxıb – Ramiz: gərçəkdən lənət olsun sizə tfu. Tahir tərəfə tüpürüb getdi əsəblə.

      Rəyis əlində su şüşəsi ilə gəlib əyləşdi Şahnaz xanımın yanında, üzgüngündü çox üzündən yorğunluq axırdı. Tahir gəldi burnuna əl dəsmalını tutaraq, ardınçada Ramiz gəlib Sərdarın qarşısında dayandı. Nifrətlə gözlərinə baxıb – Sərdara: demək gərçəkdən sən olmusan Aylını hazırlayan? Sərdar Ramizində qarşısında xəcalətli idi. Sərdar – Ramizə: hə məndim hazırlayanı, Ramiz alnı ilə qəfil Sərdarın burnundan vurdub qanatdı burnunu. Sərdarı divara qıslayıb boğmağa başladı. Rəyislə Tahir tez gəlib Ramizi ayırdılar Sərdardan, rəyis – Ramizə: nə edirsən sən? sakit ol. Ramiz yavaş səslə – Sərdara: sənin ən sevdiyini xəstəxanalıq edəcəm alçaq. Rəyis Ramizi zorla sakitləşdirdi – Ramizə: sakit ol oğlum burası xəstəxanadır. Ramiz – rəyisə: mən sənin oğlun deyiləm bildinmi? rəyisdə anlayırdı Ramizin halından, Sərdar bağazını tutub öskürdü. Şahnaz ayağa qalxıb – Ramizə: oğlum nə edirsən? az qala boğmuşdun, biz qatil deyilik bizə yaramaş belə işlər, Sərdara baxdı yaşlı gözləri ilə. Ramiz ona tərəf dartınaraq – Sərdara: az belə etdim öldürəcəm səni, eşidirsənmi? öldürəcəm alçaq.

      Bu an Şahnaz xanımın əri Kərim gəldi, çatıb arvadını qucaqlayıb tutdu. Şahnaz qısılıb ağlayaraq – ərinə: qızıma qıydılar Kərim qıydılar, əri çox üzgün idi. Rrəyisə Tahirə və Sərdara baxaraq – arvadına: söz verirəm etdiklərinin cəzasını çəkəcəklər tək – tək, əsəbi baxışlaral oları süzdü. Tahir əlindəki dəsmalı Sərdara uzatdı ki, burnunun qanını silsin. Sərdar götürmədi, əli ilə burnunun qanını silib ərinə qısılıb ağlayan Şahnaza baxdı üzgün baxışlarla. Sadiq ayağa qalxıb rəyisə yaxınlaşıb, biraz baxıb – rəyisə: üstündə silahın varmı? rəyis Sadiqin nə dediyini anlamağa çalışdı, – Sadiqə: mənim silahım hər zaman üstümdə olur. Sadiq nifrətlə baxaraq – rəyisə: sənin yerində olsam özümü vurardım çoxdan, belə alcaqcasına yaşayınça. Atasına sözün çox pis təsir etdiyini anladı Sərdar, – Sadiqə: sən niyə vurmadın bəs özünü? Aylın səndən ötrüdə canından olacaqdı az qala. Sadiq – Sərdara: mən bilməmişdim Aylının mənə görə oyun oynayacağını, həyatda şikəst qalmama razı olardım, bilərəkdən ona nə isə olmasına izin verməzdim. Məndən fərqli olaraq siz alçaqlar bilərək iş təklif etmisiniz qıza. Onu bilərəkdən ölümə göndərmisiniz, Allah cəzanızı versin sizin, qansızlar.

      Ramizində ürəyindən oldu Sadiqin olara dediyi sözlər. Ramiz əsəblə – Sərdara: götüt rəyisinidə yanınca gözüm görməsin sizi burda, rədd olun gedin işiniz bitmişdir sizin. Sərdarın Ramizi vuracağını hiss etdi atası, işarə etdi ki sakit olsun. Sərdar anladı, özünü zor tutdu ki xəstəxanada davalaşmasınlar. Əslində deyilənlərdə haqlı olduqlarını Sərdar yaxşı anlayırdı, ançaq atasına elə dediklərinədə çox əsəbləşdi. Sərdar – Tahirə: çağır şövbədən gəlib bunu aparsınlar, – Ramizə: mən sənə orda öyrədərəm böyüklə necə davranmaq lazım olduğunu. Ramiz Sərdara hücum çəkmək istədikdə, rəyis Ramizi tutub saxladı. Rəyis – Ramizə: burda vurucağın birisi varsa o da mənəm məni vur, Aylına işi mən təklif etmişəm. Sərdar bildiyi gündən mənimlə çox davalaşdı olamaz deyə. Mən Aylını şovbədə gördüyümdə anladım ki, mərd qızdır güvənmək olar, mən sadəcə iş təklif etdim və Aylın qəbul etdi. İnanın belə olmasını istəməzdik, oğlumun günahı yoxdur gözləri yaşardı. Ramiz – rəyisə: vay mən sizin ektibarınıza … … söydü rəyisi, demək bu tip sənin oğlundur hə? ata oğul özünüz qorxub Aylını göndərmisiniz ölümə bilərək, əlbətdə sizin canınız candır. Başqalarının canı sizin uğrunuzda belə deyil. Rəyis acıqlandı – Ramizə: bəsdir suss, Aylının işə razılaşmağında sənin ananında böyük günahı var, bunu sən daha yaxşı bilirsən. Tək bizi günahlandırıb durma qarşımda, qızın dünyasını burnundan gətirmiş borcunuz var deyə anan, nə ilə ödəməliydi bu qız sizə olan borcunu? inan bizim işimiz olmasada başqa işə gedəcəkdi, heç şüphən olmasın.

      Ramiz yumuruğunu sıxdı ki rəyisi vursun, Sərdar görüb bağırdı! – Ramizə: hünər etmə. Ramiz özünü zor saxladı, qarşısındakı atası yaşında adamı vurmamaqçün. Şahnaz gəlib Rmizi qırağa çəkib – Ramizə: oğlum sakit ol atan yaşında adama əl qaldırmaq olmaz, şükür qızım sağdır. Sərdar Ramizin gözlərinin içinə baxaraq, gedib Aylının əməlliyat edən qapının yanında divara söykənib dayandı. Atası – Sərdara: oğlum gəl mənimlə aşağı, – atasına: mən burda olacam sən get ata. Tahir – rəyisə: siz gedin biz burdayıq, kimsə artıq burda səs edərsə, aşağıda gözləyirlər şövbəyə aparacaqlar, Ramizə baxdı Tahir. Şahnaz gördü ki Ramiz olara görə şövbəyə aparılacaq, yaxınlaşıb qolundan tutub – Ramizə: gəl oğlum əyləş. Ramizi otuzdurdu zorla yanında, özü əyləşib küskün baxışlarla baxdı Sərdara. Sərdar xəcalətindən bilimirdi nə etsin Şahnaz xanım elə baxdığında. Atası dərindən nəfəs alıb – olara: məndə aşağıdayam, getdi. Tahir Sərdarın qoluna vurub keçib yanında dayandı, Sərdar arvadın üzünə baxa bilmirdi, baxışlarını qacıraraq kənara baxdı. Sadiq qılcalarını əli ilə ova – ova gəzirdi oyan – buyna, əridə gəlib arvadının yanında ayaq üstə dayanıb baxdı. Sadiqin oyan – buyana getməsinə diqqətlə baxırdı atası, oğlu təkrar xəstələnər deyə çox qorxurdu! narahat idi olanlardan.

      Beləcə gecə yarıdan keçdiyində, Aylın komadan çıxıb özünə gəlmişdi, yanına heç kimi qoymurdular. Gözlərini açıb baxırdı hardadı deyə, həkim – Aylına: adınız nədir? Aylın halsız baxaraq – həkimə: tanış olmaqmı istəyirsiz? mən adımı unutsamda, sizi heç vaxtdı unutmaram. Həkim olduğunuzu bilirəm ağ xələtinizdən, buranı sevmədiyimi bilir Allahımda, ancaq zarafata salıb təkrar – təkrar göndəriri məni sizlərə, canımı almağı o qədərmi çətindir bilmirəm. Həkim gülümsəyib, – Aylına: demək ki hər şey qaydasındadır, yenidən xoş gəldiniz sevmədiyiniz dunya adlı evinizə, təkrar təbrik edirəm sizi ad gününüz münasibəti ilə. Aylın olanları xatırladı, yavaş səslə – həkimə: başımda çox pis səs var, – Aylına: siz ciddi yaralanmısınız qızım, ona görədir keçəcək. Sən güclü birisən hər şey yaxşı olacaq, çox duydum möcüzələr olur, ancaq sənin kimisini görməyə qismətim olmamışdı bu günə kimi həkimlik