Sərdarın üzünə su vurdular biraz özünə gəldi atasına baxdı, atasının gözlərindən yaş gəlirdi, bir əli ilə ürəyinin üstən tutub maşına söykənib kiməsə baxa qalmışdı. Sərdar ayağa qalxıb, dönüb atasının baxdığı tərəfə baxdığında, yerdə üstü örtülü uzadılmış Aylını tanıdı, dərindən – dərindən nəfəs aldı. Başını ikki əlləri ilə tutub Aylına baxa qalmaş dostuna baxdı, çox ürək ağrıdıcı idi hər kəsin çarəsiz durumu. Sərdar Aylına tərəf addımlayıb, gəlib yanında dizi üstə çökdü. Əsən əlləriylə Aylının üzünü açıb baxdı, nəfəsi kəsilirdi həyəcandan, gözlərinin yaşı Aylının üzünə damcılayırdı. Aylını qucaqlayıb qollarına aldı, özünə sıxıb – Aylına: mən öl deməmiş ölmək yoxdur eşidirsən? bağırdı! Aylının üstündən örtüyü kənara atıb öz – özünə: ölmədin sən, ölmədin. Aylına sünü nəfəs verərək, sinəsinə əllərini qoyub masaj etməyə başladı. Sərdarın bu halına hammı pis olmuşdu, burdakı hər bir hərbici bilirdi ki Aylın özlərinin həyatını qurtarmışdı, öz canını qurban verərək. Aylına hörmət əlaməti ilə başlarından papaqlarını çıxarıb üzgün baxışlarla baxdılar, binadan ölmüş meyitlərini çıxarırdılar şərəfsizlərin. Sərdar Aylının ürəyinin üstünə yumuruq vuraraq, bağırdı! aç gözlərini açç dedim. Dostunun bu halına baxa bilmirdi Tahi, r gözlərindən yaş süzülürdü üzünə, özü səbəbkar olmuşdu Aylının ölümünə, çətin vəziyyətdə qalmışdı ortalıqda. Sərdar Aylını vurmaqdan, masaj etməkdən, həyəcandan, halı qurtarırdı, alnını Aylının sinəsinə qoyub dayandı, dərindən – dərindən nəfəs aldı.
Gözləri yaşlı atasıda gəlib oğlunun yanında dizi üstə çökdüb Aylına baxdı. Atası gözlərinin yaşına hakim ola bilmirdi, bağışla qızım bağışla məni. Sərdar birdən yanında çökmüş – atasına: sən öldürdün onu, sən öldürdün, duyursanmı? atasının sinəsinə vurub ağlamağa başladı. Atası oğlunu bərk – bərk özünə sıxıb tutdu, Sərdar elə ağlayırdı ki, atasının Tahirin və ətrafdakıların ürəkləri göynəyirdi. Gəlib Aylının üstünü örtüb, apardılar maşına qoydular. Sərdara ayağa qalxıb mane olmaq istəsədə, yaxındakı polis dostları gəlib tuturaq qoymadılar. Tibbi yardım maşının qapılarını bağlayıb, Aylının ölmüş cansız bədənini həmişəlik aparıb getdilər. Sərdar polislərin əllərindən çıxa bilmədi, nə qədər bağırsada, ağlasada buraxmadılar, maşın uzaqlaşdıqdan sonra Sərdarı buraxıb kənara çəkildilər. Sərdarın başını atası sinəsinə sıxıb ağlayırdı. Sərdarda atasına qısılıb hönkürüb ağlayırdı bağıraraq, Tahir çox pis olmuşdu Ayının sözünə inandığına görə. Baxdıqca ürəyi sızlayırdı, Sərdarın Aylının ölümünə bu qədər üzüləcəyini heç axlına gətirməzdi, sanki Sərdarın canını alıb aparırdılar əlindən.
Xəstaxanada Ramiz gilnən Sadiq və anası rastlaşdılar. Kamil oları görüb – Ramizə: buların nə işləri var burda? Şahnaz xanım yaxınlaşdı – Ramizə: salam oğlum, Aylın haqda bizə məlumat vermillər. Çağırmıllar onu bura, yada bizi buraxmıllar ona, nələr olur burda? Ramiz gilədə gözləyin demişdilər. Sadiq anasından bir neçə metra arxada dayanmışdı, Kamil Sadiqə baxırdı kinli baxışlarla. Ramiz – Şahnaza: bizədə gözləyin dedilər, bu gün səhər Aylın mesaj yazmışdı müayinə edəcəklər deyə. Ancaq bu qədər vaxt çəkməz ki? Şahnaz – Ramizə: mənədə yazmışdı oğlum, hamısı bir – birinə baxdılar şüphəli baxışlarla.
Sadiq əsəbləşib gedib məlumat verənlərlə davalaşdı, niyə çağırmırsınız Aylını bura? hanı Aylın? olar – Sadiqə: bir dəqiqə cavan oğlan, dedik sizə məlumat verəcəklər. Sadiq – olara: bura xəstəxandırmı yoxsa hərbi çasdırmı? siz nələr qarışdırırsınız? bu vaxtdı arxadan səs eşidildi.
Bağışlayın, hamı dönüb baxdılar orta yaşlı bir kişi idi, Sadiqin dediyi gərçək olmuşdu sanki, hərbi geyimdə idi. Sadiq – kişiyə: hərbi dedik o dəqiqə peyda oldu, anasına baxdı, kişi görünür sözünü deməyə çətinlik çəkirdi. Həkimlərdə gəldilər, Kamil – Ramizə: nə olur doğurdanda burda? sanki bizə indicə saldıracaqlar. Şahnaz xanım yaxınlaşıb şüphəli baxışlarla baxaraq – kişiyə: qızıma bir şeymi olub, siz kimsiniz? Nədən susursunuz. Kişi çox çətinliklə – Şahnaza: Aylın bu xəstəxanada yatmadı heç bir saatda olsa, o başqa yerə işlə əlaqəli getmişdi, polislərə yardımçı olacaqdı gizli planda. Ramiz Kamilə baxıb, bu nə danışır? biz hər gün Aylınla danışırdıq, o burda müalicə olunurdu.
Sadiq yaxınlaşdı – kişiyə: nə demək itəyirsiniz siz? Şahnaz xanım qalmışdı baxa, qorxurdu bir kəlmə soruşmağada, duymağada. Kişi dərindən nəfəs alıb – bunlara: Aylın biraz qabağa dediyim gizlin planda iştirak etmiş, başqalarının həyatlarını qurtararaq özü qəhrəmancasına şəhid olmuş. Başınız sağ olsun çox üzgünük, Ramiz – Kamilə: bu Aylının bizə ad gününün hədiyyəsidirmi? bax dostum yəqin Şahnaz anasının gələcəyini nəzərə almayıb, bizi incitmək istəyib. Həkimlərin özünə yaxınlaşdıqlarını gördüyündə gərcək olduğunu anladı. Yazıq arvad özünü itirərək həyəcanlandı, qızım, yox yalandı, məni qızım tərk etməz, doğru deyil. Yazıq arvad elə hala düşdü ki bir sanyədə, özündən keçinərək yıxılacaqdı, tez həkimlər tutaraq yardım edib yerə uzandararaq iynə vurdular ki sakitləşsin. Ramiz dəli kimi öz – özünə güldü, bu bir zarafatdı elə deyilmi? Kamilə baxdı, Kamil baxa qalmışdı. Sadiqin bədəni əsdi, həkimlər tez gəlib tutub otzdurdular yerə yavaşca, Sadiq danışa bilmirdi, anasına iynə vurduqlarını görürdü. Kamil yavaş səslə öz – özünə: necə qıydın sən bizə? gözlərindən yaş süzüldü yanaqlarına. Ramiz başını tutub bağırdı! doğru deyil, ola bilməz yalandır. Aylınnnn hardasan? de zarafatdır, nə olar çıx yetər üzdün ürəyimizi. Rami ətrafa baxıb axtarmağa başladı, Aylın bu bir zarafatdı bilirəm. Bax ancaq xoş zarafat olmadı, çıx gəl hardasan, gəl canım, hər yerə nəzər salıb, gəlib kişinin qabağında dayandı.
kişinin gözlərinin yaşardığını görüb – kişiyə: de gərçək deyil. Kişiyə hucum çəkərək yaxasından yapışıb bağırdı! siz kimsiniz? planınız batsın özünüz qarışıq, hanı Aylın bağırırdı! var gücüy ilə. Ramzi tutub saxlamağa çalışırdı ətraflarına toplaşmış həkimlər. Kamil yıxılmamaqçün əlini yerə qoyub əyləşdi yerdən, öz – özünə: Allahım bu bir pis yuxu olsun, nə olar gerçək olmasın. Səs küydən artıq qulaqları heç kimin səsini eşitmirdi, ürəyi sıxıldı, köynəyinin yaxasını dartıb Ramizə baxdı. Son dəfə onun qollarından tutub saxlamağa çalışdıqlarını gördü. Oturduğu yerdə böyrü üstə yıxıldı yerə, başqa biriləri gəldilər Kamilə yardıma. Dəhşətli bir səhnə idi, Sadiq danışa bilmirdi, əlləri – ayaqları yığılırdı həyəcandan.
Aylını xəstəxanaya gətirdilər, Aylını yoxlayan həkim yanından keçərkən elə bil ürəyinə nə isə damdı, baxdı gətirilən ölü kimdir.