Beləcə bir neçə günlər ötdü keçdi. Kamil o gedəni dönməmişdi xəstəxanaya. Aylından incimişdı otağında oturmuşdu kefsiz – kefsiz. Anası gəldi qapını döyüb, oğlum sənə nə olub? nə dinmirsən danışmırsan neçə gündür. Aylınada zəng çatmır, Ramizədə zəng edirəm telefonunu açmır, bu nə deməkdir? siz bir – birinizdənmi küsmüsünüz? nələr olur bir anlatsana mənə adam kimi. Kamil kinlə baxdı kənara, – anasına: Aylın xanımın mühüm işi varmış, onun artıq bizimlə keçirəcəyi vaxtı yoxdur bu qədər, anası heç bir şey anlamadı. Oğlum sən Aylınlamı dalaşmısan? nədir bu halın danışığın? Kamil əsəbləşib ayağa qalxdı – anasına: bir daha Aylının adını mənə deməyin, bağırdı. Əsəbləşib otaqdan qapını vuraraq çıxdı getdi, anası baxa qaldı ardınca öz – özünə: nə oldu durduq yerdə, nə etdi yzıq qız sənə? tez otaqdan çıxdı getdi oğlunun ardınca.
Ramizə zəng gəldi telefona baxmadan cavab verdi alo, Solmaz xala salam bağışlayın sizin zənglərinizə cavab verə bilmədim, biraz qulaq asıb, Solmaz xala çox üstünə getməyin. Dərindən nəfəs alıb – Solmaza: Aylın bizi aldatmış o üzdən incikdir Kamil Aylından, Ramiz telefonla danışaraq Sərdara tərəf baxdı tərs – tərs, sizə hər şeyi indi analtacam Somaz xala. Atamında xəbəri yoxdur olanlardan gizlin saxlamışıq, kənara gedib olanları anlatmağa başladı.
Tahir Ramizə baxıb – Sərdara: bunun bir dərsini verimi mən? – Thirə: tez deyilmi? sən bir həftədə gözlə ağzın – burnun tam sağalsın sonra verərəsən dərsini, adam nə desə haqlıdır. Atmada sənədə demişdim belə olacağını, indidə dərsini verməkdən danışırsan? biz həm suçlu, həmdə çox güclüyük eləmi? qardaşım adamın bibisi qızıdır burda canıyla uğraşan. Atasıda ürək xəstəliyindən əziyyət çəkir, dayısına bir şey olsa nə edəcəyik? vijdan əzabı çəkirəm mən hələdə, başdan dedim bu iş olmaz. Aylınada dedim dəfələrlə, atamada dedim eşitmədilər məni, dinləməməyi bir kənara + bizi aldadıb özündən planda qurdu gözümüzün içinə baxa – baxa,,axx Aylın axx, sənə görə söyüldümdə vuruldumda. Əsəblə – Tahərə: indidə sən günahsız yerdə Ramizi içəri soxmaq istəyirsən heyifini almaqçün, sən olardan başqa nə gözləyirdin? gəlib alnımızdan öpmələrinimi gözləyirdin? Tahir susdu. Sərdar – Tahirə: sən hələ şükür et dayısı yoxdur burda. Şahnaz xanımdan utandığımdan burda kilo verdim bu günlərdə, Tahir – Sərdara: kilo verərsəndə bir şey yemirsən neçə günlərdir. Sərdarın dediklərini Tahirin anlamaması Sərdarı çox yorurdu, əsbləşirdi keçib əyləşdi, Tahirdə gəlib əyləşdi yanında.
Axşam olurdu Solmazla, Nərgiz və atası gəldilər xəstəxanaya həyəcanla tələsərək, gəlib Ramizlə qucaqlaşıb görüşdülər hammısı şokdaydılar eşitdikləridən. Solmaz – Ramizə: oğlum bu necə ola bilər axı? axlım almır mənim, necə belə təhlükəli işə razı ola bilər Aylın? Ramizdə yorgundu, çiyinlərini çəkib – olara: Aylından söhbət edirik Solmaz xala. Biraz qabağada gördük onun öz canına nə qədər dəyər vermədiyini, başqalarıçün canından keçməyə hazırdır. Sərdara baxdı, mənim dəlim düşünmədən canını verir yadlarçün. Sərdara hər gün o qədər sözlər deyilirdi ki Aylın səbəb olub, çarəsiz hər deyiləni qəbul edirdi, çünki qarşılarında günahsız yerdə günahkar idi. Sərdarın bu işə əvəldən razı olmayaraq atasıyla və Aylınla dəfələrlə davalaşdığını artıq ispatlıya bilməzdi kimsənin qarşısında. Ramizlə ayaq üstə dayanıb soruşurdular ətraflı hər şeyi. Solmaz öz – özünə: of qızım nə etdin sən? Kamildə bitdi tükəndi neçə günlərdi otağına qapandı. Niyə bizə demədin vaxtında? Ramiz dərindən nəfəs alıb – Solmaza: bağışla Solmaz xala, axlımı itirmişəm neçə gündür özümdə deyiləm. Atama daha nə yalanlar deyəcəyimi bilmirəm hər zəng etdiyində, kimə nə deyib deməyəcəyimi şaşırıram. Demişəm Aylınlayıq yanında qalmışıq darıxır deyə, hər dəfə telefona çagır dediyində yüz yalan uydururam qalıram çətin vəziyyətdə. Solmaz ah çəkdi – Ramizə: ahh oğlum nələr çəkmisən sən burda tək başına. Olanları sən dediyində mən az qala dəli olacaaqdım, Allah bağışlamış qızımızı bizə. Gəl oğlum gedək biraz yemək ye sən, rəngində solmuş burda pərişan olmusan. Ramiz getmək istəməsədə, Solmazla əri əl çəkmədilər zorla apardılar.
Nərgiz getmədi gəlib Aylının yatdığı otağın yanında dayandı, gözlərinin yaşını silib əli ilə qapıya toxundu, üzünü qapıya dayayıb dayandı göz yaşları üzünə süzüldü. Sərdar Nərgizi görmüşdü əvvəl Aylın xəstəxanada yatdığında, bilirdi Kamilin bacısı olduğunu. Tahir Nərgizə baxıb – Sərdara: kimdir o qız? Aylının kimidir. Sərdar kefsiz halda – Tahirə: Aylının bacısı sayılır, yəni sənin ağzını – burnunu qanadan oğlanın Kamilin bacısıdır, o gələnlərdə valideyinləridirlər. Tahir gözünü çəkmədən baxırdı Nərgizə. Sərdar ayağa qalxıb yxınlaşıb – Nərgizə: Aylın yaxşıdır artıq ağlama, Nərgiz dönüb Sərdara baxdı yaş süzülən gözləri ilə, Nərgizdə bilirdi Sərdarın polis olduğunu. Aylından ifadə almağa dəfələrlə gəlmişdi, Ayın isə ifadə verməkdən boyun qaçırdığında yanında oturub gözləmişdi. Nərgiz – Sərdara: kim belə təhlükəli işə masum qızı göndərə bilər axı? ölə bilərdi yazıq deyildimi ona? Sərdar nə deyəcəyini bilmirdi. Nərgiz – Sərdara: haqsızlıqdır, yəqin yetimdir deyə bilərəkdən ölümə göndərmişlər. Sərdar əli ilə divardan tutub özünü zor tuturdu yıxılmamaqçün, gözləri qaraldı. Bir anlıq özünü pis hiss etdi, elə bil indicə ürəyi partlayacaqdı, bağırıb çığırıb sakitləşmək istədi, bacarmadı.
Tahir gəlib Sərdarın ardında dayandı, birdən yıxılardı dostunun halı – hal deyildi görürdü, Tahir üzülürdü dostunun bu durumuna. Tibb bacısı gəlib qapını açıb içəri girərkən Nərgiz – tibb bacısına: mənə olarmı Aylını görmək? tibb bacısı mülayimcə – Nərgizə: xəstəmiz çox ağır bir əməliyyatdan çıxdı. Həkimin ciddi tapşırığı var olmaz, Nərgiz –