Rəyis geri dönüb baxdı, Sərdar şaşqın baxışlarla baxdı Tahirə ki, bu qədərdə səhv olmaz qardaşım, rəyis inana bilmədi eşitdiyinə -Tahirə: nə etdin nə etdin? Tahir zorla cavab verdi. Aylın dedi ki siz tapşırmısınız ora cihazarı yerləşdirim, rəyis dizlərinə vurub – Tahirə: oğlum sən dəlisənmi? nə cihazı, nə pultu? biz birinci gündən vaz keçmişdik o plandan. Tahir başını tutub özünə baxan Sərdara baxdı, Sərdar tez Aylına zəng etməkçün telefonunu çıxardı, telefonun ekranında Aylından gələn mesaj vardı idi, açıb oxudu. Sizi aldatdığımçün məni bağışlayın, atanı üzmə özünədə yaxşı bax Sərdar bəy. Tahirə acıqlanmayın onun günahı yoxdur, birdə bunu deyim sizin mənədə borcunuz yoxdur, demişdim sənə borcumu neçə ödəyəcəyimi. Mənə bu həyatdan gərçəkdən heç bir şey gərək deyil, dediyim kimi anamın yanına getmək istəyirəm çox yoruldum. Sərdarın gözləri doldu bi ixtiyar, – atasına: evdən tək – tək çıxaçağıq ətrafdakıları şüphələndirmədən. Sərdarın gözlərinin yaşarması atasının gözündən qaçmadı – oğluna: o zaman siz Tahirlə öndən çıxın, mən biraz sonra çıxaçam. Tahirllə Sərdar çıxdılar evdən, atası divara söykənib öz – özünə: sən niyə belə edin qızım? kövrəldi.
Sadiqlə anası Aylının müalicə aldığı xəstəxanaya getməyə hazırlaşırdılar. Anası – Sadiqə: oğlum qızım şad olacaq, birinci təbrik edən biz olaçağıq, – anasına: bir həftə çox zor keçdi dostumü üçün. Anası gülümsəyərək, – Sadiqə: yaxşı ki küçüyünüz var, yoxsa Aylınsız darıxdğını kimin üstünə atardın? Sadiq dərindən nəfəs alaraq – küçüyünə: dostum Aylın başqa insandır. Kimsəyə bənzərliyi yoxdur, ona öncədən yaxşı davran ki sonra peşman olma. Anası oğlunun saçını qarışdırıb – Sadiqə: bu məsləhətlərindən birazınıda özünə saxlasaydın oğlum. Sadiq anasının sözünə gülümsəyib, – anasına: Aylına ən böyük hədiyyə olacaq bunu gördüyündə, küçüyü öpüb yerə buraxdı. Anası yaxınlaşıb başını oğlunun sinəsinə qoyub, – Sadiqə: mən bilirəm sənin ürəyini oğlum, sən deməyə çətinlik çəksəndə kövrək ürəyini oxumaq heçdə çətin deyil. Sadiq anasını sınəsinə sıxıb öpdü alnından, məni tək bir canım anam anlayır, birdə Aylın. Anası oğlunun sinəsindən öpüb oğluna baxıb gülümsədi, – anasına: yəni o da anlayır mənasında dedim. Sadiqin xasiyyəti belə idi anası yaxşı bilirdi, başını narazılıqla sirkələyib -Sadiqə: mən baxım əksik qalan şeylərimiz varmı, getdi.
Kamillə Ramizdə maşınla gedirdilər Aylının yanına xəstaxanaya, Kamil darıxırdı tez – tez saatına baxırdı, off çatmırıqmı? sıxıldım mən. Ramiz – Kamilə: döz uşaq deyilsən ki? istəyirsən saxlayım maşını hava al biraz, – Ramizə: yox gərək deyi. Heç belə sıxılmazdım nə oldu mənə? Ramiz maşını idarə edirdi. Bilmirəm məndə axşam elə olmuşdum, yata bilmirdim yuxumuda qarışdırdım, səhər Aylın mesaj atdığında rahat oldum. Kamil – Ramizə: elə bil ürəyim indi çıxacaq yerindən, elə çırpınır oyandığımdan. Ramiz telefonunda baxdı nə qədər yol qalıb deyə, – Kamilə: az qalıb dostum döz. Kamil ofuldayıb köynəyinin yaxasını dartıb yola baxdı. Ramiz dərindən nəfəs alıb, paçkadan siqaret götürüb alışdırıb çəkdi.
Sərdar Tahirlə Aylınla əlaqə yaradacaqları maşına gəldilər, maşının qapısını açıb əyləşdilər. Sərdar maşındakı başqa – oğlana: tez Aylınla əlaqə yarat. Oğlan Aylınla əlaqə yaradıb qulağına taxan cihazı Sərdara verdi, Sərdar tez götürüb taxdı qulaqlarına cihazı. Aylın məni eşidirsənmi? Aylın yavaş səslə – Sərdara: eşidirəm Sərdar bəy. Biraz yavaş danış yuxumu dağıtdın, Sərdar Aylının səsini eşidib biraz rahat oldu. Sərdar – Aylına: bu etdiklərinin cavabını mənə sonra tək – tək verəcəksən, sən ehtiyatla ordan çıx gəl indicə səni gəlib mən götürəcəm. Aylın – Sərdara: mənim qərarım qətidir Sərdar bəy, dostumla bu qədər hazırlıq etdikdən sonra planı pozmaqmı istəyirsən? – Aylına: qulaq as mənə plan pozulmayacaq, sadəcə başqa vaxt olacaq bu gün deyil. Aylın – Sərdara: başqa gün yoxdur mənimçün bu gün var, mən burda qalıram sizdə oralarda durun, gəldiklərini bildirin mənə. Sərdar əsəbi idi, ancaq yaxşıda bilirdi ki Aylına bağırsa hər dediyini əksinə edəcəkdi. Özünü toplayıb mülayim olmağa çalışdı – Aylına: bax canım qulaq as böyük sözü dinlə, dediyimi et anlaşdıqmı? – Sərdara: yox dedim. Sərdar yenə özünü saxlaya bilmədi, bağırdı! – Aylına: dedim çıx ordan gəlib götürürəm səni, bəlkədə oralarda biriləri vardır mən sənin həyatını təhlükəyə atmaq istəmirəm. İnan yoxsa bu dəqiqə səni ora gəlib, özünə baxan Tahirə oğlana gözü sataşdı, sözünün ardını demədi. Aylın – Sərdara: mən artıq məşqimi bitirdim Sərdar bəy səninlə, mənimlə yüksək səslə danışma anladınmı? sən heç danışma başqası əlaqə saxlasın mənimlə. Əgər bura bir nəfər yaxınlaşarsa məni götürmək adıyla, cihazın pultu əlimdə hazırdır, bilirsən basaram gözümü qırpmadan göyə sovuraram buranı. Sərdar Aylını saktdəşdirməyə çalışdı – Aylına: anladım tamam sakit ol, bir dəqiqəlik dayanıb gözlərini yumub düşündü. Sərdar – Aylına: anlaşdıq dediyin kimi olsun qal orda, ancaq səninlə mən əlaqə saxlayacam anlaşdıqmı? dediklərimi edəcəksən. İş hələ bitmədi Aylın xanım, o üzdən dediklərimi etməyə məcbursan, Aylın yavaş səslə – Sərdara: bax belə axıllı olsan anlaşarıq.
Rəyis gəldi maşına əyləşdi oğluna baxdı, Sərdar qulağından cihazı çıxarıb verdi atasına, atası cihazı alıb taxdı qulağına – Aylına: qızım məni eşidirsənmi? Aylın rəyisin səsini eşidib şad oldu. Eşidirəm yoldaş rəyis, bağışlayın sizə demədən gəldim bura. Axşam Sərdarla çox dartışdınız, sonunda anladım ki plan ləğv olunacaq, biz bu şansı əlimizdən qaçıra bilməzdik, elə deyilmi yoldaş rəyis? son qoyulmalı idı bu işə. Həmdə məndə o qədər vaxtdı hazırlaşdım dözdüm oğlunuzun bağır – çığırlarına gülümsədi. Rəyis -Aylına: sözüm yoxdur qızım sənə, mən səninlə qurur duyuram bunu bilməni istəyirəm, oğlumda nə qədər bağırıb – çığırsada sənin xətrini çox istəyir. Sənin həyatın bizə çox qiymətlidir, dediklərimizi edəcəksən və sadəcə səssiz olaraq gizlin qalıb çək oları yetər. Sübut əldə etdiyin an bildir, ora həmən yollanacağıq adamlarımızla. Nə olur – olsun qaldığın yerdən çıxma, tamammı qızım? – rəyisə: tamam yoldaş rəyis narahat olmayın, rəyisin gözləri yaşardı. Qulağından cihazı çıxarıb veri oğlana, maşından düşdü. Sərdar atasını kövrək görüb – atasına: nə oldu? – Sərdara: mən birdə yoxlayım hər şeyi, getdi. Sərdar əlini maşına vurub öz – özünə: Allah cəzamı verdi artıq, bunda ötəsi olarmı? tez maşına qalxıb əyləşdi. Sərdar – Tahirə: hər kəs gözünü dört açın, məni xəbardar edin hər dəqiqə. Tahir getdi maşından düşüb, qulağına cihazı taxaraq Aylınla əlaqə yaratdı, – yaxşısanmi? Aylın pıçıltılı səslə – Sərdara: bura iki nəfər silahlılar gəldilər, baxıllar hər yerə. Sərdar pərt oldu – oğlana: tez Tahiri çağır bura, oğlan Tahirlə əlaqə saxladı maşından gəl tez.
Sərdar təlaşlanmağa başladı – oğlana: niyə görmədilər bəs oları bizimkilər? oğlan çiyinlərini çəkdi. Tahir gəldi