Bakı və bakılılar. Qılman İlkin. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Qılman İlkin
Издательство: JekaPrint
Серия:
Жанр произведения:
Год издания: 0
isbn: 978-9952-8278-4-2
Скачать книгу
ən yüksək hərbi vəzifə idi.

      SƏFƏVİLƏR VƏ TÜRKLƏR BAKIDA

      Şirvanşah I Xəlilullanın oğlu Fərrux Yasar hakimiyyəti dövründə Səfəvilər Şirvan üzərinə hücuma keçərək, ölkəni təzədən əsarət altına aldılar. Hələ bundan qabaq 1460-cı ildə Səfəvi sərkərdələrindən şeyx Cüneyd Şirvana basqın edərkən I Xəlilulla tərəfindən öldürülmüşdü. Bundan təxminən iyirmi il sonra da şeyx Cüneydin oğlu şeyx Heydər vuruşmada Fərrux Yasar tərəfindən qətl edilmişdi. Azərbaycanı birləşdirmək və vahid Azərbaycan dövləti yaratmaq məqsədilə Şirvan torpaqlarına hücum edən Şah İsmayıl babasının və atasının intiqamını almağı da unutmurdu. 1500-cü ildə Gülüstan yaxınlığında Fərrux Yasar qoşunları ilə Şah İsmayılın qızılbaşları arasında qızğın döyüşlər getdi. Bu döyüşlərdə Fərrux Yasar məğlub olaraq öldürüldü. Bundan sonra Şah İsmayıl Şirvanın qala və şəhərlərini zəbt edərək, çoxlu qənimət ələ keçirdi. 1501-ci ildə isə qızılbaşlar Bakı üzərinə hücuma keçdilər.

      Bu, baharın xoş günlərindən birində idi. Bakının işğalı üçün Şah İsmayıl özünün iki bacarıqlı sərkərdəsini göndərmişdi. Bunlar Məhəmməd bəy Ustaclu ilə İlyas bəy Xunuslu idi. Onlar şəhər divarlarına yaxınlaşanda donuxub qaldılar. Uca qalın divarlar boyu uzanan xəndəklər, üzərinə dəmir çəkilmiş darvazalar hər iki sərkərdəni çox düşündürdü. Belə möhkəm qalanı almaq çox çətin idi. Şah İsmayıl isə qalanın alınmasını tələsdirirdi. Hələ Şirvanşah Fərrux Yasarın dövründə Bakı, Mahmudabad və Salyanın idarə edilməsini kürəkəni Qazıbəyə həvalə etmişdi. Şah İsmayılın qoşunları Bakıya yaxınlaşanda Qazıbəy təsadüfi olaraq şəhərdən çıxmışdı. Lakin onun olmaması bakılıları zərrə qədər də sarsıtmadı. Onlar qalanın möhkəmliyinə arxayın olaraq, şəhəri qəhrəmanlıqla müdafiə etməyə başladılar. Ərzaq və silah ehtiyatları da kifayət qədər vardı. Ərinin qalada olmadığını düşmənə bildirməmək üçün Qazıbəyin arvadı özü müdafiəyə başçılıq etməyə başladı. Düşmənin qalaya bir-birinin dalınca olan həmlələri heç bir nəticə vermirdi. Bakılılar mərdliklə müdafiə olunurdular. Vəziyyəti belə gördükdə Səfəvilər bu mərd qadının yanına elçi göndərdilər. Qazıbəyin arvadı elçini sarayda deyil, qala divarının yanında qəbul etdi.

      Cənabınızı eşidirəm, – deyə qarşısında durmuş qırmızı çalmalı elçini qəzəblə süzdü.

      Böyük şahın fərmanını sizə çatdırmaq istəyirəm.

      O nə fərmandır elə? – qadın istehza ilə soruşdu.

      Fərman budur ki, təslim olasınız.

      Kifayətdir. – Qadın əlini çırpdı. – Bizə təslim olmağı təklif edənlərə cavabımız ancaq birdir. – Bunu deyib, ətrafında toplaşmış müdafiəçilərə müraciətlə əlavə etdi. – Aparın.

      Hələ özünə gəlməmiş elçinin başı dərhal vurulur. Qadının bu hərəkəti Şah İsmayılın sərkərdələrini bərk qəzəbləndirir və təzədən qalaya basqına başlayırlar. Ancaq bu da bir nəticə vermir. Bu dəfə şəhərin darğası şəhər müdafiəsinin başçısı yanına gəlir. Onu yola gətirməyə çalışaraq, qalanı təslim etməyi məsləhət görür. Darğanın da başı bədənindən ayrılır. Şah İsmayıl qalanın alınmadığını eşidib, köməyə təzə qüvvələr göndərir. Yenə də heç bir şey çıxmadığını görəndə özü Bakıya gəlməyə məcbur olur. Onun rəhbərliyi altında qızılbaş əsgərlər qala divarının altından gecəli-gündüzlü lağım atmağa başlayırlar. Qalanın bir tərəfi uçur. Yalnız bu zaman əhali təslim olmaq qərarına gəlir. Şəhərin görkəmli və ağsaqqal adamlarından 70 nəfəri əyinlərinə kəfən taxaraq, qılıncları boyunlarından asılı halda əllərində Quran şəhər darvazalarından çıxıb, Şah İsmayılın yanına gəlirlər. Tarixçilərin yazdıqlarına görə, Şah İsmayıl onların günahından keçir, şəhərdən yalnız qan bahası olaraq, min tümən pul alır. Şah İsmayılın ürəyi bununla da soyumur. O, babasını öldürmüş Şirvanşah I Xəlilullanın sümüklərinin Şirvanşahların türbəsindən çıxarılıb, yandırılmasını əmr edir.

      Həmin ildə də səfəvi qoşunları Şirvandan çıxırlar. Səfəvilərin Şirvan üzərində qələbə çalmasına baxmayaraq, Şirvanşahlar hələ də Səfəvilərə tabe olmaqdan imtina edirdilər. Xüsusilə Fərrux Yasarın oğlu Şirvanşah Şeyx şah açıq- açığına boyunduruq altına girmək istəmirdi. Buna görə də, sonralar Şah İsmayıl Şirvanı tamamilə özünə tabe etmək üçün dəfələrlə bu torpaqlara hücum çəkmişdi. Belə bir hücum axırıncı dəfə 1519-cu ildə olmuşdu. Şirvanşahlar bu dəfə Səfəvilərə qəti qələbə çalmaq əzmində idilər. Ancaq Səfəvilərin üstün qüvvələri qarşısında onlar heç bir şey edə bilmirlər. Təslim olurlar. Səfəvilərin hər dəfə qələbə çaldıqlarına baxmayaraq Şirvanşahlar öz istiqlaliyyətlərini hələ də saxlaya bilmişdilər. 1524-cü ildə Şah İsmayıl ölür və tac-taxta oğlu I Təhmasib sahib olur.

      Təhmasib dövründə Səfəvilər dövləti özünün əvvəlki əzəmətini daha hifz edə bilmir. Bunun əsas səbəblərindən biri o idi ki, köçəri kürd tayfaları mərkəzi hakimiyyətə tabe olmaqdan imtina edirdilər. Şirvanşahlar da bundan istifadə edərək, öz mövqelərini möhkəmlətməyə çalışırdılar. Şirvanşah II Xəlilulladan sonra taxta onun qardaşı oğlu Şahrux keçir. O çox cavan idi. Saray əyanları bundan istifadə edərək, hakimiyyəti, demək olar ki, öz əllərinə almışdılar. Ölkədə talan başlandı. Bu da xalqın böyük qəzəbinə səbəb olmuşdu. Şirvanda üsyanlar başlamışdı. I Təhmasib bu fürsəti əldən buraxmaq istəmir. 20 minlik qoşunla Şirvana basqın edir. Dörd aylıq mühasirədən sonra Şahruxun yerləşdiyi qala işğal olunur. Şahrux özü isə əsir alınıb, Təbrizə göndərilir. 1540-cı ildə Şirvanşahların axırıncı şahı Şahrux Təbriz həbsxanasında gizlicə qətl edilir.

      Beləliklə I Təhmasib Şirvanşahlar sülaləsini tamamilə ləğv edərək, Şirvanı Səfəvi dövlətinin əyalətlərindən birinə çevirdi. Bundan sonra Şirvan varlılarının böyük torpaq sahələri səfəvi əmirlərinə paylanır. Həmin müddətdə Şirvanın idarə edilməsi səfəvi canişininə – bəylərbəyinə həvalə olunur.

      1541-ci ildə Təhmasib Qazi xan Təkəlini Bakıya hakim göndərir. Heç bir şeydən çəkinməyən bakılılar onu şəhərə buraxmırlar. Yalnız zor gücünə Təkəli şəhərə daxil olub, hakimiyyətə başlayır.

      Bu illərdə sultan Türkiyəsi hələ də Azərbaycanı, Gürcüstanı işğal etmək arzusu ilə yaşayırdı. Xüsusilə Xəzərin qərb sahilləri onun iştahasını çox çəkirdi. 1549-cu ildə I Sultan Süleyman Azərbaycana qoşun yeridir. Bu işdə Türkiyəyə rəğbət bəsləyən yerli feodallardan Bürhan Əlinin də böyük köməyi olur. Bürhan Əlinin bu xidməti əvəzində türklər Şamaxını işğal etdikdən sonra onu Şirvana vali təyin edirlər. İki ildən sonra Bürhan Əli ölür. Şirvan təzədən Səfəvilərin əlinə keçir. Şirvanlılar Səfəvilərin Bürhan Əlinin meyidindən də intiqam alacaqlarını bildikləri üçün meyidi gizlədirlər. Şirvanın bəylərbəyi Abdulla xan isə meyidi tapdıraraq, başını kəsdirir. Bu ara Abdulla xana xəbər verirlər ki, Bürhan Əlinin yaxın adamları Bakıda gizlənirlər. Onların dalınca bir dəstə atlı göndərilir. Çox axtarışdan sonra onları Xəzər