Azərbaycan Yeniləşmə Hərəkatı - XIX əsr. Хусейн Байкара. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Хусейн Байкара
Издательство: JekaPrint
Серия:
Жанр произведения:
Год издания: 0
isbn: 978-9952-8210-5-6
Скачать книгу
yerləşən vətənlərinə hər dəfə hücum edən işğalçı qüvvələrə qarşı mübarizə etmiş, onlarla ölüm-qalım savaşı aparmış, bəzən də məğlub olmuşlar. Ölkənin və xalqın azadlığı uğrunda heç bir mübarizədən çəkinməyən qafqazlılar bəzən də məhv olma təhlükəsi ilə qarşı-qarşıya dayanmışlar. Lakin məğlubiyyəti qəbul etməyən bu cəsur xalq ağır şərtlər daxilində yeni həyat qurmaq üçün daim çabalayıb çalışmışlar. Heç vaxt talelərindən şikayət etməmişlər. Allahın yazdığı bəxtdən razı yaşamışlar. Süqut etməyi, yenidən dövlət yaratmağı təbii tarix hadisəsi kimi qəbul etmişlər. Güc və taqətlərinin bitdiyini hiss etdikdə belə mübarizliklərini itirməmiş, psixoloji cəhətdən güclü olmağa çalışmışlar. Sırf bu xüsusiyyətlərinə görə bu günə kimi çox itkilər vermələrinə baxmayaraq azadlıq mübarizəsini davam etdirmiş və hələ də davam etdirirlər.

      Azərbaycan tarixinə nəzər yetirərkən məhz bu mövzu barəsində nümunələr göstərməyi vacib hesab edirik. Cavad xan Gəncəni üstün mövqedəki rus ordusuna qarşı qorumuş, əfsanəvi qəhrəman kimi şəhid olmuşdur. Bu şanlı səhifə ilə bağlı bir az ətraflı yazaq. Bu tarixi döyüş Azərbaycan xalqının müstəqillik üçün hər zaman ölümü göz önünə aldıqlarının örnəyi və simvoludur. Əhvalatı A.A.Kasparinin dili ilə danışaq. “Gəncə xanlığı Rusiya və İran arasında Rusiyanın yolu üzərində yerləşirdi. Xəzər dənizi sahilindəki xanlıqlar Gəncə xanlığının təsiri altında idi. İranı zəiflətmək üçün Gəncənin müstəqilliyinə son qoymaq lazım idi. Gəncə xanı Cavad xan Ağa Məhəmməd Şah Qacar Tiflisə hücum edərkən onunla ittifaq yaratmışdı. Tiflisin Ağa Məhəmməd Şah Qacar tərəfindən yağmalanmasında yaxından iştirak etmişdi. Məhz bu səbəbdən 1804-cü ilin dekabr ayında gürcü əsilli “müdhiş knyaz” ləqəbli Sisianov Gəncə qalasının qarşısına gəldi. Cavad xana məktub göndərərək qalanın təslim olmasını istədi. Cavad xanın cavabı belə oldu: “Görünür ki, taleyin səni Peterburqdan bura qədər sürükləyib gətirib. Amma sən onun acı yumruğunu dadacaqsan.” Sisianov xanın məğrur cavabına qarşılıq olaraq qalanı mühasirəyə alaraq təklifini qəbul etmədikcə mühasirəni dağıtmayacağını bildirdi. Amma hansı səbəbdənsə dekabr ayında hücum etmədi, hücum etməyə cəsarəti çatmadı. Xan generala cavab məktubunda belə yazırdı: “Rusların topları arşın baxımından uzun olsa belə, unutma ki, mənim toplarım 4 arşındır.” Eyni zamanda xan məktubda “Necə ola bilir ki, rus türkdən daha cəsur olsun?” deyə soruşurdu. Sisianov isə “Mən sənin qalanı alacağam və sənə ölüm gətirəcəyəm” cavabını verdi. Xan cavab məktubunda “Əgər tale bu pis oyunu oynasa, sən məni qala divarı üstündə ölü tapacaqsan” yazırdı. Bir aylıq məktublaşmalardan sonra 3 yanvar bayram gecəsində qaranlıq, soyuq bir havada ruslar qalaya hücum etdilər. Hücum bölüklərinə general mayor Portnyagin və polkovnik Karyagin rəhbərlik edirdi. Topların duelindən sonra Gəncə qalasında açılan dəlikdən general Portnyagin böyük qüvvə ilə hücum etdi. Cavad xan ruslarla mübarizəyə hazır idi və onları məğlubiyyətə uğratmağı planlaşdırmışdı. Qalaya hücum edən rusların yolları qaladakı məşəllərlə işıqlandırılmışdı. Rus qüvvələri “ura” deyərək hücuma keçdilər. Qalanın mərkəzində gəncəlilərin onlar üçün hazırladıqları canlı sədlə toqquşdular. Döyüş başlandı. Xan Portnyaginin hücumunu ağır məğlubiyyətə uğratmağı bacardı. Portnyagin qüvvələrini toplayaraq ikinci dəfə hücuma keçdi. İkinci hücum da rusların ağır məğlubiyyəti ilə yekunlaşdı. Səhər şəfəqi türklərin qalibiyyət sevinci və nərələri ilə vəhdət təşkil edirdi. İlk hücum Qarabağ qapısından olmuşdu. Bu cəbhədə məğlub olan ruslar indi də Tiflis qapısından gecə qaranlığında qala divarlarına nərdivan dayayaraq hücuma keçdilər. Xan bu cəbhədən hücum gözləmirdi. Dərhal hərəkətə keçən xan düşməni qapıda qarşılamaq istədi və istəyinə çatdı da. Qalaya çıxan ilk rus əsgər və zabitlərini öldürdü. Bu tərəfdən ard-arda Portyaginin qüvvələri ilə yanaşı polkovnik Karyagin və podpolkovnik Simanoviç və Lisanoviçin qüvvələri də hücuma keçdilər. Çox çətin və qanlı döyüş gedirdi. Bir dəfə general Portnyagini şəxsən ələ keçirməyə çalışan Cavad xan ətrafındakı zabit və əsgərləri yox etdi, lakin yenə də onu tuta bilmədi. Podpolkovnik Simanoviç və qüvvələri Portnyagini Cavad xanın əlindən xilas edə bildilər. Qalanın iki bürcü rusların əlində idi. Xanın qüvvələri getdikcə azalmağa başlamışdı, topların mərmisi bitmişdi. Lakin buna baxmayaraq xan təəccüb yaradacaq cəsarətlə, qəhrəmancasına əlində qılınc döyüşə davam edirdi. Xan geri çəkilən qüvvəsi ilə birlikdə gedə bilərdi. Lakin o, geri çəkilmirdi. Həmin vaxt “Eğer” bölüyü rəhbəri Kolovskiy ilə birlikdə xana hücum etdi və xan öldürüldü. Xana köməyə gələn əsgərləri Kolovskiy və bölüyünü məhv etsələr də xan artıq dünyasını dəyişmişdi. Xanın ölüm xəbərini eşidən Gəncə qüvvələrinin döyüş ruhu sarsıldı. Beləliklə, döyüş rusların qələbəsi ilə sona çatdı. Döyüşlər şəhərin içinə doğru gedirdi. Gəncəlilər artıq ev-ev mübarizə aparırdılar. Buna görə də ağır itkilər verdilər.” Rus tarixçisi Gəncə döyüşü haqqında bunları qeyd etmişdir.

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

      Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

      1

      H.Baykara. Azərbaycan istiqlal mübarizəsi tarixi. 2017.

/9j/4AAQSkZJRgABAQEBLAEsAAD/4QBaRXhpZgAATU0AKgAAAAgABQMBAAUAAAABAAAASgMDAAEAAAABAAAAAFEQAAEAAAABAQAAAFERAAQAAAABAAAuI1ESAAQAAAABAAAuIwAAAAAAAYagAACxj//bAEMABQMEBAQDBQQEBAUFBQYHDAgHBwcHDwsLCQwRDxISEQ8RERMWHBcTFBoVEREYIRgaHR0fHx8TFyIkIh4kHB4fHv/bAEMBBQUFBwYHDggIDh4UERQeHh4eHh4eHh4eHh4eHh4eHh4eHh4eHh4eHh4eHh4eHh4eHh4eHh4eHh4eHh4eHh4eHv/AABEIBxwEYwMBIgACEQEDEQH/xAAfAAABBQEBAQEBAQAAAAAAAAAAAQIDBAUGBwgJCgv/xAC1EAACAQMDAgQDBQUEBAAAAX0BAgMABBEFEiExQQYTUWEHInEUMoGRoQgjQrHBFVLR8CQzYnKCCQoWFxgZGiUmJygpKjQ1Njc4OTpDREVGR0hJSlNUVVZXWFlaY2RlZmdoaWpzdHV2d3h5eoOEhYaHiImKkpOUlZaXmJmaoqOkpaanqKmqsrO0tba3uLm6wsPExcbHyMnK0tPU1dbX2Nna4eLj5OXm5+jp6vHy8/T19vf4+fr/xAAfAQADAQEBAQEBAQEBAAAAAAAAAQIDBAUGBwgJCgv/xAC1EQACAQIEBAMEBwUEBAABAncAAQIDEQQFITEGEkFRB2FxEyIygQgUQpGhscEJIzNS8BVictEKFiQ04SXxFxgZGiYnKCkqNTY3ODk6Q0RFRkdISUpTVFVWV1hZWmNkZWZnaGlqc3R1dnd4eXqCg4SFhoeIiYqSk5SVlpeYmZqio6Slpqeoqaqys7S1tre4ubrCw8TFxsfIycrS09TV1tfY2dri4+Tl5ufo6ery8/T19vf4+fr/2gAMAwEAAhEDEQA/APsumSKSRzin0UANOc1z2g3XiabxBq0GrabbW+mxOP7PnjnLNMuBncu0Y5z3NdHSYFAAvSloooAKKKKACiiigBrDcOpFKOlQ6hbC8sprVpJYllQoXibDLkdQexp1pD9nt44Q8kmxQu5zlj9TQBLRRRQAUUUUAFFFFABSUtFABRRRQAUUUUAFFFFABRRRQAUUUUAMkUMrKVyCMEU20hjt4EghQJGg2qo6AVLiigAopqurOVHUU6gCLftdVwTuJ6DOPrUg6UFQRiqVjp/2W8urk3l3N577vLlk3JHwBhBjgcZ+pNAF6iiigAooooAD0pFII4xih1DoVYZBHNRWtvHbwLDHkKvTPWgCag0UUAUb7TLW8vbG8nQmWxkaSA+jFSp/Qmr1FFABRRRQAUUUUAFFFFABRRRQAUUUUAFNZQWyQDjpTqTAzmgBl