Azərbaycan Yeniləşmə Hərəkatı - XIX əsr. Хусейн Байкара. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Хусейн Байкара
Издательство: JekaPrint
Серия:
Жанр произведения:
Год издания: 0
isbn: 978-9952-8210-5-6
Скачать книгу
birləşdirmiş, nəticədə Azərbaycan türkcəsində bu dilin bütün tarixini əhatələyən, yığdığı bütün enerjini ifadə edən əsərlər yaratmışdır.

      Yuxarıda Hüseyn Baykaranın düşüncəsinin orijinallığını nəzərə çarpdırmaq üçün “buta” kəlməsini işlətdik. Təsadüfi deyildi bu. Yada bir mif mətni düşür. Hüseyn Baykaranın uşaqlığından, körpəliyindən ölümünə qədərki yolu apaydın göstərir.

      …Meşə. Külək qəribə simfoniya yaradıb. Ən böyük (başqalarının gördüklərindən böyük…-) ağacın altında durub gözlərini yumubsan. Heç nə görmürsən. Ancaq kimsə görür bu mənzərəni. Gələcəkdə. Çünki uşaqlıqda gördüyümüz şeylər sonralar bir-bir, kadr-kadr ekrana gəlir, ta ölənə qədər. Nə olur-olsun bu tamaşaya, ən azından onun bizdən bəhs edən bir fraqmentinə hökmən baxırıq. Yarpaqlar ayaqları bağlı quşlar kimi səmanın qoynuna (dərinliyinə…-) əsir, göydəki quşlar anidən dayanıb buludların ətəklərindən tökülən yarpaqlara qoşulub uçur. Gözlərini yum, sevdiyin ağacın ruhunu görəcəksən…

      Qədim mif mətnində belə deyilir.

      Bura gözəllər gözəli Şuşadır.

      Millət körpə qığıltısından başlayır, poetik təfəkkürə ən yaxın elə uşağın düşüncəsidir. Zaman o zaman idi ki, bütün millətlər oyanmış, nəyi varsa ovcunun içinə toplayıb dünyaya göstərmək şövqünə tutulmuşdu. Bu şövq, bu həvəs hər deyəndə gəlmir, gələndə insanların ürəklərindən, ruhundan keçib nələrisə yavaşca tərpədir, qollar çırmanır, əllər yadırğadığı işə elə başlayır ki, sanki arada min illərin yuxusu olmayıbmış. Xalça toxuyan sənətçinin əllərini göz önünə gətirin. Butalar, ornamentlər.... barmaqların sürəti toxucunun gözlərini, baxışlarını bir nöqtədə saxlayır. O sürət, o təşnəlik barmaqları hiss edilmədən adamdan ayırıb dünyanın bütün qurşaqlarından keçirir, qarış-qarış, dünyadakı ən gözəl boyaların hərəsindən bir əlçim götürüb xalçanın – mətnin qəlbinə ilmələyir. Buta arxetipi. Qədimlərdən gələn düşüncənin stilizə olunmuş təsviri. Buta yalnız seçilmişlərə verilir, seçilmiş, yalnız sənin üçün ayrılmış dərd yükü. Bu insanların əzmkeşliyi, təkbaşına “bir institut qədər iş görməsi” başqalarında olmur. Bir işi, bir tapşırığı, bir missiyanı tam fərqli, üstün formada yerinə yetirmək üçün. Ömrünün son günlərində Hüseyn Baykara əlinə qələm alıb həmin sehrli butanın bir naxışını varağa həkk etmişdi: sabaha inanıram!

      Düşmənlərimə müjdə, bən qəlbimdən xəstəyəm,

      Sonsuz həsrətlərimlə bir dəvamlı yasdayam.

      Bəni burada sanmayın, bən hər gün Qafqazdayam…

      Siz canımı gömərsiniz, canım bu ana yurda,

      Qəlbimin güllərini göndərin doğma yurda.

      Sovursunlar Qafqazın o coşğun rüzgarına,

      Bən umutsuz ölmədim eyimsərəm yarına…

Cavanşir YUSİFLİ,Filologiya elmləri doktoru, professorBakı, 2018

      ÖN SÖZ

      Azərbaycanın oyanışı, yenilənməsi və şəxsiyyətləri haqqında oçerki yazmağa başlayarkən məni ən çox düşündürən məsələ Çar Rusiyasının işğalından əvvəl xanlıqlar dövründə Azərbaycanın mədəni, siyasi və iqtisadi vəziyyətinin hansı səviyyədə olması idi. Buna görə də kitabda ən çox bu mövzuya yer verdim. Bəzi zümrələr belə hesab edirlər ki, Azərbaycanın hal-hazırki mədəniyyəti, incəsənəti rusların əsəridir. Halbuki, ruslar Azərbaycanı işğal etdikləri dövrdə nəinki buğunkü, hətta o dövrün Qərb düşüncəsinə görə də mədəni millət hesab edilmirdilər. I Pyotrun hakimiyyətindən sonra Rusiyada yalnız hərb sahəsində qərbləşmə meylləri özünü göstərirdi. Şərqdə qazandıqları qələbələri də məhz buna borcludurlar. Rusiyada quldarlıq 1861-ci ildə II Aleksandrın fərmanı ilə ləğv edilmişdi. Öz vətəndaşları ilə qul kimi davranan rejim necə mədəni ola bilər və yaxud mədəni hesab olunmalıdırmı? Xüsusilə də Çar Rusiyası rejimi dözülməz dərəcədə despotik və zülmkar idi. Bu səbəbdən də Avropa ilə müqayisə ediləcək heç bir tərəfi yox idi.

      Qədim köklərə sahib barbar slavyanların adətlərini rus qiyamı ilə XX əsrə gətirən rusların mədənəniyyətlərinin səviyyələri hətta bu gün də mübahisə mövzusudur. Azərbaycanı oyanışa və yeniliyə çağıran şəxslərin həyat və yaradıcılıqları, xidmətləri indiyə kimi bəzi yazıçılarımız tərəfindən müxtəlif jurnal və broşuralarda xronoloji şəkildə dərc olunmuşdur. Mən bu oçerklə Azərbaycanın oyanışı, yeniləşməsi və şəxsiyyətlərini; sosial, iqtisadi və siyasi şərtləri ilə birlikdə bir metodik halda tarixi ardıcıllıqla göstərməyə çalışmışam. Bu metodla tədqiqat apararkən Azərbaycanda “oyanış” və “yenilənmə” çağlarının ayrı-ayrı tarixi cərəyan olduğu məlum olur. Birinci “oyanış” dövrü XIX əsrin birinci yarısını, ikinci “yeniləşmə” dövrü XIX əsrin ikinci yarısını əhatə edir. Hər iki dövrün sosial və iqtisadi şərtləri sözsüz ki, fərqlidir. Avropada da “intibah” və “islahat” dövrləri fərqli əsrlərdə olmuşdur. Avropada bu proses üç əsr çəkmişdir.

      Bu oçerk oxunduğu zaman aydın olacaq ki, Azərbaycan xalqının öz milli şüurunu dərk edərək müstəqil millət kimi bir dövlət halında yaşamağa başlamasının kökündə tarixin dərinliklərində sağlam təməllərinin olması dayanır. 28 may 1918-ci ildə elan edilən Azərbaycanın İstiqlal Bəyannaməsi heç də təsadüfi bir əsər deyil və ya hər hansı bir şəxsin əsəri də deyil. Bu böyük tarixi hadisənin səbəbləri bu oçerkdə də izah etməyə çalışdığımız kimi, Azərbaycan tarixinin çox önəmli hadisələrinə əsaslanır. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Azərbaycanın istiqlal hərəkatı tarixin bir problemi olmuşdur. Hazırda da problem qalmaqdadır və bu məsələni yenə də tarix həll edəcəkdir.

      Bu oçerkin tam və qüsursuz olduğunu iddia etməkdən uzağam. Qüsurlarımın bağışlanacağına və yanlışların xoş niyyətimin göz önünə alınaraq göstəriləcəyinə ümid edirəm.

Hüseyn BaykaraAnkara, 1966

      XANLIQLAR DÖVRÜNDƏ AZƏRBAYCANDA VƏZİYYƏT

      Rusiya və Azərbaycan arasındakı münasibətlərin tarixi çox qədimdir. Bu münasibətlərin tarixini sıralamaqdan uzağıq. Rus çarlığının Azərbaycan torpaqlarının işğalına başladığı illərdə baş vermiş iki hadisə isə çox mühüm tarixi hadisədir. Sözügedən hadisələrdən birincisi 1796-cı ildə, digəri isə XIX əsrin əvvəllərində baş vermişdir. 1796-cı ildə rusların Azərbaycana yürüşü böyük fəlakətlərə gətirib çıxardı. Rus ordusu böyük qüvvə ilə Azərbaycana hücum etdi. İlk hücumda Qazıqumuq, Dərbənd, Bakı, Şirvan xanlığını işğal edən rus süvariləri Mil düzü, Muğan çölü və İran sərhədləri yaxınlığındakı Gilan ərazisinə qədər irəlilədilər. İşğal edilmiş xanlıqların bəziləri asılılığı qəbul edirmiş kimi görünməyə çalışsalar da, bəziləri döyüşü daha uyğun bildikləri nöqtəyə qədər aparmışdılar. Bu üzdən ruslar əsas qüvvələri geri çəkərək yerdə qalanlarını müxtəlif