Mən, nənəm, İliko və İllarion. Нодар Думбадзе. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Нодар Думбадзе
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
Жанр произведения:
Год издания: 0
isbn: 9789952241334 
Скачать книгу
İlikoya baxdım.

      – Nədir? Mən yapıncı geyməsəm, dünya dağılar? Onsuz da yazın gəlməsinə az qalıb! Yapıncını bura gətir!

      Eyvana çıxıb tez yapıncını gətirdim. Bu təptəzə yapıncını İliko göz-bəbəyi kimi qoruyur, ona bürünür, hətta İllarionu əl dəyməyə qoymurdu.

      – Küncə qoy… Uşaqlar gələndə verərsiniz, – İliko yapıncıya baxmadan dedi.

      – Bilirdim ki, sənin ürəyin qızıldır! – deyə İllarion qurcalandı və birdən sıçrayıb otaqdan çıxdı.

      – Mən bu yekəburunun hara qaçdığını bilirəm! – deyə İliko gülümsədi, – indi mənim acığıma bütün evini alt-üst edəcək! Onsuz da lütün biridir, heç nəyi yoxdur!

      Bir azdan İllarion qayıtdı, özünün yeganə təzə, uzunboğaz çəkmələrini İlikonun yapıncısının yanına qoydu…

      O gecə nənəm yatmadı. Üstündə yatdığı döşəyi söküb yununu daradı. Gözlərim yaşla doldu, naməlum əsgər haqqında düşünürdüm. O əsgər haqqında ki, bu soyuq qış gecəsi nənəm əlləri əsə-əsə onun üçün yun corab toxuyurdu…

      Ədəbi gecə

      1942-ci ilin qışıdır, almanlar Moskvaya yaxınlaşıblar. Biz, həmişəki kimi, İlikogildə soba qırağında oturub isinirik. İllarion Sovet Məlumat Bürosunun xəbərini oxuduqdan sonra qətiyyətlə bildirir:

      – Hitlerin kitabı bağlandı! Almanlar Moskva altındadırlar, bir addım da irəliləyə bilmirlər!

      – Bəs ikinci cəbhə haqqında nə xəbər var?

      – Müttəfiqlər tələsmir. İngiltərə hiylə işlədir. Amerikadan yapışıb, deyir ki, Sovet İttifaqından üz döndər, mənə kömək et. Amerika da deyir ki, özüm bilərəm!

      – Almaniya da Türkiyə və Yaponiyanı dilə tutur ki, mən Stalinqrada girən kimi, siz də cəbhə xəttini keçin.

      – Son zaman Türkiyənin siyasəti heç xoşuma gəlmir!

      – Türkiyə görsə ki, Almaniyanın vəziyyəti pisdir, o saat üstünə hücum edər.

      – Bəs Yaponiya?

      – Almaniya onu tələsdirir ki, başla, kimi gözləyirsən? O da cavab verir ki, sən Moskva altında hərəkətsiz dayanıb durmusan. Mən başlasam, sonrası nə olacaq?

      – Dünən şeir yazmışam! – mən qəfildən dedim.

      İllarion əlindəki tikəni yerə saldı. İliko çeçədi.

      – Nə dedin? – özünə gəlmiş İliko soruşdu.

      – Şeir yazmışam… Müharibə haqqında.

      İliko və İllarion baxışdılar.

      – Oxu görək!

      Cibimdən bir vərəq çıxartdım, ayaq üstə durdum, sol əlimi irəli uzadıb mümkün qədər ucadan başladım:

      Hiyləgərdi mənfur düşmən, o qaranəfəs,

      Müharibə niyyətilə gəlibdir bizə.

      Qələbəni bu torpaqda heç görə bilməz,

      Məhv edərik, heyran qalar iradəmizə.

      Yatmır bizim qəhrəmanlar, oyaqdır, oyaq,

      Toplarımız, tanklarımız gəlibdi dilə.

      Əgər Vətən tələb etsə, silah tutaraq,

      Döyüşlərə atılaram, mən özüm belə!

      Uzun sükutdan sonra İllarion dedi:

      – Hmm…yaman təmtəraqlıdır! Bir de görüm, çoxdan şeir yazırsan?

      – Bir aydır.

      – İndiyə kimi harada idin, ay bədbəxt, niyə bunu vaxtında bizə deməmisən? Daha nə etmək olar? Elə əvvəldən bilirdim ki, sən günlərin bir günü yolunu azacaqsan! – İliko əlini havada yellədi.

      – Şeir yazanda çox çətinlik çəkirsən?

      – O qədər yox… Bir gündə səkkiz-doqquzunu… Kağız yoxdur, yoxsa çox yazaram!

      – Nənən bilir? – İllarion soruşdu.

      – Yox.

      – Elə isə heç bilməsin. Arvadın öz dərdi özünə bəsdir. Yenə şerin var?

      – Var. Məhəbbətdən…

      – Oxu görək!

      Cibimdən ikinci vərəqi çıxardıb başladım:

      Gecədir. Ay üzür səmada,

      Qar, külək qarışıb dünyada.

      Sevirəm gəzməyi mən bu dəm,

      Ağlaram sevincdən, nə olar.

      Gözümü heç yuma bilmirəm,

      Lap dəli olmuşam, qardaşlar!

      – Sözün nədir? – deyə İllarion soruşdu.

      – Son misrası yaxşı yazılıb.

      – Məhəbbətdən bir kəlmə də yoxdur ki…

      – Uşaq utanır!

      – Axı bu, şeirdir, şeirdə hər şeyi demək olmur! – deyə izah etmək istədim.

      – Şeir əgər məhəbbətdəndirsə, məhəbbətin, heç olmasa, adını çəkmək lazımdır.

      – Bəsdir görək! Bir adam yuxu bilməyə, gecə səhərə qədər gəzib-dolana, az qala, ağlını itirə, səncə, bu məhəbbət deyil, bəs nədir?

      İllarion dedi:

      – Düz danışmırsan. Misal üçün, elə bizim bu İlikonu götürək, həmişə gecələr gəzib-dolanıb, deməli, o, aşiqdir?

      – Ey, çox çərənləmə ha! – İliko yerindən sıçradı.

      – Eh, sizin şeirdən nə başınız çıxır! – deyə incidim.

      İllarion məni qucaqlayıb mehribanlıqla dedi:

      – Sənin başqa dərdin var, əzizim. Mən bilirəm adamlar niyə şair olurlar. Sən yazmağında ol! Məhəbbətin var olsun, mənim balam!

      Pərt halda İllariona qulaq asırdım… Mənə elə gəlirdi ki, o, mənim ürəyimi ovcunda tutub, bütün orada yazılanları oxuyur.

      İlk məhəbbət

      – Çiqogidze!

      – Mən!

      – Kalandadze!

      – Mən!

      – Sixarulidze!

      –Sixarulidze xəstələnib! Çkoniya, Stenteradze, Burquladze, Koridze, Ninidze və Qolonti onu ötürməyə getdilər.

      – Gərək bütün sinif gedəydi, – müəllim dedi, – Vaşalomidze! Vaşalomidze! – qışqırıb yumruğunu masaya vurdu.

      – Buradayam!

      – Burada olub-olmamağının onsuz da xeyri yoxdur!

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте