Nicatın bu sadəliyi Aylını heyran edirdi, heç kimdə görmədiyi sadəlikləri və insanlığı vardı Nicatın. Aylının yorğunluqdan iştahıda yox idi, – Aylına: yeməyini bitir. Aylın dərindən nəfəs alıb yuxu tökülən gözləriylə Nicata baxdı, Nicat qalxıb Aylının yanında əyləşdi. Nicat – Aylına: heç qüsura baxma Aylın xanım, mən səndən alıram gücümü, bilirsən işimiz hələki ağırdır. Aç ağzını biz güclü olumalıyıq, narazılıq istəmirəm. Aylının ağzına yeməyi yedirdi uşaq kimi, bax belə, Aylının heç yeməyi çeynəməyədə halı yox idi. Nicat gülümsəyərək, – Aylına: bilirəm yorğunsan canım, sənə yeməyi çeynəyibdə verərədim diksinməsəydin məndən. Quşların mamaları balalarını elə yedirdirlər, gör necə tez böyüyüb qanad açıb ucurlar insanların təhlükəsindən göylərə. Nicatın bu insan davranışana dözədə bilmirdi, Aylının gözləri yaşardı. Nicat görməsin deyə qalxıb getdi mətbəxtdən, əlində yeməklə baxa qaldı anladı Aylın pis oldu deyə. Yavaş səslə öz – özünü acıladı qaşığı masaya qoyub, mənimdə ağzıma… olsun, quşların mamasının yeriydimi? peşman oldu Aylını kövrəldiyinə. Dərindən nəfəs alıb, qalxıb getdi Aylının ardınca.
Aylın otağa gəlib əyləşmişdi, qapı döyüldü yavaşdan, Aylın tez gözlərini sildi ki Nicat ağladığını görməsin. Nicat icəri girib gəldi, Aylının qarşısında yerə çöküb baxdı. Aylın Nicatdan yaşlı gözlərini artıq gizlədə bilmədi, çünki qarşısında çöküb dayanmışdi dizlərinin üstündə. Nicat Aylının gözlərinin yaşını sildi əlləriylə, – Aylına: bağışla düşünmədən dedim, bağışla məni üzdüm sənə ananı xatırlatdım. Aylın – Nicata: mən onu heç vaxtı unutmadım ki? məni üzən onu xatırlatman olmadı, Nicat Aylına baxdı. Aylının gözlərindən yaş süzüldü üzünə – Nicata: məni üzən, sənin bu qədər mərhəmətli insan olmağına baxmayaraq, zalım həyatın mərhəmətindən kənar qalmandı. Nicat dərindən nəfəs alıb, Aylına baxıb gülümsəməyə çalışsada, bir ixtiyar gözləri doldu. Özünə görə bu qədər mərhəmət duyub göz yaşı axıdanı olmamışdı həyatında, xalasından başqa. Aylın Nicatın boynuna sarılıb, ağladı səsini içinə salıb oğlu oyanmasın deyə.
Niacat Aylını birinci dəfə idi ki, belə qorxmadan, çəkinmədən, heçnə düşünmədən özünə bərk – bərk sıxıb tutudu. Of canım of, sənində ürəyin mənimkindən az mərhəmətli deyil, biz ikimiz nələr çəkmədik ki bu zalım həyatdan? mərhəməti əksik qaldı, heç istəmirəmdə artıq. Tək bir istədiyim var, onu məndən almasın başqa nə mərhəmətini, nədə başqa şeyini isəmirəm. Aylının saçlarının qoxusunu aldı saçlarına üzünü sürtərək, Aylını buraxmaq istəmirdi qollarından. Aylın Nicatın üzündən öpüb, əlləriylə üzündən tutub, – Nicata: sənin o bir istəyinə çatmançün azacıq özünü toparlayıb ürəyindəki sirrini mənə açsan, inan əlimdən gələni edərəm sənin o arzuna çatmançün. Canımıda verərəm sənə gərəkirsə inan, təki sən istəyinə çat, başqa heçnə istəmirəm. Niçatda Aylın əllərini tutub öpüb üzünə tutudu, – Aylına: bilirəm canım verərəsən şüphəm yoxdur, o canına qurban olum sənin. Ancaq o mənim ürəyimdə həyətımın son gününə qədər qalacaq bir arzudur, sirrdir deyə bilməyəcəyim. Aylının axlına Nicatın atası gəldi. Nicatın tək bir doğmasıydı ki, həyatında var idi atasının bundan xəbəri olmasada. Aylın – Nicata: söz verirəm o arzuna çatacaqsan, əllərini Nicatın üzündən çəkib gözlərini sildi.
Nicat ayağa qalxdı, – Aylına: sən yat canım yorğunsan, Aylına yerinə uzanmağa yardım edib üstünü örtdü, yatan uşağa baxıb gülümsədi. Aylının gözləri bağlanırdı yorğunluqdan. Nicat Aylının alnından öpüb, pıçıltıyla – Aylına: söz vermə canım, çünkü qeyri mümkündür bu dediyin. Aylının gözləri bağlanmışdı, Nicat Aylının üzünə sığal çəkmək istəsədə, əlini saxladı toxunmadı. Dərindən nəfəs alıb, yavaş addımlarla otaqdan ışığı söndürüb çıxdı, ehtiyatla qapını örtüb getdi.
Nicat vanna otağına gəlib, suyu açıb güzgüdən özünə baxdı. Çox kövrəldi, öz – özünə: qeyri mümkündür canım söz vermə, səssiz – səssiz ağladı əlləriylə başını tutub. Nicata çox yazıq olmuşdu, canı yanmışdı yazığın.
Səhər açılmışdı, Nicat Aylından qabaq oyanıb, mətbəxtdə səhər yeməyini hazırlamışdı. Atasınında yeməyini verdmişdi işə gedincə. Aylın oyanıb gəldi mətbəxtdə. Nicatın masanı hazırladığını görüb – Nicata: sən niyə zəhmət çəkirsən mən varkən? Nicat qəhvələr süzürdü.
Aylının səsini eşidib gülümsədi. – Aylına: sabahın xeyir canım, gəl bu gün mən qulluq edəcəm sizə. Aylın – Nicata: sabahın xeyir gözəl insan, gəlib Nicatın süzdüyü qəhvələri götürüb yardım etmək istədi, Nicat qoymadı. Aylının qolundan tutub, mehribanlıqla masa arxasında otuzdurdu. Nicat – Aylına: dedim axı mən qulluq edəcəm sən əyləş, Aylının narahat olduğunu hiss etdi, nə düşündüyünü anladı. Nicat – Aylına: onunda yeməyini qəhvəsini vermişəm, sən rahat ol. Gəlib əyləşdi, qəhvənin birini Aylının qarşısına qoydu, Aylın təşəkkür etdi, əllərinə sağlıq dostum. Nicatı üzürdü hər dəfə Aylının ona dostum deməsi, ancaq Nicat nankör biri deyildi, bunada şükür edirdi ürəyində. Nicat – Aylına: nuş olsun, aslan parçam yatır hələ şirin – şirin. Aylın qəhvədən bir udum icib Nicata baxdı, – Aylına: sən yorğunsan bu gün istərsən evdə qal gəlmə işə, mən öfdəsindən gələrəm. Aylın dərindən nəfəs alıb – Nicata: elə söhbət yoxdur, bilirsən gələcəm işə və biz birlikdə çalışacağıq. Nicat çörək diliminə yağ – bal sürtüb Aylına uzatdı, o zaman al canım ye ki işləməyə halın olsun. Aylın çörək dilimini götürüb dişləyib yedi, – Nicata: o zaman özünədə hazırla mən məşğulam dostum, zarafat etdi. Nicat özünədə yağ – bal çəkib yedi gülümsəyib, ikisinində ürəklərndə dağlar qədər dərtləri olsada, biruzə verməməyə çalışırdılar.
Ramizdə işə gəldi, Dilqəmlə salamlaşıb keçib ətləşdi yerində. Dilqəm – Ramizə: qardaşım necəsən? Ramiz kampyuterini açıb – Dilqəmə: belədə qardaşım, nə yaxşı, nədə pis, günlərimiz gəlir keçir mənasız. Dilqəm gülümsəyib, – Ramizə: keçməz sənin günlərin mənasız, Ramizin qızlarla gəzməsinə işarə etdi. Ramiz anladı Diqləmin nə demək istədiyini, cavab verəçəkdi zəng gəldi telefonuna. Ramiz telefona cavab verdi alo, bəli mənəm buyurun, biraz qulaq asdı rəngi dəyişdi nə dedilərsə telefonda. Dilqəm Ramizin halından anladı nə isə olduğunu, narahat oldu ayağa qalxıb yaxınlaşdı. Ramiz telefonu söndürüb Dilqəmə baxdı həyacan dolu baxışlarla, bir anlıq elə həyəcan keçirdi ki, pis oldu. Dilqəm tez su töküb verdi, – Ramizə: iç qardaşım, nə oldu? Ramizə zorla sudan içirtdi bir udum. Ramiz əliylə Dilqəmin əlindəki su bakalını vurub saldı,