Nazlı utandı, baxışlarını qaçırdı Dilqəmdən, Nazlının bu utanmaları Dilqəmə xoş gəlirdi. Nazlını canından çox sevirdi, Diləqm gülümsəyib, Nazlını seyr edirdi. Afisantlar əllərində yeməklərlə gəldilər, gətirib hər şeyi masay yerləşdirdilər səliqə ilə. Afisant – olara: nuş olsun, başqa əmriniz varmı Dilqəm bəy? Dilqəm – olara: hələki yoxdur, çox sağolun. Afisantlar razılıqlarını bildirib getdilər.
Dilqəm – Nazlıya: canım masada sevmədiyin bir yemək varsa de, sifariş edək başqasını. Nazlı – Dilqəmə: hər şey çox gözəldir canım, restoranın bütün yeməklərini yığdırmısan masaya. Dilqəm – Nazlıya: canım nə yaxşı ki səninlə rastlaşdım mən, səni tanımağımla – sevməyimlə çox xöşbəxtdəm. İnan sözlə ifadə etmək mümkün deyil, sən başqa varlıqsan mənimçün. Nazlı – Dilqəmə: səndə mənimçün, utanıb yenə baxışlarını qaçırtdı, Dilqəm dodağını dişləyib, Nazlıya baxıb gülümsədi. Diqəm – Nazlıya: canım yeməklərin dadına bax, gör bəyənirsənmi? Nazlının utandığını görüb, dur mən sənə qulluq edim canım. Nazlının boş qabına yeməkləridən qoyub, mənim ən sevdiklərimdir bunlar, bəlkə ağzımın dadını bilmirəm, bax bəyənəcəksənmi.
Nazlı Dilqəmə təşəkkür edib, çəngəlini götürüb yeməkdən götürüb yedi, ağzında yavaş – yavaş çeynəyərək, yeməyin dadını anlamağa çalışdı. Dilqəmin gözü Nazlıdaydı, Nazlı yeyib dadını anladı – Dilqəmə: mm, çox dadlıdır canım, ağzının dadını bilirsənmiş. Dilqəmdə yeməkdən yeyərək – Nazlıya: mən bunlarsız məhv olaram, anam duymasın. Nazlı gülümsədi, – Dilqəmə: sən anandan gizlin bura yeməyə gəlirsənmiş?
Dilqəm ağzını silib gülümsəyib, – Nazlıya: canım anam sevmir mən belə yerlərdə yemək yediyimdə, deyir ev yeməyi kimi təmiz olmur filan, nə bilirsən kimlər hazırlamış. Nazlı gülümsədi, – Dilqəmə: bağışla canım mən anandan gizlədə bilmərəm, oğlu onun yeməklərini bəyənməyib buralara üz tutur ara – sıra. Dilqəm – Nazlıya: aydaa, canım məni satacaqsanmı? – Dilqəmə: heç incimə məndən. Sən bu gün anananı aldadan, sabah mənidə aldadacaqsan, elə deyilmi? özü deyən sözdən utandı bir anlıq. Dilqəm – Nazlıya: söz canım sənin əllərindən yeyəcəm, bax haram olar gizlin gələrsəmsə. Bu yeməkləri əvəllər yaşadığımız şəhərdə çox yeyərdim, gələndən sonrada dadı ağzımda qaldı. Əlbətddə mənim canım anam bişirən yeməklər dahada dadlıdır. Vərdişdir bura gəlməyim, onuda sən yanımda gəlin olduqdan sonra unudacam, söz. Nazlıya göz vurub gülümsəyib, Nazlının utanıb qızarmasından həzz alaraq, gülümsədi.
Nazlı özü deyən sözdən çox utanmışdı. Dilqəm Nazlının utancını unutmasıçün – Nazlıya: canım səndən bir söz soruşmaq istəyirəm. Ancaq məndən heçnə gizlətmə, olurmu? – Dilqəmə: buyur soruş, olanı deyərəm əgər bildiyim bir şeydirsə. Dilqəm Nazlının gözlərinə baxıb, – Nazlıya: məndən öncə sevdiyin və ya xoşlandığın birisi oldumu? – Dilqəmə: oldu. Dilqəm bir anlıq Nazlının nə deyəcəyini duymaq belə istəmədi, soruşduğunada peşman oldu.
Nazlıda bunu anladı, – Dilqəmə: vardı məni sevən tək sadiq olan, səni tanıdığıma kimi. Dilqəm elə üzgün baxışlarla baxırdı ki Nazlıya, ciddi duraraq sözünə davam etdi. Səninlə tanışıb az vaxtdan qaçdı məndən, bir aydan onu balaca bir qız uşağıyla gəzən gördüm. Dilqəm pərt baxışlarla baxırdı Nazlıya. Dilqəm dözmədi, – Nazlıya: balaca qız uşağıylamı gəzirdi? – Dilqəmə: hə, məndə artıq onu ayırmaq istəmədim qızcığazdan. Biri – biriləriylə çox mehriban görünürdülər. Dilqəmin özünə şaşqın baxışlarla baxdığını görüb gülümsədi, canım mənim itim idi o.
Dilqəm elə bil nəfəs almağı unutmuşdu. Nazlının özüylə zarafat etdiyini anladı. Dərindən nəfəs alıb – Nazlıya: oha, az qala axlımı itirəcəkdim, canım mən sənin zarafatını yeyim, sən qarışıq. Dilqəm bakalı götürüb şərabdan içib, biraz rahatlandı. Nazlının özünü aldadaraq incitməsinə, gözlərini qıyıb baxdı, – Nazlıya: sən dayan canım. Mən sənin o şirin dilindən dişləyəçəm, Dilqəmi tərdə basmışdı.
Nazlı ğözlərini silib, Dilqəmə baxaraq sakit güldü, Dilqəm Nazlının gülməsinə sevindi. Yazığın üzü heç gülmürdü tanıdığından, – Nazlıya: demək itindən başqası olmadı. Nazlı başıyla olmadı deyə işarə edib, gülümsədi. Dilqəm sevindi sualının cavabını almasına. Nazlı – Dilqəmə: bəs sənin oldumu sevdiyin və ya xöşlandığın? – Nazlıya: olmadı canım, tək sən varsan həyatımda inan. Nazlı – Dilqəmə: məndən öncə oldusada səni qısqanmaram canım, gizlətməyinə gərək yoxdur, danış dürüst olmanı istəyirəm. Dilqəm – Nazlıya: gərçəkdən olmadı canım. Olsa deyərdim inan, aramızda yalan olmasını istəmədiyimçün soruşdum səndəndə.
Nazlı Dilqəmin üzünə baxmadan, anladım canım. Dilqəm – Nazlıya: canım sən məndən incidinmi soruşduğumçün? bu sənə inamsızlığımdan deyildir. Mən sadəcə səni qorumaq və həyatım böyunca mənim olmanı istəyirəm, mən sənsiz yaşaya bilmərəm, bilirsən bunu artıq. Nazlı – Dilqəmə: yox incimədim, sən haqqımda nə bilmək istəyirsənsə, soruşa bilərsən. Dilqəm – Nazlıya: çox sağol canım, bilmək istədiyim heçnə yoxdur artıq. Mən səni tanıyıram, artıq gərək yox başqa şeyləri soruşmağıma. Nazlı nədənsə Dilqəmin üzünə baxdı, bir anlıq nə isə düşündü. Dilqəm Nazlının hər baxışından anlamağa çalışırdı onu, bir kəlmə soruşmadan.
Nicatla Aylında evə gəlmişdilər. Nicat Aylın yorğundur deyə, tez atasının yeməyini siniyə qoyub apardı otağına. Aylın mətbəxtdə gəldi, tezliklə Nicatda gəldi. Nicat – Aylına: əyləş canım, aslan parcam necə yatdı qucağımızda yolda, yoruldu iş ortağımız gülümsədi. Aylının əyləşmədiyini görüb – Aylına: mən verdim onun yeməyini sən əyləş. Mən qulluq edəcəm, çox yoruldun bu ğün səndə, Aylının qolundan tutub zorla əyləşdirdi. Aylın – Nicata: utandırma məni, işin bütün yükü sənin üstündədir, gəl əyləş mən indi, Nicat Aylının sözünü kəsdi. Etiraz istəmirəm, Ayın xanım xayiş edirəm narahat olma, ikisinədə çay süzüb masaya qoydu. Yeməyində altını alışdırıb əyləşdi, – Aylına: mən yorulmuram canım narahat olma. Artıq sən varsan yanımda, gücü səndən alıram. Nicat dediyi sözü Aylın xoşlamaz deyə, tez düzəliş verdi, o kiçik aslan parçasındanda nə qədər enerji alıram bir bilsən. Aylın çayını götürüb içdi, – Nicata: orda dur bir dəqiqə, sənin o aslan parçan bizim bütün olan enerjimizi canımızdan alır. Niçat Aylının sözünə səsli güldü, Aylının yorğunluq gözlərindən axırdı.
Nicat