Günahsız günahkar. Roman. Hissə – 4. Fatma Axmed kızı Nabieva. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Fatma Axmed kızı Nabieva
Издательство: Издательские решения
Серия:
Жанр произведения: Современные любовные романы
Год издания: 0
isbn: 9785005517357
Скачать книгу
Nazlı çıxdı – Nazlıya: nə dedilər? Nazlı gülümsəyib, – Ramizə: dedim axı bir şeyim yoxdur qardşım, ardınca həkimdə çıxdı. Ramiz – həkimə: bacımın nəyi var doktor? – Ramizə: yoxladıq bir şeyi olana oxşamır. Soyuqlamışda ola bilər, ancaq hər ehtimala qarşı analızlərini alsınlar. Həkimin ardınca tibb bacısıda çıxdı otaqdan, – Nazlıya: buyurun sizi götürsün lazım olan analizdərinizi verin. Siz telefon nömrənizi qoyun tibb bacısına, cavablar hazır olan kimi sizinlə əlaqə saxlayacağıq. Hələlik keçmiş olsun, həkim getdi. Tibb bacısı – Nazlıya: buyurun xanım, Nazlını apardı getdilər. Nazlı gedərkən dönüb Ramizə baxdı üzgün baxışlarla. Ramiz əliylə boynunu ovaraq, Nazlıya baxıb gülümsədi, ançaq nədənsə Nazlının elə baxması ürəyinə toxundu. Tez telefonunu çıxarıb zəng etdi, – Dilqəmə: alo qardaşım, yoxmuş bir şeyi çox şükür. Sadəcə analizlərini alacaqlar indi, dəqiq olsun hər şey, birazdan mən Nazlını evə aparacam narahat olma, telefonu söndürüb getdi Nazlının ardınca.

      Aylın işlə əlaqəli çox yerlərə zəng edib danışırdı telefonla, oğlunu qucağına alıb telefonla danışa -danışa başqa işlərinidə görürdü.

      Nicatda yeni şirkətçün kreslolar, masalar, kampyuterlər alırdı. Aylınla Nicat işi qurmaqçün əllərindən gələni edirdilər, Aylın kampyuterdə işçilər axtarmaqçün elanda qoymuşdu. Nicatda maşınla başqa şeylərin ardınca gedir, maşın idarə edə – edə Aylına zəng edib bildirirdi nələr etdiyini, Aylında ona bildirirdi etdiklərini. Nicat bütün gücü ilə çalışırdı, Aylınla çalışacağını düşündükcə sevinci aşıb – daşırdı. Üzündən bəlli idi hər şey sözsüzz ifadə olunurdu, ömründə birinCi dəfə idi ki belə xöşbəxt idi, maşının sürəətini artıraraq getdi.

      Axşam olmuşdu, Ramiz Nazlını evinə aparmışdı, Dilqəm Nazlını görməyə evlərinin qarşısına gəlmişidi. Maşına söykənib Nazlının gəlməsini gözlyirdi, Nazlı az vaxtdan evdən çıxıb Dilqəmə tərəf gəldi. Dilqəm Nazlını qollarını açıb, qucaqlayıb özünə sıxdı bərk – bərk, – Dilqəmə: görən olacaq bizi. Dilqəm Nazlını buraxmadan, görsünlər, sevgilimi qucaqlamağa olardanmı izin alacam? Nazlının alnından öpüb, baxdı gözlərinə diqqətdlə. Nazlı – Dilqəmə: yaxşıyam mən narahat olma canım, Dilqəmin gözlərindən oxuyurdu nə demək istədiyini. Dilqəm Nazlını təkrar bağrına basıb – Nazlıya: birdaha xəstələnmə canım, tamammı? Dilqəm uşaq kimi qorxmuşdu! Nazlının halsızlığından. Nazlı gülümsəyib, Dilqəmin üzünə baxdı utancaq baxışlarla, sənin bu qədər həyəcanlanacağını bilmirdim, söz xəstələnməyəcəm artıq. Dilqəm Nazlını uşaq kimi təkrar – təkrar qucaqlayıb, canımın – canısan. Nazlıda Dilqəmin sinəsinə başını qoyub, – Dilqəmə: səndə mənim canımsan. Dilqəmə bu söz elə təsir etdi ki, Nazlını qucaqlayıb bərk – bərk sıxdı özünə, gülümsədi.

      Beləcə günlər keçirdi, Aylınla Nicat çalışmağa başlamışdılar. Aylın qucağında uşaqla şirkətdə Nicat tək qalmasın deyə, çalışırdı bacardığı qədər. İnternetə qoyduğu elanlanlarındanda maraqlanıb, gələn yeni işçilərdə vard idi şirkətdə. Nicat- Aylına: sənə bu şirkətdə göstərmədiyim bir syurprizim daha var. Aylın – Nicata: nəymiş dostum syurprizin? Nicat gəlib Aylının qucağından uşağı götürdü. Yuxarı qaldırıb uçurdaraq uşağı oynatdı, – uşağa: əmi səni uçurdaraq syurprizə götürsünmü?

      Aylın Nicatın nə deyəcəyini gözləyirdi. Nicat – Aylına: buyurun Aylın xanım, xanımlar irəlidən, otaqdan çıxmasını gözlədi. Aylın başını narazılıqla sirkələyib gülümsəyərək, çıxdı otaqdan. Nicat – uşağa: Sərdar bəy xanımlara yol verilməlidir bunu unutma, ardınca otaqdan çıxdı.

      Aylını şirkətdə göstərmədiyi bir otağın qapısına gətirdi, Aylın dayanıb baxdı qapıya. Nicat – Aylına: syurprizim burdadır aç qapını, Aylın əlini qapıya atıb Nicata baxdı. Nicat gülümsəyərək, – Aylına: aç – aç qorxma. Aylın qapını açıb içəri girdi, otağı görüb gözlərinə inanmadı, əlləriylə üzünü tutub baxdı ətrafa. Niçatda gəldi yanında dayanıb, – Aylına: bəyəndinmi Sərdar bəyin yeni otağını? Aylın Nicata baxdı, sevincindən bilmədi nə desin. Niçat uşağçün otaq hazırlatmışdı, otaqda hər şərait vardı uşağın baxılmasıçün. Yataq yerindən tutmuş, oyuncaqlarına kimi hər şey səliqə ilə qurulmuşdu. Nicat – uşağa: Sərdar bəy yeni otağına xoş gəldin, uşağın üzündən öpüb aparıb yerdə oyuncaqların yanında otuzdurdu, uşaq oyuncaqları götürməyə çalışdı. Nicat ayağa qalxıb gəlib Aylının yanında dayanıb baxdı uşağa, Aylının axlına gəlməzdi belə etmək şirkətdə. Nicat – Aylına: bir söz demədin canım, sevinmədinmi? Aylın sevincindən Ncatın boynunu qucaqladı. Nicat bir anda Aylının özünə sarılmasından həyəcanlandı, ürəyində qəribə hiss yaşandı. Ömründə hiss etmədiyi gözəl bir duyğu idi bu, Nicatda Aylının kürəyinə əliylə sığal çəkdi, özünə sıxdı qucaqladı.

      Aylın – Nicata: çox sağol dostum, əlbətddə bunu ancaq sən düşünə bilrədin, şaşırtdın məni həqiqətəndə, əsil syurpriz oldu. Nicatdan ayrılıb, oyuncaqlarla oynayan oğlunun yanında əyləşib baxdı. Canım oğlum yanımda olacaqsan, uşağın saçlarından öpüb qoxlayıb, oxxx cənnət qoxulum mənim. Nicatda gəlib əlyləşdi Aylının yanında, yerə xalca sərilmişdi. Aylın – Nicata: artıq rahat çalışa bilərəm, sayəndə oğlum yanımda olacaq. Nicat uşağın başına sığal çəkib – Aylına: yanımızda olacaq çanım, biz demişdik şirkətdə ancaq ikimiz ortaq olacağıq. Aylın Nicata təcüblə baxdı. Nicat uşağın əlinə oyuncaq verib gülümsədi, – Aylına: yox canım biz üz nəfərik artıq, kiçik Sərdar bəydə bizimlə şirkətdə çalışacaq. Nicatın zarafatına Aylın gülümsədi. Nicat birinci dəfəydi Aylının üzündə gərçək təbəssüm görürdü, oğluyla oynayan Aylına baxıb, olrın hər gün belə xöşbəxt olamalarıçün canını belə verməyi düşünürdü.

      Nazlı Dilqəmlə Ramizin deməsinə baxmayaraq işə gəlməyə davam edirdi. Nazlı əlində pafkayla otağa gəldi, pafkanı Ramizin masasına qoyub, gəlib Dilqəmədə bir kağız verdi. Hazırladım siyahıda yazılıb şirkətlərin adları, Dilqəm Nazlıya təşəkkür etdi. Çox sağol canım, sənsiz nə edərdik biz qardaşınla tək başımıza? Ramiz pafkanı açıb baxırdı dokumentlərə. Ramiz -Dilqəmə: mənim bacım yüz işçini əvəz edir burda. Nazlı – olara: birazdan görüşə gələcəklər unutmayın, getdi otaqdan.

      Ramiz – Dilqəmə: sən Nazlını sonuncu dəfə nə vaxt yeməyə çıxardın? – Ramizə: imkan oldumu ki qardaşım? – Dilqəmə: çıxın işdən sonra bu gün. Mən Nazlının anasına gedərəm, siz rahat çıxın. Dilqəm şad oldu – Ramizə: qardaşıma çox yaraşır belə təklifləri tez – tez etsə, dahada çox istiyərdik səni. Dilqəm zarafat edib güldü. Ramiz əlini üzünə çəkib – Dilqəmə: qardaşın bir dənədir qədrini bil, Ramiz bilirdi Dilqəmidə son zamanlar çox üzmüşdü bezdirmişdi, ona görədə belə deyirdi. Dilqəm başını narazılıqla sirkələyib, – Ramizə: mən gedim Nazlıya deyim, qardaşımız bizi bu gün yeməyə göndərir, həmdə öz şotundan. Ramiz zarafatla – Dilqəmə: unut qardaşım bir səhvdir etdim, zarafatlaşıb gülüşdülər. Dilqəm gəlib Ramizin boynunun ardından tutub, alnını Ramizin alnına dirəyib – Ramizə: aslan qardaşım mənim. Ramizlə zarafatlaşıb, getdi Nazlının yanına. Ramiz Dilqəmin