Qapını döydü içəri girdi, Sərdar gözləri yumulu qolunu tutub uzanmışdı, ancaq yatmamışdı qolunun ağrısından. Aylın – Sərdara: Sərdar bəy qalxın təlimə geçikirik, Sərdar gözlərini açmadı. Aylın biraz baxdı Sərdarın heç veçinə deyil, öz – özünə: rəyisə deyim Tahiri göndərsin o səndən min dəfə yaxşıdır, otaqdan çıxdı.
Sərdar gözlərini açıb qolunun ağrısından üzünü turşudub ofuldadı, yerindən qalxıb Aylının ardınca, başımın bəlası nə vaxt gedərsən rədd olub evimdən.
Aylın zalda oturmuşdu Sərdar gəldi qolunu tutub – Aylına: niyə oturursan? qalx məşqə başla, Aylın ayağa qalxıb masaya yaxın gəldi. Sərdar masadan Aylının heç vaxt görmədiyi kiçik mikrafonu götürüb, Aylının köynəyinin yaxasına taxdı, qolunun ağrısından zorla əlini çalışdırırdı. Bunu Aylında hiss edirdi, – Aylına: bununla sənlə əlaqə yaradacaqlar, anladınmı? Aylın cavab vermədi. Sərdar yenə başqa balaca cihazı götürüb – Aylına: buda kiçik kameradır, üstündə olacaq və canlı görüntünü bizə ötürəcək. Ondan əlavə kamerayada çəkəcəksən, üstündəki kamerada problem olsa sübut əldə etməkçün, masadan başqa kiçik kameranı götürüb – Ayllna: bundanda belə istifadə edəcəksən. Sərdarın qolu çox incidirdi hiss olunurdu, Aylına izah etməyə başladı necə çalışdırmaq gərəkir deyə, Aylın sakitcə diqqətlə baxırdı Sərdarın göstərdiklərinə. Sərdar kameranı masaya qoyub – Aylına: götür silahı atəş aç mişenə, Aylın tapancanı götürüb mişenə doğru tuşlayıb tətiyi basamağa çalışdı, alınmadı. Sərdar əsəblə silahı Aylının əlindən alıb bağırdı! – Aylına: dəli silahı yoxlamadan hara nişan alırsan? Sərdar silahı hazrladı Aylına verdi, yanında dayanıb baxdı mişenə tərəf.
Aylın tapancayla mişenə bir neçə dəfə atəş açdı, heç biri dəymədi yan keçdi kurşunlar, Sərdar Aylına tərs – tərs baxdı. Aylın bir söz demədən mişenə tərəf baxıb, dərindən nəfəs aldı. Sərdar – Aylına: bravo düşmənlərinin qarşısına heç ayağından belə vurub qorunma şansın olmadan gedirsən, mənim sənə öyrətdiklərimi niyə qavramırsan sən? bu qədərmi küt beyinsən? Aylın yenə susdu cavab vermədən, üzgün baxışlarla baxdı kənara. Sərdarın canı acıyırdı qolunu ağrısından, – Aylına: təkrar mən sənə öyrətdiyim kimi nişan al dəqiqi atəş et. Aylın təkrar silahı qaldırıb mişenə nişan alıb atəş açdı, bu dəfə sağ qolundan vura bildi. Sərdar başını narazılıqla sirkələyib – Aylına: sənə gəlib Tahirdə öyrətsə xeyri yoxdur, bilirsənmi niyə? ona görə ki sən, sözünün ardını demədən zaldan çıxıb getdi əsəblə. Aylın mişenə tərəf baxıb silahı qaldırıb nişan aldı, biraz baxıb atəş açmadan silahı göturub masanın üstə qoydu, yerdən dizlərini qucaqlayıb oturdu. Aylın başını dizlərinə qoyub öz – özünə: nə olar Allahım səndən son dəfə istədiyimi duy, məni qoyma ortalıqlarda biçarə. Aylın gərçəkdəndə çox yorulmuşdu Sərdarın acı sözlərindən, hər şeydən.
Rəyisə iş yerində Tahir gəlib yazılı bir kağız verib tez getdi, Rəyis kağızı açıb oxudu dərindən nəfəs alıb, kinli baxışlarla baxdı.
Günorta olmuşdu Sərdar Aylına məşqə aid olmayan şeyləri etməyə məcbur edirdi, əllərində daşlar saxlatdırırdı. Aylın daşları zorla tuturdu, qolları ağrıyırdı. Aylın – Sərdara: bular nəyə gərəkdir anlamıram, mənim üstümdə bir tapanca birdə kamera olmayacaqmı, daşlamı gedəcəm ora? – Aylına: hər şey ola bilər hazırlıqlı olmalısan. Silahla qorunma qabilyətin sıfırdır sənin, sən əjdadların kimi bu dəfə düşmənlərinə bəlkə daş atacaqsan? qollarının güclü olsun ki atdığın daş dəyməsədə, yaxınlarına çatsın. Başqa narazılığınmı var? – Sərdara: mənim qollarımın dərdini çəkinçə get öz qolunun dərdinə qal,
Sərdar duydu Aylının dediyini, gözlərini qıyıb Aylına şüphəli baxışlarla baxıb anladı, demək qolunun acıdığından xəbəri vardı Aylının. Sərdar necə əsəbləşdisə, bir anlıq kənara baxıb özünü ələ almağa çalışdı. Aylının özünü səhərə kimi bilərəkdən qarşısında elə vəziyyətdə qoymasına çox əsəbləşsədə, kinlə güldü. Sərdar – Aylına: qoy daşları yerə gəl bura, Aylın daşları yerə qoyub qollarını ova – ova gəldi, – Aylına: nə oldu qollarınmı acıdı? Aylın Sərdara tərs – tərs baxdı. Sərdar – Aylın: gəl, yerdəki güləş döşəyinin üstünə çağırdı, Aylın yaxınlaşdı. Sərdar – Aylına: dediyim kimi silahla davranman sıfır olduğuçün, əllə özünü müdafiyə etməli olsan qalib gələ bilərsən. Aylına xəbərdarlıq etmədən qəfil tutub fırlayıb atdı dökcəyə. Sərdar – Aylına: sonra deməzlərmi bunu yaxşı hazırlamayıblar? məşqi ilə yeri – yerində məşğul olmayıblar ayıbdır, Aylın yaxşıca caxılmışdı. Yerdən qalxmağa çətinlik çəkdi, dizi üstə durub – Sərdara: öncə adam kimi anlatsaydın, götürüb yerə mitil kimi çaxınca. Sərdar – Aylına: nə oldu? canınmı acıdı Aylın xanım, mən sənə anlatıram adam kimi, ancaq sən anlamırsan nə edim? Aylına əlini uzatdı baxdı. Aylın biraz baxıb, Sərdarın əlindən tutub qalxan kimi, Sərdar yenə pryoma salıb atdı Aylını yerə çaxdı. Aylın artıq anlamışdı Sərdarın özünü cəzalandırdığını, – Sərdara: düşmənlərinə yazığın gəlir deyəsən. Gedincə məni şikəst edib qarşılarına göndərmək istəyirsən, mənə etdiyin pul təklifindən sonra niyədə olmasın ki? sən bunuda edərsən satqın. Sərdar kinlə gülümsəyərək, – Aylına: sən kimsən ki? sənin qiymətində olsun satılası. Sənin kimi dəyərsizdən ötəri inan heç kim adını ləkələməz.
Aylın Sərdarın yanından keçib getmək istəyirdi, Sərdar imkan vermədi. Kobutça geri itələdi bir əli ilə, – Aylına: hara gedirsən? sənə icazə verdimmi mən. Aylın özündən Sərdarın əlini kənara itələyib – Sərdara: bu dəqiqədən məşqim bitdi, səinin kimi heyvanla məşq edib düşmənimin qarşısına gedincə, mərdcə qarşılarına çıxıb vurulmağı üstün tuturam. Sərdar bir əli ilə Aylının boynunun ardından tutub özünə çəkdi, – Aylına: fərz et düşmənin qarşısındasan. Aylını yenə fırlayıb atdı döşəkcəyə, bu dəfə gərçəkdən pis çaxıldı yerə, qaldı düşdüyü kimi. Yarasında ağrı hiss etdi, əli ilə qarnını tutub ayağa qalxmağa çalışdı bacarmadı, çox cətinliklədə olsa bir təhər qalxıb Sərdara baxdı. Birdən Sərdarın ağrıyan qolundan tutub burdu ardına, Sərdarın canı acıdı öfuldadı. Ayğını ayaqlarına dolaşdıraraq, Sərdarı yıxdı özü qarışıq yerə. Sərdar qolunu tutub ardına buraraq -Sərdara: necədir heyvan xoşuna gəlirmi? Aylın elə əsəbləşmişdi ki, az qalırdı Sərdarı vursun. Sərdar gülməyə başladı, – Sərdara: öz biabırçılığınamı gülürsən? bu neçəncidir qarşımda qoyun kimi çarəsiz qaldığın? Sərdar üzünü yerə qoyub gülürdü. Birdən Aylının əlindən qolunu çıxarıb Aylını üstündən aşırıb, əllərini başının üstə bətk – bərk tutub üstünə qapandı. Sərdar – Aylına: qoyunu olanın oyunu olar demişlər, duydunmu? özünü o dəqiqə bir şey hesab etmə, ğ. Aylının yarası çox acıyırdı -Sərdara: düş üstümdən burax əllərimi vəhşi, səninlə artıq məşq etməyəcəm. Burax eşitmirsənmi? Aylın dartınsada Sərdarın əllərinən çıxa bilmədi, tərslkdən dartındıqcada yaralanmış yeri sanki yeni vurulmuş