İlon Mask - Tesla, SpaceX və möhtəşəm gələcəyin izi ilə. Eşli Vans. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Eşli Vans
Издательство: Altun Kitab
Серия:
Жанр произведения:
Год издания: 0
isbn: 9789952243376 
Скачать книгу
gördüyünü uydurmuşdu. Castin də onun dondurma yemək təklifini qəbul etmişdi. Mask Castinin dalınca gələndə qapının üstündə “Təəssüf ki, imtahanlara hazırlaşmalıyam’’ yazısı ilə qarşılaşdığını xatırlayır. Mask onun rəfiqələrindən hansı dondurma sevdiyini öyrənir, bir cüt şokoladlı dondurma ilə Castinin ispan dilinə hazırlaşdığı universitet kitabxanasına gəlir.

      Castin bir yazarla ehtiraslı məhəbbət yaşamağı xəyal edirdi: “Hər şeyin Silviya və Ted haqqında yazılmış romandakı kimi olmasını arzulayırdım. Amma gedib məndən əl çəkməyən iddialı bir “hər şeyi bilən’’ə aşiq oldum’’. Patoloji psixologiya dərsindən aldıqları imtahan qiymətlərinə baxırdılar. Castin 97, Mask isə 98 almışdı. Castin, Maskın professorun yanına gedərək qiymətini düzəldərək 100 aldığını söyləyir və əlavə edir: “Sanki bir-birimizlə yarışırdıq’’. Maskın romantik tərəfi də vardı. Bir dəfə Castinə hər gülün üstünə fərqli şeylər yazdığı bir dəstə çiçək və The Prophet (“Peyğəmbər”) kitabını hədiyyə etdi. Castin deyir ki, Mask özünə aşiq etdirməyi yaxşı bacarırdı.

      İki gənc universitet illərində tez-tez ayrılıb barışırdı. Mask münasibətləri qorumaq üçün daha çox səy göstərirdi. Mey Castinin öz tərzi olan, “bərkgedən’’ oğlanlarla görüşdüyünü, Maskla heç maraqlanmadığını söyləyir, bunun da Maskı dərindən yaraladığını xatırlayır. Bir neçə dəfə Mask başqa qızlarla münasibət qurmağa cəhd etdi, amma yenə də dönüb Castinə qayıtdı. Castin onunla soyuq davranınca İlon səylərini artırırdı. O deyir ki, əgər telefon durmadan zəng edirsə, bilin ki, bu, Maskdır: “O, “yox’’ sözünü anlamırdı, ondan qırılmaq imkansızdı. Terminatora bənzədirdim onu. Baxışını nəyinsə üstünə cəmləyib “Mənimdir’’ deyirdi. Beləcə, addım-addım məni fəth etdi!”

      Universitet Maskın ürəyincə idi. O, sadəcə hər şeyi bilməyə deyil, intellektual imkanlarını qiymətləndirən insanları tapmağa can atırdı. Universitetdəki tələbələr onun alternativ enerji mənbələri, kosmos və beynini məşğul edən başqa şeylər haqdakı mülahizələrini gülüş mövzusuna çevirmirdilər. Mask onu dinləyib ciddiyə alındığı mühitdə idi, bu da onu güclü edirdi.

      1990-ın payızında Navaid Faruk (Farroq) adlı Cenevrədə böyümüş bir kanadalı onun yataqxanadakı otaq yoldaşı oldu. Otaqları yataqxananın xaricilər üçün olan hissəsində idi. Burada yerli tələbələr otaqlarını xaricilərlə bölüşürdülər. İlon bu sistemə çox da uyğun gəlmirdi, çünki kanadalı sayılsa da, Kanada haqda anlayışı çox deyildi. Mask belə xatırlayır: “Qonşu otaqda Honkonqdan yaxşı bir oğlan vardı, nümunəvi şəkildə bütün mühazirələrə gedir, bu da mənim işimə yarayırdı. Çünki mən dərslərə mümkün qədər az gedirdim’’. Mask bir müddət pul qazanmaq üçün yataqxanada kompüter və onun ehtiyat hissələrini satdı. “Nə istəsələr yığa bilirdim – ən son oyun avtomatından tutmuş elektron yazı makinasına qədər, həm də mağazadan daha ucuz, – Mask danışır. – Kompüterləri təmir edir, bir sözlə, bütün problemlərini həll edirdim’’. Faruk və Maskı masaüstü strateji oyunlara olan maraq da birləşdirirdi. İlonla dostluğu haqda belə deyir: “Asan dostlaşmırdı, amma bu baş verirdisə, çox sadiq olurdu’’. “Civilization’’ adlı oyun çıxanda dostlar saatlarla bu oyunu oynayır, Farukun istədiyi qız isə yan otaqda darıxaraq onu gözləyirdi. Faruk deyir ki, İlon nəsə bir şeyə maraq salsa, onun xaricindəki dünya dayanır: “Biz o insanlardanıq ki, əylənmədən də yaşaya bilirik. Beynimizdə olan fikirlərimizin yanında olur, sıxılıb darıxmırdıq’’.

      Mask universitetdə məktəbdən daha əzmli idi. Biznesin idarəetməsində oxuyur, natiqlik sənəti ilə bağlı müsabiqələrdə iştirak edirdi. İndiki xüsusiyyətlərinin təməli də məhz o dövrdə formalaşmağa başladı. İqtisadiyyat imtahanından sonra Mask, Faruk və dostları yataqxanada təəssüratlarını bölüşürdülər. Çox keçmədən aydın oldu ki, Mask materialı hamıdan daha yaxşı mənimsəyib. Faruk bu haqda belə danışır: “Qrupumuz kifayət qədər güclü idi, buna baxmayaraq İlon ümumi fonda çox seçilirdi. Nə ilə məşğul olsa, işin məğzini daha dərindən qavrayırdı. Onu digərlərindən fərqləndirən də məhz budur’’.

      1992-ci ildə Quenn’s universitetində iki il oxuduqdan sonra Mask Pensilvaniya universitetindən təqaüd alaraq Kanadadan Amerikaya köçdü. İlon Ivy League-yə[5] daxil məktəbin ona yeni imkanlar açacağına inanır, iki ixtisasa birdən yiyələnib itisadiyyat və fizikadan bakalavr, fizikadan isə magistr diplomları almaq istəyirdi. Castin öz universitetində yazıçı olmaq xəyalına sadiq qalacaq, Maskla əlaqəni kəsməyəcəkdi. Bəzən o, Maskın yanına gəlir, oradan da Nyu-Yorka romantik həftəsonu keçirməyə gedirdilər.

      Pensilvaniyada Maskın istedadı və bacarığı daha da üzə çıxmağa başladı. Gələcəyin fizikləri ilə özünü daha rahat hiss edirdi. Bu haqda anası belə danışır: “İlon Pensilvaniyada özü kimi düşünən insanlarla qarşılaşdı. Onların içində də “hər şeyi bilən’’lər vardı. Bu mühitdən inanılmaz həzz alırdı. Bir dəfə onlarla günorta yeməyində bərabər oldum, durmadan fizikadan danışırdılar. “A plyus B bərabərdir pi kvadrat’’ kimi nəsə deyib qəhqəhə çəkirdilər. Onu belə mutlu görmək gözəl idi”. Lakin Mask burda da özünə çox dost tapmadı. Kitabı yazarkən keçmiş tələbələrdən onu xatırlayanları tapmağa çətinlik çəkdim. Təkcə Adeo Ressi adlı bir gənclə yaxın dost oldu. Ressi gələcəkdə Silikon Vadisində iş adamı olacaqdı. O bu gün də İlona kimsənin olmadığı qədər yaxındır.

      Ressi qeyri-adi xarici görünüşü olan, 185 sm boyunda arıq bir oğlandı. Başı oxumağa qarışmış, çalışqan və təmkinli Maskın əksinə koloritli və diqqətçəkəndi. Hər ikisi də başqa universitetlərdən gəldikləri üçün onlara birinci kursların qaldığı binada köhnə otaq vermişdilər. Sadə şərait Ressinin gözləntilərinə cavab vermirdi və o, Maskı kampusdan kənarda ev tutmağa razı saldı. Çox ucuz qiymətə onotaqlı bir evi icarəyə götürdülər. Əslində, bu ev hansısa bir cəmiyyətin binasıydı. Həftə içi Mask və Ressi oxuyur, həftənin axırında isə Ressi evi gecə klubuna çevirirdi. İçərini zil qaranlıq etmək üçün pəncərələri zibil torbaları ilə qapadır, divarları parlaq boya ilə rəngləyib əllərinə keçənlərlə bəzəyirdilər. Evi meyxanaya çevirmişdilər; gizlicə içki də verirdilər. Evə beş yüz nəfər sığırdı, hər qonaqdan beş dollar alır, əvəzində isə limitsiz pivə və kokteyllər təklif edilirdi.

      Cümə günü axşamlar dinamiklərin gurultusundan ev silkələnirdi. Mey oğluna baş çəkməyə gələndə məcbur qalıb uşaqlara kömək üçün qarderoba baxası olmuşdu. Daha sonra kassa işini də ona tapşırdılar. Kluba giriş haqqını ayaqqabı qutusuna yığırdılar. Hər ehtimala qarşı Mey iki qayçı saxlayırdı.

      İkinci ev isə artıq 14 otaqlı idi. Mask və Ressidən savayı, orada başqa birisi də yaşayırdı. Evi müxtəlif masalar, üzəri fanerlə örtülmüş çəlləklər və əşyalarla dekorasiya etmişdilər. Bir gün evə qayıdan Mask Ressinin onun masasını divara dayayıb gün işığında parıldayan bir boya ilə rənglədiyini gördü. Mask masanı qara rəngə boyayıb üstündə dərs çalışmağa davam etdi. Ressi “Bu bizim əyləncələrimiz üçün art-installyasiyadır (məkan kompozisiyasından ibarət modern sənət forması – İ.N.)’’ desə də, illər sonra Maska o münaqişəni xatırladanda quru bir cavab


<p>5</p>

Ivy League – Sarmaşıq Birliyi, Amerikanın şimal-şərqindəki 8 universitetin daxil olduğu birlik. Bu birliyə daxil olan ali məktəblər mükəmməllik və elit olmaq özəlliyi ilə fərqlənir – İ.N.