İlon Mask - Tesla, SpaceX və möhtəşəm gələcəyin izi ilə. Eşli Vans. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Eşli Vans
Издательство: Altun Kitab
Серия:
Жанр произведения:
Год издания: 0
isbn: 9789952243376 
Скачать книгу
üçün istifadə etdiklərimizə bənzəyir. Onları yazmaq iyrənc və maraqsız işdir. Proqram yazmağı özü öyrənmiş Mask kifayət qədər yaxşı mütəxəssisdi və daha iddialı işlər istəyirdi. Ovaxtkı günlər Maskın yaddaşında belə qalıb: “Mən bərabər zamanlı funksiyaların necə yerinə yetirildiyini anlamağa çalışırdım. Bunun sayəsində eyni anda həm CD-dən video izləmək, həm də oyun oynamaq mümkün olacaqdı. O zamanlar sadəcə birini etmək mümkündü. Assemblerdə proqram yazmaq heç də asan deyildi’’. Həqiqətən də eləydi. Kompüterin əsas mikroprosessoruna komanda verməklə Mask maşının çalışması üçün həm də bütün digər funksiyaları idarə etməli idi. Apple QuickTime-ın aparıcı mühəndisi Bryus Lik Maskın gecələr çalışmasına heyrandı: “Tükənməz enerjisi vardı. İndikilərin ona çatmasına çox var. Kompüter hakeri idi, çətin işləri çözmək onu ürkütmürdü’’.

      Silikon Vadisində Mask imkan və iddialarına cavab verən iş tapdı. İki il dalbadal yay aylarını burada keçirtdi. Pensilvaniya universitetinin 2 ixtisas üzrə diplomunu alan kimi Amerikanın qərbinə qaçdı. Əvvəlcə Stanford universitetində materialşünaslıq və fizika sahəsində elmlər doktoru dərəcəsi alacaq, Pinnacle-da başladığı superkondensatorlar üzərində araşdırmalarını davam etdirəcəkdi. Ancaq Stanfordda yalnız iki gün qala bildi – internet durmadan onu özünə çəkirdi. “Ümumdünya hörümçək toru”nu birlikdə fəth etmək üçün Kimbalı da Silikon Vadisinə səslədi.

      İnternet biznesinın gələcəyini Mask hələ təcrübə keçərkən sezməyə başlamışdı. Startap şirkətlərindən birinin ofisinə Yellow Pages-dən (şirkətlərin telefon və adreslərinin məlumat kitabçası – İ.N.) bir satıcı gəlmişdi. Ziyarətçi qalın masaüstü kitablar yerinə “onlayn reyestr’’ ideyasını satmaq istəyirdi. Satıcı hazırlıqlı biri deyildi, internetin nə olduğunu yaxşı bilmir, istədiyin adresi şəbəkədə tapmaq yolları haqda fikirləri zəifdi. Bu mövzü Maskı düşünməyə sövq etdi, Kimbala zəng edərək şirkətlərə internetə çıxış üçün yardım ideyasını söylədi.

      Kimbal İlonun “Bu oğlanlar heç özləri də bilmirlər nə danışırlar. Bəlkə, özümüz bu işlə məşğul olaq?’’ dediyini xatırlayır. 1995-ci ildi, iki qardaş Global Link Information Network adlı startapı açmaq üzrə idilər. Daha sonra şirkətin adı Zip2 olaraq dəyişdiriləcəkdi.

      Zip2-nin ideyası dahiyanə idi. 1995-ci ildə kiçik müəssisələr internetin onlara nə verəcəyini anlamırdı. Onlar internet dünyasına necə girəcəkləri haqda heç bir fikrə sahib deyildilər. Öz saytlarının olmasının dəyərini də anlamırdılar. Maskla qardaşı ümid edirdilər ki, restoran, mağaza, bərbərxana və başqalarını internetdə özlərini tanıtma vaxtının gəldiyinə inandıracaqlar. Zip2 xəritəyə bağlı bir onlayn biznes-kataloq olmalıydı. Mask deyirdi ki, hər kəs yaxındakı “pizza”çının adresini bilməyə və oranın yolunu tapmağa çətinlik çəkməməlidir. Bu gün bundan təbii heç nə ola bilməz. Amma o vaxt heç kim belə bir xidməti xəyal belə edə bilmirdi.

      Qardaşlar Zip2-ni Palo-Altodakı Şerman avenyu, 430 nömrəli adresdə təsis etdilər. Onlar 70 m2-lik bir ofis kirayələyib mebel aldılar. Üçmərtəbəli binanın qəribəlikləri vardı. Lifti yoxdu, kanalizasiya xətti isə tez-tez tutulurdu. Çalışanlardan biri buranın iş yeri kimi zay yer olduğunu deyir. Mask sürətli internet üçün Rey Jirar adlı bir sahibkarla müqavilə imzalayır. Onun ofisi bir mərtəbə aşağıdaydı. Jirarın dediyinə görə, Mask divarı dəlmiş, internet-porvayder üçün alt mərtəbədən yuxarı ethernet-kabel çəkmişdi. Onun sözlərinə görə, Mask aylıq abunə haqqını bir neçə dəfə gecikdirsə də, əsla borclu qalmazdı.

      Mask proqramlar yazır, daha ünsiyyətcil Kimbal isə qapı-qapı dolaşaraq müştərilərin sayını artırmağa çalışırdı. San-Fransisko körfəzində yerləşən bütün şirkətlərin adı və telefon nömrələrinin toplandığı məlumat bazasını Mask ucuz bir lisenziya ilə satın aldı. Daha sonra o, Natveq şirkəti ilə kontakta keçdi. Bu şirkət ilk GPS naviqatorlarda istifadə olunan digital xəritə və marşrutlara yüzlərlə milyon dollar xərcləmişdi. Mask bu şirkətlə uğurlu danışıqlar apardı. Kimbalın sözlərinə görə, Natveq öz texnologiyasını onlara pulsuz-parasız verdi. Mask iki məlumat bazasını birləşdirdi, sadə, amma canlı bir sistem əmələ gəldi. Zaman keçdikcə Zip2-nin mühəndisləri ilk məlumat bazasını daha geniş rayonları əhatə edən xəritələr və PC-lərdə də marşrutları göstərən sistemlə təkmilləşdirdilər.

      Errol Mask uşaqlarına kömək etmək üçün onlara 28 min dollar vermişdi. Buna baxmayaraq ofisin icarəsi, proqram təminatına lisenziya və bəzi avadanlıqlar alındıqdan sonra qardaşlar hardasa pulsuz qaldılar. Zip2-nin qurulduğu ilk üç ayı Mask qardaşı ilə ofisdə yaşadı. Əşyalarını kiçik bir şkafda saxlayır, duşu isə qonşuluqdakı idman salonunda alırdılar. Bəzən gündə dörd dəfə yaxınlıqdakı 24 saat açıq olan Jack In The Box kafesində yeyirdilər. Kimbal o kafeni belə xatırlayır: “Bir dəfə meyvə kokteyli aldım, içində nəsə üzürdü. Çıxarıb atandan sonra içməyinə içdim, amma ayağım bir də ora dəymədi. Menyuları isə hələ də yadımdadır’’.

      Daha sonra qardaşlar ikiotaqlı mənzil tutdular. Mebelləri yoxdu, yerə atılmış döşəyin üstündə yatırdılar. Mask bir cənubi koreyalı mühəndisə yemək və gecələmək qarşılığında Zip2-də iş verdi. Kimbal o adamı belə xatırlayır: “Zavallı elə bilirdi ki, böyük bir şirkətə işə düzəlib. Amma nəticədə gördü ki, bizimlə yaşayır, hara düşdüyünü anlamırdı’’. Bir dəfə işə Maskın BMW 320i markalı maşını ilə gedərkən təkərlərdən biri yolda yerindən çıxdı. Page Mill ilə El Caminonun kəsişdiyi yerdə maşının mehvəri asfalta saplandı. Əmələ gələn çuxur bir neçə il orada qalmışdı.

      Zip2 informasiya erasını hədəfə almış perspektivli bir internet-müəssisə idi, amma satış köhnəlmiş üsullarla həyata keçirilirdi. Qapı-qapı dolaşaraq müəssisə rəhbərlərini inandırmaq, şəbəkənin faydalarını izah etmək, hətta qılıqlarına da girmək lazımdı. Çünki onlar görünməyən bir şey üçün pul ödəməli idilər. Mask qardaşları 1995-ci ilin sonunda ilk müştərilərini əldə etməyə başladılar, arxasınca isə satış qrupunu formalaşdırdılar. Zip2-nin ilk işçilərindən biri Ceff Heilman adlı 20 yaşında azad ruhlu, həyatını veyillənərək keçirən bir gəncdi. Atası ilə televizorda reklam çarxının sonunda veb-adresi görürlər. Heilman deyir ki, bu, “.com’’-lu bir şeydi, atama nə olduğunu soruşdum, o da bilmirdi: “O zaman anladım ki, internetin nə işə yaradığını öyrənmək lazımdır’’. Heilman bir neçə həftə tanıdıqları adamlardan internet haqda məlumat topladı, “San Jose Mercury News” qəzetində gördüyü bir elanla iş üçün müraciət etdi. Heilman və bir para başqa adam satış bölümünə işə alındılar.

      Mask, demək olar ki, ofisdən kənara çıxmırdı. İş masasının altında, lobya torbasının üstündə yatırdı. Heilman belə deyir: “Hər səhər səkkizin yarısı ilə səkkiz arasında işə gələndə onu torbanın üstündə yatan görürdüm. Əmin deyiləm, amma, yəqin, heç olmasa, bazar günləri çimirdi’’. Mask Zip2-nin əməkdaşlarına işə gələn kimi onu oyatmağı tapşırmışdı. Oyanan kimi də qalxıb çalışmağa başlayırdı. İlon proqram kodlarını yazır, Kimbal isə ehtirasla satışa girişirdi. Hər şeyə rəğmən Kimbal çox nikbin idi, işçilərin kefini açır, onları motivasiya edirdi. O, Heilmanı Stanford hipermarketi ilə Palo-Altonun əsas cazibə mərkəzi olan