Beləcə sabah oldu, Mələyə Dəniz gəlmşdi. Anası Uğurla yatmışdı gecəni, coxdandı oğlunu görməyəni. Mələk masaya yazdığı kağızı qoyub – Dənizə: səs etməyək çıxaq, Uğur anasıyla vaxtını keçirsin. Ehtiyatla qapıdan çıxaçaqdılar Uğur sələdi, hara belə siz? ikisidə dönüb baxdılar. Gəlib qarşılarında dayandı. Dəniz – Uğura: sabahın xeyir xalamın yaraşıqlısı. Gəldim Mələyi həkimə aparım, istəmədik sizi oyadaq. Arxadan xalası – Dənizə: prensessam kimmiş oyanmayan? Dəniz uşaq kimi xalasına qaçıb qucaqladı. Xalasıda bağrına basıb öpüb qucaqladı. Dənizə biraz kənar durub baxıb, bax sən necədə böyümüş mənim gözəlim. Təkrar qucaqlaşdılar, Dəniz – xalasına: xoş gəldin canım xalam, nə gözəl syurpriz etdin bizlərə. Qadın gülüməsyib, – Dənizə: xoş günün olsun qızım, gəldim baxım necəsiz. Dəniz elə sevinmişdi ki, xalasına qısılıb gəlib əyləşdilər. Dəniz xalasını təkrar qucaqlayıb, yaxşı etdin canım xalam. Elə darıxmışdıq ki səninçün, xalası mehriban sadə insan idi. Uğur – Mələyə: mənimlə gedəcəksən dostum, etiraz istəmirəm. Unutmadıysan səni anan mənə tapşırdı, Mələk bir söz demədi. Gəl qəhvəmizi içək gedərik. Mən indi mesaj atıb bildirərəm gec gələcəyimizi həkimə. Mələk çarəsiz gəlib əyləşdi, biraz da Uğurun anasına görə narahat idi. Qadın – Mələyə: axşam səninlə tam tanış ola bilmədik Mələk, adımızda bənzərliyimiz var. Mənim adım Məryəmdir. Mələk- qadına: məmmun oldum Məryəm xanım, adımızın baş hərfləri eynidir dediyiniz kimi. Qadın gülümsəyib, – Uğura: oğlum qəhvələrimizi hazırla, mənə şəkərsiz olsun. Mələk qalxacaqdı Uğur imkan vermədi, əyləş mən hazırlayaram dostum. Uğur qalxıb – anasına: baş üstə ana, getdi mətbəxtdə. Dənizi öpüb bağrına basdı, Mələk baxdı bu qadın öz anası kimi deyildi. Düşündü yəqin heç bilmirdidə yemək hazırlayada, dözmədi qalxıb getdi Uğura yardıma. Qadın baxdı ardınca, – Dənizə: bular gərçəkdən dostular deyə inanırsanmı? Dəniz çiyinlərini çəkib gülümsəyib, xalasına qısıldı.
Mələk mətbəxtdə gədi, – Uğura: dostum xayiş edirəm, mən varkən birdə qalxma qəhvə filan hazırlamağa. Uğur gülümsəyib, fincanları düzdü siniyə, – Mələyə: dostum bilirsən mən tək yaşadım, alışqanam. Sən heç narahat olma, anama qulluq etmək xoşdur, düzdü analarımız fərqlidir gördüyün kimi. Bizim Məryəm xanım evində xadimələr olmasa, inan qəhvədə hazırlaya bilməz. Mələk – Uğura: anan gözəl ürəkli insandır, olduğu kimi qəbul etməliyik analarımızı. Uğur qəhvələri hazırladı gülümsəyib, bir finçan çay süzüb – Mələyə: zəhmət deyilsə şiriniyyat qabını gətir. Mətbəxtdən çıxıb gəldilər, masaya sinini qoyub anasıyla, Dənizin qəhvələrini verdi, təşəkkür etdilər Uğura. Öz qəhvəsini götürüb masaya qoyub, çayıda götürüb qoydu öz fincanının yanına. Mələk dayanmışdı yanında, əlində şiriniyyat qabını götürüb – Mələyə: əyləş dostum. Mələk əyləşdi, yanında əyləşib qabı yaxınına qoyub, – Mələyə: sənə çay dostum. Bilirsən həkim az vaxlıq qəhvəni qadağan etdi. Anası oğlunun Mələyə davranışlarına baxırdı. Mələk dərindən nəfəs alıb – Uğura: dostum bu dəfə həkimin çayımada qadağa qoyub süd yazsa, heç şaşırmaram. Mələyin dediyi sözə qadın güldü. Dənizdə xalasına baxıb gülümsədi, Mələyin sözünə.
Dəniz qardaşının yanına gəldi mağazaya. Səlim çalışırdı, gəlib arxadan qardaşını qucaqladı. Səlim baxdı – bacısına: nə yaxşı gəldin, yardıma ehtiyaçım vardı. Dəniz qardaşının qarşına keçib əlindəki gülə baxdı, atama söz verdim qardaşım heç üz vurma. Bax necə qəşəng alınır buketlərin, Səlimin kefi getdi, baxdı incik baxışlarla bacısına. Dəniz – qardaşına: sənə syurprizim var. Səlim incik bacısına baxmadan, demə heç lazım deyil syurprizin. Dəniz gülümsəyib, qaraşına: arxana bax kim gəlmiş. Səlim dönmədən – bacısına: yəqin yenə arxadan başıma vurmağa sevimli Mələyiniz gəlmiş. Dəniz qardaşının sözündən ürəkdən güldü, qardaşım sən Mələkdən nə yaman qorxursanmış. O deyil bax qorxma, qardaşı əsəbləşib geri döndüyündə, xalasını görüb şaşırdı. Bir anda elə sevindi ki, xalası gülümsəyərək, qollarını açdı. Səlim əlindəki Gül buketini atıb, gedib xalasına elə sarıldı ki, xalasıda qucaqladı öpdü. Mənim yaraşıqlı oğlum, saçını sığallayıb öpdü təkrar – təkrar. Səlim elə kövrəlmişdi, danşa bilmirdi -xalasına: bağışla səni bacısız qoyduğuma görə, bağışla. Xalasıda kövrəldi, Səlimi bərk – bərk qucaqlayıb tutdu. Səlim hönkürüb ağladı. Dənizində gözləri yaşardı, sən istəmədən oldu oğlum ağlama. Üzmə ananın o gözəl ruhunu, o səni çox istəyirdi, ağlamanı heç istəməz. Səlim ağlayraq – xalasına: kaşki mən ölsəydim, Dəniz pis oldu çıxdı mağazadan. Qapıda dayandı, qardaşının kəşki mən ölsəydim deyib təkrarlayıb ağlamasına dözə bilmirdi. Üzünü tutub aşağı çöküb ağladı, anasız ikisinədə ayzıq olmuşdu. Bu həyatda nə qədər yaxşı yaşasalarda, evladlarına anasının yerini heç bir şey əvəz edə bilməz. Nə pul, nədə var dövlət.
Конец ознакомительного фрагмента.
Текст предоставлен