Səlim həyətdə mesajı oxudu pərt baxa qaldı, öz – özünə: evdədirmi? bu nə vaxt getdi burdan? vallahi retki manyaklardansa sən. Tez qaçıb maşınına əyləşib getdi, Uğuru gözləmədən.
Uğurda telefonuna gələn mesaja baxdı, təcüblə həkimə baxdı, birdə mesajı oxudu yerindən qalxdı. Həkim təcüblə – Uğura: bir şeymi oldu? Uğur qaldı şaşırıb – həkimə: olmuş. Mələk qaçmış xəstəxanadan artıq evdəymiş, həkimdə duyduğunda ayağa qalxdı, nəə? ikisidə tez otaqdan çıxdılar. Qaçaraq otağa gəldilər, qapını açıb içəri giriklərində, Mələyi yerində görməyincə – Uğara: bu qız axlınımı oynatdı? necə getmiş yaralı halıyla. Uğur – həkimə: mən sizə zəng edəcəm, qaçaraq çıxdı otaqdan. Həkim şaşqın baxaraq öz – özünə: bu işimdə mən çox şey gördüm, beləsini birincidir görürəm.
Artıq masa hazır idi, anası sevincək gözləyirdi Uğurun gələcəyini. Mələk saatına baxıb, – anasına: dalğa xanım mesaj atdığı vaxdan 20 dəqiqə keçirsə, az vaxda burda olacaq dostum. Bu arada qaçaraq Səlim gəldi, hamı baxdılar Səlimə. Səlim bir anlıq hər kəsin masa arxasında heçnə olmamış kimi oturduqlarını görüb, baxdı olara şaşqın. Mələk – anasına: dalğa xanım yeməyə tək xalası oğlunu çağırmamış anacan. Bax qardaşını necə çox istəyir onada xəbər vermiş, yalandan gülümsəyib baxdı Səlimə. Bu arada qaçıb arxadan Uğurda gəldi. Səlimin yanında dayanıb, oda gördüklərinə şaşırdı. Mələk heçnə olmamış kimi oturmuşdu masa arxasında. Mələk – anasına: bax ana yeməyinin qoxusuna 21 – ci dəqiqəsində dostumda özünü çatdırdı. Anası qarşıya keçib ikisinidə mehribanlıqla quçaqlayıb öpdü, – olara: gəlin mənim yaraşıqlı balalarım. Kecin əyləşin sizi gözləyirdik yemək hazırdır. Səlim arvadın mehribanlığına bir anlıq baxdı qaldı. Can oğlum maşın gecə sizi yormuş, birdən ikisinində üzünə baxıb ah çəkdi. Nə olmuş üzünüzə? bu haqda unutmuşdular. İkisinində üzlərinə toxunub, siz davalşmısınızmı? nə cavab verəsini bilmədilər. Mələk tez – anasına: anacan Səlimlə – Uğur idmana gedillər, orda olmuş üzləri elə. Anası üzünü tutub, aman Allahım o nə idmandır elə? baxsana üzünüzdə sağ yer yoxdur. İkinizdə bu gündən getmirsiniz, duydunuzmu? İksidə baxdılar bir – birinə, sizə deyirəm, duymayım bir daha. İndi isə keçin yeməyinizi yeməyə, ikisidə bir anlıq analarının həsrətini çəkdilər. Arvadın özlərini danlamasından kövrəldilər, keçib əyləşdilər. Səlimə daha çox dəymişdi, ağzı – üzü yaralı idi. Anası gəlib yeməklər çəkib qarşılarına qoydu, hadi başlayın nuş olsun. Təşəkkür edib yeməyə başladılar, iştahları olmasada. Səlimin dodağı ağrıdı, yeməyə çətinlik çəkdi. Anası gəlib əyləşdi yanında, bax sən yaramaz uşaqların etdikləri işə. Bax nəyinizə lazımdır elə idman sizin? Səlimin əlindən qaşığı götürüb, – Səlimə: mən yedirəçəm ehtiyatla. Səlimi uşaq kimi yedirməyə başladı. Uğur baxdı Mələyə, Mələk işarə etdi ki, bildirməsin anasına. Anası – olara: vallahi kəndimizin yazıq oğlanlarının halına düşmüşsünüz. Arada qızım yazıqları əzişdirərdi pis – pis qaraldardı üzlərini. Birdən Gülsümlə Dəniz qəh – qəhə çəkib güldülər ürəkdən. Gülsüm yaxşı bilirdi Mələyi, Dənizədə babası danışmışdı. Uğurla Səlim olara baxdılar. Mələk – anasına: buların üzlərindəki peçatlar mənim işim deyil anacan, bilirsən mən əzişdirənlər qarşıma ikinci cıxmırlar. Bunlar bax necə rahat oturmuşlar qarşımda, Səlimə işarə etdi acıq verdi. Uğura xoş idi Mələyin belə zarafat etməsi, yaddaşında problemsiz unutmadan danışdığına sevinmişdi. Mələk gülümsəyib, baxdı gülməkdən gözləri yaşaran Dənizlə, Gülsümə.
Beləcə bir – neçə gündə ötdü kecdi. Mələyin polislə verəcək ifadısini həll etmişdi Səlim, getməmişdilər şövbəyə. Anası kəndə dönməliydi, – Uğura: bax oğlum, sənə etibarım yerdən göyə qədərdir. Bilirsən mənim getməyim lazımdır, nə olar qoyma qızım yayınsın həkimə getməkdən. Uğur gülümsəyib, arvadın boynunu qucaqladı, canım anam narahat olma sən. Təki səndə getməsəydin, nə gözəldi birlikdə qalırdıq. Arvatda Uğuru qucaqlayıb, oğlum hər şeyçün çox sağol. Bilirsən kəntdə hər şey ərimin öftəsində qalmış. Siz Mələk müalicəsini bitirən kimi birlikdə gəlin, tamammı? gözləyəcəm oğlum. Mələk gəldi, – anasına: ana mən yaxşıyam gəlim səninlə, anası baxdı üzgün baxışlarla Uğura. Uğur gülümsəyib, – arvada: narahat olma sən anam. Mələk bilirəm darıxır kəndiçün, ancaq burda qalmalıdır bilir. Elə deyilmi dostum? işarə etdi ki hələ baş bir tərəfə, böyründəki yaranda sağalmayıb. Mələk çarəsiz -Uğura: bilirəm Uğur bəy. Anası gəlib qızınıda qucaqlayıb, bağrına basdı. Bax qızım Uğuru üzmək yox, mən tez – tez əlaqə saxlayıb danışaçam. Birdə sənədə tapşırıram, əğər bular birdə o idmana getsələr mənə bildir. Tamamı qızım? qızının saçlarını sığallayıb baxdı üzün. Mələk təkrar anasını qucaqlayıb öpdü. Tamam rəyis xanım əmrin gözüm üstə, atamada salamımı çatdır. Anası qızından ayrılıb, – Uğura: gedək oğlum gecikməyim avtobusa. Uğur anasının çantasını götürüb – Mələyə: dostum mən az vaxtda gələcəm, sən yat dincəl. Anasıyla getdilər, Mələk arxalarınca baxıb, öz – özünə: burdan tez gedim deyirəm, mən düşən günə baxda. Getdi əyləşdi divana, oturduğunda yarası incitdi, ofuldadı..
Axşam olurdu, Səlim mağazanı bağlayıb tələsik getdi maşınına əyləşib.
Uğur evə gəlib yatmışdı otağında, Mələk gəldi əyləşdi mətbəxtdə. Qapının zəngi basıldı, Uğur oyanmasın deyə getdi qapıya, düşündü gələn ya Dəniz, yada Gülsümdü. Gəlib qapını açdığında tanımadığı qadını görüb baxdI, qadında Mələyə baxdı. Qadının geyimindən bilinirdi, özünə qulluq edən varlı biri idi. Mələk – qadına: buyurun kimə baxmışdınız? qadın biraz baxıb – Mələyə: siz kimsiniz? Mələyin yarası ağrıyırdı ayaq üstə qaldığında. Baxın xanım, qapının zəngini basan sizsiniz mən deyiləm, ya özünüzü təqdim edin, yada gəlmə səbəbinizi deyin. Qadın diqqətlə baxıb – Mələyə: mən Uğur bəyə gəldim, bildiyim qədəri evini dəyişməmişdi. Əğər dəyişmişsə üzürlü sayın. Mələk Uğur dediyində – qadına: yox düz gəlmişsiniz, dəyişməmiş.