Evdə Səlim kefsiz oturmuşdu, atası gəldi əyləşdi, oğluna baxdı əsəblə. Səlimi atası acılamışdı etdiyi yaramaz hərəkətdən sonra. Uğurun işdən çıxmasında sənin barmağınmı var? Səlim əsəblə yavaş səslə, – atasına: yoxdur. Atası şüphəylə baxaraq – oğluna: tapşırdım mağazaya başqa işçi götürülməsin. Sabah səhərdən sən gedib çalışacaqsan, duydunmu məni? get çalışda lazımsız şeylərə vaxdın qalmasın. Səlim heç bir söz demədi, atası əsəblə ayağa qalxıb – oğluna: bu sənə sonuncu şansdır verirəm. Birdə duyarsam bir tərs işini, silərəm səni evlatlıqdan, duydunmu? Səlim sakit dayandı. Dəniz gəldi, duymuşdu atasının dediklərini, atası getdi çıxıb evdən. Dəniz qardaşının yanında əyləşdi, üzülmə mən sənə yardım edəcəm işdə. Səlim o qədər danlanılıb acılanmışdı həm atası, həmdə Uğur tərəfdən. Elə yorğun idi ki, sanki çiyninə tonlarla yük qoymuşdular üzündən bəlli idi. Qardaşının belə susması Dənizi narahat edirdi, bilirdi yenə dinc durmayacaqdı. Başını qardaşının çiyninə qoyub, xayiş edici baxışlarla baxdı üzünə. Səlim kənara baxdığında, Dəniz anladı ki, qardaşını və Mələyi daha betəri gözləyirdi qarşıda.
Uğurla anası gözəl süfrə açmışdılar, masa ətrafında əyləşib günorta yeməklərini yeyirdilər. Mələk – anasına: atam gedibmi? anası gülümsəyib, hə qızım gedib. Mələk – anasına: mən yatrdımmı o gedəndə? mənimlə salamatlaşmadan atam getməzdi. Anası kövrəldi qızının olanları unutdaraq irəli – geri danışmasından, əliylə ağzını tutub baxdı Uğura. Uğur xayiş edici baxışlarla baxdı ki, ağlamasın. Uğür gülümsəyib, – Mələyə: atalar qızlarını yuxudan oyatmağa qıymazlarmış, gözümün şahidi oldum. Mələk birdən əlindəki qaşığı qoyub baxdı, anası – qızına: qızım sevmədinmi yeməyi? başqasından ye. Mələk nə qədər çalışdı fikrini toplaya bilmədi, nə edəcəyini şaşırmışdı. Uğur anladı tez stulunu çəkdi yanına, dostum bu yemək əllə yeyilir. Uğur yeməkdən əli ilə götürüb – Mələyə: aç ağzını dostum, bax anamız necə dadlı hazırlamış. Mələk Uğurun verdiyini əlindən yedi, anası baxa qalmışdı qızının yaddaşını itirməsinə. Gözünün önündə qızını belə görməsi, hansı anaya rahat olardı ki? əlbətdə heç birinə. Yazıq qadın ağladığını qızı görməsin deyə, – olara: mən çaya baxım. Tez getdi mətbəxtdə ki, ağladığını gizlətməkçün. Mələk uşaq kimi gözünü ovub baxdı Uğura. Uğur gülümsəməyə çalışırdı çətində olsa, – Mələyə: dostum sən yuxudan doymadınmı? hadi ye sonra yatarsan. Mələyin zarafatlı sözləriçün çox darıxırdı Uğur. Mələyi belə görməsinə çox cətin dayana bilirdi. İçindən param – parca olmuşdu, Mələk yeməkdən əliylə götürdü. Uğur baxdı ki Mələk yəqin özü yeyəcək, Mələk yeməyi uzadıb – Uğura: ye səndə dostunun əlindən. Uğur əlindən verdiyini yedi, mm vallahi yeməyin dadı – tamı bir başqa dəyişdi dostum. Mələk yenə yeməkdən götürdü, – Uğura: anamın xətrinə dəyər dostum, yemək öz dadında qalsa yaxşıdı. Uşaq deyilsən özün ye, Uğur elə sevindi ki, Mələyin zarafat etməsinə. Canım dostum, həsrət qoyma məni zarafatlarına, anası gəldi sinidə çaylarla. Uğur qalxıb yardım etmək istəyirdi, arvad icazə vermədi, əyləş oğlum narahat olma. Çayları masaya sinidə qoyub əyləşdi. Mələk – anasına: ana biz evimizə nəvaxt gedəçəyik? anası gülümsəməyə çalışdı. Həkim yaxınlarda gedəcəksiniz dedi, azacıqda burda qalmağımız gərəkir qızım. Uğur – Mələyə: dostum xətrimə dəyirsən, baxsana nə gözəl birlikdə vaxtımızı keçiririk. Qalın heç getməyin, bax məndə tək darıxıram. Mələk Uğura baxdı, nə isə soruşmaq istədi, ancaq deyəcəyini o andada unutdu. Bunu anasıyla Uğur çox gözəl anlayırdılar, hadi dostum bitir yeməyini. Anası qızının üzünə baxa bilmirdi, kənara baxıb özünü toparlamağa çalışdı.
Beləcə bir neçə gün keçdi, Uğur Mələyi şəhərin gözəl yerlərində gəzdirirdi. Uğura Dənizdən zəng gəldi. Uğur Səlimə incik olsada, Dənizin xətrini çox istəyirdi. Telefona cavab verdic alo Dəniz, biraz qulaq asıb kənara gedib, nə isə danışdı. Mələk kedib əyləşdi skameykada, telefonu söndürüb gəlib əyləşdi yanında. Mələk çox danışmırdı əvəllki kimi, – Mələyə: Dənizdi arayan, bizə getmiş. Mələk əstafa baxıb – Uğura: sənin ailən hardadır? Uğurun üzündən hiss olundu nə isə problemi vardı ailəsində. Mənim valideyinlərim başqa ölkədə yaşayırlar, yəni deməkdə çətinlik çəkdi. Anam başqasıyla yaşayır, atamda başqasıyla, məndə o üzdən olarla yaşamıram. Mələk – Uğura: əlaqəndə yoxmu? Uğur sinəsini ovdu əliylə, bu haqda danışmaq ona çətin idi. Var əlaqəm ikisiylədə, ildə bir dəfə, oda doğum günümdə məçbur çavab verirəm telefonlarına. Guya məni dünyaya gətirib yaxşı həyat vermişlər kimi, sözünün ardını demədi. Mələk əlini Uğurun dizinə qoyub, şükür həyatdadır valideyinlərin, olacağa çarə yoxdur üzülmə. Uğur zarafatla, – Mələyə: artıq üzülmürəm, sənin anan var mənimçündə. Qısqanmırsan demi dostum? – Uğura: əksinə, şadam dostum. Cibində siqaret çıxarıb yandırdı, – Uğura: birincidir səni siqaret çəkən görürəm. Uğur tüstünü ciyərlərinə çəkib, – Mələyə: tərgimişdim, yenidən ürəyim istədi. Mələk yavaş səslə – Uğura: buna dostun səbəb oldu, elə deyilmi? özünü qəst etdi. Uğur dəridən nəfəs alıb – Mələyə: xeyir sən deyil, yaramaz xalam oğlu səbəb oldu. Mələk biraz düşünüb, – Uğura: Murad dayını yenidən yatağa saldı eşşək. Uğur təcüblə baxıb – Mələyə: o sənin Murad dayında heç göründüyü kimi deyilmiş. Nəvəsini qorumaqçün sənin yıxıldığını demiş, – Uğura: mən ora getdiyimdə, Murad dayı orda deyildi. Onada mənim yıxıldığımı Səlim demiş. Uğur şaşqın baxaraq, – Mələyə: anlamadım, yəni gərçəklərdən xəbərsizmi olub? Mələk kinlə gülümsədi. Məni vurduqdan sonra Səlim olanları Dənizə demiş. Dənizdə atasına deyib, o üzdən atası gəlmiş qaçaraq. Murad dayı düzgün insandır, bilsəydi hadisə necə olmuş, inan olduğu kimi deyərdi. Sadəcə o anda yazıq yıxıldğımı düşünərək şok olmuş, bunu o heç vaxdı bilməyəcək. Əgər bilsə nəvəsinə çox qırılar, – Mələyə: sən onun nəvəsinimi düşünürsən? bilsin necə manyak olduğunu. Mələk -Uğura: olardan başqa onun kimsəsi yoxdur anla, yaşlı halında yetdik stress yaşadı. Mən istəmirəm yaşlı adam bizə görə dərt çəksin, sizdə onu səhv anlamışsınız. Gərçəkləri bildin, işdi Murad dayıyla rastlaşsan, xayiş edirəm hörmətlə davran. Uğur əlindəki siqareti qaraldıb atdı, – Mələyə: hammıya Mələk olub özümü yandıraram deyirsən. Mələk – Uğura: eyni sənin kimi dostum, bax neçə günlərdir işini – gücünü atıb yanımdan ayrılmırsan. Səninlə fərqimiz nədir ki? Uğur gülümsəməyə çalışdı, – Mələyə: mən dostumçün canımıda verərəm. Mələkdə zarafatla – Uğura: gözlərimin şahidiyəm dostum, deməyə gərək yox.
Uğurun evində Gülsümlə Dəniz oturmuşdular. Əlbətddə Dəniz Mələyin anasından gərçəkləri gizlətmişdi. Gülsümdə xəbərsizdi Mələyin başına gələn gərçək işdən. Dəniz- Gülsümə: arasaqmı birdə? Uğurun səsi duyuldu. Kimi itirdin Dəniz xanım,