Acı həyat. Roman. Fatma Ahmed kızı Nabieva. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Fatma Ahmed kızı Nabieva
Издательство: Издательские решения
Серия:
Жанр произведения: Современные детективы
Год издания: 0
isbn: 9785005396242
Скачать книгу
Murad dayısıyla salamatlaşmaqçün gəldilər sahəyə. Mələyi görən kimi it qaçıb gəlib şıltaqlıq etməyə başldı. Mələk iti oxşayıb öpdü, it artıq Uğurada toxunmurdu. Mələk – itə: dostum nə tez alışdın sən dostuma. Bax itlər bilrlər ürəyi gözəl insanlara toxunmurlar, pis insaları hiss edirlər və dişləyirlər. Uğurda bilirdi kiçikliyində Səlimi itin dişlədiyini, gülümsəyib, – Mələyə: Səlimi sevmir dostun. Mələk -Uğura: düz edir, elə tipləri heç sevməsələr yaxşıdı. Dostum dişini belə bulaşdırmasılar pis qanlarına. Bu vaxdı kimsə iti fitlə çağırdı, it qaçaraq getdi. Mələklə Uğur dönüb baxdıqlarında, gözlərinə inanmadılar. İti çağıran Səlim idi, it gedib Səlimin üstünə tullanaraq, şıltaqlıq etdi. Mələk – Uğura: dostum nə olar de, sən mən görəni görmürsən. Sənin bu xalan oğlu indi gözümə görsənməyəmi başladı? yox artıq, qara basır məni. Uğur əllərini belinə qoyub – Mələyə: bilirəm sualının cavabı xoşuna gəlməyəçək, hə məndə görürəm Səlimdir. Bu nə edir burda? heç Uğurunda xoşuna gəlmədi Səlimin gəlməsi. Mələk gözünü Səlimdən çəkmədən – Uğura: səndən xayiş edirəm dostum, apar bunuda özünlə burdan. Səlim gəlib çatıb qarşılarında dayandı. Səlim – Uğura: xalam oğlu bizim buralar xoşuna gəldimi? məncədə gəlmişdir. Uğur- Səlimə: mənim gəldidə, sən buraları sevməzdin heç, nə işin var burda sənin? nə vaxt gəldin xəbərim olmadı. Səlim kinlə gülümsəyib, – Uğura: sən getdiyində mənə demişdinmi? birdə ki, burası mənim babamın yeridir. Ürəyim nə vaxt və nəqədər istəsə qala bilərəm, yəni səndən fərqli olaraq. Mələk – Uğura: iti özünə alışdıra bildiyinə görə, demək ki çoxdan buralardaymış babasının itindən qorxan nəvəsi. Səlim əyilib yanındakı itin başını sığal çəkib, – Mələyə: itdə bizimdir, anladın? məncədə anladın. Artıq mən sənə icazə vermirəm bura gələsən, yada itə yaxın durarsan. Uğur Səlimin davakar sözündən əsəbləşib kənara baxdı. Çalışdı Səlimi acılamasın, çətində olsa özünü toparladı. Bax Səlim uşaqlıq etmə, gəlmişsən lap yaxşıda demirəm, çünki sən bura yaxşı niyyətlə gləməmisən. Gəl gedək mənimlə, insanların rahatlığını pozma. Səlim saymadan fit çala -çala, Uğurun yanından keçib getdi. Hec geri baxmadan iti səslədi, gəl dostum gedək gətirək qoyunları. Mələyi kəssələr qan çıxmazdı. Uğur baxdı – Mələyə: bəlkə sən gələsən mənimlə? Mələk əsəblə – Uğura: necə demişlər? ilanın başı ağrıyanda yola çıxarmış. Xalan oğlunun bərk başı ağrıyır deyim bil. Uğura xəcalət oldu, öz – özünə: bravo Səlim sənə, istirahətimin içinə pox qoya bildin. Mələk – Uğura: sən Murad dayıyla salamatlaş gəl, mən o tipin üzünü görmək istəmirəm. Əsəblə getdi, Uğur qaldı ortalıqda baxa. Bir tərəfdə əsəbinə hakim olmayan xalası oğluydu, o bir tərəfindədə çox sevdiyi dostu. Bunuda bilirdi ki, Səlim bura qızdan heyif almağa gəlmidi. Dərindən nəfəs alıb, ax Səlim axx, adam olmadın.

      Mələk evə əsəbi gəldi. Anası – Mələyə: qızım Uğur hanı? Mələk elə əsəbləşmişdi ki, – anasına: birazdan gələcək. Getdi otağına, anası öz – özünə: nə oldu ki? narahat oldu, getdi qızının ardınca. Gəlib qapını açıb gəldi yanında əyləşdi, – qızına: qızım Uğurlamı davalaşdınız? nədir üzünün bu halı. Mələk dərindən nəfəs alıb, – anasına: yox ana. Murad dayının eşşək baş böyük nəvəsi var Səlim, o gəlmiş. Anası təcüblə, gəlsində qızım nə olmuş ki? Mələk əsəbləşdi – anasına: xoşum gəlmir o tipdən. Gəlmiş dostumu özünə öyrətmiş mənə acığa, dostum heç yanıma gəlmədi getdi onunla. Anası birdən qəh – qəhə çəkib elə güldü ki, qızının sözünə. Qızım siz Səlimlə itimi bölüşə bilmədiniz? Allahım sən mənə kömək ol. Qızım babasının itidir, itdə ona alışmış, burda nə var əsəbləşəsi? yenə güldü. Qızının üzündən öpüb, gülə – gülə qalxıb çıxdı otaqdan. Anası bilmirdi qızının başına gələn işləri, Səlim səbəb olub. Mələk əsəblə öz – özünə: babasının itiymiş, mərəfətsiz heyvan. Sən nə qanırsan qanacaq, mərəfət, baba, ya insanlıq, zibil.

      Uğur əyləşmişdi babasının yanında kefsiz, babası yaxşı anlayırdı Uğur niyə kefsiz idi. Səlimdə gəldi, əlində qəhvəylə əyləşdi. Uğur dərindən nəfəs alıb – Səlimə: son qərarındırmı burda qalmaq? cavab gözlədi. Səlim qəhvədən içib, – Uğura: sənə hesabmı verəçəm? Babası – Səlimə: oğlum kobutlamayın bir – birinizi. Oğlum Uğur, Səlim qərarlıdır burda yanımda qalacaqmış, sən narahat olma gözüm üstündə olacaq. Elə deyilmi Səlim? Səlim – babasına: əlbətddə babacan, həmişə özün deyirdin gəlin. Məndə gəldim, düşündüm həmdə xəstələndin yanında qalım yardım edim. Uğur əsəblə – Səlimə: çalış əksi olmasın. Səlim heç vecinə almadı Uğurun sözünü. Yerdən döşəkcəyə üzandı, off doğurdan burası gözəlmiş, adama hüzur verir təbiət. Babası bilirdi Mələyə çətin olacaqdı Səlimlə burda. Dərindən nəfəs alıb – Uğura: itim Səlimə alışdı. Ümid edirəm Səlimdə ətrafımızdakı sevdiklərimizədə belə hörmətlə, tez bir zamanda alışacaq. Uğur ayağa qalxdı, Səlimə tərs – tərs baxıb, o zaman mən gedim Murad dayı. Məndə ümid edirəm dediyiniz kimi olacaq. Kişidə ayağa qalxdı, Uğuru yola salmaqçün. Səlim heç yatdığı yerdən qalxmadıda. Uğur artıq Səlimin tərs hərəkətlərini görməməkçün, – babasına: özünüzə yaxşı baxın Murad dayı. Kişiylə qucaqlaşıb salamatlaşdı, – Uğura: səndə oğlum, yenə gəl gözləyəcəyik. Səlim —Uğura: heç axlından belə keçirmə mağazanı baxımsız qoyub gəlməyə. Birdə məndən icazəsiz gəlsən incimə işdən ataram səni, duydunmu? get işinlə məşğul ol. Uğur necə əsəbləşdisə, babası tez işarə etdi ki, davalaşmasın. Uğur istəmədi kişi həyəcan keçirsin yenə. Burdakılar Mələk dostuma əmanət Murad dayı. Sözünə qulaq asmayan olsa de, yaxşıca əzişdirsin. Bəzilərinə burda qalıb tərbiyə almaq lazımdır məncədə. Babası yenə xatırlayıb güldü, əlini Uğurun ciyninə qoyub, gəl oğlum yola salım səni. Səlimə söz atıb dəyən daş kimi dəysədə, özünü sındırmadı. Qolunu başının altda qoyub, gözlərini yumub dayandı.

      Uğur evə gəldi salamatlaşmaqçün, Mələk üzgün baxdı. Uğur çarəsiz gülümsəyib, boynunu qucaqlayərkən – Mələyə: ondan çalış qıraq dur səndən çox xayiş edirəm. Mən burdan çox arahat gedirəm, Mələkdə Uğurun qulağına pıçıldadı. Narahat olma dostum sən məndən, bilirsən xalan oğlunun başıçün deyil mənə girişmək. Uğur boynunu buraxıb baxdı gülümsədi, – Mələyə: sən yenədə dedyimi et dostum. Anası gəldi atasıyla, oğlum sənə biraz şeylər hazırladıq, aparın nuş edin. Uğur – olara: zəhmət cəkmişsiniz çox sağolun, vallahi utandırdınız məni. İkisində – Uğura: nə zəhməti oğlum, atası hazırladıqları karobkanı götürüb apardı maşına. Anası Uğuru qucaqlayıb, qapımız həmişə açıqdır oğlum, nə vaxt istəsən gəl. Uğurda arvadı qucaqlayıb təşəkkür etdi, sizdə gəlin Roza xala. İnanın çox sevinərəm, mənimdə qapım üzünüzə hər zaman açıqdır. Mələk —Uğura: anam elə bil oğlunu əskərliyə yola salır, burax ana oğlanı indi ağladacaqsan. Mələyin zarafatla dediyi söz gərçək oldu. Uğur anasından çəkilərkən gözlərindən yaş süzüldü. Anası baxdı Mələyə, Mələk tez baş qatmaqçün, – anasına: dostumun kövrək ürəyi var anacan. Bax ağlatdın yazığı, gəl dostum gedək, qolundan tutub apardı. Anasıda pis oldu Uğurun