Acı həyat. Roman. Fatma Ahmed kızı Nabieva. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Fatma Ahmed kızı Nabieva
Издательство: Издательские решения
Серия:
Жанр произведения: Современные детективы
Год издания: 0
isbn: 9785005396242
Скачать книгу
polis – Mələyə: qalx gəl. Mələk oturduğu yerdən qalxıb qapıya yaxınlaşdı. Polis çıx deyə işarə etdi. Mələk qapıdan çıxıb dayandı, polis qolundan tutub apardı.

      Rəyisin otağına çatıb qapını döyüb, Mələyi içəri keçirdi. Mələk işıqsız yerdə qaldığından gözləri qamaşdı. Otaqda rəyisdən başqa tanımadığı bir kişidə var idi. Dönüb Mələyə baxdı, gələn Səlimin atası idi. Rəyis – Mələyə: əyləş, Mələk keçib əyləşdi kişinin yanında. Rəyis biraz baxıb – Mələy: biz sənin bütün dannılarını yoxladıq. Siz heç bir zaman pis işlərə bulaşmamısınız. Qarşısındakı Mələyin yazdığı kağızı götürüb, cırıb masaya qoydu. Sizin bir günahınız var, oda Səlim bəyin başını yaralayaraq xəstəxanalıq etməniz. Səlim bəy şikayətini geri çəkdi, sərbəstsiniz gedə bilərsiniz. Ancaq bir şərtlə, Səlim bəylə bir daha qarşılaşmamaq şərti ilə. Mələk biraz baxıb – rəyisə: onunla hec şeytanda qarşılaşmasın. Gedincə öncə məndə sizə bildirmək istəyirəm, o dediyiniz Səlim bəy, bəy ifadəsinə layiq biri deyil. Mən onun başına xalası oğlunu yersiz vurduğuna görə vurmuşdum. Bəlkə boş başı axıla gələrdimi, bir daha əllə – qolla danışmaz günahsız insanlarla. O səbəb olub babasıda xəstəxanalıq oldu, elə evlad olunca hec olmasa yaxşıdır, tərbiyəsiz eşşək. Rəyis başını qaşıyıb Səlimin atasına baxdı. Mələk ayağa qalxdı, – rəyisə: məni sərbəst buraxdığınıza görə sizə təşəkkür etməyəcəm. Səbəbinidə deyim, ona görə təşəkkür etməyəcəm ki, qanunlarınız hər kəsə bərabər deyil. Rəyis əsəblə baxıb nə isə demək istəyirdi, Paşa bəy işarə etdi ki deməsin. Rəyis başqa kağızı masaya qoyub, – Mələyə: az qala unutmuşdum, bura imzanı at elə get. Mələk kağızı oxumadan imzasını atdı, qələmi qoydu kağızın üstə. Əsəblə baxıb, – rəyisə: bilirəm bitmədi, müvəqqətidir atdığım imzamda. Ancaq hələlik gedə bilərəm, rəyis Mələyin sözünə təcüblə baxdı, bəli gedə bilərsiniz Mələk xanım. Mələk otaqdan çıxdı. Səlimin atasıda ayağa qalxdı, – rəyisə: qızın adından mən sizə təşəkkür edirəm yoldaş rəyis. Salamatlaşıb tələsik çıxdı.

      Mələk şövbədən çıxdığında, Uğur maşınının yanında dayanıb gözləyirdi. Mələyi görüb sevndi gəldi qarşısına, şükür çıxdın dostum Mələyi qucaqladı. Mələk zarafatla, -Uğura: oğlum elə bil illərlə yatıb çıxmış kimi qarşılama məni. Uğur baxdı üzünə gülümsəyib, – Mələyə: gedək burdan dostum. Bu vaxdı arxadan kimsə səslədi, Uğur. Uğur dönüb baxdı, gələn Səlimin atası idi. Kişi gəlib çatıb dayanıb baxdı Mələyə. Uğur – kişiyə: çox sağol Paşa dayı Mələyə yardım etdiyinçün. Mələk təcüblə kişiyə baxıb, —Uğura: məniz qutardığıçünmü? kimdir ki mən tanımadım. Uğur nə isə demək istəyirdi, Paşa bəy – Mələyə: qızım sizdən oğlumun adından üzür istəyirəm. Bəli bayaq dediyin kimi, vardır onun eşşək xasiyyətləri. Mələk bir anlıq kənara baxıb, özünü toparlamağa çalışdı. Siz demək Murad dayının oğlusunuz. Kişiyə xəcalət olmuşdu olanlardan və duyduqlarından. Bəli qızım Murad dayının oğluyam, oğlumun səhvinə görə sizdən bir daha üzür istəyirəm. Mələk – Paşaya bəyə: məndən üzür diləməyin onun əvəzindən. Əsil üzürü Murad dayıdan istəməliyik, yazıq nə hala düşdü. Mələk – Uğura: dostum məni Murad dayıya apar. Uğur braz şaşqın halda, – Mələyə: apara bilmərəm dostum. Mələk təcüblə – Uğuara: niyə ki? xəstəxana deyilmi. Uğur başıyla yox deyə işarə etdiyində, Mələk çox qorxdu. Yazıq elə bildi kişi ölmüşdür, əlin atıb Uğurdan tutub dayandı. Uğur cəld qolundan tutub, -Mələyə: qorxma sağdır. Paşa bəy – Mələyə: qızım atam xəstəxanada dayanan deyil, o üzdən çox çətinliklə həkimlə danışıb evə gətirdim, bizdə yatır. Mələk keçirdiyi həyəçandan bir anlıq özünü toparladı. Dərindən nəfəs alıb öz -özünə: canım Murad dayım, bağışla səni bu duruma saldığıma görə. Gözləri yaşardı, – Uğura: mən canlı yığıb telefonda görərəm o zaman, gedək burdan. Paşa bəy – Mələyə: qızım atam sənin gəlməni tapşırdı yanına. Mələk dönüb baxdı, – kişiyə: sizəmi? yox – yox olmaz. Mən sizə gələrsəm, inanın ki bu dostumun məni ən azı 20 ildən sonra, dustaq qapısında qarşılama şansı olacaq. Uğur bəzən Mələyin ciddidə olsa dediyi sözlərinə gülümsəyirdi. Çox xayiş edirəm sözümü yerə salma qızım, atam tapşırdı ki səni gətirim. Sizdə anlayın məni, həkim ona həyəcanlanmaq olmaz dedi. Sənsizdə evə qayıtmayım tapşırdı mənə. Mələk – Uğura: Murad dayıçün canımıda qurban verərəm mən. Dostum hazır ol 20 ildən məni qarşılamağa. Mələyin əsəbləşib dediyi sözünə, Səlimin atasıda çarəsiz gülümsədi. Dostum gedək mən üstümü dəyişdirim, sonra gedərik Murad dayıma. Keçib maşına əyləşdiyində, arxa qapıdan Səlimin atasıda əyləşdi. Mələk dönüb baxdı kişiyə, Uğurda sükan arxasına əyləşdi. Mələyin tərcüblə Uğura baxdığıını gördüyündə, – Mələyə: qızım atam sənsiz qayıtma dedi. Sən üstünü dəyişdirincə gözləyəcəm, sonra birlikdə gedəcəyik. Mələk – Uğura: bas qaza dostum hadi oyalanma. Uğur Mələyin əsəbləşdiyini anlayıb gülümsədi, maşını işə salıb qaza basdı. Mələk yan şüşədən dışarı baxdı əsəblə.

      Gec olsada, Mələk gəldi Səlimin atasıyla Murad dayısının yanına. Dəniz gəlib qucaqlayıb görüşdü, xoş gəldin Mələk. Mələk hələ nçikdi Dənizədə. Qardaşının burnunun ucuna gəlişim bir o qədərdə xoş sayılmır Dəniz xanım. Bu olanlara görə atası Dənizidə danlamışdı. Arxadan Uğurda gəldi Dənizlə görüşdü. Atası – Dənizə: baban yatırmı? Dəniz başıyla yox deyə işarə etdi. Gəl qızım səni gözləyir atam, Mələk çalışırdı Səlim haqda düşünməsin. Çarəsiz Uğura baxıb, kişinin ardınca getdi. Uğur – Dənizə: gəl biz səninlə qəhvə içək. Bilirdi Dənizi atası acıladığını, Uğur cox istəyirdi Dənizin xətrini. Dəniz gülümsəyib, – Uğura: gəl mənim yaraşıqlı xalam oğlu, qolundan tutub mehribanlıqla apardı.

      Səlimin atası gəlib qapının yanında dayandı, Mələyə baxdı. Mələk anladı özünün içəri kecməsinə işarə idi bu. Əlini atıb qapını açıb ehtiyatla girdi otağa, içəri biraz qaranlıq idi. Baxdı yataqda yatırdı Murad dayısı, qolunada sistem qoşulu idi. Yavaş səslə – Mələyə: gəl mənim gözəl qızım. Mələk kişinin baxmadan özünün gəldiyini anladığına, çox pis oldu. Yaxınlaşıb yanında dayandı, əyilib əliylə kişinin saçlarına, alnına, sığal çəkdi. Səni yenidən görməyimə necə şadam bir bilsən canım Murad dayım, kişi gözlərini açıb baxdı. Mələyin gözlərindən axan yaş damcıları, kişinin üzünə düşdü. Kişidə kövrəldi, Mələyin əlindən tutub öpdü. Canım qızım keçdi ağlama, hər şey yaxşı olacaq. Mələk kişinin üzündən öpüb, başını sinəsinə qoyub, səsini içinə salıb ağladı. Kişi – Mələyə: biz burdan az vaxtda gedəşəyik qızım, ağlama. Bir daha dönməyəcəyik dostuna gedəcəyik, özləmişdir səni çoxdan. Mələk kişini qucaqlayıb elə ağladı ki, qapıdan baxan atasıda pis oldu. Qapını örtüb getdi. Mələk göz yaşlarını silib, kişinin üzünə damlamış göz yaşlarınıda əli ilə sildi. Gərçəkdən bura bizim yerimiz deyil Murad dayı. Sən tez sağal gedək burdan, burda insanlar kəndimizdəki kimi deyillər. Bizim öz kəndimiz və insanlarımız yaxşıdılar. Kişi gülümsəməyə çalışdı, – Mələyə: mən o üzdən buraları sevmirəm qızım. Burda