Bu yay da belə keçdi̇. Vahi̇d Çəmənli̇. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Vahi̇d Çəmənli̇
Издательство: Издательские решения
Серия:
Жанр произведения: Поэзия
Год издания: 0
isbn: 9785448531552
Скачать книгу
dostum Mahir mənim «Nə ömürdü yaşadım» adlı şerlər kitabımı mətbəəyə təqdim etmişdi. Amma heç vaxt tapıb yekun danışığa gedə bilmirdi. Səbirsizliklə kitabın çapdan çıxmasını gözləyirdim. Qəflətən ağlıma bir fikir gəldi: – bəlkə, şeri faksla mətbəəyə göndərim? Elə də etdim. İnanın, ertəsi gün dostum Mahir mənə zəng edərək dedi ki, nəhayət, vaxt tapıb mətbəəyə gedə bildim, kitabı çapa imzaladım.

      Beləliklə, Uğura həsr etdiyim şer mənə də uğur gətirdi.

      Bu şeri, bu şerin yazılmasının qəribə tarixcəsi ilə birlikdə bu kitaba da daxıl edirəm. Bu şer mənim Uğurun qədəmlərinə səpdiyim bir çiçək dəstəsinə bənzəyir.

      Ömür yollarında qədəmlərin uğurlu olsun!

      Uğur

      Elə bil günəş də mehribanlaşdı,

      Uşaq tək qarşında dayandı sənin.

      Dostların sevinci kükrədi, daşdı,

      Qəlbində duyğular oyandı sənin…

      Buludlar səmadan, ulduzlar göydən,

      Səni təbrik üçün üzülüb gəldi.

      Kövrək düyğyların bir himə bənddi,

      İnci tək gözündən süzülüb gəldi.

      Bu Haqqın lütvüdür, – heç bunu danma,

      Sanballi kişilər səfinə düşdün.

      Nə qədər uğurlar görmüşdün, – amma,

      Belə bir Uğuru heç görməmişdin…

      Adi Uğur deyil, bu Uğur, – qardaş,

      Nəğməkar Xəzərin həzin səsidir.

      Adi Uğur deyi, l bu Uğur, – qardaş,

      İki sevən qəlbin təntənəsidir.

      Adi Uğur deyil, bu Uğur, – qardaş,

      Göylərin müjdəli yağışlarıdır.

      Adi Uğur deyil, bu Uğur, – qardaş,

      Sevincli, nisgilli göz yaşlarıdır.

      Adi Uğur deyil, bu Uğur, – qardaş,

      Bahar həvəsilə açılan güldür.

      Adi Uğur deyil, bu Uğur, – qardaş,

      Totuq ag əllərdir, şipşirin dildir…

      Bu Haqqın lütvüdür, – heç bunu danma,

      Sanballi kişilər səfinə düşdün.

      Nə qədər uğurlar görmüşdün, – amma,

      Belə bir Uğuru heç görməmişdin…

Bakı, 02 may 2011 – ci il.

      Sözlər

      Sözlər var şipşirin, sözlər var acı,

      Acılı, şirinli axındı sözlər.

      Həm dərd artırandı, həm dərd əlacı,

      Ürəyə hər şeydən yaxındı sözlər.

      Bəzən abır – həya libasında o,

      Girər qılığına bakirə qız tək.

      Bəzən də bir şıltaq ədasında o,

      Boğar neçə arzu, neçə min istək..

      Var neçə pərdəsi, var neçə donu,

      Birini soyunar, birini geyər.

      Sinəndə saxlamaq istəsən onu,

      Qurd kimi o səni içindən yeyər.

      Diplomat diliylə istər danışa,

      Dahilik eşqiylə yaşar beyində.

      Torpağa basdırsan – dönər qamışa,

      Tanıdar özünü çoban neyində…

      Sözlər var şipşirin, sözlər var acı,

      Acılı, şirinli axındı sözlər.

      Həm dərd artırandı, həm dərd əlacı,

      Ürəyə hər şeydən yaxındı sözlər.

Bakı, 1978 – ci il.

      Övladlar dönükləşəndə

      Doqqazın ağzında dondum qəfildən,

      Təsəlli verərmi həmsöhbət mənə?..

      Uğursuz yolçuya döndüm qəfildən,

      Necə yazıq gəldi bu həyət mənə…

      Üstən quş səkməyən o çal – çəpərlər,

      İndi neçə yerdən yaralanıbdır.

      Doluşub həyətə qonşu dəcəllər,

      Meynələr vədəsiz uralanıbdır.

      Külək budaqları dibdən qoparıb,

      Bağ – bağat doludur şax – şəvəl ilə.

      Gül kolu təklikdən şivən qoparıb,

      Ləçəklər üstündə don tutub gilə.

      Körpə çinarların dəyişib halı,

      Qoca tut nə yaman xəyala dalıb.

      Bacımın bəzəkli çörək dəsmalı,

      Təndirin başında kimsəsiz qalıb.

      Pozulub bağçada əvvəlki mizan,

      Körpə budaqları meyvələr əymir.

      Əbədi qonaqdır bu yerdə xəzan,

      Bir yaşıl yarpaq da gözümə dəymir.

      Daşlar, divarlar da qəribsəyibdi,

      Böyük hənirinə, uşaq səsinə.

      Bu həyət məni də qərib sayıbdı,

      Doğma nəfəsimdən çətin isinə…

      Günəşin şəfəqi sönükləşəndə,

      Qızmar yay günü də dönüb olar qış…

      Övladlar soyuyub dönükləşəndə,

      Dədə – baba yurdu yetim qalarmış…

1977Ağdam, Çəmənli

      Vağzalı çalınır

      Vağzalı çalınır, zərif qədəmlə,

      Elə bil boşluğa addımlayırsan.

      Gedirsən qüssəylə, kədərlə, qəmlə,

      Qəmimin ucuna qəm calayırsan.

      Vağzalı çalınır, oynayır qızlar,

      Beləcə süzərdin toylarda sən də.

      Mənə qərib olub bu il, bu bahar,

      Qərib tək gəlmişəm toyuna mən də…

      Sən qədəm basdığın o boz torpağı,

      Mən də nəzərimlə sığallayıram.

      Gedərsən,