Bu yay da belə keçdi̇. Vahi̇d Çəmənli̇. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Vahi̇d Çəmənli̇
Издательство: Издательские решения
Серия:
Жанр произведения: Поэзия
Год издания: 0
isbn: 9785448531552
Скачать книгу
ağ buludun şəklini… Yusif Rüstəmli aparatı ışə salıb cəkməyə başladı. Şəhidlər xiyabanının üstünü saran ağ bulud elə bil diksinən kimi oldu, bir anın içində əriməyə başladı. Amma Yusif də qoçaq oğlan idi. Bir neçə şəkil çəkə bilmişdi.

      Mən şəkilləri ertəsi gün gördüm. Qəlbimi bürüyən hisləri göz yaşları içində kağıza köçürdüm. Surəti ilə tanış ola bilərsiniz:

      Hardan gəldin ağ buludum?

      De sən hara, bura hara?

      Burda qoca dağlar deyil,

      Qəlb qərq olur dumanlara…

      Hardan gəldin, ağ buludum?..

      Şuşadanmı, Laçındanmı?..

      Gülablıdan, Mərzilidən,

      Qirxqızdanmı, Xaçındanmı?..

      Qubadlıda, Kəlbəcərdə,

      Sonaları gördünmü heç?

      Füzulidən uçub keçən

      Durnaları gördünmü heç?..

      Zəngilanın meşələrin

      Oxşadımı ağ əllərin?

      Sığallaya bildinmi de,

      Çəbrayılda tər gülləri?

      Söylə görüm Qarabağın

      çöllərində nələr yandı?

      Getmə dayan, ağ buludum,

      Şəhidlərim nigarandı.

      Getmə dayan!!!

      Bəs Ağdamım…

      Soruşmadım Axı səndən…

      Xəbər tuta bilmisənmi

      Məscidimdən, minarəmdən?..

      Bilirsən də, Qədirim də

      Bax beləcə köçüb getdi.

      Necə – neçə ahıllarm

      Pərən – pərən düşüb getdi…

      Ağ buludum, getmə, dayan,

      Neçə – neçə analarım,

      bacılarım qalıb ağlar.

      Söylə görüm darıxırmı,

      Nigaranmı bizdən dağlar?

      Getmə dayan, ağ buludum,

      Gözümüzdə qalıb axı,

      Çox arzumuz, diləyimiz.

      Getmə dayan, ağ buludum,

      Bir doyunca sənə baxaq,

      Bəlkə bir az təmizlənə

      Pas bağlayan ürəyimiz…

14 may 2013

      Şamaxı…

      Bu torpaqda bu yurdda,

      Sabirin səsi yaşar.

      Nəsimi ülviyyəti,

      Səhhət həvəsi yaşar,

      Xəqaninin, Seyyidin

      Ölməz nəfəsi yaşar,

      Od oğlu, od qızıdır

      Hər övladın, Şamaxı…

      Qucağı bol bəhrəli

      Düzlərindən keçəndə,

      Şeh qoxulu gülləri

      Dəstələyib biçəndə,

      Pirsaatın suyunu

      Ovuşlayıb içəndə,

      Sandım, axdı qanıma

      Yanar odun, Şamaxı…

      Çiçək olar ürəyim

      Pirqulu yaylağında,

      Günəş olub yanaram

      Dədəgünəş dağında,

      Bir gilə üzüm yedim

      Barlı üzüm bağında,

      Damağımdan getmədi

      Bu bal dadın, Şamaxı…

Şamaxı 1988

      Ata həsrəti

      Qonşular arabir söz salır səndən,

      Mehriban qəlbini xatırlayırlar

      Cəndən söz düşəndə – bilmirəm nədən,

      Elə bil qəlbimdə od qalayırlar.

      Demə, oğlun səni salmayır yada,

      Torpaq soyuqüzdür, mən soyuyuram.

      Sanıram, nəyimsə çatmır dünyada,

      Sənin yoxluğunu indi duyuram.

      Sazının telindən qopan nəğmələr,

      Coşqun xəyalınmış, arzularınmış.

      O dağ çayı kimi coşan nəğmələr,

      Çəkdiyin qayğınmış, intizarınmış.

      Demə, bağçamızda açılan güllər,

      Ömrünün gecikən bahаrı imiş.

      Məni səxavətlə böyüdən illər,

      Heç demə günləri səndən kəsirmiş.

      Mən indi duyuram, niyə adamlar,

      Hər məni görəndə gülümsəyirmiş.

      Sənə inamlarmış, mənə inamlar,

      Bütün ehtiramlar sənə görəymiş.

      İnana bilmirəm bu yoxluğundan,

      Belə soyuqlaya ilıq baxışlar.

      Ömür yollarında dolaşdım yaman,

      Bir dost köməyinə ehtiyacım var.

      Demə, oğlusn səni salmayır yada,

      Torpaq soyuqüzdür, mən soyuyuram

      Sanıram, nəyimsə çatmır dünyada,

      Sənin yoxluğunu indi duyuram.

      Dostum Kərimə – Uğurun babasına

      Hamımız bu günü səbirsizliklə gözləyirdik. Gözləyirdik ki, əziz dostumuzun sevincinə qoşulaq. Dünyaya qədəm basan balaca Uğura görə ona gözaydınlığı verək. Amma unutmuşuq ki, yaşadığımız həyatın çox sərt qanunları var. Ən gözləmədiyimiz anlarda, xoşbəxtlikdən göylərin yeddinci qatında olduğumuz anlarda belə, bizə qəfil sürprizlər göstərə bilər…

      Allah, Allah, bu sürprizlər bəzən necə də ağrılı, necə də acılı olur.

      Balaca Uğurun öz gəlişi ilə dünyanı şərəfləndirdiyi gün bu sad xəbərlə birlikdə daha bir xəbər aldıq. Uğurun ata babası qəflətən dünyaya əbədi göz yumub. Beləcə qəflətən…

      Aylarla gözlədiyi nəvəsinin üzünü görmədən, süd qoxulu nəfəsini ciyərlərinə çəkmədən, körpə təbəssümü ilə fərəhlənmədən…

      Bu xəbər bizi – Uğurun ana babası Kərimin dostlarını çox sarsıtdı. Bilmədik dostumuza gözaydınlığı verək, yoxsa başsağlığı.