Bu yay da belə keçdi̇. Vahi̇d Çəmənli̇. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Vahi̇d Çəmənli̇
Издательство: Издательские решения
Серия:
Жанр произведения: Поэзия
Год издания: 0
isbn: 9785448531552
Скачать книгу
rahat əkin, biçin.»

      Qəribədir!

      Diş qıcıyır hamı bura.

      Hamı salır vurhavura.

      Anlamırlar,

      Bura elə bir diyardır,

      Quş uçarsa qanad salar,

      Qatır gəlsə dırnaq salar.

      Bir kimsənin torpağına

      Dikməsək də göz heç zaman,

      Bizlərə xor baxan gözün

      Didəsinə od salarıq.

      Biz özümüz

      Torpağından bac alarıq!

      Qala xanı məşvərətə adam yığdı:

      – Balam bu şah at oynadır

      Deyir baba,

      Burda mənəm Bağdadda da kor xəlifə.

      İstəyirəm

      Sahib çıxam hər tərəfə.

      Anlatmışam neçə dəfə —

      Bu fikirdən daşın bala!

      Yığsam əgər

      mən dövrəmə qoşun, bala

      Başsız qalar

      Bu qalada başın, bala.

      Nə yazıq ki, bunu qanmır.

      «Dava» deyir heç utanmır.

      Bu gün gərək xəbər gedə

      Hər obaya,

      Hər yaylağa, hər çadıra

      Dəliləri yığaq bura.

      Əfətlidən Əkbər gəlsin.

      Mahrızlıdan Qəmbər gəlsin.

      Üçoğlana salın nəzər,

      Dəli Həsən harda gəzər?

      Hər kənddən bir Dəli gəlsin.

      Kəngərlidən Vəli gəlsin.

      Ovşarlardan görün kim var?

      Lənbərandan Dəli Qafar.

      Göytəpədən Dəli Cabbar.

      Qiyaslıdan vuran – tutan Dəli Aslan.

      Unutma bax,

      Qərvənd, Xaçın, Xındırıstan.

      Dəli Əhməd,

      Dəli Məmməd,

      Dəli Qurban!

      Quzanlıdan Dəli İmran.

      Mərzilidən Dəli Soltan,

      Dəli Yaqub Gülablıdan.

      Xıdırlıda ayaq saxla

      Dəli Rzanı bura yolla…

      Tez yəhərlə köhlən atı,

      Hə, igidim duma, atlan,

      Tez bura yığ camaatı.

      – Ay xan, ay xan…

      Heç demədin Çəmənlidən?

      Çəmənlidən kimi bura

      Çağırım mən.

      – Çəmənlidən?..

      Çəmənlidən hansı Dəli

      qənşərinə çıxsa əgər

      Bura göndər!

      …O zamandan keçib illər.

      İndi xan da

      qəddar şah da tarix olub.

      Bu zamanın gərdişindən,

      Sənin «Dəli» adın qalıb.

      İndi hamı elə bilir,

      Dəli olmaq asan işdir.

      Dəlixana sarıdan da

      Koroğlumuz yoxdu, «şükür»!

      İndi çoxu

      əsgərliyin orda çəkir.

      Sonra ona daşdan keçən

      Kağız verir dəlixana.

      «Devit be”dir

      Silah vermək olmaz ona.

      Atasının pul kisəsi,

      Cağbacağlı Mersedesi dura – dura,

      Dəli hara, əsgər hara?

      Ağrımasın təki başı,

      Kim istəyir töhmət etsin.

      O dəlidi – ağıllıdı,

      Qoy dəlilər xidmət etsin.

      Ay papanın gül dəlisi,

      Ay mamanın gül dəlisi,

      Get özünə başqa ad qoy

      Dəliliyə dəymə, bala.

      Dəli sənə tutar bir toy,

      Çox özünü öymə, bala.

      O dəlilik kağızını cırıb tulla.

      Kəmər bağla,

      Qılınc qurşa.

      Xəbər göndər о yadlara,

      Dəli, dəli görməyincə

      Dəyənəyin qısmaz dala.

      Hünər göstər.

      Ad – san qazan

      Onda deyim sən Dəlisən.

      Kağız – kuğuz Dəliliyə

      Əsas vermir «dəli» bala…

      Sən məni ovutma bu məhəbbətlə…

      Yadındamı, doxsan dördüncü ilin isti avqust günlərindən biri, bu şeri sənə yazdığım gün.

      O zamandan nə qədər keçib? Az qala bir ömür…Amma mənim hələ də yadımdadır.

      Bu bir şer deyildi. Bu, iki od arasında qalan bir ürəyin fəryadı ıdı…

      Amma, xasiyyətcə o qədər də dəyişmədim. İllər mənimlə bacara bilmədi. Ürəyim də həmin eşq ilə vurur, gözlərim də bəzən sevincdən, bəzən kədərdən sulanır. Amma göz yaşlarımı daha əvvəlki tək gizlətmirəm. Niyə gizlədim ki?…Axı bu, məni yaşadan sevgimdən doğan göz yaşlarıdır. Onun hər damlası mənə əzizdir.

      Sən məni ovutma bu məhəbbətlə,

      Vallah, bu məhəbbət köçəri quşdu.

      İsti ölkələrə uçub getməyi,

      İsti ölkələrdən üçüb gəlməyi,

      Gecəni gündüzə qatıb uçmağı,

      Ovçudan qaçmağı,

      Ovdan qaçmağı,

      Yollarda çovğuna, qara düşməyi,

      Neçə sərt döngədə dara düşməyi,

      Lələk salmağı var bu məhəbbətin.

      Sən bu məhəbbətdən təsəlli umma,

      Sən bu məhəbbətdən mərhəmət umma,

      Sədaqət umsan da, səadət umma.

      Vallah, bu məhəbbət qara saçları,

      Soyuq küləklərə