Bir Daha Gelmeyecek. Reşad Mecid. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Reşad Mecid
Издательство: Elips Kitap
Серия:
Жанр произведения:
Год издания: 0
isbn: 978-625-6853-77-5
Скачать книгу
qatı qaranlığım

Gülüşünlə yox olar.

Məni gülərək oyat291,

Gülə-gülə yuxulat292.

İKİ AY

Nə gözəl olardı, iki ay qabaq293

Yapışıb əlimdən risk eləyəydin.

Dartıb294 o otelin çıxacağından,

«Dağlar aşmalıyıq, gedək» deyəydin.

İki ay gecikdim. Bir də gördüm ki,

Otel teatrla dəyişib yerin295.

Bu dəfə tərəddüd, şübhə olmadı,

Verdi qərarını qara gözlərin.

Qayıdıb təzədən296 salanda yada297,

Sanki aramızda iti298 çay299 axır.

Səni qınamıram, bu dünyaya da

Gecikib gəlmişdin iki ay axı300.

ƏSƏB DƏRMANI

İldırım tək gedirdin,

Qəfildən301 qucaqladı.

Dayanası302 deyildin,

Səni yaman303 haqladı304.

Ləngidi305 yerişlərin,

Addımların laxladı306.

Zamanı yavaşıtdı,

Vaxtı tutub saxladı307.

Bildin, bütün günahlar

İti qaçan vaxtdadı.

Əlacın kimyəvidi,

Sakit halın saxtadı.

DAHA 308

Daha indən belə əlimdə deyil,

Səni indən belə qısqanacağam.

Bir iti kəlməyə, ağıllı sözə,

Hətta daş heykələ qısqanacağam.

Hərdən309 sakit olub, hərdən coşacam,

Hərdən döyüşəcəm, bərk savaşacam.

Hərdən qəzəbimdən coşub-daşacam,

Hərdən gülə-gülə qısqanacağam.

Geriyə dönəcəm getdiyim yolu,

Baxacam ardınca şübhəylə dolu.

Sənə bilə-bilə laqeyd310 olub,

Səni bilə-bilə qısqanacağam.

ÜZEYİR BӘYİN HEYKӘLİNӘ

Gəlir heykəlinin önünə hər gün,

Səhər açılanda, günəş çıxanda.

Adının yanına “bəy” sözü yazır,

Gözünü gözündən çəkmir bir an da.

Toxunur heykələ, əsir311 bədəni,

Titrək vücuduyla alovlanır o.

Tərtəmiz qəlbiylə çox sevir səni,

Gizlədə bilmir ki, həyəcanı o.

O səni görsəydi, bütün ömrünü

Sədəqə verərdi, qurban edərdi.

Qalsaydın 120 yaşında belə,

O səni düz yüz yaş cavan edərdi.

MӘLӘK

Göydən hansı endi: təyyarə, yoxsa

Hava limanında gözləyən mələk?

Hifz edib312 qoruyan, sevinc bəxş edən,

Məni addım-addım izləyən mələk.

Dəli arzusuyla, cəsarətiylə,

Qatı cəngəllikdən313 yol eləyəndi.

Sərhədsiz eşqiylə, məhəbbətiylə

Adamı özünə qul eləyəndi.

Yerdə doğulanın çatmaz cürəti,

Adamı belə tez qaldırsın göyə.

İşıq sürətidi onun sürəti,

Bir anda çatdırır ən yüksəkliyə.

ƏLAC 314

İçəridən əyildinsə

Ha dik dayan, ha düz yeri.

Görək necə keçəcəksən

Ömründəki qəliz315 yeri?

Dərd gələcək qucaq-qucaq,

Yandıracaq ocaq-ocaq.

Yaddaşında316 sızlayacaq

Ağrılardan min iz yeri.

Odur sənə dərman-ilac,

Gördün ki, yox başqa əlac,

Əlindən tut, üstünə qaç,

Diri tərpən317, di318 tez yeri.

O

Baxma ki, sakit319 dayanıb320,

Qəfildən götürər səni!

Qoparıb dostdan, tanışdan

Evindən itirər səni.

Qaldırıb göyün qatına,

Mindirər şahlıq atına.

Dad gətirib həyatına,

Cənnətə yetirər səni.

Əlində yarağın321 qalmaz,

Dəftərin, varağın qalmaz,

Heç nəyə marağın qalmaz,

İşini

291

Uyandır

292

Uyut

293

Önce

294

Çekip

295

Yerini

296

Yeniden

297

Hatırlayınca

298

Süratli

299

Irmak

300

Ama

301

Ansızın

302

Duracak

303

Müthiş

304

Durdurdu, yakaladı

305

Gecikti, yavaşladı

306

Sabitliğini yitirdi

307

Durdurdu

308

Artık

309

Bazen

310

Kayıtsız

311

Titriyor

312

Himaye edip

313

Balta girmemiş orman

314

Çare

315

Karmaşık

316

Hafızasında

317

Kımılda

318

Hadi

319

Sessiz

320

Durup

321

Silahın