Sinifdənxaric oxu. Народное творчество. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Народное творчество
Издательство: Hədəf nəşrləri
Серия: Uşaq ədəbiyyatı
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
baxdım ki, tüfəngi ördəklərə boşaltsam, biri qalıb qalanı uçub gedəcək. Bəs necə edim ki, ördəklərin beşini də ələ gətirim. Bir qədər fikirdən sonra tüfəngin sünbəsini çıxa-rıb saldım lüləsinə. Tuşlayıb necə atdımsa, ördəklərin beşi də kabab kimi sünbəyə keçdilər. Götürüb gəldim evə.

      Biz buna bərk gülüşdük və Gümüş də “ham” edib hür-dü. Pişik ayağa qalxıb çırpınıb, belini dikəltdi, gərnəşib evin küncünə tərəf getdi.

      Hamımız Qasımın hünərini tərif etdik.

      Qasım durub, çay töküb, öz əli ilə hər adamın qabağına bir stəkan çay qoyub dedi:

      – Sizə qırqovuldan söyləyim.

      – Buyur, Qasım.

      Atalarımızın məsəli var: “Yüz gün yaraq – bir gün gə-rək”. Bir gün Qarabağırlıya getməli oldum. Səhər atı minib yola düşdüm. Nədənsə tüfəngi də götürmədim və halon ki, mən tüfəngsiz evdən çıxmaram. Adamın bəsarəti bağlanan-da bağlanır. Gümüş də yanımda idi.

      Gümüş “ham” edib cavab verdi.

      – Hacı Cabbarın kolluğundan keçərkən atın ayağının al-tından bir qırqovul toyuğu pırtlayıb qalxdı. Baxdım tüfən-gim çiynimdə yox. Qamçını qırqovulun dalınca atdım, qam-çının qol halqası keçdi qırqovulun boğazına və bu halla quş uçub getdi. Bu əhvalatdan bir ay keçmiş yolum yenə həmin kolluqdan düşdü. Bir də gördüm həmin qırqovul toyuğu kolların arasında gəzir və mənim qamçım da boğazındadır. İndi bir söz deyəcəyəm, inanmayacaqsınız: sizin hamınızın meyidini görüm ki, bir zərrə yalanı yoxdur. Baxdım ki, qır-qovulun dalınca on və ya on iki cücə gedir və hər cücənin boynunda bir balaca qamçı var.

      Biz bu hekayətə qəhqəhə ilə ucadan güldük. Gümüş üç dəfə “ham, ham, ham” edib bayıra çıxdı.

      Yusif Vəzir Çəmənzəminli

      (1887-1943)

      ƏZİZ

      

      Ballı xala qabı eşib, bir qızarmış iri kələm dolması tapıb, oğlu Qulunun ağzına uzatdı.

      – Qurbanın olsun anan, buncuğazı ye!

      Qulu cavabında “iştaham yoxdur”, – dedisə də, Ballı xa-la dolmanı bir az da irəli uzatdı:

      – Yox, vallah yeyəcəksən!

      – A kişi, yemirəm!

      – Yox, yeyəcəksən!

      Qulunun iştahası yox idisə də, axırda əlacı kəsilib, rəng-siz dodaqlarını aralayıb, dolmanı içəri ötürdü.

      Ballı xalanın dul qızı Güldəstə dolma qabına bir tikə vu-randa əlinə bir qırmızı üzək keçib, cəld qovzadı:

      – Qulu, bunuca ye!

      – A kişi, yemirəm!

      – Bıy, ədə bir ağzını aç!

      Qulu istədi saralmış üzünü turşaldıb, bacısına acıqlan-sın, bir vaxt gördü üzəyin ucu ağzına yetib, yağı damcılayır. Əlacı kəsilib, yenə rəngsiz dodaqlarını araladı və üzəyi içəri ötürdü.

      Qulu üzəyi bir əngindən o biri ənginə aparıb, asta-asta çeynəyirdi, bir də gördü xalası kor Qızxanım qabdan bir sü-mük tapıb, apardı qıpıq gözlərinin qabağına və bir az o yan-bu yana çöndərib zənn ilə baxdıqdan sonra çığırdı:

      – Qulu, xalan kor olsun, bircə bu sümüyü gəmir!

      Qulu dolu ağzını çöndərib, ütük qaşlarını qovzuyub; al-tı-üstü şişmiş gözlərini süzməkdə xalasına nə deyəcək idi-sə, beş-altı yerdən onun sözünü kəsib çığırışdılar:

      – Bıy, bəs adam şikəst xalasının sözünü yerə salar?! Ye, nədir ki, bir sümükdür, dayna!

      Qulu səsini xırp kəsib, sümüyü qapdı.

      Ballı xalanın əri evindən döyülüb qovulmuş qızı Xırda bir yaxşı tikə tutub, gözləyirdi ki, Quluya versin. Qulu bunu görcək ağzında əzilmiş üzəyi bir ənginə yığıb, bacısının üs-tünə çığıranda üzəyin bir parçası gedib boğazında qaldı və öskürməyə başladı.

      Bir dəqiqədə ev səs ilə doldu:

      – Su, su! Gədəcik öldü!

      Ballı xala Qulunun dalına əli ilə döyəcləyib deyirdi:

      – Hamısı sənin! Hamısı sənin!

      Əri Kərbəlayı Gülüməli karıxdığından elə barmaqlarını yalaya-yalaya qalmışdı; dul bacı su gətirirdi; döyülüb qo-vulmuş bacı o baş-bu başa yüyürüb çığırırdı.

      Xala başını Qulunun üzünə yavıqlaşdırdı ki, ağzını ta-pıb, əlini soxsun…

      Xoşbəxtlik üz verdi – üzək Qulunun boğazından ötüb getdi və külfət sakit olub, öz xüsusi işlərinə məşğul oldu.

      Yatmaq vaxtı yetişdi; həyətə yüz mütəkkə getdi. Ağac-ların altında yatacaqlar salındı. Qulunu dörd-beş adam ya-tırmağa apardı. Ballı xala irəlilədi və – “başına dönüm, çöl soyuqdur”, – deyib Qulunun üstə bir qış yorğanı saldı; dul qız nənəsinin sözünü təsdiq edib, birini də o saldı; qovul-muş qız da bir cecim tapıb gətirdi. Xala gözünün üstə əlini qoyub, bir göyə baxdı və sonra nə fikir elədisə gödək tuma-nı atıla-atıla yatacağına tərəf getdi və əlini sürtüb, dəstə ilə çıxmış yeddi-səkkiz tumanı tapıb, Qulunun üstə saldı.

      Kərbəlayı Gülüməli gecə papağını geyib, bərk səslə:

      – Ay uşaq, Qulu rahat oldumu? – soruşdu.

      Elə ki beş-altı yerdən, – “rahat oldu”, – deyə səs gəldi, Kərbəlayı aftafanı götürüb, öskürə-öskürə həyətin dibinə getdi. Qulu gecə sabaha kimi istidən yata bilməyib, o yan-bu yana çöyrükdü və hər çöyrükəndə də üstündən bir yorğan sürüşüb düşdü. Belə oldu ki, axırda üstünü tamam açdı və bu surətlə yuxuya getdi.

      Sabah evə qarışıqlıq düşmüşdü. Qulu azarlamışdı. Kər-bəlayı Gülüməli ağ tumanlı həkim dəlləyin yanına yüyü-rürdü. Ballı xala keçi piyi axtarırdı ki, Qulunu piyləsin; qız-lar ağlaşırdılar. Xala da üzərlik yandırıb, Qulunu tüstüyə verirdi.

      Süleyman Sani Axundov

      (1875-1939)

      QAN BULAĞI

      

      İyulun isti günlərinin birində dağların arası ilə uzanan əyri-üyrü, eniş-yoxuş yol ilə iki atlı gedirdi.

      Bunların biri iyirmi yaşında gənc, digəri yetmiş sinninə varmış bir qoca idi. Bu iki şəxsin yaşlarında bu qədər böyük fərq olduğu halda, zahirlərində bir o qədər fərq görünmə-yirdi. Hər birisinin əynində pişmət, çərkəzi çuxa, belində kəmər, xəncər və qılınc, başında dəri papaq, çiynində qara yapıncı və boynunda ağ başlıq var idi. Qocanın at üstündə əyləşməsi, əzasının