Kamal yazda, yayda olduğu kimi, qışda da hər səhər er-kən, hamıdan tez durar, həyətlərindən axan xırdaca arxın buzunu qırar, əlüzyuyana su töküb buğlana-buğlana yuyu-nar, məktəbə gedərdi. Dərsdən sonra bir dəstə özü kimi di-ribaş uşağı başına yığardı. Onlar kəndin kənarındakı təpədə kirşə sürər, qardan ev tikər, qala düzəldər, cürbəcür maraqlı oyunlar oynardılar. Sonra yanaqları qızarmış, bədənləri az-ca yorulmuş, amma yaxşıca dincəlmiş halda evə gəlib, sa-bahkı dərslərini hazırlardılar.
Kamal özünə qəribə bir kirşə qayırmışdı. Onun yanla-rına nazik fanerdən təyyarə qanadı kimi iki qanad vurmuş-du. Kirşə dik təpədən sürətlə üzüaşağı gəldikdə, iki dik eniş arasındakı kiçik meydançadan qopub bir an yerdən ayrılır, havada süzən kimi olurdu. Bu, Kamala ayrı ləzzət verirdi. Yoldaşları da ona baxıb belə qanadlı kirşələr qayırmışdılar.
Beləliklə, Kamal birinci “Təyyarəçilər dəstəsi” düzəlt-mişdi.
Bu günlərdə idi ki, Kamalın atası vaxt alıb on-on beş günlüyə qonaq gəlmiş və Kamala kiçik bir oyuncaq təyyarə gətirmişdi. Yayla qurulan bu təyyarəcik doğruçu təyyarə ki-mi səslənib yerdən ayrılır və məftillə bağlı olduğu bir dəmir çubuğun ətrafında xeyli hərlənib yerə enirdi. Kamal yol-daşlarını başına yığıb bununla saatlarla əylənirdi. Sonra o, təyyarə və təyyarəçilik barəsində bildiklərini, atasından eşitdiklərini və yayda düşərgədə öz gözü ilə gördüklərini yoldaşlarına danışırdı.
Bir axşam Kamal atasının ov tüfəngini silib təmizlədi-yini, fişəngləri doldurub ova hazırlaşdığını gördü və soruş-du:
– Atacan, məni də ova apararsanmı?
Atası əvvəl razı olmadı:
– Qışdır, soyuqdur, oğlum, – dedi, – azarlarsan. Uzaq-lara gedəcəyəm, yorularsan…
Kamal əl çəkmədi:
– Yox, atacan, mən soyuqdan qorxan, yolda yorulan uşaqlardan deyiləm, – dedi. – Nə olar, atacan, apar, özün görərsən, hələ sənə köməyim də dəyər!
Kamalın atası axır razı oldu. Kamal da xeyli oturub ata-sına fişəng doldurmağa kömək etdi və həmişəkindən çox gec yatdı.
Kamalın atası obaşdan durub yola çıxanda, oğlunun şi-rin yuxuda olduğunu görüb ona qıymadı. Yuxudan oyat-madı. Özü tək getdi.
Kamal yuxudan ayılıb atasının getdiyini biləndə, əhvalı çox pozuldu. Anası onun könlünü almaq istədisə də, olma-dı. Kamal atasından çox özündən küsmüşdü. Axı o niyə be-lə çox yatıb yuxuya qalmışdı?!
Bir neçə gün sonra Kamalın atası yenə ova hazırlaşan-da, Kamal onunla getməyə razılığını aldı. Öz-özünə söz ver-di ki, gecə yatmayıb atası gedənə qədər oyaq qalsın.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.