Hökmdar tez keşişi çağırtdırıb ölən ədalət üçün bütün zəngləri kimin çaldırdığını soruşur.
Keşiş deyir:
– Bunu edən sizin ölkənin sadiq vətəndaşıdır. Hans adında birisi… Bir vaxtlar başını aşağı salıb sakitcə əkib-becərdiyi bir tarlası vardı… Əlindən aldılar.
Hökmdar tez adamlarını göndərib Hansı tapdırır. Hans saraya gələndən sonra başlayır tarlasının əlindən necə alın-dığını danışmağa. Bütün başına gələnləri nəql eləyir və axır-da onun üçün ədalətin öldüyünü söyləyir.
Hökmdar bundan yaman pərt olur. Kəndlinin bütün malını-mülkünü geri aldırıb özünə qaytarır. Sonra acgöz ağanın, hiyləgər vəkilin və rüşvət yeyən hakimlərin cəza-landırılmasına fərman verir… Ədalət o zamandan bəri hələ ki yaşayır… Əgər bir gün ölərsə, ölüm zəngləri yenə çalına-caq.
UZUNÇULUQ XƏSTƏLİYİ
(Ərəb xalq nağılı)
İki nəfər həmyerli yad ölkələrə səfərə çıxmışdı. Onlar-dan biri yolda bərk xəstələndi, yoldaşı da evinə qayıtmalı idi. Xəstə ona bir məktub verdi ki, evinə çatdırsın və dilca-vabı da xahiş etdi:
– Mənim ailəmə deyərsən: “Atanızın ağrıdan başı çat-layır. Dişi bərk sancır. Nəfəsi kəsilir. Qolları tutulub. Ayaq-ları şişib. Gözləri görmür. Dizləri əsir. Kürəyi ovulur. Sinəsi çatlayır. Dalağına soyuq dəyib. Beli sınır. Gözündən bir cür su axır. Ayaqları qıc olur. Dili tutulub. Ürəyi dayanıb”.
Onun yoldaşı bütün bunlara qulaq asıb dedi:
– Mənim çox danışmaqla aram yoxdur. Elə bircə kəlmə deyərəm ki, ölüb, vəssalam.
ŞİRVAN QAZİSİ
(Azərbaycan xalq nağılı)
Biri varıdı, biri yoxudu, Allahdan başqa heç kəs yoxu-du. Bir padşah varıdı. Bu padşahın Məhəmməd adlı bir oğ-lu varıdı. Padşah bir gün oğluna deyir:
– Oğul, Məhəmməd, mən ölsəm, yerimdə səndən savayı qohum-əqrəbam yoxdu ki, qalsın. Padşahlığı əlində bərk saxlarsan.
Az keçdi, çox keçdi, padşah öldü. Məhəmməd atasının yerində şah oldu, camaatı dolandırmağa başladı. Bir gün bu şəhərin lotuları dedilər:
– Bu padşah çox səfehdi, gərək tovlayıb, dövləti əlindən çıxaraq.
Lotular gəldilər Məhəmmədin yanına. Biri dedi:
– Mən padşahın xalası oğluyam.
Biri dedi:
– Mən dayısı oğluyam.
Bunlar onu bir dilnən tovlayıb hərəsi bir qızıl alıb getdi-lər. Məhəmməd anasının yanına gəlib dedi:
– Atam deyirdi bizim qohumumuz yoxdu. Bu gün qırxı mənim yanıma gəlmişdi. Dedilər ki, sənin atanın qohum-larıyıq.
Anası dedi:
– Oğul, onlar lotudular, səni aldadırlar. Get padşahlığı əlində yaxşı saxla.
Məhəmməd qulaq asmadı. Lotular gündə bunun yanına gəlib, onnan dostluq qatdılar, qumar oynadılar, bütöv xəzi-nəni uddular. Axırda padşahlığı da apardılar, özünü də padşahlıqdan çıxardıb çölə atdılar.
Məhəmməd gəlib anasından bir əşrəfi alıb, getdi bir şəhərə çıxdı. Şəhərdə bir kora rast gəldi. Məhəmməd əşrəfi-ni kora verdi. Kor dedi:
– Oğlan, hər kimsən get, axşam bura gəl.
Məhəmməd axşamacan gəzdi, axşam gəldi korun yanı-na. Kor dedi:
– Gəl, gedək.
Kor bir şam da alıb, onnan getdi, şəhərdən çıxdılar. Bir kahaya yetişdilər. Girdilər içəri. Məhəmməd şamı yandırdı, oturdular söhbət elədilər, çörək yeyib yatdılar. Səhər açı-landa Məhəmməd gördü, başının altında bir boğça var, bir də min tümənlik dolu kisə, dedi:
– Əmi, bu nədi?
Kor dedi:
– Oğul, o boğçadakı paltardı, çıxart geyin, o pulu cibinə tök, get şəhərə, axşam qayıt.
Məhəmməd boğçanı açdı, bir dəst yaxşı libas gördü, gö-türüb geyindi, şəhərə çıxdı. Rast gələn kora, şilə pul payla-dı, cibi boş axşam qayıtdı kahaya.
Kor ona dedi:
– Oğul, Məhəmməd, xərcliyin qaldımı?
Məhəmməd dedi:
– Yox.
Kor kişi öz-özünə dedi:
– Görünür, bu ya böyük külfətlidi, ya da çox səxavətli-di.
Axşam oldu, şam eləyib yatdılar. Səhər açıldı, yerlərin-dən qalxdılar. Yenə kor dedi:
– Oğul, min tümən pul götür, get bazardan bir at al, gə-tir.
Məhəmməd min tümən pul götürüb bazara gəldi. Bir yaxşı at aldı gətirdi. Kor əliynən atı yoxlayıb dedi:
– Yaxşı atdı.
Kor, atı qırx gün tövlədə bağlatdırdı, at kökəldi, gəmi kimi oldu. Kor dedi:
– Oğul, Məhəmməd, min bu atı get Şirvan qazısının sir-rini öyrən, sonra gəl mənə nağıl elə.
Məhəmməd atı minib sürdü düz Şirvana. Az getdi, çox getdi, gəlib Şirvana çatdı. Bir karvansaraya atını bağladı, getdi Şirvan məscidinə. Gördü bir ağsaqqal, ağqurşaq qazı əyləşib. Ayağına bir cüt qumrov bağlayıb ki, yeriyəndə aya-ğının altında milçək, qarışqa qalıb, ölüb günah olmasın. Mə-həmməd gördü qazı uzun gün məsciddə namaz qılır, “Qu-ran” oxuyur, axşam olanda tez evinə gedir. Məhəmməd bir gün qarabaqara qazının dalına düşüb, evlərinə gəldi. Bir yanda gizləndi. Xeyli keçdi, qazı nökərini çağırıb dedi:
– Get yarağımı gətir.
Nökər getdi bir qılınc, bir qalxan, bir dəst libas, bir qab çaxır gətirdi. Qazı libası geyindi, qılıncı bağladı belinə, ça-xırdan o qədər içdi ki, gözləri yanmağa başladı. Nökəriynən evdən çıxıb getdilər. Məhəmməd də bunlarnan qarabaqara getdi. Getdilər şəhərdə bir qəlbi imarətə çıxdılar. Qazı ima-rətdən bağlı bir şey düşürtdü, nökərnən gəldilər evlərinə. Məhəmməd də qarabaqara bunların dalınca. Evdə kilimi açdı, içindən bir qəşəng qız çıxartdı. Nökəri Bəşirə dedi:
– Get çarhovuzdakı qızları da gətir.
Bəşir gəldi çarhovuzun suyunu boşaltdı; çarhovuzun al-tından bir taxta qalxızıb, tarlı, qavallı yüz qız çıxartdı, qazı-nın yanına gətirdi. Qazı o gecə qızlarnan çaldı, oynadı.
Səhər nökər gəlib qızları apardı hovuzun yanındakı zir-zəmidə gizlətdi. Qazı ağ əmmaməni başına qoyub, ağ qur-şağı bağlayıb,