Sinifdənxaric oxu. Народное творчество. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Народное творчество
Издательство: Hədəf nəşrləri
Серия: Uşaq ədəbiyyatı
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
rong>SİNİFDƏNXARİC OXU

      ƏDƏBİYYAT

      İÇİNDƏKİLƏR

      Nağıl və rəvayətlər

      Ən böyük dövlət (Türk xalq nağılı)      7

      Taxta qılınc (Azərbaycan xalq nağılı)      8

      Ölən ədalət (Avropa xalq ədəbiyyatından)      13

      Uzunçuluq xəstəliyi (Ərəb xalq nağılı)      17

      Şirvan qazisi (Azərbaycan xalq nağılı)      18

      Dəniz suyu nə üçün duzludur (Yapon nağılı)

      (Tərcüməçi: M.Fərziyeva)      24

      Müəllif hekayə və nağılları

      Nizami Gəncəvi “İskəndərin dirilik suyu

      axtarması” (“İskəndərnamədən”)      32

      Nizami Gəncəvi “Zalım padşahla düzdanışan kişinin dastanı” (“Sirlər xəzinəsi”ndən)      36

      Cəlil Məmmədquluzadə “Yan tütəyi”      39

      Əbdürrəhim bəy Haqverdiyev “Ovçu Qasım”      49

      Yusif Vəzir Çəmənzəminli “Əziz”      54

      Süleyman Sani Axundov “Qan bulağı”      57

      Mikayıl Rzaquluzadə “Qış yuxusu”      63

      Mehdi Hüseyn “Hophop”      67

      Mirzə İbrahimov “Göyərçinlərim”      92

      Mir Cəlal “Gülgəz”      104

      Sərhənd “Balaca qara balıq”      115

      İsa Muğanna “Qayım qaya”      135

      Əli Səmədli “İtirilmiş açar”      140

      Zahid Xəlil “Yalançı sözlər”      144

      Aqil Abbas “Dolu” (romandan parçalar)      147

      Sevinc Nuruqızı “Qızılbaşlar”       159

      Dünya yazıçılarının nağıl və hekayələri

      Andersen “Kralın təzə libası”

      (tərcüməçi: Səkinə Hüseynova)       166

      Cek London “Dönük”

      (tərcüməçi Cavid Babək)      172

      Oskar Uayld “İnfantanın ad günü”

      (tərcüməçi: N.Cabbarlı)      192

      Tomoyi Nodo, “Tenqunun sehrli plaşı”

      (tərcüməçi: N.Cabbarlı)       212

      Topelius Zaxarias “Dərzi Finlandiyanı İsveçə

      necə tikdi” (tərcüməçi: N.Cabbarlı)       216

      NAĞIL VƏ

      RƏVAYƏTLƏR

      ƏN BÖYÜK DÖVLƏT

      (Türk xalq nağılı)

      Keçmiş zamanlarda bir cavan oğlan həmişə öz kasıblı-ğından şikayət edərdi.

      – Ah, nə yaxşı olardı ki, mənim də böyük bir dövlətim olaydı! Onda mən həmişə deyib-gülüb yaşardım! – deyə o həmişə zarıldayardı.

      Bir qoca daşyonan onun evinin yanından keçəndə oğla-nın sözlərini eşidib dedi:

      – Sən nədən şikayətlənirsən? Sən ki, böyük dövlət sahi-bisən!

      – Mən dövlət sahibiyəm? – deyə oğlan təəccüb elədi. – Bəs hanı?

      – Sənin gözlərin. Sən bir gözünün əvəzinə nə almaq is-tərdin? – deyə qoca ondan soruşdu.

      – Sən nə danışırsan?! – deyə oğlan təşvişlə ona cavab verdi. – Mən gözümü heç bir xəzinəyə dəyişmərəm.

      – Yaxşı, – deyə daşyonan sözünə davam etdi. – Onda gəl əllərini ver kəsilsin. Əvəzinə çoxlu qızıl alarsan!

      – Yox, mən əllərimi qızıla satmaram, – deyə oğlan cavab verdi.

      Daşyonan dedi:

      – İndi görürsən ki, necə dövlətlisən? Bəs nə üçün şika-yətlənirsən? Mənə inan, insan üçün ən böyük dövlət – qüv-və və sağlamlıqdır. Bunları heç bir pulla almaq olmaz!

      Qoca bunu deyib öz yoluyla çıxıb getdi.

      Taxta qılınc

      (Azərbaycan xalq nağılı)

      Biri var idi, biri yox idi, bir padşahın bir oğlu, bir də arvadı var idi. Bir gün bu padşah oğlu-nu, vəzirini, vəkilini götürüb qo-şun ilə şikarə çıxır. Xeyli ov elə-dikdən sonra, bir gözəl çəməndə çadır qurub, oturaq edirlər.

      Padşahın oğlu həya etdiyin-dən, öz çadırını bir kənarda qu-rur. Padşah oğlunu çox istədi-yindən, tez-tez onu yoxlar. Yenə də qalxıb oğlunu yoxlamağa ge-dir. Gəlib çadıra girdikdə, baxıb görür ki, çadırın dalından bir qızıl ilan içəri girib oğlunu çalmaq üzrədi. Tez padşah başmağının bir tayını su ilə doldurub, ilanın qabağına qoyur. İlan su içir, qayıdır. Padşah oğlunu oyadıb deyir:

      – İstəkli oğlum! Çörəyim övsanata keçdi, qalx, burada yatmaq məsləhət deyil.

      Padşah əhvalatı ona söyləyərək, oğlu ilə bərabər öz ça-dırına qayıdır. Bir az sonra köçüb şəhərə gedirlər. Bu əhva-latdan bir neçə gün sonra padşahın arvadı bərk naxoşluyur. Oğlunu yanına çağırıb, ona belə bir vəsiyyət edir.

      – İstəkli oğlum! Bu xəstəlikdən mən qalxmayacağam, öləcəyəm. Mən öləndən sonra atan gedib başqa arvad ala-caq. O səni yola verməyəcək. Atan ilə sənin aranda zidlik düşəcək. Hətta atan qeyzə gəlib səni öldürmək istəyəcək. Onu bu vəziyyətə çatdırma! Baş götür bir müddət vilayə-tindən çıx, get! Yolda hər kəs ki, sənlə yoldaş oldu, çörəyi yeyəndə, sən öz çörəyini ortaya qoy! Hərgah yoldaşın çörə-yin çox hissəsini sənin qabağına qoysa, onunla yoldaş ol, yox, qabağına qoymasa, onda ondan ayrıl! Bir də yoldaşınla bir çayın kənarına yetişsən, sən ona təklif elə ki, gəl dalıma min, səni sudan keçirdim. Əgər o səni dalına alıb, sudan ke-çirtsə, onda onunla yoldaş ol, yox, sənin dalına minsə, onunla yoldaş olma, tez ondan ayrıl!

      Bu sözləri söyləyib ana vəsiyyətlərin tamam eləyir. Oğ-lan ağlayıb ayağa qalxır, anasının əlindən öpüb otaqdan çı-xır.

      Bir neçə gündən sonra padşahın arvadı ölür və bir müddətdən sonra, padşah gedib bir arvad alır. Bu təzə ar-vad nanəcib olduğundan, oğlanı yola verməyib hər nə ilə mümkündüsə atası ilə onun arasına zidlik salmağa çalışır. Odur ki, şahzadə anasının vəsiyyətinə əməl edib, baş götü-rür atasının vilayətindən çıxıb gedir.

      Eşit, sənə deyim şahzadədən.

      Şahzadə yolda – həmin çadır qurduqları yerdə bir cavan oğlana rast gəlir. Oğlan ondan haraya getdiyini soru-şur. Şahzadə:

      – Başqa bir vilayətə, – deyib cavab verir.

      – Mənim adım Taxta Qılıncdı. Məni özünlə bərabər gö-tür, – deyib cavan oğlan şahzadədən rica eləyir. Xülasə, yol-daş olurlar. Bir qədər yol gedəndən sonra, bir yerdə oturub çörək yemək istəyirlər. Şahzadə bir çörək çıxardıb ortaya qoyur. Oğlan çörəyi kəsib çox hissəsini şahzadənin, az his-səsini öz qabağına qoyur. Oğlan görür ki, anasının vəsiyyət elədiyi kimi, yoldaşlığa layiq bir oğlandı. Çörək yeyib yola düşürlər. Yolda bir çaya yetişirlər. Şahzadə ona təklif eləyir ki, gəl dalıma min, səni sudan keçirdim. Oğlan razı