Ruh adam. Piter Kouter. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Piter Kouter
Издательство: Hadaf Neshrleri
Серия:
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
Dərs təzə başlamışdı, bir çox siniflərə hələ müəllimlər girməmişdi. Ayişə sinif pəncərələrinə başların toplandığını sezdi. Astadan və pıçıltı ilə söylənən həyəcanlı söhbətlərdə öz adının bir neçə dəfə çəkildiyini də eşitdi. Müdirənin otağına girdiyi zaman artıq içindəki həyəcandan əsər-əlamət belə qalmamışdı. Eynəyini taxmış olduğu halda bir sıra sənədləri oxuyan müdirə, başını heç qaldırmadı. Ayişə belə qarşılanacağını çox yaxşı bilirdi. Heç əsəbiləşmədən, kədərlənmədən dayandı və müdirin oynadığı rolun bitirməsini gözlədi. Bir-iki dəqiqə keçdi. Müdirənin oxuduğu beş-altı sətirlik kağız nə qədər qarışıq ifadəli olursa-olsun, bu müddət ərzində bir neçə dəfə oxuna bilərdi.

      Lakin o, inadla başını qaldırmırdı, çox güman ki, Ayişəni ayaq üstə gözlətməklə nüfuzunu göstərmək istəyir və ya onu alçaldırdı. Nəhayət, altı sətrin oxunması bitdi. Gözlərini kağızdan qaldıran müdir üzünü turşudaraq Aişəyə baxdı. Bir çox şəklini gördüyü üçün onu tanıyırdı. Buna baxmayaraq, sərt bir səslə:

      –Nə istəyirsiniz? –deməkdən çəkinmədi.

      Ayişə çox soyuqqanlı idi. Üzündə heç bir ifadə görünmədən, baxışlarında heç bir dəyişiklik olmadan cavab verdi:

      –Liseyinizin yeni ədəbiyyat müəllimiyəm…

      Müdir, əhəmiyyət vermədiyini göstərmək istəyən kimi Ayişənin adını guya xatırlamadı:

      –Həə .. Siz osunuz, elə deyil?

      –Bəli, Ayişə Pusat mənəm.

      Və çox ciddi, ağır, əzici bir səslə bunu söylədikdən sonra müdirdən heç bir təklif gözləmədən masanın qarşısındakı stulu çəkib oturdu. Beləliklə, müdirənin bütün eşitdikləri doğru çıxırdı. Bu həyasız qadın Ayişə Pusat adını qürurla söyləyir və özü dəvət gözləmədən stul çəkib oturmağa cürət də edə bilirdi. Ona bir dərs, bir göz dağı vermək çox məqsədəuyğun olardı. Onu diqqətlə süzərək üzünü turşutdu və gözlüyünü çıxarıb ol-duqca sərt baxışlarla baxaraq:

      –Sizin bura gəlmənizə mane olmaq üçün əlimdən gələni elədim, –deyə sözə başladı. Və sözlərinin göydən enmə təsirini göstərəcəyini ümid etdiyi üçün gözlərini Ayişənin gözlərinə zil-lədi. Lakin heyrət!… Ayişənin üzündə heç bir dəyişiklik yox idi. Daş kimi səssiz, hərəkətsiz və donuq bir ədayla dinləyirdi.

      –Çünki şagirdlərə davamlı zərərli fikirləri təbliğ edərək onları mənfi yollara sürükləyən bir müəllimi bir müdir kimi istəməməkdə haqlıyam.

      Müdirə bu sözdən sonra sözlərinə pauza verdi. Önündə oturanın soyuqqanlılığı qarşısında sözlərinin ardını gətirə bilməmişdi. Ədəbiyyat müəllimi qeyri-müəyyən bir gülümsəmə ilə cavab verdi:

      –Bu təbliğatın nə olduğunu öyrənə bilərəm? Haqqımda rəsmi bir şikayət var?

      Müdir coşdu:

      –Xeyr. Haqqınızda rəsmi şikayət və ya təhqiqat yoxdur.

      – Bəs elə isə?

      –Siz təbliğatı o qədər ustalıqla edirsiniz ki, sizi tutmaq mümkün olmur.

      –Etdiyim təbliğat nəymiş?

      –Onu bir bilsəm… Onu bir bilsəm, sizi bura qoyarammı?

      Ayişə Pusat, qarşısındakı yaşlı qadına üzülərək, hətta istehza ilə baxdı və ərinin məhkəmə zamanı bir sözünü –''acizləri layiq olmadıqları vəzifələrə gətirən bir dövlət batar''–deyə bağırmasını xatırladı və ona haqq verdi.

      Bu qədər dayaz düşüncəli bir qadın ona rəhbərlik edəcək, dərslərində müvəffəqiyyət göstərib-göstərmədiyi haqqında gizli hesabat yazaraq onun müqəddəratını təyin edəcək və yüzlərlə gənc qızın yüksək xarakter və əxlaqla yetişməsinə yardımçı olacaqdı. İstər-istəməz gülümsəyərək:

      –Müdirə xanım! Bilmədiyiniz bir şey haqqında necə hökm verirsiniz axı? –deyə soruşdu.

      Bu sual müdirəni sarsıtdı. Sarsıldığı zamanda bütün rəhbərlərin elədiyi kimi yalan və mübaliğəyə baş vuracağı şüb-həsiz idi:

      –Hər kəs elə deyir… Həm də, əlbəttə ki, mənim də bil-diyim bəzi şeylər var,– dedi və söz mübahisəsində bu qadına qalib gələ bilməyəcəyini bildiyi üçün bir tərəfdən zəngə basdı, bir tərəfdən də qəti əmrini verdi:

      –Sizdən tək xahişim təbliğatı kəsin və əvvəlki metodunuzu dəyişdirin, ancaq dərslərinizlə məşğul olun.

      III FƏSİL

      Ayişə Pusat müdir müavini ilə birlikdə müəllimlər ota-ğına gəldiyi zaman artıq yorğun idi. Otaqda, pəncərənin qarşı-sında oturmuş olduğu halda qəzet oxuyan müəllimdən başqa heç kim yox idi. Birinci müavin, divardakı dərs proqramına ba-xaraq:

      –Bu gün təkcə dördüncü, beşinci saat dərsləriniz var, iki saat gözləyəcəksiniz,” – dedi. Müəllimlər üçün ən çətin məsələnin boş saatları gözləmək olduğunu bildiyinə görə düşünürdü ki, Ayişə Pusat şikayət edəcək. Lakin o nə etiraz etdi, nə də şi-kayət… Birinci müavin bir müddət utancaq rəftarla Ayişəyə baxdıqdan sonra:

      –Dərs saatlarınızın vaxtı gələndə sizi siniflərə təqdim edərəm –dedi və onun etirazına imkan verməmək üçün tez küncdə qəzet oxuyan müəllimə səsləndi:

      –Rza bəy, baxın, Ayişə Pusat gəldi.

      Cəbr müəllimi Rza bəy liseyin köhnə müəllimlərindən idi. Yası altmışı haqlayan bütün müəllimlər kimi yorğun və çox danışan bir adam idi. Vaxtilə Ayişə Pusatın müəllimi olmuşdu. Qəzetini endirib baxdıqdan sonra sevinclə yerindən qalxdı:

      –Oooo… Xoş gəldiniz, qızım … Xoş gəldin, Ayişə… Val-lah darıxmışdım – deyərək ona doğru getdi. Hərarətlə əlini sıx-dı.

      Birinci müavin vəziyyətdən çətinliklə çıxmışdı. Səssizcə otağı tərk etdi. Rza bəy ətrafını tələsik baxışla nəzərdən keçirdikdən sonra tək olduqlarını görüncə Ayişəyə doğru əyilib səsini qısaraq:

      –Ərin necə oldu? Həbsdən çıxdımı? –deyə soruşdu.

      Ayişənin gözlərində qəmli bir işıq yanıb-söndü. Ərini soruşmaq lütfkarlığını göstərənlərdən çoxu da bax belə gizlicə, tək olanda, səslərini alçaldaraq soruşurdular. Hər bir fikrə, hadisəyə diqqət edən insanlar kimi Ayişə də bundan pis olur, gizli soruşanların heç maraqlanmamasının daha düzgün hərəkət olduğunu düşünür, əsəbiləşir, lakin bunu qətiyyən büruzə vermirdi. İndi qarşısındakı adam öz müəllimi olmasa, bəlkə cavab verməzdi. Bununla birlikdə içindəki üsyanın səsini dinləməyi və üzünə qarşı daim tənqid etdiyi ərinə ürəyinin bütün səmimiyyəti ilə haqq verməkdən çəkinmirdi. Əri bir dəfə mübahisə edəndə melanxolik bir səs tonu ilə demişdi:

      –Mənə insanlardan danışırsan? İnsanlar keçmişdə və tarixin vərəqləri arasında qaldılar. Bu gördüklərin bir karikaturadan başqa heç nə deyil.

      Ayişə