Ruh adam. Piter Kouter. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Piter Kouter
Издательство: Hadaf Neshrleri
Серия:
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
və sakit həyat sarsıntısız davam edəcək, bu qədər maddi və mənəvi itkilərlə yanaşı üç ili boşuna getməyəcəkdi. Ayişə Pusat kin saxlamaz, ona qarşı edilən pis işləri tez bağışlayıb unudardı. Fəqət ərinə qarşı edilən hərəkəti unuda bilmirdi, onun yıxılan böyük ümidləriylə birlikdə səadətinin də təməlinin sarsıldığına inanaraq buna səbəb olan şöhrətpərəst insanları bağışlaya bilmirdi.

      Ziyan olmuş üç il… Amma o da hər insan kimi təsəlli tapmaqda gecikmirdi. İnsanları daha yaxşı tanımaq fürsətini də ona bu üç il vermişdi. Həyatın axışında heç bir əhəmiyyət kəsb etməyən bir fikri genişləndirərək bütün məmləkətə aid bir mə-sələ səviyyəsinə qaldıranlar, şəxsi kin və qərəzləri ilə hərəkət edənlər, ərinin istiqbalını yıxmaya çalışsalar da, həqiqətdə onun səadətini yıxmışdılar. İnsanlardan iyrənərək hər şeyi gülünc, hər kəsi kölə görən bir adamla yaşamaq heç də asan deyildi. Bundan başqa, ətrafdakıların daim onu ürkək və şübhəli göz-lərlə süzməsi də onu narahat edirdi. Əri iki il həbsdə yatıb çıx-mışdı, amma işin mahiyyəti bir çoxları üçün hələ də aydınlaşmamışdı. Həbsə qatillər, oğrularla bərabər məzlumlar və ideya sahibləri də girir, amma kütlə bu iki zümrəni bir-birindən ayıra bilmir, yaxud da heç zaman ayırmağa ehtiyac görmür. Qəzetlərin yalan məlumatları daim onların əleyhinə olmuş, elə bu səbəbdən də Pusat adı sanki ölkənin bir nömrəli xalq düşməninə çevrilmişdi. Amma işin iç üzünü bilənlər, gəlib dostluq göstərənlər də az deyildi. Fəqət bunlar o qədər az idi ki, bu azlıqla o çoxluğu doğru yola gətirmək mümkün deyildi. Ayişə Pusat dindar idi. İlahi ədalətə daim inanmışdı. Dindar olmamaqla yanaşı, əvvəllər dini duyğularına hörmət edən əri indi buna elə də əhəmiyyət vermirdi, bu da Ayişəni bir başqa cür sındırırdı. Hər nə qədər əri açıq bir şəkildə bu məsələlərdə heç nə deməsə də, bu mövzularda söhbət gedərkən üzündə yaranan ifadələrdən və ya baxışlardan Ayişə bir istehza sezirdi sanki. İndi ərinin inandığı və hörmət elədiyi tək inanc ölüm idi. Elə əvvəllər də o, ölümə böyük rəğbət bəsləyir, işi uğrunda, fikri uğrunda ölməkdə bənzərsiz bir gözəllik və böyüklük görürdü. Artıq bu rəğbətlə yanaşı heç bir alternativ fikir qəbul eləmirdi, sanki ölümü gözləyən bir vəziyyətdə idi. Qəhrəmanlıqla ölənlər haqqında yazıları təkrar-təkrar oxuması Ayişənin gözündən qaçmırdı.

      Çox maddi görünməsinə baxmayaraq mistik bir ruh ha-lında, bir ölüm çevrəsinin ortasında yaşayır, yaşayır yox, yavaş-yavaş əriyib sönürdü. Ayişə Pusat, ərini daim həddindən artıq ifratçı hesab edirdi. Evlənərkən onun bu ifratçılığı xoşuna gəlsə də, zamanla bunun bir az azalmasını gözləmişdi, lakin ümidi boşa çıxmışdı. Bu adamda gizli qaynaqlardan gələn bir atəş var idi ki, onu daim ifrata, təhlükəyə, özünü xərcləməyə sürüyürdü. Müəyyən məsələlərin xaricində bütün məsələlərdə bir uşaq kimi saf və məlumatsız olan, tez aldadılan, hər kəsə və hər şeyə inanan əri indi dəhşətli dərəcədə çoxbilmiş insana çevrilmişdi. Artıq onu aldatmağa imkan yox idi. Lakin bu xüsusiyyətin onun yavaş-yavaş həyata marağını kəsdiyini görən Ayişə Pusat dərin kədər hissi keçirir, həyatla və hər şeylə əlaqəsini kəsən ərinin özünü də unutduğunu zənn edir, bu ehtimal zamanla bir inam halına gəlirdi. Onu həyata bağlamaq üçün etdiyi bütün səylər boş idi.

      Bununla yanaşı ərinin hələ də qəti qərar vermədiyini, içində qorxunc bir mübarizə getdiyini bilirdi. Daxilən hiss etdiyi bir hisslə bu mübarizənin nəticəsindən çox qorxurdu. Bütün həyatı boyunca geri dönmək və peşman olmaq nədir bilməyən bir adamın ruhundakı döyüşün sonundan ciddi olaraq qorxmaq lazım idi. Əri o qədər böyük bir düşmənlik və kin yaşamışdı ki, bu kinin sərhədləri genişlənmiş, Ayişə Pusata kimi gəlib çatmışdı. Buna görə sakitlik və zövq içində çalışdığı liseydən çıxarılmış, nazirlik əmrinə göndərilmiş, hətta istintaqa cəlb olunaraq ərinin əleyhinə ifadə verməyə məcbur edilmişdi. Bütün bu çətinliklərə böyük bir mətanətlə davam gətirmiş, maddi çətinlikləri səbirlə qarşılamış, haqqını axtarmaq üçün qanuni yollara müraciət etmiş, lakin haqqını ala bilməmişdi. Kiçik Tosunu məhrumiyyət içində yaşatması çox ağır gəlsə də, Allaha bel bağlayaraq buna da qalib gəlmişdi, nəhayət, ərinin məhkumluğu tamamlandıqdan çox sonra təkrar köhnə vəzifəsinə alınmışdı. Üç illik ayrılıqdan sonra həzin bir sevinclə işinə qayıdanda yaxşı qarşılanmayacağını bilirdi. Həyəcanlı idi.

      Lakin qəlbi Allaha qarşı minnətdarlıqla dolu idi. Qatardan endikdən sonra saatına baxdı. Tənəffüs zamanı idi. Uşaqlar məktəbin həyətindəykən onların gözü qarşısında məktəbə girmək istəmədi. İndi böyümüş, bir gənc qız olmuş olan üç il əvvəlki şagirdlərinə qarşı qəribə bir utancaqlıq hissi keçirirdi. Ərinin məhkum olub, özünün kiçik uşağı ilə pulsuz və çarəsiz qaldığı günlərdə onu axtarmayan, axtarmaq və kömək etmək bir tərəfə, gördükləri zaman görməməzliyə gələn yaxşı gün dostları kimi bəlkə bu gənc qızlar da üz çevirib, hətta … hətta … bir vətən xaininin həyat yoldaşına bəlkə eyhamlı sözlər də deyə bilərdilər. Yaxud bəlkə də belə etməzdilər, liseydən çıxarıldığı gün ağlaşdıqları kimi indi də sevinclə qışqırar, yanına gələr, özünü və məktəb rəhbərliyini çətin vəziyyətə salardılar. Ayişə bunların heç birisini istəmirdi. Stansiyanın gözləmə otağında bir az yubanmağın doğru olduğunu düşündü. Payızın gözəl, hüznlü, sərin bir günü idi. Havada buludlar bir-birini qovurdu, külək Aişəyə üç il əvvəlki bir günü xatırlatdı, üzündə kinli və istehzalı bir təbəssüm olduğu halda süngülərin arasında gedən əlləriqandallı ərini sanki təkrar gördü. Xatirələr onu bu yerə qədər sürükləyəndə birdən özünü yığışdırdı. Bunun sonu gözyaşlarına gətirib çıxarar deyə düşündü. Qorxulu bir yuxu görən, lakin bunun yuxu olduğunu bilən insan hərəkəti ilə pis xatirələri başından atdı. Göydə uçuşan buludlara baxaraq stansiyadan çıxdı. Ağır addımlarla liseyə tərəf addımlamağa başladı. Həyət qapısından içəri girəndə həyəcanlı idi. Məchullar bizə daim həyəcan verir. Necə qarşılanacağı məchul olduğu üçün o da həyəcan hiss edir, hər zaman çətin zamanlarda etdiyi kimi özünü zorla mətanətli olmağa sövq edir, buna da nail olurdu. Rəhbərliyin onu yaxşı qarşılamayacağını bilirdi, amma buna o qədər üzülmürdü. Əsl məsələ şagirdinin düşəcəyi vəziyyət idi. Həyatlarının hələ baharında olan, dünyanın və həyatın çirkinlikləri ilə qarşılaşmamış qızların könüllərində vəfadan iz qalmamış olması hər halda insanı üzəcək bir məsələ idi. Yaşlı insanlar həyatda pis görə-görə dəyişirlər, könül saflığını, insan duyğusunun bütün yaxşı tərəflərini itirirlər. Bu bəlkə normal idi, amma ürəkləri yalnız xeyirxahlıqla döyünən, dünyada yalnız yaxşı şeylərin olduğunu düşünən gənc qızların da pis duyğulara qapıla bilməsi fikri qorxunc idi.

      Gözətçi üç il əvvəlki gözətçi idi. Önünə baxaraq sürətli addımlarla getmək istəyən Aişəyə doğru irəlilədi. Səmimiyyətlə gülərək salamlaşdı və səmimi bir səslə ''Xoş gəldiniz Ayişə xanım'' dedi. Ayişə birdən-birə dayandı. Bu sadə, yazıq kəndlinin nəzakəti onu sanki titrətmişdi. Gözləmədiyi bir halda gələn yaxşılıq və nəzakət insanları daha çox sarsıdardı. Ayişə də eyni duyğu ilə sarsıldı.