Bozqurdlar. Piter Kouter. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Piter Kouter
Издательство: Hadaf Neshrleri
Серия:
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
bu uğuruna sevinirdi.

      Ən axırda, kənarları bir arşın qədər görünən böyük bir taxta gətirildi. Kür Şad və İşbara Alp əlli oxla bu taxtalara “Türk” sözünü yazacaqlar. Yazını kim daha öncə bitirərsə birincilik ona çatacaqdı. Kimsədən səs çıxmırdı. Əsgərlər sanki nəfəs çəkməz olmuşdular.

      Nağaranın gurlayan səsi ilə yarış başladı. İki igidin sadaqdan ox çəkmələri, yayı yerləşdirmələri və hədəfi nişan alıb ox atmaları o qədər surətli idi ki, onların cəld hərəkətlərini bir-bir izləmək mümkün olmurdu. Saniyələr keçir, hər iki taxtada kəlmə şəkillənməyə başlayırdı.

      Amma kimin qalib gələcəyi hələ bilinmirdi. Şen-kinq artıq otura bilmirdi. Ayağa qalxmışdı, yumuruqları düyünlənmiş, nəfəsi kəsik… Eləcə baxırdı. Çalıq durduğu yerdən ağıllı gözlərinin kəskin baxışlarını gah İşbara Alpa, gah Kür Şada, gah da Şen-kinqə yönəldir, ən həyəcanlı anda belə qonağın bu halını görüncə özünü gülməkdə güclə saxlayırdı. Birdən ortalığı çılğın hayqırışlar bürüdü. İki-üç gündür sürən şənliklərdə hər qalib gələni eyni səssizliklə qarşılayan və

      yalnız üəklərində təbrik edən əsgərlər, azacıq bir fərqlə üstün gələn Kür Şadı çılğınca alqışlayır,

      “yaşa” deyə hayqırırdılar. Onun İşbara Alpa qarşı az da olsa üstün gəlməsi, Çuluq Kağnın intiqamını alacaq bir igidin aralarında yaşadığından xəbər verir, və ürəklərdən gələn daşqın sevinci saxlaya bilməmələrinə səbəb olurdu. Kür Şada əlini uzadan İşbara Alpın gözlərində də

      bir zəfər sevinci vardı. O da sanki qalib gələn özü imiş kimi sevincək idi. Ötükənin, ona üstün 25

      gələn kəskin oxatanını yanıq üzündə işıldayan sərt baxışlarını yumşalda biləcək bir sevinc içində

      təbrik edir, kağanın buyruğu ilə bir əsgərin gətirdiyi kımız çamçağını ona öz əli ilə uzadırdı.

      * * *

      Gün qaralırdı. Bütün yarışlar, oyunlar bitmişdi. İndi söz ozanlarındı. Qara Ozanla Çuçu qarşılıqlı qopuz çalıb deyişəcəkdilər- kağanın otağını çevrələyən halqa daralmışdı. Öncə Qara Ozan gəldi. Kağanı salamlayıb bardaş qurdu. Arxasınca Çuçu gəldi. O da kağanı salanmlayıb Qara Ozanın qarşısında oturdu. Sonra ağır- ağır, yavaş- yavaş qopuzlar inləməyə başladı. Bütün türklər ehtiramlı bir səssizlik içində dinləyirdilər.

      26

      İlk olaraq Qara Ozan sözə başladı:

      Ötükənin ərləri

      Bilir mənim gücümü!

      Qopuzumun mizrabı

      Axtarmaz qılıncımı.

      Qara Ozan! Səninlə

      Aşıq atan Çuçumu?

      Çuçu, bu meydanoxumaya dərhal cavab verdi:

      Səni belə söylədən

      Kımız, şərab içkimi?

      Belə yaman söylərsən

      Səndə komam18 öcümü.

      Deyişin qılıncımdan

      Daha öldürücümü?

      Səni basan şaşqınlıq

      Ağı kimi acımı?

      Qara Ozan hiddətlənir kimi oldu:

      Ötükən ərlərinin

      Dünyada olmaz eşi!19

      Ötükənin qızları-

      Göydə ayın on beşi.

      Çiçəkləri qan edər

      Gözlərinin atəşi.

      O şaşqınlıq dediyin

      Çinli qonağın işi…

      İçinq Katunun çevirmələri ilə Qara Ozanın sözlərini çincə dinləyən Şenq-kinq iynələnirmiş

      kimi bir hala düşdü. Amma kağanın və bütün türklərin daş kimi sükutunu görüncə səbrini basdı.

      Katun da hiddətlənmişdi. Bu ozan onun şöhrətli bir bəy olan qardaşı ilə açıqca əylənirdi. Kağana əyilərək:

      − Bu bayağı kişinin əziz qonağını təhqir etməsinə sonacan göz yumacaqsanmı? − dedi.

      Kağan eyni daş hərəkətsizliyi içində cavab verdi:

      − Ozanların sözü müqəddəsdir, kəsilə bilməz!

      Qara Kağan qənaətini o qədər soyuq söylədi ki, Katun sözünün canını deməkdən çəkindi.

      Zatən indi oxuma növbəsi Çuçuya çatmışdı. Baxaq görək nələr söyləyirdi: Çinli bəyin atdığı

      Boşa getdisə nolar?!

      Çinli bəy… Sağa atsa,

      Ox gedər düşər sola.

      Neyləsin, ulu Tanrı

      Güc verməyincə qola?!

      Qovuşsun Qara Kağan

      Kür Şad kimi oğula.

      Kür Şadın adı gəlincə camaatın arasında bir çaxnaşma oldu. Çinli bəy isə üzərinə

      yağdırılan bu eyham və təhnizlərin altında özündən getmiş kimi idi. İçinq Katun bu deyişmələri bir-bir ona anlatdıqca qardaşı daha çox qudururdu. O qədər qəzəblənmişdi ki, istər-istəməz birdən qılıncına əl atdı. Qara Ozan bunu görmüşdü. İndi qopuzla cavab verdi: 18 Komam − qoymam, qoymaram.

      19 Eşi − tayı, bərabəri.

      27

      Qılıncına əl atma,

      İndi döyüş çağıdır!

      Ortalıqda dolaşan

      Ağ kımız çamçağıdır.

      Yad eldə oturanlar

      Bil ki, yurd qaçağıdır.

      Sənin qılınc dediyin

      Türkün oyuncağıdır.

      Çinli bəyi qorxu sarımışdı. Katun intiqamçı gözlərlə ozana baxırdı. Amma onlara əhəmiyyət verən yox idi. İndi növbə yenə də Çuçuya çatmışdı: Ötükən qızlarının

      Gözləri könül yarar.

      Onları gündüz günəş

      Gecələri ay sarar.

      Çinli meydan oxusa,

      Burda çaşacaq nə var?

      Keçi sərxoş olunca

      Döyüşməyə qurd arar.

      Çinli bəy, az qala bayılacaq vəziyyətə düşdüyünün fərqində idi, amma yerindən qımıldana bilmirdi. Gecə olmuşdu. Artıq İçinq də ona dilmanclıq etmədiyi üçün söylənənləri başa düşmürdü. Amma hər sözdə təhqir olunduğunu sanır, içi intiqamla dolub daşırdı. Halbuki indi Qara Ozanla Çuçu qarşı-qarşıya Kür Şadı öyürdülər biri bir dördlük söyləyir, digəri başqa bir dördlüklə ona cavab verirdi:

      Ötukəndə aslanlar var,

      Kür Şad onların biridir.

      Çox igidlər vardır,