Bozqurdlar. Piter Kouter. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Piter Kouter
Издательство: Hadaf Neshrleri
Серия:
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
Taqduş əsgərləri, doqquz oğuz igidləri, Karluq bahadurları, Qırğızlar, Bayırkurlar, Kurikanlar, Basmıllar, Kitaylar, Tatarlar, Oğuz Tatarlar, bütün təginlər, şadlar, yabqular, iltəbərlər, bəylər, buyruqlar, tarkanlar17, əsgərlər, ox atacaqlar! Qara Kağanın əziz qonağı məşhur Çin bəyi, Şen-kinq də ox atacaq! Hər kəs yerini tutsun!…

      Aradan çox qısa bir zaman keçdi. Böyük meydan minlərlə əsgər və bahadırla dolmuşdu.

      Ortalıqda bir uğultu vardı. Kağanın çadırı hər zmankı kimi bu uğultudan uzaqdı. Çevrəsində heç bir səs eşidilmirdi. Əsgərlərin toplanması bitincə Qara Kağan sağında Katun, solunda qonaq çinli bəy Şen-kinqlə birlikdə göründü. Həmin anda da hər yan sakitlikdi. Hə kəs yerə diz vurdu. Bir az sonra da bəylər, kağanın soluna və sağına düzüldülər. Yerlər tutulduqdan sonra carçıların gur səsi ortalığı bürüdü.

      − Ulu Kağan Ötükənin ərlərini yarışa çağırır. Qolunun gücünə, gözünün itiliyinə güvənən, meydana çıxsın!…

      Bu gün ortadakı meydan həmişəkindən daha böyük görünürdü. Əsgərlər çevrəni bir az da geniş

      tutmuşdular. Kağanın oturduğu yerin solunda nişan taxtası yüksəlir, üstündə qaraya boyanmış nişan çevrələri yaxşıca seçilirdi. Bu nişan çevrələrinin sayı dörd idi. İlk yarış bu çevrələri yuxarıdan aşağı vurmaqla başlayacaq, bacarmayanlar mey-dandan çəkiləcəkdir. Kağanın sol tərəfində, uzaqda olan tamaşaçılar oxların nişan taxtasına necə sancıldığını görə bilməyəcəkdilər. Carçı onlara nəticəni qışqıracaqdı, amma bu, gözlə görmək ləzzətini veməyəcəkdi.

      Türk adətincə, qonaq hörmətli tutulduğundan kağan bu sınaqlarda iştirak etməyi özü diləmiş

      olan Şen-kinqə ilk oxu atması üçün izn verdi. Çinli bəy yerindən qalxdı. Ona yol verən bahadırların arasından keçərək meydana çıxdı. Yerişində bir əda, qoluna və nişançılığına güvənən bir öyünmə

      halı vardı. Əvvəlcədən müəyyən edilmiş yerə çatanda dayandı. Bir əsgərin uzatdığı yayla oxu aldı.

      Oxunu yerləşdirib yayı gərərək nişan aldı. Ətrafı səssizlik bürüdü. Surətlə uçan oxun səsini ən uzaqlarda dayanmış olanlar belə eşitdi. Birinci ox taxtaya dəydi. Amma ən üstdəki çevrəyə düşmədi.

      Ondan bir az yuxarıdakı açıq yerə saplanıb qaldı. Carçı oxun çevrədən dörd barmaq aralı saplandığını hayqırarkən sanki ortalıq bir az da səssizləşdi. Hamı ikinci oxun atılmasını gözləyirdi.

      Şen-kinq sanki bu uğursuzluğa əhəmiyyət vermirdi. İkinci dəfə əsgərin uzatdığı oxu aldı. Yayı yenidən çəkdi. Ox yenə taxtaya, amma ikinci cevrəyə deyil üçüncüyə saplandı. Ortalıqda yenə

      səssizlikdi. Yalnız çinli bəyin üzü bir az avazımışdı. Üçüncü ox birinci çevrənin bir qarış yuxarısına dəydi. O ana qədər qımıldanmayan, nəfəs çəkməyən ərlərin arasında yenə səs çıxarmadan bu vəziyyəti izləyən Kür Şad yerindən qalxdı. Kağanın önünə gələrək qəzəbini bildirdi:

      − Çinli qonaq bizimlə neyçün əylənir?

      Katunun önündə sorulan bu sorğuya kağanın sərt bir cavab verməsi gərəkdi. Amma o, hələ

      ağzını açmamış əsgərlər arasında bir səs-küy qopdu. Hələ arxa tərəfdə ərlər dalğalanır, uğultu getdikcə artırdı. Kür Şad surətlə döndü. Amma vəziyyəti görüncə onun da dodaqlarına xəfif bir təbəssüm çökdü. Kağana baxdı. O da istər-istəməz yavaşca gülümsəyirdi.

      Əsgərlərin belə coşmasına səbəbkar onbaşı Sançardı. Gənc onbaşının ildə bir dəfə, o da heç gözlənilməyən vəziyyət qarşısında gülərdi. Özgə zamanlarda isə Onbaşının heybətli üzü daim sərt, düşüncəli olar, dəstəsindəkilərdən və silahlarından başqa heç nə ilə maraqlanmazdı. Bu gün də sərt üzlə meydana çıxdı. Arxada qaldığından atından enməyərək gözlədi. Şen-kinqin çıxışını və yayını gərməsini ürəyi titrəyərək seyr etdi. Əcaba bu yabançı kişi nə dəyərli usta nişançıdır ki? Onbaşı Sançar bunu öyrənməyi çox istəyirdi. Birinci oxun hədəfə dəyməməsi onbaşının halını heç dəyişdirmədi. Yalnız qorxunun azaldığını göstərən dərin bir nəfəs aldı. İkinci, üçüncü oxların 16 Buğra − erkək dəvə

      17 O dönəmin boy adları

      24

      uçuşunu da izlədi. Amma, Kür Şad çinlinin bu bacarıqsızlığını istehza sanıb da kağana deyərkən atılan dördüncü ox gedib nişan taxtasının kənarından keçərək türk əsgərinin börkünü havaya uçurunca onbaşı özünü saxlaya bilmədi. Qəhqəhələrlə bayılacaq, qəşş edəcək kimi gülür, atının üzərindən sola doğru əyilirdi. Yaxındakılar və uzaqdakılar bir an ona çaşqın gözlərlə baxdılar.

      Amma az sonra onbaşı Sançarın qəhqəhəsini batıran bir çox yeni qəhqəhələr də yüksəldi. Böyük meydanı dərin bir uğultu bürüdü. Şen-kinq geri döndü. Bu dəfə sayğı ilə deyil, amma gülməkdən qəşş etməmək üçün əllərini böyürlərinə basaraq son dərəcə əyilən ərlərin arasından keçərək yerinə

      qayıdıb oturdu. Katun uzun zamandan bəri türklər arasında yaşadığından onların necə atıcılar olduğunu yaxşı bilirdi. Amma yenə qardaşının bu işi bacarmamasına hirslənib, dodaqlarını çeynəyirdi. Yoldaşları tərəfindən uzaqlaşdırılan Sançarın qəhqəhəsi duyulmaz olduqdan sonra səs-küy uzun sürmədi. Nağaranın bir-iki zərbəsindən sonra carçının yüksələn səsi nişan yarışlarının davam ediləcəyini bildirdi. Ortadakı ərlərin sayı qırxa qədər olardı. Və 40 ərin atdığı 160 ox Şen-kinqin çaşqınlıqdan açılan gözləri önündə heç sapmadan gedib hədəfini tapırdı. Hədəf əlli addımlıqda düzəlmişdi. Meydandan çəkilən yalnız Çin bəyi oldu, ərlər bu dəfə yüz addım geriləyərək eyni sınağa başladılar. Kimsə cınqırını çıxarmırdı. Oxlar hədəfə uçurdu. Nəticələr yenə

      yüksək idi. Amma bir kərə hədəfə düz vurmayan kənarda qalmağa məcburdu. Bu sınaqdan qırağa çıxanların sayı 22 idi. Bundan sonra daha ciddi sınaqlar gözlənilirdi.

      İki ər qarşı-qarşıya gələrək uzun bir dəyənəyin hərəsi bir ucundan tutdu. Bu dəyənəyin ortasından bir ip asılmışdı. İpin ucuna bir yumurta bağlanmışdı. Dəyənəyi tutan iki ər onu bir az tərpətdilər, yumurta yırğalanmağa başladı. Yarışanlar əlli addımlıqda bu yumurtanı vurmalı idilər.

      Yumurta vurulduqca yerinə yenisi bağlanırdı. İndi Şen-kinq əvvəlki kimi bir yerdə qərar tuta bilmirdi. Bu oyunları seyr etmələri üçün gətirdiyi ön sıralarda yer almış olan Çin zabitlərinin üzünə dönüb baxa bilmir, çox əsəbi görünürdü. Katun da eyni vəziyyətdə idi. Qardaşının məğlub olmasından başqa kədəri də vardı. İşbara Alp hər fürsətdə ona hörmətsizlik göstərən, Tunqa Təginlə başa-baş çırpışaraq ərliyini hər kəsə bir daha tanıdan və buna görə minbaşı olan gənc qəhrəman, indi yarışlarda da böyük bir ustalıq göstərərək yayını gərib oxunu atırdı. Amma bu ox yayınmadan istənilən hədəfə dəyir, saplandığı taxta ilə birlikdə hər dəfəsində Katunun ürəyini də

      dəlirdi. Şen-kinq bir uşaq bacarıqsızlığı göstərdiyi zaman İşbara Alp hər kəs kimi gülməmiş, hətta kağan və Kür Şad kimi