– Yox, – deyir sonra, – Onun öz saçıdır.
Cəsədin ağarmış üzünə diqqətlə baxıram. Xeyr, bu mənə
atəş açan adam deyil. Qətiyyən o deyil. Demək ölməyib deyə, sevinclə öz-özümə düşünürəm.
– O, deyil?
Başımı qaldıranda Mustafanın maraq dolu gözləri ilə
qarşılaşıram. Cəsədi tanımağım onun üçün nə qədər məna daşıyır, anlamıram.
– Əməliyyatda sən də var idin?
– Bəli, şef, – gözləri işıldayaraq deyir.
– Onu sən vurmusan? – deyə soruşmuram; bu, o qədər aydındır ki…
– Mənə atəş açan adam bu deyil, – deyərək yalnız bir terrorçunu yox, şefini vuran adamı vurmaq qürurunun zövqündən məh-rum edirəm onu.
İki ildir birlikdəyik Mustafa ilə. Çalışdım ki, aramızda İldırımla olana bənzər bir münasibət qurulsun, amma olmadı.
Əvvəl qabiliyyətləri məhduddur deyib Mustafanı günahlan-dırdım, sonra anladım ki, mən də İldırım deyiləm. İndi hörmətli, amma soyuq bir işgüzar münasibət var aramızda. Haq-22
qımda mənfi düşüncələri olduğunu zənn etmirəm, amma mənim İldırıma bəslədiyim heyranlığı o, heç bir zaman mənə qarşı duymayıb və duymayacaq da. Onsuz da, buna layiq biri deyiləm.
– Evə gedəcəksiniz, şef?,– deyə, meyitxanadan çıxıb avtomobilə
minəndə soruşur.
– Əvvəl bu qızdırıcıları işə sal, dondum, – deyirəm.
– Təəssüf, şef , – deyir, mənə doğru dönərək üzgün görkəm alır -
Qızdırıcı yenə xarab olub.
Mustafa açarı burur mən də paltoma bürünürəm. Bir başa evə gedib isti nəsə içərək istirahət etmək istəyirəm. Amma Minəni tapmalıyam. Keçən hər dəqiqə onu məndən bir az daha uzaqlaşdırır. Qəribə bir şəkildə bunu hiss edirəm. Aradan iyirmi gün keçdi, hələ də sağ ola bilərmi? Cəsədi tapılana qədər ümid var. Məni vuran simitçi..! Onu tapmalıyam. Bütün düyün ondadır. Kimdir bu adam? Fəxrinin təşkilat yoldaşlarından biridir yəqin; başqa kim ola bilər axı? Halbuki Fəxri haqqında yazılan hesabatlar, təşkilatdan ayrıldığını ifadə edirdi. Deməli, bizi aldatdı. Bir buna bax, məni öldürməyə cəsarət etdiyinə gö-rə, elə çox da çölə atılacaq biri deyilmiş. Minə boşuna heyran olmayıb ona. Heyranmı? “Aşiqdir də” -desənə buna....
– Evə gedirik, rəis?
Mustafanın sualıyla düşüncələrdən uzaqlaşıram.
– Xeyr, Qurtuluşa.
– İtkin qızın evinə?
Minə haqqında “itkin qız” – deyə bəhs etməyini yadırğayıram, amma başqa nə deyə bilər ki, o şəxsi işlərimizdəki minlərlə
itkin insandan biridir.
–Bəli, – deyirəm Mustafaya.– Bəli, itkin qızın evinə.
–Amma şef.., – deyib qarşı çıxır köməkçim, – Sizi evə aparmaq tapşırılıb.
23
Tapşıran da əmim, şefimiz İsmət Bəy.
–Sən boşla tapşırığı. Məni Qurtuluşa apar, sən də komissar Nacinin yanına get. Fəxri ilə eyni ittihamdan həbs olunan yoldaşlarının şəxsi işini götür, mənim evimə apar.
–Rəsmi təlimat olmasa şöbədə çətinlik yaradırlar.
Nəyi var bu oğlanın bu gün, yoxsa qulağınımı dartıb kimsə?
–Mənim adımı ver, Naci birlikdə işlədiyimizi bilir. Nəm-nüm et-sə, arayışın sonra gələcəyini deyərsən.
İstəklərim Mustafanı narahat edir. Şəxsi işinə pis bir şey yazılar deyə qorxur yəqin. Mənə qarsı gələcək qədər cəsarəti də
yoxdur.Nə etsin indi bu uşaq? Birdən gedib olanları İsmətə izah etsə?Yox canım, şefini şikayət edəcək ürəyi yoxdur. Üstəlik, İsmətin əmim olduğunu da bilir.Mustafanı süzürəm, fikirli gözlərlə maşın sürür.Bəlkə də haqqında yanlış düşünürəm. Bəlkə
də həqiqətən yaxşı insandır. Amma yaxşı da olsa, pis də olsa, nəticə dəyişməyəcək. Qaydaların arasında boğulub qalmış bir kəşfiyyatçı, gördüyü işdə nəyin əhəmiyyətli, nəyin əhəmiyyətsiz olduğuna necə qərar verə bilər? Avtomobil Aksarayda, işıq-forda dayananda soruşuram:
–Minənin Romada bir rəfiqəsi vardı, adı Selin idi deyəsən, qayı-dıbmı?
Ağlı başqa yerdədir, dediklərimi anlamaqda çətinlik çəkir, Allahdan o anda yanan yaşıl işıq köməyinə yetişir, avtomobili hərəkət etdirərkən cavablayır sualımı.
–Selin Orhun hələ qayıtmayıb. Bilirsiniz, qızın atası İtaliya səfir-liyində işləyir. Bir neçə dəfə zəng etdik, Selinlə danışdıq. Qız iş-in ciddiliyini qavraya bilmədi.
– Nə dedi?
–Rəfiqəsini İtaliyaya uçmazdan əvvəl görüb.“Tətilə-filana gedib, yaxında gələr”– dedi. Qaçırılmış ola biləcəyini bildirdik. “Müm-24
kün deyil, Minəni niyə qaçırsınlar ki” – dedi. Anlaşılan budur ki, qız heç nə bilmir.
– Fəxrini soruşdunuz?
–Soruşduq. “Yaxşı oğlandır” – dedi. Fəxridən Minəyə zərər gəl-məyəcəyinə əmindir.
– Oğlanın öldüyünü bilmir, biz də demədik.
– Nə vaxt qayıdır Türkiyəyə?
– Yaxında qayıtmalıdır. Semestr tətili sona çatır.
– Üz-üzə görüşməliyik, – deyirəm.
– Gələn kimi əlaqəyə keçərik, şef, – deyir.
Mustafa bir anlıq susur, sonra mənə sarı dönərək soruşur:
– Bu itən qız sizin əlaltınız idi, şef?
Yəqin ki, bu uzun zamandır onun beynini məşğul edir. Bəlkə də
hirslənməliyəm, amma cəsarəti xoşuma gəlir.
– Elə bilirlər.
– Elə deyildi?
– Eyni binada yaşayırdıq. Anası, bizim xanımın rəfiqəsi idi. Bir gün məktəbdə xüsusi əməliyyat olmuşdu, bütün şagirdləri top-lamışdılar. Anası kömək etməyimi istədi, mən də gedib onu polisin əlindən aldım.
– Yəni qızın hadisə ilə əlaqəsi yox idi?
–Vardı, solçulara simpatiya duyurdu. Gözəl xasiyyəti var idi əslində.Haqsızlıqları, axsayan şeyləri görəndə reaksiya verirdi.
Bilirsən, belə gənclər terrorçu qruplar üçün yaxşı vasitəyə çevrilə bilər. Ona gerçəkləri izah etdim. Dost olduq. Bu vaxt məktəbdə nə baş verirdi, onlardan da danışırdıq təbii ki…
– Fəxri deyilən hərif də onu əlaltınız zənn