Sis və gecə. Əhməd Ümid. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Əhməd Ümid
Издательство: Hadaf Neshrleri
Серия:
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
rong>

      4

      Birinci fəsil

      Bura haradan və necə gəldim, bilmirəm! Şüşələri qalın bir toz təbəqəsinə qərq olmuş, pəncərə çərçivələri qaralıb içindən çürümüş, köhnə divarları tünd yaşıl yosunlarla örtülmüş və qanadlı dəmir qapısı sanki sonsuza qədər bağlanmış kimi dayanan bu evin qarşısında məqsədsiz olaraq gəzərkən tapdım özümü! Baxımsız bir qəbiristanlığı xatırladan bu böyük bağçada, artıq ürküdücü bir xatirəyə çevrilmiş bu zavallı binanın qarşısında nə işim var, hələ də anlaya bilmirəm.

      Bu qədər səylərimə baxmayaraq, yaddaşım keçmişimə qapı açmır. Zehnimdə bəzi naməlum şəkillər hərəkətə gəlir, amma görünüşləri dəqiq deyil. Zaman sanki yaşadıqlarımı əridib bir-birinə qarışdırıb…

      Yavaş-yavaş içinə gömüldüyüm bu qəribə tapmacanı çözə bilmirəm. Necə çözəcəyimi də bilmirəm. Eynilə çölün ortasında günəşin, yağışın insafına atılan bu rütubətli evin tarixçə-sini bilmədiyim kimi.

      Heç memarlıqdan başım çıxmır, amma uzun qüllələri, soyuq divarları və kiçik pəncərələriylə bu tikilinin bizim mali-kənələrə qətiyyən bənzəmədiyini rahatlıqla deyə bilərəm. Almaniyada gördüyüm malikanələri xatırladır. İndi Minə olsaydı,

      "Bu qüllələr orta əsrin memarlığına uyğun olaraq tikilib, pəncərələrdə isə alman intibahının təsiri var… " – deyə analizə başlamışdı.

      Minə!..Bəli, Minəni axtarırdım. Beş gündür ortadan qeyb olub. Evinə getdim. Beş gündür kimsə ondan xəbər gətirə bilmirdi. Amma bu işdə bir qəribəlik yoxdur sizcə?! Qeyb olan Mi-nədirsə, mənim bu kimsəsiz,çöllü – biyabanda, bu vahiməli evin qarşısında nə işim var?

      5

      Nəzərlərimi malikanəyə yönəldirəm.Görənlərdə qorxu və ürpərti oyandıracaq bu bina mənə kədər bəxş edir. Onu da-ha əvvəl heç görməməyimə baxmayaraq, aramızda anlamadığım bir bağlılıq olduğunu hiss edirəm. Bağçadakı çürümüş yarpaqların üstündən keçib malikanənin qapısına doğru gedirəm.

      Qanadlı dəmir qapının üstündə, müxtəlif yerlərdən çayları olan mərmər altındakı qabartma diqqətimi çəkir.Qabartmada ilk seç-diyim bir ulduz olur. Ulduzun altında lüləyə bənzər bir başqa şəkil var, bunun bir tapança olduğunu anlamaqda gecikmirəm.

      Tapança qəbzəsinin altında aypara işarəsi oyulub. Ən yuxarıda ulduz, altında bir tapança və qəbzəsinin lap ucunda bir aypara.

      Bu emblemi hardansa xatırlayıram, amma yadıma salmaqda çətinlik çəkirəm.

      Qapıya yaxınlaşıram.Üstündə paslı asma bir qıfıl var.

      Kilidi çəkişdirsəm də faydası yoxdur.Köhnə görünüşünə baxmayaraq, möhkəm qıfıldır. Kilidi buraxıb qapını itələyirəm. Dəmir dəstəkləri toz içində, sanki illərdir əl dəyməyib. Yerindən belə tərpənmir. Əllərimə tünd sarı zərrəciklər bulaşır.

      Vaz keçə bilmirəm. Geri çəkilmirəm, iki əlimlə vururam qapıya. İçəridən səs-səda gəlmir. Daha güclü vururam. Əllərimi incitmir, canım yanmır, amma hey tərləyirəm. Üstəlik yalnız sağ tərəfim tərləyir. Dayanmadan qapını döyürəm, heç kim mə-nə cavab vermir, amma tərim axmağa davam edir. Bədənimdə

      axan istiliyi hiss edə bilirəm. Niyə görəsən məhz ancaq sağ çiy-nimdən və qarnımdan tər axıb gedir?

      Anlaya bilmirəm. Anlamadıqca da qorxmağa başlayıram.Keçmişdən, ağlımdan, bədənimdən, bu köhnə evdən qorxuram.Öz-özümə qorxmamalı olduğumu deyirəm.Necə olsa bəziləri gəlib tapar, təşkilat yalnız buraxmaz məni buralarda.

      Hər kəs unutsa belə İldırım unutmaz, məni, İldırım!..İldırım öl-mədimi?

      6

      Tər bürüdü məni. Çiynimdən, qarnımdan ilıq damcılar süzülür. Köynəyimin ağırlaşdığını, şalvarımın islanmağa başladığını hiss edirəm. Tərim daha da artır.

      Bir zəng səsi gəlir qulağıma.Əvvəl qurumuş ağac bu-daqlarında gəzişən küləyin səsinə oxşatsam da, ikinci dəfə çalı-nanda telefon zəngi olduğunu anlayıram. Dönüb köhnə malikanəyə baxıram. Bağlı bir qutu kimi sirr vermir. Zəng yenidən ça-lır; bu dəfə israrlı.Telefonu tapmalıyam.Təlaşla yenidən qapıya qaçıram.Mütləq İldırımdır zəng edən. Sonunda tapdı izimi. Qapını zorla itələməyə çalışıram, çiynimlə güc gəlirəm, amma o qədər möhkəmdir ki, yenə də tərpədə bilmirəm. Yenə zəng gəlir.Diqqətlə dinləyirəm, səs sanki evin arxasından gəlir. O

      istiqamətə qaçıram. Tini dönər-dönməz küçələrdə görməyə vərdiş etdiyimiz növdən bir telefon kabinəsi qarşıma çıxır. Telefon susmadan cavab verməliyəm. Sürətlə gedirəm kabinəyə. Zəngi yarıda kəsib dəstəyi qaldırıram.

      –Alo?

      Qarşıdan səs gəlmir.

      –Alo?

      Bədənimi od bürüyüb, yenə tər içindəyəm.

      – Alo?

      Soyuq bir səs başlayır danışmağa:

      – İldırım minbaşını vurdular. Evinin yaxınlığında…

      Nəsə soruşmaq istəyirəm.Ağzımın içi quruyub,dodaqlarımı qu-caqlayan incə dərinin gərildiyini,hissə-hissə çatladığını hiss edirəm.Dilimlə dodaqlarımı yalamağa çalışıram.Dilim ağzımda can üstdə olan kərtənkələ kimi alışıb-yanır.

      Xəttin o başından gələn səsin sahibi sualımı gözləmədən dəstəyi qoyur.Əlimdə telefonun dəstəyini eləcə hərləyirəm.Telefonun dəstəyindən qırmızı palçığa bənzər bir maye süzülür, kordonu asaraq kabinədən kənara qədər süzülür. Baxıram, bu 7

      ki, mənim tərimdir.Kabinədə bir az da qalsam, bu tər məni bo-ğacaq.

      Kabinədən çıxar-çıxmaz qarşımda izdiham yaranır. Bu, bir cənazə mərasimidir. Hər kəs qara geyinib. Deyəsən, rəsmi bir mərasimdir…Ağır bir matəm havası içində asta addımlarla yaxınlaşırlar. Mərasimə qatılanların çoxu kişidir; ancaq tabutun qarşısında bir qadın var. Qucağında yağlı boya ilə çəkilmiş bir portret tutub; ölənin şəklidir deyəsən. Qadın saçlarını qara çad-ranın altında gizlədib. Yaxınlaşan kimi tanıyıram: Gülsərən – İldırımın arvadı. Utanıram. Səbəbini bilmədən, bir uşaq kimi əzi-lirəm.Gülsərən gəlib qarşımda dayanır. Başımı önə əyirəm.

      – Bəs siz onu tək buraxmayacaqdınız? – deyir, – O, axı sizə güvə-nirdi.

      Səsində nə hirs, nə hüzn var, mexaniki bir tonla danışır..Nə deyəcəyəmi bilmirəm, ancaq bir-iki addım geriləyi-rəm. O iki addım daha yaxınlaşır. Yaxınlaşanda, mən geriyə

      doğru bir neçə addım daha atıram. Atdığım hər addımın əvə-zində o da bir addım atır. Narahat oluram. Nə etmək istəyir axı bu qadın?

      Başımı qaldırıram.Mühakimə edən, günahlandıran, “sən qorxaqsan” deyən baxışlar gözləyirəm. Halbuki, Gülsərən ifadəsiz bir üzlə dayanıb durub qarşımda. Məni görmür belə, gözləri bədənimi də keçərək uzaqlarda bir nöqtəyə ilişib qalır.

      Normal bir insanın baxışları deyil bunlar. Bəlkə kömək edərlər deyə insanlara baxıram. Amma onların baxışları da eynilə

      Gülsərəninki kimidir … Qorxuram.

      Tez burdan qaçmaq, bu qəribə insanlardan uzaqlaşmaq istəyirəm. Dönüb qaçmağa hazırlaşarkən ayaqlarım bir-birinə

      ilişir, üzüqoyulu yerə çırpılıram. Sürətlə kütləyə dönürəm. Gül-sərənlə kütlə üstümə gəlir. Ayağa durmağa vaxtım yoxdur. Nə-sə etməliyəm, yoxsa məni tapdalayacaqlar.

      8

      Tapançama əl atıram. Mən hərəkət edənə kimi izdiham daha da sürətlənir.Əlim qobura dəyir, amma silahım yerində

      yoxdur. Yaxınlaşırlar, Gülsərənin qucağındakı şəkillə aramızda bir metr ya olar, ya olmaz…

      Şəkildəki adamı az qala tanıyam, amma yaxınlaşdıqca boyalar uçmağa, fırça zərbələri