Azərbaycan şairi Nizami. Мамед Эмин Расулзаде. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Мамед Эмин Расулзаде
Издательство: Hadaf Neshrleri
Серия: Milli ədəbiyyat
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
mənsub şairlərdəndir. Atabəylərin birincisi Eldənizə və onun oğlu Məhəmməd Pəhləvana yazdığı qəsidələr məlumdur. Mücirəddini şairlikdə və üslubda böyük müasirləri Xaqani və Nizami səviyyəsində görənlər vardır. Şairi təqdir edənlər arasında ədəbiyyatda böyük səlahiyyəti olan Xosrov Dəhləvi də vardır ki, onu sənət aləmində Xaqanidən belə üstün tuturlar;

      5. Qivami Mütərrizi – Nizaminin tərcümeyi-halına həsr edilmiş fəsildə gəncəli olan həmin şair haqqında ayrıca bəhs edəcəyik. Onun Azərbaycan atabəyi Qızıl Arslana həsr etdiyi qəsidəni sənətdən başı çıxanlar möhtəşəm sənət əsəri kimi təqdir edirlər;

      6. Zəhir Faryabi – Əslən türküstanlı olan bu şair Azərbaycan atabəyləri zamanında saraya mənsub olub, Məhəmməd Cahan Pəhləvan ilə Qızıl Arslana qəsidə və mədhiyyələr yazmışdır. Zəhirin qəsidə və qəzəllərdən ibarət olan divanı:

      Divani-Zəhiri-Faryabi

      Dər Kəbə bedozd əgər beyabi51.

      beytindən göründüyü kimi klassiklər tərəfindən çox bəyənilmiş və məşhur olmuşdur. Onun Qızıl Arslana yazdığı qəsidədən bir beytini şahid gətirmək olar. Həmin beytin məzmunu və təşbihi yüksək sənət sahibi olduğuna gözəl bir nümunədir52;

      7. Əsirəddin Əxsikəti – Bu şair də Türküstandan gələrək Atabəylər zamanında Azərbaycanda yaşamış və o zamanın məşhur şairlərindən olub, himayəsini gördüyü Azərbaycan Atabəylərinə mədhiyyələr yazmışdır53;

      8. Seyyid Zülfüqar Şirvani – Eldənizlərə mənsub şairlərdəndir;

      9. Yusif Füzuli;

      10. Şafur ibn Məhəmməd;

      11. Fərrux Şirvani;

      12. “Nizam ət-təvarix” kitabının müəllifi Qazi Beyzavi;

      13. Kəmaləddin Naxçıvani;

      14. Seyyid İzzəddin Ələvi və başqaları o zamankı ədəbiyyat səmasında parlayan ulduzlardandır.

      O dövrün parlaq şairlərindən Məhsəti xanımı da bu işıqlı sənətkarlar arasında mütaliə edə bilərik. Gəncə xətibinin oğlu şair Əmir Əhməd ilə evli olan bu qadın Gəncənin yoxsul bir ailəsində böyüməsi və yetişməsinə baxmayaraq öz zəka və istedadı sayəsində zəmanəsinin ən yüksək təbəqəsinə qalxmış, saraylara yol tapmışdır. Musiqidəki məharəti, söhbət əsnasındakı hazırcavablığı onu Sultan Səncərin məclislərinə gətirib çıxarmışdır. Məhsəti Gəncəvi xəyyamvari rübailəri və yüksək lirizmi ilə məşhurdur.

      Ölkənin ümumi vəziyyəti və mədəni durumu həmin fəaliyyət ilə ahəngdar idi. Mənuçöhr Axsitan zamanındakı Şirvan kiçik ölçüdə Sultan Mahmud dövründəki Qəznəni andırırdı54.

      Mühüm ticarət mərkəzi olan Şirvan (Şamaxı) memarlıq abidələri, bağ və bağçıları ilə məşhur idi.

      Gəncəyə gəlincə qeyd etmək lazımdır ki, Arranın keçmiş paytaxtı Bərdənin55 dastanlar mövzusu olan sərvət və var-dövlətinin varisi olan həmin şəhər o zamanın ən şöhrətli mərkəzlərindən biri idi. İstəxrinin verdiyi məlumata görə, 1139-cu ildə baş vermiş zəlzələdə 300 minə qədər əhali həlak olmuşdu. Bunu nəzərə alanda qədim Gəncənin nə qədər böyük mərkəz olduğu aydın olur.

      Həmdullah Qəzvininin verdiyi xəbərə görə, Gəncə Orta Asiyanın ən gözəl şəhərlərindən biri sayılırdı. İbn əl-Əsir isə (XI əsrin tarixçisi) həmin yeri “Arran şəhərlərinin anası” adlandırmışdır. O dövrdəki Gəncənin sadəcə olaraq böyüklüyü və abadlığı haqqında deyil, etnik vəziyyəti haqqında da geniş məlumatımız var. 1170-ci illərdə Gəncənin bir böyük Türklər (Türkmən) şəhəri adlandırıldığını İbn Əzrəq öz əsərində qeyd etmişdir56. Məşhur tarixçi Nəsəvi də həmin tarixdə Arran ilə Muğanda “türklərin (azərbaycanlıların) qarışqa kimi çox olduqlarını” yazmaqdadır.

      Azərbaycanın XI əsrdə türkləşmiş (azərbaycanlılaşmış) olması o dövrün ədəbi abidələrində də sabit şəkildə göstərilmişdir. Məşhur Dədə Qorqud qəhrəmanlarının gəzib-dolaşdıqları başlıca sahə Azərbaycandır; bu dastandakı əlamət və realilər Azərbaycan əlamət və realiləridir; dastanlarda işlənmiş ləhcə də azəri türkcəsidir. Oğuz boylarının X və XI əsrlərdə Azərbaycana gəlmələri ilə bağlı olan bu dastanların XII yüzillikdə Azərbaycan xalqına məlum olduğuna inanıla bilər. Nizami mənzumələrində Dədə Qorqud dastanlarındakı motivlərdən bəzilərinə rast gəlməyimiz də fikirlərimizin həqiqətə uyğun olduğunu göstərir57.

      Nizaminin əsərlərini yazdığı fars dilinə daxil olmuş türk sözləri haqqında öz yerində təfsilatı ilə bəhs edəcəyik. Lakin yalnız Nizami deyil, onun Xaqani kimi müasirlərinin mənzumələrində də türk sözləri çoxdur58. Təkcə şairlər yox, hətta öz nəsillərini qədim İran şahları Kəyanilər sülaləsinə bağlayan Şirvanşahların saray və ailələri içərisinə də türk dilinin daxil olduğunu açıq-aydın görürük.

      Xaqani mərsiyələrinin birində Şirvanşahın qızı Alçiçək adlı bir şahzadəyə ağı demişdir. Qızına türk adı qoyan bir hökmdarın sarayında türkcə danışılmadığını necə iddia etmək olar?

      Gəncə böyüklüyünə uyğun bir sərvətə də malik imiş; 1221-ci ildə gəncəlilər verdikləri qızıllar hesabına şəhəri monqolların talanından xilas etmişlər59.

      Gəncə gözəl sənət əsərləri ilə məşhurdur. Hazırda Gürcüstanın Kutaisi vilayətinin Gelati monastırında saxlanan və yüksək sənət əsəri olan Dəmir qapı XII əsrin birinci yarısında zəlzələ zamanı (30 sentyabr 1139 – red.) gürcü kralı Dimitri tərəfindən xarabazara çevrilmiş Gəncədən qəsb edilib Gürcüstana aparılmışdır60.

      Bu qısa qeydlərdən Şirvanşahlarla Pəhləvanilər (Atabəylər) dövrü XII əsrdə Azərbaycanın qabaqcıl bir ədəbiyyat mərkəzi olduğu aydın olur; yıxıb-dağıdan zəlzələlər, yandırıb-yaxan müharibələrə baxmayaraq az da olsa, Təbrizdə, Bakıda, Naxçıvanda və başqa yerlərdə indiyə qədər ucalan memarlıq abidələri öz mötəbər şahidlikləri ilə ölkənin o zamankı əzəmətini təsdiq edir.

      XII əsrdə yalnız Azərbaycan deyil, bütün Qafqaz nisbi rifah içində yaşamışdır. Bu baxımdan Gürcüstan krallığı da tarixinin parlaq bir çağını – kraliça Tamar ilə şair Rustavelinin dövrünü yaşayırdı. Bu dövrdə Gürcüstan və Azərbaycan arasında geniş surətdə bir dostluq və səmimiyyət var idi. Bu yaxşı münasibət, xüsusilə, Şirvan şahları və Gürcü kralları arasındakı qohumluq əlaqəsi ilə qüvvətlənmişdi.

      Şirvanşah Axsitanın anası gürcü kralı IV Davidin qızı idi. Gürcü salnaməçilərinin dediklərinə görə, Axsitanın ruslar əleyhinə qazandığı zəfərdə gürcülər bir müttəfiq sifəti ilə iştirak etmiş və həmin qələbənin şəriki olmuşlar.

      İki ölkə arasında mədəniyyət sahəsində daha çox və böyük əlaqələr var idi. Yaxın Şərq