özü bu işlə maraqlanmış, sayıqlıq göstərmişdi. Doğrusunu bilmək istəsəniz, Lyudmila oğru və quldurlarla gecə
qaranlığında tək qalmaqdan belə qorxmurdu. Bu da səbəbsiz deyildi. Axı, drujinaçılıq etdiyi dövrdə Lyudmila əliəyrilik və xuliqanlıq edən şəxslərlə mübarizədə mətin-ləşmiş və mərd olmuşdu.
İndi Yədullanı diqqətlə nəzərdən keçirən Lyudmila bu kişinin də, onun dostu Rantikin də Ağəli kimi əliəyri adam olduqlarını özlüyündə yəqin etdi. Buna görə də bu adamlarla ehtiyatlı tərpənməyi, onların hər bir hərəkətinə
göz qoymağı qərara aldı.
Lyudmila özünü şən göstərməyə çalışaraq gülə-gülə
soruşdu:
– Yura, deyəsən, özünü öyməyi çox sevirsiniz?
– Yenə məni Yura deyə çağırırsınız? Nə olsun, xanım qız, qoy siz deyən olsun. Ancaq bilin ki, mən öyünmü-rəm, olanı danışıram. Mən qazma ustasıyam. Neft mədə-nindən qabaqcıl qazma briqadasının başçısıyam. Həmişə
mədəndə ən çətin və dərin neft quyularını qazmağı mənə
tapşırırlar. Hər ay azı beş min manat maaş alıram.
– Başa düşmürəm, bütün bunları mənə nə üçün deyirsiniz?
– Çünki siz mənim çox xoşuma gəlirsiniz.
Lyudmila özünü yüngül aparan qızların roluna girməyi qərara alıb əzilə-əzilə dedi:
– Mən çoxlarının xoşuna gəlirəm. Ancaq nə fayda, onların hamısı quru məhəbbətdən dəm vurur.
– Bəs siz hansı məhəbbəti xoşlayırsınız?
39
– Pullu məhəbbəti.
– Ağəli pulludur?
– Bilmirəm, cəmi iki gündür ki, tanış olmuşuq. Bu birinci görüşümüzdür.
– Xanım qız, siz daha nəyi xoşlayırsınız?
– Heç nə. Mən dünyada bir pulu, bir də nəvazişi sevirəm.
– Bunların hamısı məndə var, – deyə Yədulla lovğa-lıqla cavab verdi.
Lyudmila dodaqlarını büzərək həqiqətən artistlik etməyə başladı. İşvə-nazla dedi:
– İnanmıram. Mən, ümumiyyətlə, kişilərə inanmıram.
Onların hamısı dil pəhləvanıdır, – deyə Lyudmila mavi gözləri ilə Yədullanı bir daha diqqətlə süzdü. Sonra əlavə
etdi.
– Köynəyiniz yaxşıdır, ancaq əminəm ki, cibiniz boş-dur.
– Kimin? mənim cibim boşdu? – deyə Yədulla çox ciddi soruşdu.
– Bəli, mənə elə gəlir.
– Heç bilirsiniz mən kiməm?
– Dediniz ki, qazma ustasısınız.
– Onu demirəm.
– Bəs nəyi deyirsiniz?
– Pulluluq məsələsini. Mən, Lyudmila, sizin üçün ağırlığınız qədər xərc çəkə bilən oğlanlardanam.
– Bütün bunlar boş sözdür, Yura. Bəli, bəli, boş sözdür. Həqiqi kişilər sözlə deyil, işlə özlərini göstərirlər.
Yədulla heç bir söz demədən əlini cibinə saldı. Bir brilyant qaşlı üzük çıxardıb Lyudmilanın barmağına tax-40
dı. Bu qədər səxavətli olmasına özü də heyran qala-qala soruşdu:
– Xoşunuza gəlirmi?
– Nə qədər də qəşəngdir, – deyə Lyudmila sevinə-sevinə bir neçə saniyə üzüyə baxdı. Birdən onun qaşları çatıldı. Yədullaya şübhəli baxıb soruşdu:
– Oğurluq mal deyil ki? Birdən məni tutarlar.
Yədulla özünü təhqir edilmiş adam kimi göstərərək inciyən tərzdə dedi:
– Ayıb deyilmi, xanım qız, siz məni təhqir edirsiniz.
– İnciməyin. Yura, bunu mən sizi sınamaq üçün soruşdum. Yədulla səxavətlilikdə bununla kifayətlənmədi.
O cibindən bir dəstə onluq çıxarıb on dənəsini ayırdı. Əs-kinazları Lyudmilanın ovcuna basıb dedi:
– Bura bax, xanım qız, mən istəmirəm ki, siz burda Ağəli ilə qalasınız. Onlar qayıdan kimi bir şeyi bəhanə
edib gedərsiniz.
Lyudmila özünü itirdi. Öz-özünə dedi: “Bu nə kələk-dir mən düşdüm. İndi mən nə edim? Bu pul, bu üzük mənim nəyimə lazımdır. Gərək qaytaram. Deyəsən, bu quldur məni satın almaq istəyir”. Təhqir olunduğunu başa düşən Lyudmila dərhal ayağa qalxıb üzüyü də, pulları da Yədullanın başına çırpmaq, dərhal buranı tərk etmək istədi. Lakin bu zaman ürəyində ikinci bir səs ona dedi. “Yox, yox. Lyudmila, sən səhv hərəkət edirsən. Axı sən komso-molçusan. Bu o deməkdir ki, öz vəzifəni axıra qədər yerinə yetirməlisən. Deməli, müvəqqəti olaraq hər şeyə döz-məlisən. Buna görə də oynadığın rolu davam etdir. Özünü bu əliəyri adamlarla dost kimi göstər, sirlərini öyrən.
Sonra pulu da, üzüyü də milis orqanlarına təhvil verərsən”.
41
Bütün bunları özlüyündə qət edən Lyudmila özünü elə göstərdi ki, guya bir könüldən min könülə bu əliaçıq kişiyə vurulmuşdur. O gülə-gülə Yədulladan soruşdu:
– Əzizim, bəs sonra mən sizi harada görüm?
Artıq qızı özünə məftun etdiyinə əmin olan Yədulla əmredici tərzdə dedi:
– Sabah saat doqquzda “Çayka” restoranının qabağında gözləyəcəyəm. Gəlməsəniz…
– Bu nədir, Yura, siz mənə hərbə-qadağa gəlirsiniz?
– Bəli, gəlirəm.
– Nahaq yerə, sizə bildirmək istəyirəm ki, mən heç nədən və heç kimdən qorxmuram. Yədulla acıqlandı:
– Bunun mətləbə dəxli yoxdur. Dedim ki, sabah səhər körpünün üstündə gözləyəcəyəm.
– Mən də dedim ki, gəlməyəcəyəm. Axı, siz sözünü-zü qurtarmadınız, deyin görək gəlməsəm nə olar?
– Bilmirsən, nə olar? – deyə özündən çıxan Yədulla sağ əlini uzadıb kəlbətin kimi Lyudmilanın qolundan tutaraq sıxmağa başladı.
Yədullanın üzündə iyrənc bir təbəssüm əmələ gəldi.
quldurun gözləri od saçıb vəhşiyanə bir qəzəblə Lyudmilaya baxırdı. Lyudmila əvvəlcə qışqırıb hay-küy salmaq, Yədullaya bir sillə ilişdirib ətrafdakıları köməyə çağırmaq istədi. Lakin buraya hansı məqsədlə gəldiyini yadına salıb yumşaldı. Süni gülüşlə dedi: