“atamın canı sağ olsun” deyib, özünü anasının yanına verirdi. Səkinə xanım da oğlu beş manat istəyəndə nəticə-25
sinə varmadan sandıqdan bir onluq çıxarıb ona uzadır, on manat istəyəndə isə cibinə otuz manat qoyub “özünə
korluq vermə” deyirdi.
Bir dəfə Ağəli kostyum tikdirmək üçün anasından tə-zə parça istəmişdi. Səkinə xanım da sevimli oğlunun arzusunu yerinə yetirərək ona üç metr yaxşı yun parça almışdı. Lakin parça Ağəlinin xoşuna gəlməmişdi. O hay-küy qaldırıb, evdəki qab-qacağı sındırmış, ailəsindən kü-sərək evdən qaçmış və özünü dənizə atıb boğacağını bildirmişdi. Qorxuya düşən ata-ana Ağəlini tezliklə axtarıb tapmış, ona bir kostyumluq əvəzinə üç parça almışdı. O
vaxtdan başlayaraq, Ağəli bəzi modabaz qadınlar kimi, boş vaxtlarını dərzilərin yanında keçirər, gecələr yuxusuz qalıb müxtəlif fasonlu modalar fikirləşər, tez-tez özünə
cürbəcür paltar tikdirərdi. Ağəli həmişə Bakıda Nizami küçəsinə çıxdıqda iynədən təzə çıxmış təzə kostyumlar geyməklə yoldaşları, dostları arasında lovğalanardı. Axşam Səkinə xanım Ağəlidən hara getdiyini soruşduqda o deyərdi: “Anacan, gedirəm bulvara, həm adamlara tamaşa edəcəyəm, həm də özümü göstərəcəyəm”. Səkinə
xanım da boylu-buxunlu oğluna fərəhlə baxaraq: “Get oğlum, yüz dostumuz varsa, on nəfər də düşmənimiz var.
Paxıllıqdan alışıb yanırlar. Gəz, kef elə, qoy düşmənləri-mizin gözünə iynə batsın” deyə oğlunun cibinə bir iyir-mibeşlik qoyub onu yola salardı. Ağəli də bu pulları çox sevdiyi “Kəmşirin” və “Ağstafa” çaxırlarına verib gah Dağüstü parkda, gah da dəniz sahilindəki müxtəlif restoranlarda kef edərdi. Ağəli çaxıra o qədər alışmışdı ki, bir oturumda dalbadal beş-altı butulka şərab içə bilirdi.
Bu qayda ilə 19 yaşına çatan Ağəli güc-bəla ilə orta məktəbi bitirdi. Ağəli universitetə daxil olmaq üçün çox 26
çalışdı, çox əlləşdi. Səkinə xanım sevimli oğlu ilə o yan-bu yana qaçdı, xeyli tər tökdü. Xərc çəkib tanış axtardı. Ancaq bütün bunlardan nəticə hasil olmadı. Elə ilk imtahanda “iki” qiyməti alan Ağəlini ali məktəbə qəbul etmədilər.
Yağışlı sentyabrın ilk günlərindən birində Ağəlinin atası qəflətən vəfat etdi. O, atasının dəfnindən sonra xeyli vaxt yas saxladı. Sonra qeyrətə gəlib iş axtarmağa başladı.
Hər yanda, “Sənətin yoxdur, qardaş, sən bizə lazım deyilsən” deyə onu geri qaytardılar. Sənət əldə etmək üçün çalışmaq, tər tökmək lazımdı. Ağəli isə belə şeylərə alış-mamışdı. Adi fəhlə işləməyi isə özü üçün əskiklik sayırdı.
Bir axşam Ağəli dərdini dağıtmaq üçün Dağüstü parkdakı “Dostluq” restoranına gəldi. Həmişə dost-aşna ilə kef etməyə alışmış Ağəli bu dəfə bir küncə çəkilərək, altı butulka “Kəmşirin”i qatar düzdü, qəlyanaltı etmədən şərabı vurmağa başladı. Elə bu zaman o biri salondan bir dəstə gəncin şən mahnısı, qəhqəhəsi eşidildi. Şənlikdəki-lər arasında bir nəfərin səsi Ağəliyə tanış gəldi. O durub qonşu salona keçdikdə şərab dostlarından birinin – ka-babçı Həsənin ziyafət təşkil etdiyini gördü. Həmişə belə
hallarda olduğu kimi, dostlar Ağəlini də ümumi stola dəvət etdilər. Ağəli qəmgin halda badəni badə ardınca vurur, ümumi şənliyə qoşulub mahnı oxumur, hərdənbir kədərli nəzərlə Həsənə baxırdı.
Gecədən xeyli keçmiş ziyafət dağıldı. Dostlar bir-bir, iki-iki dağıldılar. Axıra bir Ağəli, bir də Həsən qaldı. Həsən dostunun çox qəmgin olduğunu görüb soruşdu:
– Ağəli, sənə nə olub, nə üçün belə kədərlisən?
– Heç, elə-belə.
– Yəqin yenə rəhmətlik atanın fikrini çəkirsən, düz-dürmü?
27
– Xeyir, dostum, mən tamamilə başqa şey haqqında düşünürəm.
– Məsələn, nə haqqında?
– Qazanc haqqında, Həsən, pul haqqında.
– Eh, sən nə axmaq adam imişsən. Pul nədir ki, onun fikrini çəkirsən. Pul əl çirkidir, yudun, qurtardı, getdi. Sənin kimi sağlam, vidli-fasonlu oğlan da pul haqqında dü-şünərmi?
– Həsən, əzizim, bəs mən yazıq nə edim? Sənətim yoxdur, heç yerdə işə götürmürlər. Fəhləliyə isə özüm getmək istəmirəm. Zavodda, yaxud tikintidə nə qazana-cağam ki, onunla həm bu boçka qarnımı şərabla doldu-rum, həm də bədbəxt anamı saxlayım…
– Sən pul qazana bilmirsən? – deyə Həsən təəccüblə
soruşdu.
– Bəs indiyədək restoranlarda dost-aşnaya, dodağı qırmızı qızlara xərclədiyin pulları haradan alırdın?
Ağəli utancaqlıqla başını aşağı salıb dedi:
– Onları mənə atam-anam verirdi.
– Hey, hey, əcəb maymaq adam imişsən. Mən isə səni indiyədək ağıllı-kamallı bir cayıl bilirdim. Yox, yox, qardaş, mən səhv edirəm. Səni kişi adlandırmaq olmaz. Sən hələ saqqallı-bığlı bir uşaqsan. Kişi adını daşıyan gərək qaz vurub qazan doldurmağı, daşdan qızıl çıxarmağı ba-carsın.
– Nə edim, oğurluğa gedim?
– Qardaş, mən sənə belə bir axmaq məsləhət verə bilmərəm. Papağını qabağına qoy, fikirləş, pul qazanmaq yolu axtarıb tap.
28
– Əzizim, bəs dost dosta nə gündə lazım olar? Əgər sən belə bir yol bilirsənsə, məni də başa sal, xəcalətli qal-maram.
– Xəcalətli düşmənin olsun. Yaxşısı budur ki, mənim bir sualıma cavab ver.
– Buyur, qoy sualın iki olsun.
– Yadındadırmı, Ağəli, iki il bundan əvvəl sən bizi Qubanın Nüğədi kəndindəki bir alma bağına qonaq aparmışdın.
– Bəli, çox yaxşı yadımdadır.
– O zaman sən dedin ki, həmin bağ bizə ulu babala-rımızdan qalıb, eləmi?
– Bəli, demişdim.
– İndi de görüm, bağ doğrudanda sizindir?
– Əlbəttə, bizimdir. Bağ babamdan qalıb. Atamın idi.
İndi anamın adına keçirmək istəyirik. Bunları niyə soru-şursan?
– Elə belə maraqlanıram.
– Doğrusu, mən bu başı bəlalı bağı satmaq istəyirəm.
Azı beş min verərlər. Mən