– Daha bir sualım var. De görüm bu il necə, bağın almalarını təhvil vermisiniz?
– Xeyr, bu ayın axırında gəlib aparacaqlar. Müqavi-lədə göstərilmişdir ki, almaları onların özləri dərməli və
yeşiklərə yığıb aparmalıdırlar. Anam elə bu gün-sabah Qubaya getmək istəyir.
– Hə, bax indi gəldik əsl mətləb üstünə. Əgər sən adam olmaq, insan kimi dolanmaq istəyirsənsə, həmin almaları kooperativ ticarət idarəsinə satmamalısan. Kasıb-lıqdan çıxmaq üçün bu sənin əsl qurtuluş yolundur, həqiqi qazanc yolundur.
– Heç nə başa düşmürəm. Belə mənə açıq de ey, almaları nə üçün satmayım?
Həsən istehza ilə gülümsünüb dedi:
– Çünki sizin alma bağınızda çoxlu mal-dövlət basdı-rılıb.
– Mal-dövlət? Nə deyirsən, Həsən! Səni qara basmır ki?
– Xeyr, qardaş, mən hələ huşumu itirməmişəm.
– Bəlkə… bəlkə keflisən. Ona görə də hətərən-pətərən danışırsan?
– Ağlını başına yığ, Ağəli! Mən sərxoş deyiləm. Sən özün yaxşı bilirsən ki, mən heç bir zaman sərxoş olmu-ram, şərab mənə təsir etmir. Mənə inan. Bağınızda həqiqətən çoxlu mal-dövlət basdırılmışdır. Orada böyük bir dəfinə vardır.
30
Sevincindən özünə yer tapa bilməyən Ağəlinin üzü güldü. Təəccüblə soruşdu:
– Bəs belə isə nə üçün indiyədək susurdun? Nə üçün bağımızda dəfinə olmasını mənə demirdin?
Həsənin üzündəki istehzalı təbəssüm hələ də yox olmamışdı. O, gülə-gülə dedi:
– Mən belə hesab edirəm ki, sən bunu bilirsən. Restoranda xərclədiyin pulları da həmin dəfinədən götürürsən.
Ağəlinin gözləri yağlı ətə baxan pişik gözləri kimi parıldadı. Onun səbri tükəndi. Tələsik dedi:
– Həsən, qadan alım, bəs onda nə üçün biz burada oturmuşuq.
Tez ol dur, maşın tap, Qubaya gedək. Bağımızdakı dəfinəni çıxardaq. Yarısı sənin, yarısı mənim.
– Sağ ol, dostum, mənə sənin bir qəpiyin də lazım deyil. Öz mal-dövlətim mənə bəsdir. Dəfinənin yerini isə
mən sənə sabah deyərəm.
– Sabah nə üçün, elə indi de, qurtarsın getsin.
– Çünki mən görürəm ki, sən xam adamsan. Dəfinənin yerini sənə indi desəm, gecə ilə başına adam yığıb ba-ğa hücum çəkəcəksən. Hər yanı qazıyıb alma ağaclarının kötüklərini açacaqsan, onları qurudacaqsan.
– Vallah, Həsən, and içirəm, heç nə etmərəm, sabaha qədər gözləsəm ürəyim partlar.
– Yaxşı, Ağəli, indi bu saat mən sənə dəfinənin harada basdırıldığını deyərəm. Ancaq sözümü kəsmə, dedik-lərimə diqqətlə qulaq as, yadında möhkəm saxla. Bil və
agah ol. Dünyada iki cür adamlar olur: ağıllılar və axmaqlar. Ağıllılar mənim kimi olurlar. Alver edib çoxlu pul qa-zanırlar. Axmaqlar isə sənin kimi qəpik-quruş əldə etmək 31
üçün özlərini ora-bura vurur, ayda yetmiş-səksən manata işə girməyə çalışırlar.
– Yəni deyirsən mən də gedim alver edim?
– Alver edəndə nə olar.
– Bazarda durub tuman-köynək satmaqdan nə çıxar?
– Kim sənə deyir ki, gedib bazarda tuman-köynək sa-tasan.
– Bəs sən hansı alverdən danışırsan?
– Mən, Ağəli, hər dəfə azı on min manat gəlir verən alver haqqında danışıram.
– O necə alverdir, qardaş?
– O dəfinə alveridir, Ağəli, dəfinə. Allah sənə böyük bir dövlət verib, sən isə ondan istifadə etməyi bacarmır-san? Bəli. Sənin dəfinənin bir ucu Nüğədi kəndindəki al-ma bağında, ikinci ucu isə Sverdlovsk, Çelyabinsk və
Çkalov şəhərlərindədir, başa düşdün?
– Dostluğumuz haqqı heç nə anlamıram. Bayaq deyirdin ki, dəfinə bağdadır, indi isə Sverdlovskidən, Çel-yabinskdən dəm vurursan.
Bilirsən, Ağəli, sənin alma bağın mənim əlimdə olsaydı, indi milyonerdim. Ağıllı adamlar sizin kimi hərəkət etmirlər. Onlar bağdan yığdıqları almanın kiloq-ramını otuz qəpiyə kooperativ ticarət idarəsinə satmırlar.
Onlar bağda, dərinliyi üç-dörd metr olan zirzəmi qazıyır-lar. Ora saman döşəyirlər. Almaları payızda dərib səliqə
ilə buraya yığırlar, qışa kimi saxlayırlar. Dekabr-yanvar aylarında isə kiloqramına 40 qəpik verib, təyyarə ilə Ural şəhərlərindən birinə daşıyırlar. Ayrı-ayrılıqda kiloqramını üç manat 50 qəpiyə, bir yerdən isə üç manatdan satıb ciblərini pulla doldururlar. Hər il azı on min manat təmiz qazanc əldə edirlər. Onda anladın ay axmaq, yoxsa…
32
Ağəli yerindən qalxıb dostunun boynunu qucaqladı, bir neçə dəfə üz-gözündən öpdü. Fındıqça çalıb oynadı.
Sonra dedi:
– Sağ ol, dostum, çox sağ ol. Sən ölümü yerdən götür-dün. Məni o dünyadan qaytardın. Adam etdin, dəfinənin yerini göstərdin. Mən bütün ömürboyu sənə minnətdar olacağam. Sən məni bir o qədər də axmaq sayma. İnan-dırıram ki, sənin layiqli şagirdin olacağam. Bağı bir az da genişləndirəcəyəm. Yeni alma ağacları əkdirəcəyəm.
– Baxaq görək, Ağəli, axırı necə olacaq?
– Arxayın ol, dostum. Görərsən analar necə oğullar doğub. Ancaq sən mənə özün haqqında heç nə demədin, sənin də alma bağın var?
– Xeyir əşi, mənim alma bağım olsaydı, özümü dünyada ən xoşbəxt adam sayardım. Mən alma-armudu kol-xozlardan satın alıram. Hərdən bir imkan düşəndə Mərdəkandan Moskvaya gül də aparıram. Şüvələn bağlarında gülün birini üç qəpiyə almaq olar. Moskvada isə biri ot-uz-qırx qəpiyə göydə fırlanır.
Dostlar səmimi görüşüb ayrıldılar. Ağəli dərhal qızğın fəaliyyətə başladı, anası ilə Qubaya getdi. Kooperativ ticarət idarəsi ilə müqaviləni pozdu. Gözəl bir anbar tik-dirib bağın almalarını səliqə ilə ora yığdı. Tanış tapıb kolxozçu olduğu haqqında arayış düzəltdi. Yanvar ayında bir-iki ton da yandan alma alıb, özünü verdi Maqnito-qorsk şəhərinə. Almaları üst-üstə kiloqramını üç manatdan satıb, yol xərcini çıxmaqla birdən-birə on iki min manat təmiz qazanc əldə etdi.
Beləliklə “haqqın yolunu tapan” Ağəli hər il qışda Ural şəhərlərindən birinə səyahət edir, sonra bir dəfə ya Novosibirsk, ya da Omsk şəhərlərinə gül aparır, ilin qalan 33
aylarını isə eyş-işrətdə keçirirdi. Adətən, hər dəfə Sibir şəhərlərinə gül səyahətindən sonra, yəni may aylarında Ağəli bir-iki ay Kislovodsk şəhərində